Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

olduğuna inan və ona, onun ölməzliyinə yad olan, yaxud onun müqəddəsliyilə uyğunlaşmayan heç bir şey   
əlavə etmə; onun müqəddəsliyini ölməzliyilə bağlı saxlaya bilən hər şeyi  tanrı xüsusunda təsəvvürünə gətir. 
Bəli, tanrılar mövcuddurlar: onların dərk olunması aydın faktdır. Ancaq onlar camaatın onları təsəvvür 
etdikləri kimi deyillər, çünki camaat onlar haqqında öz təsəvvürlərini daimi saxlamır. Tanrıları camaatdan 
kənar edən yox, tanrıları camaatın təsəvvürlərinə oxşadan bədbəxtdir: çünki tanrılar barəsində camaatın 
dedikləri təbii təsəvvürlər deyil, tanrıların pis adamlara  yamanlıq, yaxşılara isə xeyir göndərməsi [kimi 
təsəvvürə] müvafiq yalan  uydurmalardır. Yəni: insanlar daima öz şəxsi fəzilətlərilə yaxın təmasda olaraq, 
özlərinə oxşayana yaxşı  münasibət bəsləyirlər, belə olmayan hər şeyə isə yad kimi baxırlar. 
 
Özünü ölümün bizə heç bir dəxli olmaması fikrinə alışdır. Axı bütün yaxşı olan və pis olan şeylər  duyğuda 
bulunur, ölüm isə duyğudan məhrumiyyətdir. Buna görə də ölümün bizə heç bir dəxli olmaması xüsusunda 
düzgün fikir, [bizim ömrümüzə] sonsuz miqdar vaxt əlavə etdiyinə görə deyil, ölməzlik istəyini aradan 
götürdüyü üçün həyatın ölümlü olmasını könülaçan edir.  Doğrudan da, bütün qəlbilə qeyri-həyatda qorxulu 
heç bir  şey olmadığını anlamış, (tam əmin olmuş), kəsə həyatda qorxulu olan heç nə yoxdur. Beləliklə, 
ölümdən qorxduğunu söyləyən kəs  ağılsızdır, - [ölüm] gələndə əzab-əziyyət verəcəyinə görə yox, gələcəyinə 
görə [ondan qorxanlara]  əzab-əziyyət verdiyi üçün: axı əgər bir şey  hal-hazırda qorxuya salmırsa, o hələ 
gözlənilən zaman kədərlənmək əbəsdir. Beləliklə, ən qorxulu bəla olan ölümün bizə heç bir dəxli yoxdur, 
belə ki, biz mövcud olanda  ölüm hələ olmur; ölüm olanda isə biz mövcud olmuruq. Deməli, ölüm 
yaşayanlar üçün mövcud olmadığından , ölmüşlər isə artıq mövcud olmadıqlarından, onun nə [yaşayanlara], 
nə [ölmüşlərə] bir dəxli yoxdur. 
 
Camaat gah ən böyük bəla kimi ölümdən qaçınır, gah həyat bəlalarından  dincəlmək üçün onu istəyir. 
Müdrik isə həyatdan çəkinmir, ancaq qeyri-həyatdan  da qorxmur, çünki həyat ona mane olmur, qeyri-həyat 
isə bir bəla kimi təsəvvür edilmir. O, bolluca deyil, ləzzətli yeməyi seçdiyi kimi, zamanla da belə, ən uzun 
sürən [ömür]  ilə deyil, ən xoşagedən ilə zövqlənir... 
 
Nəzərə almaq lazımdır ki, istəklərdən bir qismi - təbii, başqaları isə əhəmiyyətsiz olanlardır və təbii olanlar 
sırasından bir qismi - zəruri, başqaları isə yalnız təbii olanlardır; zəruri olanlar sırasından isə bir qismi 
xoşbəxtlik üçün  zəruridir, başqaları - bədənin dincliyi üçün, üçüncülər - həyatın özü üçün. Xoşbəxt  həyatın 
məqsədi vücudun sağlamlığı və ruhun  dincliyi olduğundan hər cür əlac və xilas olmada bu faktların 
yanılmadan öyrənilməsi  bu [məqsədə] kömək edə bilər. Axı bunun xətrinə, yəni əzab-əziyyətə, iztiraba 
düşməmək üçün biz hər şey edirik...Biz zövqün, [səfanın] olmamasından əziyyət çəkəndə zövqə ehtiyac 
duyuruq; əziyyət çəkməyəndə isə  artıq zövqə ehtiyac duymuruq. Bunun üçün də biz zövqü  xoşbəxt həyatın 
əvvəli və axırı adlandırırıq... 
 
Zövq əsas və əsl xoşbəxtlik olduğundan biz hər zövqün  arxasınca getmirik; bu zövqlər bizə pislik  gətirərsə, 
onların çoxundan yan keçirik; həmçinin, uzun müddət əzab-əziyyətə dözdükdən sonra bizim üçün böyük 
zövq gələndə, bir çox əziyyəti zövqdən daha üstün sayırıq. Beləliklə, hər bir zövq bizə təbii yaxınlığına görə  
nemət olmasına  baxmayaraq hər zövqü seçib-götürmək lazım olmadığı kimi, hər bir əzab-əziyyətin də 
yamanlıq olmasına baxmayaraq, hər əziyyətdən qaçınmaq lazım deyil... 
 
Ehtiyacdan doğan bütün möhnət aradan qalxanda adi yemək də bahalı xörək kimi zövq verir. İnsan tələbat 
hiss edərək  çörəyi və suyu dodaqlarına yaxınlaşdıranda  böyük ləzzət alır. Beləliklə, sadə, bahalı olmayan 
yeməyə   adət etmək, sağlamlığın yaxşılaşmasına kömək edir, insanı həyatın gündəlik tələbatlarına 
münasibətdə  işgüzar edir, bizi uzun müddətdən sonra zinət şeyləri əldə etməyə imkan tapmaq kimi daha 
yaxşı hala gətirir, həm də gözlənilməz hadisə qarşısında cürətli edir. 
 
Beləliklə, zövq son məqsəddir deyəndə, biz bir para cahillərin, yaxud [bu fikirlə] razılaşmayanların, yaxud 
düzgün başa düşməyənlərin düşündükləri kimi nə əxlaqsızların zövqünü, nə də cismani zövqü deyil, cismani 
əzab-əziyyətdən və ruhi həyəcandan azadlığı nəzərdə tuturuq. Xeyiri, xoşbəxt həyatı, araverməyən içki 
məclisləri və eyş-işrətlər, oğlanlarla və qadınlarla həzz alma, təmtəraqlı süfrədəki balıq və bütün başqa 
tamların verdiyi ləzzət yox, hər bir əlacın və qurtuluşun səbəblərini öyrənən və ruhda böyük təşviş yaradan 
[yalan]  fikirləri yox edən sağlam düşüncə yaradır. 
 
Bütün bunların əsası və böyük səadət  ağıl-kamaldır. Buna görə də ağıl-kamal hətta fəlsəfədən də 
qiymətlidir. Ağıl-kamaldan bütün yerdə qalan fəzilətlər əmələ gəlmişdir; o öyrədir ki, ağılla, əxlaqla və 
ədalətlə yaşamadan gözəl yaşamaq olmaz, həm də əksinə, gözəl yaşamadan ağılla, əxlaqla  və ədalətlə 
 
43


yaşamaq olmaz. Axı fəzilətlər təbiətən gözəl həyatla bağlıdır və gözəl həyat onlardan ayrılmazdır. Doğrudan 
da, sənin fikrincə, ölüm qorxusundan azad, mömincəsinə tanrılar haqqında düşünən, düşünərək təbiətin son 
məqsədini dərk etmiş, ən böyük səadətin asan həyata keçirilə bilən və əldə edilə bilən ən böyük  bəlanın isə 
qısamüddətli əzab-əziyyətlə bağlı olduğunu başa düşən [və]  bəzilərinin hər şeyin hakimi saydığı  taleyə 
gülən kəsdən kim yüksək ola bilər? 
Doğrudan da, fiziklərin (təbiətşünasların) taleyinin qulu olmaqdansa, tanrılar haqqında əfsanədən nəticə 
çıxarmaq daha yaxşı olardı; əfsanə tanrılara sitayiş etmək yolu ilə onların rəhm edəcəyinə işarə verir, taledə 
isə amansız labüdlük bulunur. Təsadüfə gəldikdə isə, müdrik adam onu nə camaatın  düşündüyü kimi tanrı 
hesab edir, - çünki tanrı tərəfindən nizamsız heç bir şey edilmir, nə də səbatsız olsa da hər şeyin səbəbi, - 
çünki o, təsadüfün insanlara xoşbəxt həyat üçün xeyir yaxud şər verdiyini deyil, böyük xeyirin yaxud şərin 
əsasını gətirdiyini düşünür. 
 
Belə ki, bunu və bu kimi şeyləri özün-özünlə və özünə yaxın adamla gecə-gündüz düşün və sən nə ayıqlıqda, 
nə yuxuda təşvişə düşməz, insanlar arasında tanrı kimi yaşayarsan. Bəli, ölməz nemətlər arasında yaşayan 
insan fani məxluqa əsla oxşamır. 
 
 
 
 
["Əsas fikirlərindən" ] 
 
XI.Əgər bizi səma  hadisələri və ölümün bizə bir aidiyyatı xüsusunda  şübhələr, həmçinin əzab-əziyyətlərin 
və dəhşətlərin hüdudlarını anlamadığımız şeylər əsla  narahat etməsəydi, təbiəti öyrənməyə  ehtiyacımız 
olmazdı. 
 
XIV.  Hərçənd insanlardan xətərsizlik müəyyən dərəcədə [narahatlıq gətirən adamları] uzaqlaşdıran  bir 
qüvvə və firəvanlıq (dövlət) sayəsində əldə edilir, ancaq əsl xətərsizlik sakit həyat və camaatdan uzaqlaşma 
sayəsində olur. 
 
XXXII. Bir-birinə zərər vurmamaq və zərər görməmək  haqqında  müqavilə bağlaya bilməyən bütün canlı 
məxluqlra münasibətdə olduğu kimi zərər vurmamaq və zərər görməmək haqqında müqavilə bağlaya 
bilməyən yaxud istəməyən bütün xalqlara münasibətdə də ədalətli və ədalətsiz olan heç bir şey yoxdur. 
 
 
XXXIII. Ədalət öz-özlüyündə müəyyən bir şey deyil, harada olursa-olsun, həmişə insanların qarşılıqlı 
münasibətində zərər vurmamaq və zərər görməmək haqqında bir müqavilədir. 
 
XXXVIII. Əgər şərait dəyişəndə ədalətli sayılan hərəkətlər ədalət haqqında adi təsəvvürə uyğun gəlmirsə, bu 
hərəkətlər ədalətsizdir. Ancaq  əgər şərait dəyişəndə həmin ədalətli sayılmış  hərəkətlər artıq daha yararlı 
deyilsə, onda onlar vətəndaşların  qarşılıqlı  ünsiyyəti üçün  yararlı olan zaman ədalətli olmuşlar, ancaq 
sonradan, yararlı olmadıqlarından artıq ədalətli deyillər. 
 
 
["Vatikan kəlamlar toplusu"ndan]  
 
IX. Zərurət bəladır, ancaq zərurətlə yaşamağa heç bir zərurət yoxdur. 
 
XII. Hər bir dostluq öz-özlüyündə arzuolunandır, başlanğıcı isə o faydadan götürür. 
 
XXIV. Yuxular ilahi təbiətə və gələcəkdən xəbər vermək mahiyyətinə  malik deyil; onlar [insana] surətlərin 
düşməsi nəticəsində baş verir. 
 
XXXIII. Bədənin istəyi - ac qalmamaq, susuz qalmamaq, üşüməmək. Buna malik olan və  buna gələcəkdə də 
malik olacağına əmin olan kəs hətta Zevs ilə  xoşbəxtlikdə yarışa bilər.   
XLI. Şadlanmaq, filosofluq etmək, eyni zamanda təsərrüfatla məşğul olmaq və bütün başqa bacarıqlardan 
istifadə etmək və əsl fəlsəfi  kəlamlar söyləməkdən  əl çəkmək lazım deyil. 
 
 
44


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə