Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə34/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   72

82 
 
C  vitamininin  əsas  funksiyalarından  biri  kallagenin  sintezində  iştirak 
etməsidir.  Kollagendə  damarların  endotelisinin,  birləşdirici  toxumanın,  qığırdaq-
ların, sümük toxumasının tərkib hissəsidir. 
Askorbin  turşusu  qaraciyərdə  toksinləri  (difteriya,  vərəm,  dizenteriya  və  s.) 
zərərsizləşdirir.    Nuklein  turşularının,  zülalların,  karbohidratların  mübadilsində 
iştirak  edir,  bağırsaqda  dəmirin  sorulmasına  şərait  yaradır,  yoluxucu  xəstəliklərə 
qarşı  orqanizmin  müqavimətini  artırır.  Bu  vitamin  bir  sıra  fermentlərin:  arginaza-
nın,  amilazanın,  katepsinlərin  fəallığını  yüksəldir,  kortikosteroidlərin  əmələ 
gəlməsində iştirak edir, piridin nukleotidlərinin (xüsusən HADF-n) sintezini artırır. 
Son zamanlar müəyyən edilmişdir ki, C vitamini bir sıra tioqlikozidlərin hidrolizini 
sürətləndirən fementlərin fəal qrupunu yaradır.  
C vitamini çatışmadıqda insanda, meymunlarda sınqa və ya skorbut xəstəliyi 
baş verir. Bu xəstəlik insanlara hələ XVI əsrdə bəlli idi. Lakin səbəbini bilmirdilər. 
Xəstəlik  ağız  boşluğunda  yaraların  əmələ  gəlməsi,  dişlərin  laxlayıb  tökülməsi, 
dərialtında  nöqtəvarı  qan  sağıntılarının  olması  ilə  xarekterlənir.  Ürək  sahəsində 
ağrılar olur, tənginəfəslik müşahidə edilir. 
Kənd  təsərrüfatı  heyvanları  karbohidratlardan  C  vitamini  sintez  etmək 
qabiliyyətinə malikdir və ona ehtiyacları postnatal dövrün ilk günlərində olur. 
C  vitamini  D-qlükuron  turşusunun  laktonundan  sintez  olunur.  Bu  prosesdə 
iştirak  edən  fermentlərdə  (qlükuronreduktaza,  qulonoksidaza  və  s.)  müəyyən 
edilmişdir. Onlar heyvanların qaraciyərində mikrosomlarda vardır.  
Kənd  təsərüfatı  heyvanlarının  orqanizmində  C  vitamini  ən  çox  böyrəküstü 
vəzlərdə, ağciyərdə, dalaqda, hipovizdə, qaraciyərdə  və s. olur. C  vitamini  ilə süd 
də  zəngindir,  lakin  əzələlərdə  azdır.  Bu  vitamin  bitkilərin  yaşıl  hissəsində, 
tərəvəzlərdə  də  çoxdur.  İtburnu  meyvəsində  100-400  mq%,  limonda  40-60  mq% 
askorbin  turşusu  vardır.  Bu  vitaminin  miqdarı  bəzi  yabanı  bitkilərdə  də  (ciriş  və 
pərpətöyündə290 mq%, gicirkəndə 178 mq%) çoxdur.  
5.  Antivitaminlər,  tərkibi,  bioloji  rolu:  Antivitaminlər  kimyəvi  tərkibinə 
görə vitaminlərə oxşayır, lakin vitamin xassəsinə malik olmayan birləşmələrdir. Bu 
birləşmələr  orqanizmin  vitaminlərə  qarşı  təlabatını  yüksəldir  və  avitaminoz 
əlamətlərinin  meydana  çıxmasına  səbəb  olurlar.  Bunlar  münasib  vitaminləri 
fermentin  tərkibində  əvəz  etdikdə,  ferment  fəallığını  itirir.  Orqanizmə  yüksək 
dozada  vitamin  daxil  edildikdə  antivitaminlərin  təsiri  aradan  qalxır.  Bir  sıra 
vitaminlərin antivitaminləri müəyyən edilmişdir. 
Paraaminbenzoy turşusunun antivitamini streptosiddir, nikotin turşusununku 
piridin-3-sulfoturşudur,  piridoksininki  etilpiridoksindir,  tiamininki  piritiamindir, 
pantoten turşusununku pantolitarindir, C vitamininki qlükoaskorbin turşusudur. 
 


83 
 
CH
2
OH 

 
HO─
 
HO─
 
H
3
C─
 
H
5
C
2

 
CH
2
OH 

 


CH
2
OH 
Etilpiridoksin 

CH
2
OH 

Piridoksin 
 
 
 
K  vitamininin  antoqonisti  olan  dikumarin  qanın  laxtalanma  qabiliyyətinin 
yüksəlməsi  ilə  əlaqədar  olan  xəstəliklərdə  müalicə  vasitəsi  kimi  tətbiq  edilir.  O, 
qanda olan protrombinin miqdarını azaldır.  
 
 
 
 
 
 
 
Riboflavin,  fol  turşusu,  biotin  və  s.  vitaminlərin  də  antoqonistləri  müəyyən 
edilmişdir.  Antivitaminlərdən  xəstəliktörədici  mikrobların  boy  və  inkişafını 
dayandırmaq üçün istifadə olunur.  
Hazırda bu istiqamətdə geniş tədqiqat işləri aparılır. 
 
ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
 2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan     
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
 3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.  
 4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
 5.  Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
 6.  Северин  Е.  С.,  Алейникова  Т.  Л.,  Осипов  Е.  В.  Биохимия.  -  Москва. 
Медицина. 2003. 
 7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
 
Qida kimyasından mühazirələr. 
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu 
MÖVZU 8. HORMONLAR, TƏSNİFATI, TƏSİR MEXANİZMİ, KİMYƏVİ 
NH

NH

COOH 

 
SO
2
NH


 
SO
2
H
 

 
COOH 

 
Para-aminbenzoy 
turşusu 
Streptosid 
Nikotin 
turşusu 
Piridin-3- 
sulfoturşusu 
N
 
N
 


84 
 
                   TƏBİƏTİ, FUNKSYALARI 
 
 
P L A N 
 
 
1. Hormonlar haqqında ümumi məlumat 
2. Hormonların təsir mexanizmi və təsnifatı 
3. Qalxanabənzər vəzin hormonları, kimyəvi təbiəti, funksyaları 
4. Böyrəküstü vəziləri hormonları, kimyəvi təbiəti, funksyaları 
5. Mədəaltı vəzi hormonları, kimyəvi təbiəti, funksyaları 
6. Tənasül vəzi hormonları, kimyəvi təbiəti, funksyaları 
7. Hipofiz vəzi hormonları, funksyaları 
8. Hormonoidlər, kimyəvi təbiəti, fnksyaları 
 
 
1.  Hormonlar  haqqında  ümumi  məlumat:  Orqanizmdə  maddələr  mübadiləsini 
tənzim  edən  sistemlərdən  biri  də  hormonal  sistemdir.  Hormonal  sistem  bütün 
endokrin  vəzilərinin  (daxili  sekresiya  vəzilərinin)  təsiri  ilə  həyata  keçirilir. 
Endokrin vəzilər aşağıdakılardır: 
 
 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə