Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə33/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   72

80 
 
cuların tələbi ödənilmir.  
Heyvan  toxumalarında  pantoten  turşusunu  parçalayan  fermentlərə  təsadüf 
edilməmişdir. O orqanizmdən sidiklə xaric olunur. 
Atın  yeminin  hər  kiloqramında  3,2  mq,  cücələrinkində  isə  9  mq  pantoten 
turşusu olduqda onların orqanizminin tələbi ödənilir.  
Pantoten turşusu ən çox bitkilərin yaşıl hissəsində, yarpaqlarda və mayalarda 
olur.  Bundan  başqa,  düyü  kəpəyində  (1,5  –  2  mq%),  buğdada  (1  mq%),  buğda 
kəpəyində (2,5  mq%), kartofda, kələmdə  (0,4  mq%), otda (1,2  mq%), dənli  bitki-
lərin qabığında mövcuddur. Bu vitaminə qaraciyərdə, ətdə, yumurtada və süddə də 
çox rast gəlinir.  
B
5
  vitamini  (və  ya  PP)-  Bu  vitamin  nikotin  turşusu  və  onun  amidindən 
ibarətdir.  
B
5
 vitamini, yaxud niasin, su və spirtdə yaxşı həll olan, zəif turş dada malik, 
temperatura davamlı, ağ kristallik maddədir.  
 
 
 
 
 
Nikotin  turşusu  236
0
C-də,  nikotinamid  isə  129
0
С-də  əriyir.  Bu  vitamin 
nikotinamid  formada  oksidoreduktaza  fermentlərində  koferment:  nikotinamidade-
nindinukleotid  (NAD)  və  nikiotinamid-adenindinukleotidfosfat  (NAOF)  funksya-
sını  yerinə  yetirir,  yəni  anaerob  dehidrogenazanın  tərkibində  olur,  bioloji 
oksidləşmə  reaksiyalarını  sürətləndirir,  karbohidratların  və  yağ  turşularının, 
fosfatidlərin parçalanmasında iştirak edir. PP vitamini donuzda, itdə, quşlarda və s. 
heyvanlarda  triptofandan  da  əmələ  gəlir.  Nikotin  turşusunun  biosintezi  kövşəyən 
heyvanların işkənbəsində və cücələrin bağırsağında daha intensiv gedir. 
B
5
  vitamini  çatışmadıqda  insanlarda  pellaqra  xəstəliyi  əmələ  gəlir.  Bu  da 
dərinin  açıq  yerlərində  (sifətdə,  əllərdə,  ayaqlarda)  simmetrik  yaraların  əmələ 
gəlməsi  və  sinir  pozğunluqları  (qısa  müddətli  huşsuzluq-demensiya)  ilə  xarakter-
lənir. Bu xəstəliyə körpə və yaşlı donuzlar, ev quşları daha çox həssasdır.  
Ərzaq məhsullarında nikotin turşusu olmadıqda toxuma tənəffüsündə iştirak 
edən  bir  sıra  fermentlərin  sintezi  pozulur.  Bu  vitamin  karbohidrat  mübadiləsində 
iştirak  edir.  Bundan  əlavə  nikotin  turşusu  azot  mübadiləsinə,  qanda  xolesterinin 
miqdarına,  yağ  turşularının  sintezinə  təsir  göstərir.  Bu  vitamin  qan  yaranmada 
iştirak edir.  
Bu  vitamin  dənli  bitkilərin  toxumunda,  qabıq  hissəsində  çoxdur.  Buğdanın 
qabığında 15-30 mq %dənində isə 5-7 mq %, noxudda 2 mq %, kartofda 1 mq % 
PP vitamini vardır. 


COOH 
Nikotinamid 
Nikotin turşusu 

CONH




81 
 
Bu vitamin yabanı bitkilərdən yemlikdə 3,1 mq %, yolotunun tərkibində isə 
1,4  mq  %  olur.  Heyvan  məhsullarından  PP  vitamini  qaraciyərdə,    böyrəklərdə  və 
ətdə də çoxdur. 
B
12 
vitamini-  B
12
  vitamini  və  ya  siankobalamin  porfirinə  yaxın  mürəkkəb 
maddə olub, tərkibində ribozanın qalığı, üzvi fosfor, sian (CN-) qrupu və metilləş-
miş  benzimidazol  halqası  vardır.  B
12
  vitamininin  tərkibində  kobalt  da  olur.  Onun 
tərkibi (C
63 
H
90 
N
14 
PCo
0
) və quruluşu tam öyrənilib sintez olunmuşdur. 
Gövşəyən  heyvanların  mədəsində  saprofit  halda  yaşayan  bəzi  bakteriyalar 
B
12
 vitaminini sintez edir. Belə heyvanların qidasında kifayət qədər kobalt olduqda 
onları  B
12
  vitamininə  qarşı  təlabatları  bakteriyaların  fəaliyyəti  sayəsində  ödənilir. 
Torpağında  kobalt  olmayan  otlaq  sahələrində  qidalanan  heyvanlarda  B
12
 
vitamininin  çatışmazlığı  hallarına  tez-tez  təsadüf  edilir.  Çünki  belə  heyvanlar  B
12
 
vitaminini  sintez  edən  bakteriyaların  fəaliyyəti  üçün  lazım  gələn  kobaltla  təmin 
edilmir.  İnsanların  bağırsaqlarında  B
12
  vitaminini  sintez  edən  bakteriyalara  rast 
gəlinir, ancaq onlar təlabatı ödəmir.  
Siankobalamin iynəvari-yaqutu-qırmızı rəngli, iysiz, dadsız kristal maddədir. 
Suda  məhlulu açıq-yasəmən  rəngdədir. Bu vitamin suda  yaxşı  həll olur, kristalları 
300
0
C-də  əriyir,  benzolda,  efirdə,  asetonda  və  xloroformda  həll  olmur.  İşıqda 
fəallığını  itirir,  amma  qaranlıqda  uzun  müddət  qalır.  Optik  fəaldır.  B
12
  –  vitami-
ninin  bəzi  törəmələri  bir  sıra  ferment  sistemlərinin  fəaliyyətində  koferment 
(kobamid kofermentləri) şəklində iştirak edir. 
C vitaminiC vitamini ilk dəfə İ. Drummod (1919) bitki şirəsindən almışdır. 
1923-cü  ildə  Sent-Dyerdi  və  S.  Zilve  C  vitamini  ilə  güclü  reduksiyaedici 
qabiliyyətinə  malik  olan  heksuron  turşularının  xassələri  arasında  ümumi  cəhətlər 
olduğunu  aşkara  çıxarmışdır.  1931-ci  ildə  N.  A.  Bessonov  kələm  şirəsində  C 
vitamininin  kristallik  preparatını  əldə  etmişdir.  1933-cü  ildə  A.  Reyx-şteyn  C 
vitaminini sintetik yolla əldə etmişdir.  
Aksorbin  turşusundan  bir  molekul  hidrogen  çıxarıldıqda  dehidroaskorbin 
turşusu  alınır.  Sonuncuya  hidrogen  birləşdikdə  isə  əksinə  askorbin  turşusuna 
çevrilir. Dehidroaskorbin turşusu diketoqulon turşusunun laktonudur. 
C  vitamini  suda  və  spirtdə  yaxşı  həllolan,  turş  dadlı,  rəngsiz,  davamsız 
kristal  birləşmədir.  192
0
C  temperaturda  əriyir,  oksidləşdiricilərin  təsirindən  tez 
pozulur, havada asan oksidləşir.  
Askorbin turşusu orqanizmdə əsasən oksidləşmiş, yaxud zülallarla birləşmiş 
formada askorbigen halında olur. 
 
 
 
C

CH
2
─ ─
O C
6
H
7
O

 
NH 
 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə