Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   2   3   4   5   6   7   8   9   ...   49

əhatəliliyi o dövrdə təbiətin və insan dünyasının bir çox hadisələrinin doğru və dərin izahını verməyə imkan 
yaratmışdı. 
 
Demokritin prinsipləri olduqca sadədir: o, əzəldən nizamsız hərəkətdə bulunan atomların-müxtəlif formalı və 
müxtəlif ölçülü bölünməz hissəciklərin-boşluqda, hüdudsuz məkanda olduğunu qəbul edir. Demokritə görə, 
atomların cürbəcür birləşmələri təbiətdə olan şeylərin və hadisələrin hədsiz müxtəlifliyini izah edir. 
Hüdudsuz boşluqda atomların hərəkəti, onların toqquşması və birləşməsi - bu səbəbiyyət əlaqəsinin çox sadə 
modelidir. Demokritə görə hər bir təsadüfi hadisə, baş verən hadisələrin  əsl səbəblərini bilməməkdən doğan 
subyektiv illüziyadır. Bu səbəbləri bilmək isə, hər bir təsadüfi zərurətə çevirir. 
 
Atomistik təlimin  bu prinsipləri onu həmin dövrdə təbiətin  və insanın sırf fiziki yolla izahı nümunəsi edirdi. 
Öz təbiət fəlsəfəsinin atomistik prinsiplərinə əsaslanaraq Demokrit, Yerin səma cisimlərilə geniş kosmoqonik 
mənzərəsini təsvir etdi. Amma ola bilsin ki, Demokritin kosmoqonik konsepsiyasının ən dərin ideyası, 
hüdudsuz boşluğun ənginlikərində - fəzada - əmələ gələn, təşəkkül tapan və məhv olan saysız dünyalar 
ideyası idi. O dövrdə, Kainatın yaranmasında fövqəltəbii qüvvələrin rolu haqqında dini-mifoloji təsəvvürlərə 
xüsusi zərbə vuran bu ideya geniş vüsət tapmadı və yalnız sonralar təbiətşünaslığın nailiyyətləri sayəsində 
dərin əsaslandırıldı. 
 
Atomistik prinsiplər, Demokrit tərəfindən həm də insanın, onun şüurunun izah olunmasına aid edilirdi. Yəni, 
insanın təbiətin bir hissəsi olması haqqında qədim təsəvvür, mikrokosmun, başqa sözlə şüuru ilə birlikdə 
insanın və makrokosmun - onu əhatə edən bütün təbiətin, prinsip etibarilə eyni olması haqqında müddəaya 
keçdi. İnsan psixikasına aid hadisələri o, od atomlarına uyğun, yumru, hamar, xırda və hərəkətli olan xüsusi 
növ atomların olması ilə izah edirdi. Demokritin fikrincə, bu atomlar bütün təbiətə səpələnmişdir ("hər şey 
ruha malikdir"), ancaq insanın bədənində onların konsentrasiyası daha çoxdur, insan orqanizminin təqribən 
yarısını təşkil edərək, onlar bütün bədənə səpələnmiş şəkildə insanın "ruhunu" əmələ gətirirlər. İnsanın 
ölümü bu atomların böyük miqdarda itirilməsi nəticəsində baş verir. 
 
İnsanın atomistik konsepsiyası həmçinin mühüm psixoloji ideyaları da özündə cəmləşdirirdi. Onlardan ən 
mühümü, bütün şeylərdən incə surətlərin (idolların) buraxılması və onların insan duyğuları tərəfindən 
fərqləndirici şəkildə qavranılmasıdır. Bu ideya ilə həmçinin Demokritin idrak nəzəriyyəsi bağlıdır. O iddia 
edirdi ki, duyğular "qaranlıq" bilik mənbəyidir və yalnız zəka bizi əsl həqiqət dünyasına - atomlar və 
boşluqdan ibarət olan dünyaya calayır. 
 
Demokrit təlimi, qətiyyən tanrıların fəaliyyəti ilə bağlı olmayan, insan icmasının və mədəniyyətinin təbiətə 
uyğun surətdə izahını verməyə səy göstərirdi. Onun fikrinə görə yalnız ehtiyac-bu əsl "insanlar müəllimi", -
dünyaya diqqət yetirən insanları mədəniyyətə və dövlət icmasına gətirib çıxardı. 
 
Bu təlim əvvəlcə ellinlər dövründə Epikur və onun məktəbinin təlimində, sonralar isə roma dövründə 
çoxsaylı epikurçuların və ilk növbədə məşhur "Şeylərin təbiəti haqqında" poemasının müəllifi Lukresiy 
Karın təlimində öz davamını və inkişafını tapmışdır. Atomların hərəkətinin izahında Epikur atomizmi, 
Levkip-Demokrit atomizmindən fərqlənir, həmçinin onlarda idrak prosesinin izahı da müxtəlifdir. İdrak 
prosesini məntiqə əsaslanan izahına meyl göstərən Demokritdən fərqli olaraq, Epikur duyğuları-yeganə 
həqiqət mənbəyi, tələsik mühakimənin isə-yanılmanın başlıca səbəbi olduğunu öyrədərək ifrat sensualist 
sistemi inkişaf etdirdi. 
 
Ruhun ölməzliyi haqqında hər cür inamı və tanrıların təbiətin və insanların həyatına müdaxilə etməsini 
qətiyyətlə inkar edən Epikurun atomistik fəlsəfəsi, faktik olaraq din əleyhinə çıxış edirdi. Onun ayrılmaz 
hissəsini, sağlam və sadə hissiyyata əsaslanan insanın tanrılar qarşısında və mövcud olmayan axirət dünyası 
qarşısında qorxusuz yaşamalı olduğunu söyləyən, insan həyatını Kainatın həyatında yalnız bir an kimi görən 
gedonist etika təşkil edirdi. 
 
İstər Demokritin və istərsə də Epikurun təlimində tanrılar nə təbiətə, nə insanın həyatına təsir etməsələr də 
onların varlığı əsla inkar edilməmişdir. Epikura görə, öz gözəlliyinə və gücünə görə insanlardan xeyli üstün 
olan tanrılar, heç bir ehtiyac duymadan və heç bir işə qarışmadan haradasa bir dünyalararası fəzada 
yaşayırlar. Onların yeganə funksiyası insanlar üçün nümunə olmaqdan ibarətdir. 
 
 
3


Demokritin dövründə qədim yunanların mənəvi həyatında, qədim yunan polislərinin (şəhər və şəhərətrafı 
yaşayış məntəqələri) həyatının mürəkkəbləşdiyi şəraitdə zəruriliyi daha da artan muzdlu "müdriklik" 
müəllimləri böyük rol oynayırdı. Məhz bu xadimlər, eramızdan əvvəl Y əsrdə hələ nə istehzalı, nə də ikrah 
oyandıran məna daşımayan sofistlər (hərfi mənada "müdriklər") adını almışdılar. Qədim yunan fəlsəfəsi 
tarixində sofistlərin əhəmiyyəti ondan ibarətdir ki, onlar fəlsəfi problematikanın ağırlıq mərkəzini 
antropologiya sahəsinə, insan haqqında və idrak haqqında təlimə doğru çəkmişlər. Sofistlər anlayışların, etik 
normaların, öz dövrünün siyasi təsisatlarının nisbi olduğunu xüsusi qeyd etmişlər. Məsələn, insanı bütün 
şeylərin meyarı elan edərək, Protoqor, hamı üçün məcburi olan həqiqətlərin, davranış normalarının 
olmadığını və ola bilmədiyini əsaslandırmağa çalışmışdır. 
 
Həmin dövrdə böyük müdrik Sokrat yaşayırdı (eramızdan əvvəl 469-399-cu illər)-öz təlimini şifahi surətdə, 
afina icmasının ən müxtəlif təbəqələrinin nümayəndələrilə çoxsaylı söhbətlərdə inkişaf etdirən ilk afinalı 
filosof (biz Sokratın görüşləri barəsində onun şagirdləri Platonun və Ksenofontun əsərlərindən, həmçinin 
Aristotelin əsərlərindən və digər mənbələrdən bilirik). Sokrat sanki sofistlərin fəaliyyətində meydana çıxan 
fəlsəfi fikrin inkişaf xəttinə qoşularaq, hətta onlardan da kəskin şəkildə fəlsəfənin predmetini insanın özü, 
onun həyatı, davranışı və idrakı ilə məhdudlaşdırmışdı. Ondan əvvəl yaşamış və öz müasirləri olan 
filosofların təbiət fəlsəfəsi haqqında təlimlərinin zəifliklərini görərək afinalı filosof, bütün bu təlimlərin 
faydasız olduğunu bildirmişdi. Onun fikrinə görə təbiətin dərk olunması ümumiyyətlə insana deyil, tanrıya 
mümkündür və "müdrik" adı tanrıya layiqdir, özünü isə o yalnız "müdrikliyi sevən"- filosof adlandırmışdı 
(yunanca phileo - sevirəm və sorhia - müdriklik). Qədim "Öz-özünü dərk et" kəlamını təkrar edərək, Sokrat, 
fəlsəfənin məqsədini insan həyatının və fəaliyyətinin etik-idraki sahəsinin tədqiqində görürdü. Özü də, sofist 
filosofların əksinə olaraq əmin idi ki, vahid şəkildə hamı üçün məcburi olan həqiqətlər, etik normalar 
mümkündür. Filosofun müdrikliyi elə ondan ibarət olmalıdır ki, cürbəcür subyektivlik dolanbaclarını keçərək 
hamı tərəfindən qəbul edilə bilən və hamıya aydın olan həqiqətlərə və deməli hamı üçün məcburi olan etik 
normalara gəlib çıxsın. Sokrat dialektik metod ("dialeqomay" felindəndir - danışmaq, mübahisə etmək) 
adlanan həqiqət axtarışı və əldə edilməsi metodunun müəllifidir. Onun əsas məzmunu, mühakimələrimizdə 
olan ziddiyyətləri aşmaq yolu ilə həqiqəti yorulmadan axtarmaqdan, anlayışlarımızın dəqiqləşdirilməsindən 
ibarətdir. 
 
Sokratın fikirlərini onun şagirdi Platon ardıcıl sistem şəklində dərinləşdirdi və inkişaf etdirdi. Onun yazdığı 
əsərlərin əksəriyyəti, antik dövrdə fəlsəfi və bədii yaradıcılığın yaxınlığını aydın nümayiş etdirən yüksək 
bədii formalı dialoqlar ilə ifadələnmişdir. Sokrata nisbətən Platon ümumi anlayışların tətbiq sahəsini xeyli 
genişləndirdi. Sokratın dahi şagirdi, ümumi anlayışların təkcə etikada deyil, həm də digər elmlərdə, xüsusən 
riyaziyyatda böyük, həlledici rolunu başa düşürdü. Platonun elmi-fəlsəfi biliklər tarixində mühüm xidməti, 
ümumi olan biliyin həlledici əhəmiyyətini dərk etməsindən ibarətdir. Platon ümumi biliyi  əsl varlığın qeyri-
cismani qəbilləri kimi təsəvvür edirdi və onları eydos yaxud "ideya" adlandırmışdı (bu hər iki yunan sözünü 
"görünüş" kimi tərcümə etmək olar). 
 
Duyğularla qavranılan real şeylər aləminə gəldikdə isə, Platonun fikrincə onlar öz ideal timsallarının 
natamam, bəzən isə həddən artıq təhrif olunmuş surətləridir. Bu dəyişkən və keçici kölgələrdən fərqli olaraq 
ideyalar əbədi və dəyişməzdir, elə bunda da onların varlığının həqiqiliyi və əsilliyi öz əksini  tapır. İdeyalar 
aləminin tam əksliyi, Platon tərəfindən fəza ilə eyniləşdirilən və qeyri-varlıq adlandırılan materiyadır. Məhz 
materiya hər bir ideyanın vahidliyini duyğularla qavranılan şeylərə xırdalayır. Şeylərdə sabitliyi, həqiqəti və 
gözəlliyi təşkil edən hər şey öz mövcudluğuna görə ideyalara borcludur, onlarda bütün qeyri-sabit, yalan və 
çirkin olan isə materiyadan gəlir. İdeyalar, şeylərin qeyri-cismani ilkin surətləri kimi, şeylərin öz keçici 
dünyəvi mövcudluğunda yamsıladığı məqsəddir. Həqiqilik də onların öz ideal "görünüşlərini" öz 
məqsədlərini yamsılama dərəcəsində özünü büruzə verir. Bununla belə, determinizm prinsipini irəli sürmüş 
Demokritin əksinə olaraq, Platon öz fəlsəfəsində bütün hadisələrin teleoloji şərhi prinsipini iddia edir. Yəni 
hər bir ideya, uyğun qəbildən olan şeylər və hadisələr üçün məqsəd sifətində çıxış edir. İdeyalar aləmində isə 
eyni zamanda bütün mövcud olanların yüksək məqsədini təşkil edən vahid məqsəd vardır, - xeyirxahlıq və 
səadət ideyası. 
 
Platon da Parmenid  kimi, lakin ondan daha əsaslı surətdə, duyğularla əldə edilən biliyi əsil idrakı dəyəri 
olmayan zahiri bilik adlandırır. Onun fikrinə görə, keçici olmayan ideyalar dünyasının həqiqi biliyi yalnız 
zəka ilə mümkündür. Duyğularla əldə edilən biliklə bağlı olmayaraq rasional bilik anadangəlmədir və insan 
ruhunun dərinliklərində kök salmışdır. İnsan ruhunun ölməzliyi haqqında orfik-pifaqorçu təsəvvürləri inkişaf 
etdirərək Platon onun yeganə bilik daşıyıcısı olduğunu və insan bədənində məskunlaşmazdan əvvəl ideyalar 
 
4


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə