Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

 
-Bəs nə? Məgər tiran istəməyəcəkmi yerli mühafizəçilərə malik olsun? 
-Nə təhər? 
-O camaatın qullarını əllərindən alacaq, onları azad edəcək və özünün qəpik-quruşa xidmət edən 
[mühafizəçilərinə] çevirəcək. 
 
Həqiqətən, üstəlik onlar həm də ən sadiq olacaqlar. 
 
-Axı gicbəsər məxluq adlandıracaqsan tiranı, madam ki, bu cür adamlar onun sadiq dostlarıdır, əvvəlki, 
həqiqi [dostlarını] isə o məhv etmişdir! 
-O belələrilə qənaətlənməyə məcburdur. 
 
-Onun bu tərəfdarları onunla fəxr edəcək, onun əhatəsini bu yeni vətəndaşlar təşkil edəcək, halbuki düz, 
nəcib adamlar ona nifrət edəcək və ondan qaçınacaqlar. 
 
-Şübhəsiz. 
 
-... gəl yenidən tiranın bu qədər çoxsaylı, təmtəraqlı, alabəzək, öz tərkibini daim dəyişən həmən bu ordusuna 
qayıdaq, və baxaq-görək, o hansı vəsait hesabına saxlanılır. 
 
-Görünür, tiran ona məbəddən gələn vəsaiti xərcləyir, əlbəttə əgər onlar dövlətdə varsa, və nə qədər ki 
onların müsadirəsilə xərcləri ödəmək mümkündür o vergi qoymanı azaldır. 
 
-Bəs bu vəsaitlər tükənəndə necə? 
-Aydındır ki, onda həm özünü, həm də öz tərəfdarlarını  o artıq atalıq vəsaitilə saxlayacaq. 
 
-Başa düşürəm: bir halda ki xalq tiranı əmələ gətirmişdir, elə xalq da onu və onun tərəfdarlarını 
dolandırmalıdır. 
 
-Bu tirana vacibdir. 
 
- Bunu deməyə necə sənin dilin gəlir? Bəs xalq hiddət içində desə ki, yaşa dolmuş oğlun atası hesabına 
dolanmağa haqqı  yoxdur, hətta doğrusu əksinə [olmalıdır] - ata oğul hesabına [dolanmalıdır] və ata oğlu ona 
görə törətməyib və boya-başa çatdırmayıb ki, özü, o böyüyüb boya-başa çatanda öz şəxsi qullarının köləliyi 
altına düşsün və həm oğlunu, həm qullarını, həm cürbəcür tör-töküntünü dolandırsın? Əksinə, madam ki, 
xalq nümayəndəsi özünü belə göstərir, xalq dövlətlilərdən və "möhtərəm" adlananlardan yaxa qurtarmaq 
qərarına gələ bilərdi; indi isə xalq həm ona, həm onun tərəfdarlarına dövlətin hüdudlarını tərk etməyi 
buyurur: belə ata oğlunu onun sərxoş dəstəsilə birlikdə evdən qovur. 
 
- Xalq onda biləcək, Zevsə and içirəm, o nə kimi nacins törətmişdir, hələ üstəlik istəklə böyütmüşdür; o 
yəqin edəcək ki, öz zəif qüvvələri ilə qovmaq istədiyi kəslər nə qədər güclüdür. 
 
- Sən nə deyirsən? Tiran öz atasına zor gəlməyə və o əl çəkməzsə, onu döyməyə cəsarət edəcək?  
 
- Bəli, o silahı öz atasının əlindən alacaq. 
 
- Deməli, tiran ata qatili və qocalar üçün pis ailə başçısıdır; görünür, məlum şeydir ki, tiran hakimiyyətinin 
xüsusiyyəti belədir. Atalar sözündə [deyildiyi] kimi, "tüstüdən qaçmaqla oda düşərsən": eləcə də xalq azad 
adamlara itaətdən zülmkar hakimiyyətə xidmət etməyə gəlib çıxır və özünün hədd-hüdud bilməyən 
azadlığını ən ağır və [ən] acı köləliyə - qullara köləliyə dəyişir. 
 
- Məhz belə də olur. 
 
- Nə edəsən? Şişirtmədən demək olarmı ki, biz tiraniyanın demokratiyadan necə əmələ gəlməsini və onun 
xüsusiyyətlərini kifayət qədər araşdırdıq?  
- Tamamilə kifayətdir. 
 
 
68


557v-569s. 
 
 
* * * 
 
 
Fəsil IV 
 
ARİSTOTEL 
 
Aristotel (eramızdan əvvəl 384-322-ci illər) Staqira şəhərində (Frakiya) makedoniya çarının saray həkiminin 
ailəsində anadan olmuşdur. 367-ci ildə Afinaya yola düşmüş və Platonun şagirdlərindən biri olmuşdur. 20 il 
ərzində, Platonun ölümünədək Akademiyanın üzvü olaraq  qalmışdır. 343-cü ildə makedoniya çarı Filipin 
dəvətilə onun oğlunun, gələcək çar İsgəndərin tərbiyəçisi olmuşdur. İsgəndər çar olanda, Aristotel yenidən 
Afinaya qayıtmış (335-ci ildə) və orada Likey(həmçinin perinatetika məktəbi) adını almış, özünün xüsusi 
fəlsəfi məktəbini yaratmışdır. Özünün çoxsaylı şagirdləri əhatəsində, filosof fəal müəllimlik və elmi işini 
burada inkişaf etdirmişdir. Bu fəaliyyət makedoniyalı İsgəndərin ölümünədək (323-cü il) davam etmiş, sonra 
Afinada makedoniya partiyasının tərəfdarı kimi baxılan Aristotel, bu şəhərdən qaçmağa və Xalkidada 
(Evbeya adası) köçüb oturmağa məcbur olmuşdur, burada da 322-cü ildə vəfat etmişdir. 
 
Aristotel özünün bir sıra əsərlərini hələ platon Akademiyasında yazmışdır, ancaq onlardan yalnız cüzi 
fraqmentlər qalmışdır. Onun Akademiyanı tərk edəndən sonra yazdığı əsərlər bizə gəlib çatmışdır (ehtimal 
ki, onun Likeydə fəaliyyəti dövründə). O dövrün qədim yunanlarının az qala bütün biliklərinin dürüst 
ifadəsini tapmış bu əsərlər, bir neçə qrupa bölünür: 1) məcmuu böyük mütəfəkkirin şərhçiləri tərəfindən 
Orqanon adını almış (yəni alət yaxud metod) məntiqi traktatlar. Buraya "Kateqoriyalar", mühakimə 
nəzəriyyəsinin şərh edildiyi "İzahetmə haqqında", mütəfəkkirin başlıca məntiqi əsəri - "Birinci və ikinci 
analitika", ehtimal bilik nəzəriyyəsini şərh edən "Topika", həmçinin ona yaxın olan  "Sofistik təkzibetmələr 
haqqında" əsəri daxildir; 2) təbiətin və hərəkətin izahı ilə əlaqədar, müxtəlif məsələlərin nəzərdən keçirildiyi 
traktatlar: "Fizika","Əmələ gəlmə və məhv olma haqqında","Səma haqqında", "Səma hadisələri haqqında"  
və s.; 3) bioloji traktatlar:"Ruh haqqında" ,"Heyvanların tarixi","Heyvanların hissələri haqqında" , 
"Heyvanların meydana çıxması haqqında","Heyvanların hərəkəti haqqında"  və s.; 4)Aristotelin özünün 
adlandırdığı kimi "Əsas fəlsəfə" haqqında əsərlər. Eramızdan əvvəl I əsrdə bu əsərləri nəşr edən zaman 
onların naşiri və redaktoru Andronik Rodosslu onları "Metafizika" adlandırmışdır (hərfən "fizikadan sonra 
gələn əsərlər" deməkdir); 5) etika üzrə əsərlər; 6) ictimai-siyasi və tarixi əsərlər, onlardan ən mühümü olan - 
"Siyasət" və 7) incəsənət, poeziya və ritorika haqqında əsərlər, onlardan ən mühümü  - "Poetika" (yaxud 
Poeziya sənəti haqqında) əsəridir. 
 
 
 
METAFİZİKA 
 
Dördüncü kitab,  
 
Birinci fəsil 
 
Özlüyündə mövcudluğu və öz-özlüyündə ona xas olanı öyrənən bir elm  var.  Bu elm, xüsusi elmlər adlanan 
elmlərdən heç biri  ilə eyni deyil, çünki digər elmlərdən heç biri özlüyündə mövcudluğun ümumi təbiətini 
öyrənmir,    onun müəyyən bir hissəsini özünə ayıraraq, bu hissəyə xas olanını öyrənir,    məsələn, riyazi 
elmlər kimi. Biz isə əsaslar və ali səbəblər axtardığımızdan, aydındır ki, onlar nə isə bir öz-özünə  əslin 
(physeos tinos kath" hauten) əsasları və səbəbləri olmalıdırlar. Əgər, şeylərin elementlərini axtaranlar, bu 
əsasları da axtarsalar, onda onların axtardıqları elementlər də nə isə bir təsadüfi (1) mövcudluğun deyil, 
özlüyündə mövcudluğun elementləri olmalıdır. Bunun üçün isə bizə də özlüyündə mövcudluğun ilkin 
səbəblərini başa düşmək lazımdır. 
 
 
İkinci fəsil 
 
 
69


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə