Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə28/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   72

69 
 
əməliyatında  onların  dəyişirikliyə  uğramasının  müəyyənləşdirilməsi  diaqnostika-
sında və s istifadə olunurlar.  
Biokimya  laboratoriyalarında  fermentlər  bəzi  göstəricilərin  (qlükoza,  süd 
turşusu,  piroüzüm  turşusu,  ATF,  ADF,  AMF  və  s)  bioloji  materiallarda  (qan, 
toxuma və s.) təyinində işlədilir. 
Mikrobiologiyanın  və  biotexnologiyanın  nəaliyyətləri  bakteriya  və  köbələk 
mənşəli  fermentlərdən  heyvanların  yemləri  mənimsənilməsini  artırmaq  məqsədilə 
istifadəsi  get-gedə  genişlənir.  Kompleks  ferment  preparatlarının  tətbiqi  yemlərdə 
selluloza  və  hemisellulozanın  da  heyvan  orqanizmində  mənimsənilməsinə  şərait 
yaradır. 
Ferment  preparatların  saxlanılması  nəticəsində  onların  istifadəsi  çətinləşir. 
Tətbiqi  enzimologiyanın  nəaliyyətləri  nəticəsində  immobilləşdirilmiş  fermentlər-
süni  ferment  qrupları  yaradılmışdır.  Bu  cür  immobilləşdirilmiş  fermentdə  hər  bir 
ferment  süni  surətdə  həll  olmayan  daşıyıcı  ilə  birləşir.  Daşıyıçı  kimi  üzvi 
(sellüloza,  dekstrin,  aqaroza,  xıtın,  keratin,  fibroin,  kollagen)  həm  də  qeyri-üzvi 
(şüşə, gil, keramika, silikogel, metal oksidləri və s) maddələrdən istifadə olunur. 
Son zamanlar biotexnoloji üsul ilə immobilləşdirilmiş fermentlər istehsalına 
başlanmışdır.  Bu  cür  immeilləşdirilmiş  fermentdə  hər  bir  ferment  öz  aktivliyini 
saxlayır. 
Gələcəkdə  fermentativ reaksiyaların  mexanizminin tam açılması reaksiyala-
rın  sürətlə  getməsini  100%  çıxıma  nail  olmasını,  canlı  orqanizmdə  bir  çox 
xəstəliklərin vaxtında diaqnostikasını və müalicəsini təmin edəcəkdir. 
 
 
ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
 2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan     
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
 3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.  
 4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
 5.  Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
 6.  Северин  Е.  С.,  Алейникова  Т.  Л.,  Осипов  Е.  В.  Биохимия.  -  Москва. 
Медицина. 2003. 
 7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
 
Qida kimyasından mühazirələr. 


70 
 
MƏRUZƏÇİ:dos.Həşimov Xalıq Məmməd oğlu 
MÖVZU 7. VİTAMİNLƏR VƏ KOFERMENTLƏR, TƏSNİFATI. YAĞDA VƏ  
                    SUDA HƏLL OLAN VİTAMİNLƏR. ANTİVİTAMİNLƏR 
 
 
P L A N  
 
 
1. Vitaminlər və kofermentlər haqqında ümumi məlumat 
2. Vitaminlərin təsnifatı və nomenklaturası, təyin edilmə üsulları 
3. Yağda həll olan (A, D, E, K, F, Q) vitaminlər, tərkibi, bioloji rolu 
4. Suda həll olan (B qrupu vitaminləri, C vitamini) vitaminlər, tərkibi, bioloji rolu 
5. Antivitaminlər, tərkibi, bioloji rolu 
 
 
 
 
 
1.  Vitaminlər  və  kofermentlər  haqqında  ümumi  məlumat:  Vitaminlər  
hüceyrənin normal həyat fəaliyyəti üçün lazım olan ən vacib bioüzvi maddələrdir. 
 
 


71 
 
Onlar  qidanın  əvəzolunmaz  komponentləridir.  Vitaminlərin  çoxusu  insan  və 
heyvan  orqanizmində  sintez  olunmurlar.  Bitkilərdə  və  mikroorqanizmlərdə  amin-
turşulardan  (triptofan,  β-alanin,  valin,  serin  və  s.),  karbohidratlardan  (qlükoza, 
qalaktoza  və  s.)  və  qeyri-üzvi  birləşmələrdən  sintez  olunurlar.  Vitaminlər  bir  çox 
fermentlərin  tərkibinə  daxildir,  bioloji  katalizdə  mühüm  rol  oynayır.  Onlar 
orqanizmdə  fermentlərin  zülal  olmayan  hissələrinin-koferment  və  prostetik 
qruplarının  qurulmasında  iştirak  edir.  Onlar  bitkilərin,  heyvanların  və  insanların 
boy və inkişafında da mühüm rol oynayır. 
 
Vitaminlərin  mübadiləsi  (biosintezi, parçalanması) bitkilərin  və  heyvanların 
orqanlarında  müxtəlif  intensivlikdə  getməklə  onların  yaşından,  xarici  mühit 
amillərindən  (günün  uzunluğu,  temperatur,  havanın  rütubəti,  təzyiq,  şüalanma  və 
s.) və onların orqanizmindən  də asılıdır.  
Viataminləri  öyrənən  elm  sahəsi  vitaminologiya  adlanır.  Hazırda  50-yə 
qədər  vitamin  müəyyən  edilmişdir.  Onların  əksəriyyəti  bitkilərdən  süni  surətdə 
sintez üsulu ilə alınmışdır.     
Struktur və funksyaları yaxşı öyrənilmiş vitaminlərdən əlavə vitaminəbənzər 
maddələr  də  mövcuddur.  Onların  bioloji  rolu  hələlik  yaxşı  tədqiq  edilməmişdir. 
Belə  maddələrə  xolin,  inozit,  linol  turşusu,  I-vitamini  (S-metilmetionin),  B
15
-
vitamini  (panqam  turşusu),  orot  turşusu,  ubixinon,  paraaminbenzoy  turşusu, 
karnitin,  linol,  linolein,  araxidon  turşuları  aiddir.  Müəyyən  edilmişdir  ki,  onların 
qidada çatışmazlığı bir sıra xəstəliklərin yaranmasına şərait yaradır. 
2.  Vitaminlərin  təsnifatı  və  nomenklaturası,  təyin  edilmə  üsulları
Vitaminlərin öyrənilməsi 1880-ci ildə N. İ. Lunin tərəfindən başlanmış və ilk dəfə 
1911-ci  ildə  K.  Funk  tərəfindən  düyünün  kəpəyində  müəyyən  edilmişdir.  Hələ 
qədim  zamanlarda  insanlar  arasında  bir  sıra  kütləvi  xəstəliklər  (sınqa,  beri-beri, 
pellaqra  və  s.)  yayılmışdır.  Beri-beri  xəstəliyi  haqqında  məlumatı  qədim  Çin, 
Yunan  və  Hind  həkimlərinin əsərlərində təsadüf olunur. 1912-ci  ildə polyak alimi 
K.  Funk  düyü  kəpəyindən  alınan  və  beri-beri  xəstəliyində  işlədilən  kristal 
maddənin  tərkibində  amin  (─NH
2
)  qrupunun  olmasını  müəyyən  etmişdir  və  bu 
maddəyə  vitamin (latınca  vita-həyat,  vitamin-həyat amili) adı  verməyi təklif etdi.. 
Sonralar  məlum  oldu  ki,  düyü  kəpəyindən  alınmış  kristal  maddə  də  müxtəlif 
birləşmələrin  qarışığından  ibarətdir.  Sonralar  qida  ilə  qəbul  edilən,  həyat  üçün 
zəruri olan və orqanizm tərəfindən energetik maddə kimi istifadə edilməyən bioloji 
aktiv  maddələr  vitaminlər  adı  altında  birləşdirildi.  Sonralar  aydın  olmuşdur  ki, 
tərkibində  amin  qrupu  olmayan  vitaminlər  də  (askorbin  turşusu,  tokoferol, 
pridoksin və s.) vardır.  
Vitaminlər latın hərfləri ilə adlandırılır. A, B, C, D, E, K vitaminləri və s.  


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə