QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə168/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   184

 

373


Onların orta mövcudiyyəti 11 gün, maksimum isə 18 gün təşkil edir. Belə tropik tsiklonlarda müşahidə olunan 

minimal təzyiq geniş  tərəddüdə malik olur (885 qPa-dan 980 qPa-ya qədər), lakin onlar Rusiya ərazisinə 

çıxdıqda mərkəzlərində təzyiq 960-1006 qPa-ya qədər yüksəlir. Sutka ərzində maksimal yağıntıların cəmi 400 

mm-ə, küləyin sürəti işə 20-35 m/san-yə çatır.  

Uzaq Şərqin mülayim enliklərinə tayfunların çıxma vaxtı iyuldan başlayaraq, sentyabr daxil olmaqla davam 

edir. May, iyun və oktyabr aylarında Yapon dənizində tropik tsiklonlar nadir hallarda peyda olur və ya müşahidə 

edilmir.  

Son illər bir neçə yadda qalan qeyri adi dağıdıcı tropik tsiklonların olması ilə əlamətdardır. Onların arasında 

1992-ci ildə Floridada baş verən  «Endryu»  qısırğasını göstərmək olar. Əvvəlcədən qasırğanın olacağı haqda 

vaxtında verilən xəbərdarlığa görə  cəmi 65 adam həlak oldu. Lakin «Endryu» 60000 ev və digər tikintiləri 

dağıtdı və 30 mlrd. dollar ziyan vurdu. 

Altı il keçdikdən sonra (1998-ci il 22 sentyabr) Mərkəzi Amerikada «Corc» qasırğası zamanı küləyin sürəti 

saatda 200 milə çatırdı. Qasırğa 4000 adamın həyatına son qoydu, Salvador və Nikaraqua dövlətlərinə 10 mlrd. 

doll. ziyan vurdu.  

1999-cu il dekabrın ortalarında Venesuelanı darmadağın edən güclü daşqınlar və sürüşmələr, 20000 adamın 

ölümünə səbəb oldu, iqtisadi ziyanın miqdarı 15 mlrd. təşkil etdi. 

1999-cu il sentyabrın sonunda «Bart» tayfunu sıx əhalisi olan Kyusyu şəhərində 26 adamın həyatına son 

qoydu, ölkəyə 5 mldr. maddi ziyan vurdu.  

Şimal yarımkürəsində qış qasırğaları da dağıdıcı xarakter daşıyır. Stiven Lambert «jurnal of Geophysikal 

Reslarch» məqaləsində bu yarımkürədə XX əsrdə güclü qış qasırğalarını təhlil etmişdir: 1920-1970-ci illər arası 

40-a qədər qış qasırğası baş verimşdir. Sonralar temperaturun yüksəlməsi ilə əlaqədar olaraq qasırğaların tez-tez 

baş verməsi müşahidə edildi, 1985-ci ildən başlayaraq şimal yarımkürəsində ildə 80-ə qədər qasırğa hadisəsi baş 

verir. Son onillikdə  Qərbi Avropada çoxlu saylı misli görünməmiş dağıdıcı güclü qasırğalar baş vermişdir. 

1999-cu ilin qışında Qərbi Avropada üç qeyri-adi dəhşətli qasırğa olmuşdur: «Anatol», «Martın» və «Lotar». Bu 

qasırğalar 150 insanın ölümünə səbəb olaraq 10,3 mlrd. dollar maddi ziyan vurmuşdur. Dekabrın 26-sı milad 

bayramı günü «Lotar» qasırğası Fransa, Almaniya və İsveçrəyə 7,5 mlrd. dollar ziyan yetirdi.  

2001-ci ildə Primorsk ölkəsində havaya heç bir tayfun bilavasitə təsir göstərmədi, lakin 2000-ci ildə dörd 

dəfə baş verdi: «KAİ-TAK», «SAOMAİ», «PROPİROON» və «BOLAVEN». Sonuncu tayfun daha dağıdıcı 

oldu: 116 yaşayış məntəqəsini su basdı, 190 körpü və 2000 km-ə qədər avtomobil yolu sıradan çıxdı. İqtisadi 

zərər 800 mln. rubldan artıq oldu.  

Aşağıda qasırğaların xronikası göstərilir:   

Kalkutta, 1737-ci ildə. 300000 adam həlak oldu.  

-  Vest-Hind adaları (Atlantik okeanında). Böyük qasırğa, 1780-ci il. ABŞ. 6000 adamın həyatına son 

qoyuldu.  

Qonkonq, 1906-cı il. 10000 adam öldü.  

-  Qalveston, 1900-cu il. ABŞ-ın tarixində  ən məhvedici qasırğa. 4-5 metrlik fırtına dalğaları Qalveston 

adalarını bütövlüklə örtdü, 8000 insan həlak oldu.  

Mayami böyük qasırğası. 1926-cı il, 900 adam həlak olmuş, iqtisadi nəticəsinə görə ən dağıdıcı sayılır. 80 

mlrd. dollar ziyan dəymişdir.    

Santo-Dominqo qasırğası, 1930-cu il. Dominikan Respublikası, 4 saat ərzində 4000 adamın həyatına son 

qoydu, 5000 adam yaralandı, 9600 bina dağıldı.  

-  Flora qasırğası. Kuba, Haiti, 10 sutka ərzində 7200 adam həlak oldu. Qasırğa bir neçə  dəfə Kubanı 

müxtəlif istiqamətlərdə kəsib keçdi. Kofe plantasiyalarının məhsulunun 90%-ni məhv etdi.  

Banqladeş qasırğası (tsiklonu). 1970-ci il. Fırtına dalğalarından 300000-dən artıq insan həlak oldu.   

«Fifi», Qonduras. 8000 adam həlak oldu.  

«Ayk», Filippin. 1,1 mln. adam evsiz qaldı, 1363 adam öldü.   

«Endryu» qasırğası. ABŞ. Tarixdə ən çox ziyan vurmuş 26,5 mlrd. dollara başa gəlmişdir.   

«Mitç» qasırğası. Mərkəzi Amerika, Atlantikanın ən məhvedici qasırğası, 11000 adam həlak olmuşdur.  

«Qorki» tropik tsiklonu. Banqladeş, 1991-ci il. 138 min adam həlak olmuş və itkin düşmüşdür.  

23 sentyabr 2005-ci ildə başlanan «Rita» qasırğası sentyabrın 24-də Amerika sahillərinə (Texas ştatı), 190 

km/saat sürətilə külək əsib (qasırğa 19 ştatı əhatə edib), daşqınlar baş verib, minlərlə adam təxliyə (evakuasiya) 

olunmuşdur.  

Karib qasırğalarının xronikası  

«Janne» (kateqoriya 1), 16 sentyabr, 2004. Şərq sahil. Samana və Puerto-Plato 




 

374


«Corc» (kateqoriya 3), 22 sentyabr, 1998. Santo-Dominqo və La Romana, cənub-şərq sahil.  

«Qortenziya» (kateqoriya 3) 10 sentyabr, 1996. Punta-Kanıdan Somanıya qədər. Şərq sahil. 130 km/saat. 

«Emeli» (kateqoriya 4). 22 sentyabr 1987. Bani, cənub-qərb sahil, küləyin sürəti 220 km/saat. 

«David» (kateqoriya 4), 31 avqust 1979. Santo-Dominqo və cənub sahil.  

«Beula» (kateqoriya 4), 10-11 sentyabr 1967. Baraonanın qərb hissəsi. Küləyin sürəti 225 km/saat. 

«İnes» (kateqoriya 4), 29 sentyabr 1996. Baraonanın qərb hissəsi. Külyin sürəti 240 km/saat.  



«Edis» (kateqoriya 2), 26-27 sentyabr 1963. La Romana, cənub sahil, küləyin sürəti 160 km/saat. 

«Kati» (kateqoriya 1), 16 oktyabr 1955. Baraonanın qərb hissəsi. Küləyin sürəti 125 km/saat.    

«San - Zenon» (kateqoriya 4-5), 3 sentyabr 1930. Santo-Dominqo, mərkəzi hissəsi.  

Lils. 21 sentyabr 1894. Santo-Dominqoda ilk dəfə qeydə alınan qasırğa.    

 

23.8. LEYSAN YAĞIŞLARI, DOLU  

Leysan yağışları dedikdə, topa yağış buludlarından sutka ərzində 15-20 mm-dən artıq iri yağış damlaları 

(diametri 7 mm-ə qədər) şəklində yüksək intensivlikdə düşən yağıntılar nəzərdə tutulur.  

Dünyada ən güclü leysan Vunionvilldə (ABŞ) 1956-cı ilin iyulun 4-də qeydə alınmış, dəqiqədə 31,2 mm 

yağıntı düşmüşdür. Havay adalarında yağıntı (1913-cü il) dəqiqədə 21 mm təşkil etmişdir. 1860-1861-ci ildə 

Çerapunçidə (Hindistan) il ərzində 26461 mm yağıntı düşmüşdür.  

Respublikamızda leysan yağışları  ən çox Böyük Qafqazın cənub yamacında təkrarlanır. Maksimal 

yağıntılar Əlibəy meteor. stansiyasında dəqiqədə 10,7 mm (10-17 iyun 1959-cu il), Damarçik (Kişçayın qolu) 

stansiyasında 6,50 mm (30 iyun 1953-cü ildə), Qəbələdə – 6 mm (22 iyun 1959-cu ildə) qeydə alınmışdır. 

Cənub yamacda leysan yağışları əsasən yaz və payızda (bəzən yayda) aprel və oktyabr aylarında günün ikinci 

yarısında, axşam, bəzən isə gecə saatlarında müşahidə edilir. Yağıntı yaradan proseslər qərbdən hərəkət etdikdə 

şiddətli leysanlar Şəki-Zaqatala, şərqdən qərbə hərəkət etdikdə isə Oğuz-İsmayıllı-Şamaxı bölgəsində baş verir. 

Leysan yağışların intensivliyi dəniz səviyyəsindən 600-1200 m yüksəklikdə dəqiqədə 4,0-6,0 mm, 1700-2000 

m-də 9,0-11,0 mm-ə çatır.  İl  ərzində  şiddətli leysanlar ən çox Zaqatala, Qax, Şəki, Qəbələ rayonlarında (4-8 

dəfə),  ən az isə  Şamaxıda qeydə alınmışdır.  Şiddətli leysan yağışları  həmçinin  Şuşa-Laçın, Kəlbəcər-İstisu, 

Lənkəran zonalarında da baş verir. Respublikanın düzən rayonlarında, Abşeronda və Naxçıvan MR-də tək-tək 

hallarda leysanların intensivliyi dəqiqədə 2-4 mm müşahidə edilir (Cabbarov M.A., 1978).  

Leysan yağışları güclü torpaq eroziya prosesinə, sürüşmələrə, uçqunlara, sellərə, daşqınlara səbəb olur. 

Yolları, kommunikasiya sistemlərini yararsız hala salır, şəhər nəqliyyatının normal fəaliyyətini pozur, yollarda 

tıxaclar əmələ gətirir. Kanalizasiya qurğuları yağış sularını tam ötürə bilmir, gətirilmiş zibil və s. asılı material-

lar kanalizasiya qurğularını müvəqqəti sıradan çıxarır, yaşayış evlərinin zirzəmiləri, yağış suları ilə dolur. Bakı 

şəhərində belə hallar hər 3-5 ildən bir-iki dəfə təkrar olunur. 2002-xi il mayın 14-də Masallıda,mayın 25-də Sa-

birabadda, iyulun 6-7-də Qusar, Xaçmaz. Quba və Dəvəçidə, iyunun 30-da və iyulun 1-də Zaqatalada, noyabrın 

9-10-da Lənkəranda baş vermiş leysan yağışlar bu rayonların təsərrüfatlarına külli miqdarda zərər vurmuş

dağıntılara səbəb olmuşdur (Babaxanov, Paşayev, 2004).  

Külli miqdar yağıntılar Bakı şəhərində də müşahidə olunur. Məsələn, 25 dekabr 2005-ci il gecə başlayan 

yağış 26 dekabrda da bütün günü davam etdi, yollarda gölməçələr, palçıq yığınları əmələ gəldi, Badamdar yo-

lunda sürüşmə baş verdi, şəhərdə  nəqliyyatın iş rejimi pozularaq iflic vəziyyət  yarandı, avtomobillərin qəza 

hadisələri çoxaldı.  

Dolu. İlin isti dövründə topa yağış buludlarından dənə-dənə buz halında düşən yağıntıya dolu deyilir. Dolu-

nun ölçüsü adətən 5-55 mm-ə qədər, bəzən daha çox olur. Diametri 130 mm, kütləsi 1 kq olan dolular da olur. 

İri ölçülü dolular ən çox tropik enliklərdə düşür. Məsələn, Hindistanda kütləsi bir neçə kq olan dolu dənələri 

müşahidə olunur. Orta enliklərdə dolunun kütləsi 1 kq-dan artıq olmur.  

Dolunun düşmə müddəti geniş miqyasda dəyişərək, bir neçə saniyədən bir saata qədər davam edə bilər, 

adətən dolu 3-5 dəqiqə müddətində düşür və zolaqlar şəklində müşahidə olunur. Bu zolaqların eni 1-2 km, 

uzunluğu 10-20 km-ə çatır. Bəzən dolu düşən zolağın eni 10 km, uzunluğu 400 km-ə çatır.  

Azərbaycan  ərazisində ilin isti dövrlərində çox vaxt leysan yağışları ilə  bərabər dolu yağır. Respublika 

ərazisinin relyef quruluşu və dənizin təsir məsafəsindən asılı olaraq dolu düşməsi qeyri-bərabər paylanmışdır.  

A.A.Mədətzadə (1957) Azərbaycanda dolu düşməsinin yayılması  və  təkrarlanmasına görə 

rayonlaşdırılmasını aşağıdakı kimi göstərir: 

1. Kiçik Qafqazın  şimal hissəsində ildə dağlarda 4-7, dağətəyində 2-3 gün, düzənliklərdə dolunun 

təkrarlanması ildə bir gündən artıq olmur.    



2. Kiçik Qafqazın  şərq hissəsində doludüşmə yüksək dağlıq (2000 m-dən yüksək)  ərazilərində ildə 6-8 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə