Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə31/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   72

76 
 
K  vitaminləri  üzvi  həlledicilərdə  yaxşı  həll  olur.  O  bir  neçə  formada  olur. 
Onlardan K
1
 və K
2
 vitaminləri əsasdır. K
1
 vitamini-nə α─filloxinon, K
2
 vitamininə 
isə farnoxinon da deyilir. 
K
1
 vitamininin tərkibi aşağıdakı kimidir: 
 
 
 
Bunun  kimyəvi  adı  2-metil-3-fitil-1,4-naftoxinondur.  Bu  1940-cı  ildə 
sintetik yolla da alınmışdır. 
K vitamini naftaxinon qrupuna aiddir. Bunun bioloji fəallığında nüvəsi əsas 
rol oynayır, yan zəncir isə az əhəmiyyətlidir. 
K vitaminləri orqanizmdə parçalanaraq 2-metil-1,4-naftoinona da çevrilir ki, 
bu da zəif də olsa, fəallığa malikdir. Bu, K

vitamini də adlanır.
 
K  vitamininin  çatışmazlığına  quşlar,  xüsusən  cavanlar  çox  həssasdır.  O, 
bitgilərdə  ən  çox  qara  yoncada,  kələmdə,  ispanaqda,  yerkökündə,  gicitgəndə  və 
qarğıdalının saçağında olur. 
Təbabətdə  və  baytarlıqda  ən  çox  K  vitamininin  əvəzedicisi  olan  vikasol  və 
ya metilnaftoxinonun bisulfitli törəməsi işlənir. 
 
 
Bu maddə suda yaxşı həll olur, toksiki təsiri azdır və bilavasitə qana yeridilə 
bilər. 
Vikasoldan qanaxmalarını dayandırmaq üçün də istifadə edilir. 
F vitamini-
 
Linol,  linolen  və araxidon turşuları  F  vitamini  (fat  ingiliscə  yağ 
deməkdir) sayılır. Bunlardan ən fəalı araxidon turşusudur. Vitaminlər ən çox bitki 
yağlarında (qarğıdalı, günəbaxan) olur, insan və heyvanlarda sintez olunmur. Qeyd 
edilən turşular suda həll olmur, lakin üzvi həlledicilərdə yaxşı həll olur və yüksək 
bioloji  fəal  maddələrdir.  Plastik  funksiya  daşıyır.  Bu  turşuların  bəzilərindən  bir 
qrup prostaqlandinlər əmələ gəlir. 
F vitamininin çatışmazlığı siçovullarda tüklərin tökülməsinə, dermatitə, boy 
inkişafının  dayanmasına  səbəb  olur.  Ağır  formada  insanda  damarlarda  skleroz, 
hiperxolesterinemiya müşahidə edilir, yolxucu xəstəliklərə həssaslıq artır. 
K
3
-Vitamini 
Vikasol 
CO 
CO 
  ─
CH
3
 
  ─
CH
3
 
OH        SO
3
Na 
 
      C
 
CO 
                      CH
3
            CH
3                  
CH
3    
             CH
3
        
                      

                  

                  

                      

 

CH
2
─ ═
CH C─
(CH
2
)
3

C─
(CH
2
)
3
─ ─
CH (CH
2
)
3
─ ─
CH CH

                                                                  
O
 
 
CO 
  ─
CH
3
 


77 
 
Kənd  təsərrüfatı  heyvanlarında  F  vitamininin  çatışmazlığı  yaxşı  öyrənilmə-
mişdir, lakin müəyyən edilmişdir ki, süd məhsuldarlığı azalır, cavanların boy inki-
şafı dayanır, nəsl vermə pozulur. 
Q  vitamini-
 
Q  vitamini  yaxud  koferment  (K
o
Q)  adlanır.  Ubixinon  və  ya 
koenzim Q canlı aləmdə çox geniş yayılmış kofermentlərdən biridir. Ona canlıların 
toxuma  və  hüceyrələrində  təsadüf  edilir.  Koenzim  Q  əksəriyyət  etibarilə 
hüceyrələrin  mitoxondrilərində  olur.  O,  toxuma  tənəffüsü  (bioloji  oksidləşmə) 
prosesində  elektronların  membran  dehidrogenazalarından  sitoxrom  sisteminə 
keçirilməsində  iştirak  edir.  Lakin  ona  başqa  ferment  sistemlərində  də  (məsələn, 
qaraciyərin aldehidoksidazasının tərkibində) təsadüf olunur.  
Koenzim  Q-nün  kimyəvi  quruluşunun  əsasını  2,3-dimetoksi-5-metil-1,4-
benzoxinon təşkil edir. Onun yan zənciri müxtəlif miqdarda izoprenoid qalıqların-
dan ibarətdir. 
 
 
 
 
Ubixinon  suda  həll  olmayan  maddədir,  oksidləşmə-reduksiya  qabiliyyətinə 
malikdir.  Bu  vitamin  mitoxondriyaların  daxili  membranlarında  elektron  köçürücü 
zülalların  tərkibinə  daxildir.  Tənəffüs  prosesində  flavoproteidlərdən  (membran 
dehidrogenazalardan)  V  sitoxromdakı  dəmirə  elektronların  köçürülməsində  kofer-
ment  funksiyasını  yerinə  yetirir.  Bu  vitamin  heyvan  məhsullarında  sintez  olunur. 
Ubixinon  bitki  və  heyvan  məhsullarında  vardır.  Heyvan  orqanizmində  ən  çox 
qaraciyərdə olur. 
K
o
Q-əzələ  distfrosiyası  və  ürək  fəaliyyətinin  çatışmazlığı  hallarında  da 
şəfaverici təsir göstərir. 
4.  Suda  həll  olan  (B  qrupu  vitaminləri,  C  vitamini)  vitaminlər,  tərkibi, 
bioloji roluB
1
 vitamini (və ya tiamin) rəngsiz, acı kristalik maddədir, suda yaxşı 
həll olur, temperatur və turş mühitdə davamlıdır. Zəif qələvi mühitdə  tez pozulur. 
Tərkibində  həm  kükürd,  həm  də  amin  qrupu  olduğuna  görə  B
1
-vitamininə  tiamin 
də  deyilir.  Tiamin  (və  ya  anevrin)  primidin  nüvəsi  ilə  tiazol  halqasından  əmələ 
gəlmişdir.  Bu  vitaminin  kimyəvi  quruluşu  Vilyams  və  Vandaus  tərəfindən 
aydınlaşdırılmışdır. 
B
1
 vitamini tiaminxlorid formada turş mühitdə mövcuddur.  
Neytral  və  qələvi  mühitdə  bu  quruluş  dəyişir,  tiamin  molekulunda  sərbəst 
aldehid  və  sulfhidril  qrupları  yaranır.  Bu  vitamin  insan  və  heyvanların 
orqanizmində tiamin pirofosfst formasındadır, sərbəst şəkildə olmur. 
Ubixinon (koenzim Q) 


                      CH
3
 
                      │
 

(CH
2
─ ═ ─
CH C CH
2
)
n
 
  H
3
CO─
 
  H
3
CO─
 
  ─
CH
3
 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə