Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə25/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   21   22   23   24   25   26   27   28   ...   114

 

87 


 

 

 

ZİVƏR BƏY ƏHMƏDBƏYOV PARKININ  

AÇILIŞI MƏRASİMİ 

 

26 may 2011-ci il 

 

Mayın  26-da  metronun  «Nizami»  stansiyasının  qarşı-

sındakı Zivər bəy Əhmədbəyov parkı açılmışdır. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  məra-

simdə iştirak etmişdir. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 

görülən  işlərlə  bağlı  dövlətimizin  başçısına  məlumat  verdi. 

Zivər  bəy  Əhmədbəyov  1918–1920-ci  illərdə  Bakının  ilk 

azərbaycanlı  Baş  memarı  olub  və  şəhərin  inkişafında  mühüm 

rol oynayıb. O öz layihələrində Qərbi Avropa və Şərq memarlıq 

ənənələrini  böyük  məharətlə  birləşdirib.  Azərbaycan  prezi-

dentinin sərəncamı ilə Zivər bəy Əhmədbəyovun adını daşıyan 

park salınmış və burada onun abidəsi ucaldılmışdır. 

Parkla  üzbəüz  bina  Zivər  bəy  Əhmədbəyovun  layihəsi  əsa-

sında inşa  edilib.  Bildirildi  ki,  parkın  ətrafında  olan binaların 

tarixi  memarlıq  üslubu  saxlanılmaqla  fasadları  təmir  edi-

ləcəkdir. 

Görülmüş işlərlə tanış olan prezident İlham Əliyev müvafiq 

tapşırıqlarını verdi. 

 

 



 

88 


 

 

 

RUSİYA FEDERASİYASI  HÖKUMƏTİNİN  

SƏDR MÜAVİNİ, RUSİYA FEDERASİYASI 

OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ 

ALEKSANDR JUKOV İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

27 may 2011-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 



27-də  Rusiya  Federasiyası  Hökumətinin  sədr  müavini,  Rusiya 

Federasiyası  Olimpiya  Komitəsinin  prezidenti  Aleksandr  Jukovu 

qəbul etmişdir. 

Rusiya  Federasiyası  Hökumətinin  sədr  müavini,  Olimpiya 

Komitəsinin  prezidenti  Aleksandr  Jukov  Rusiya  Federasiyasının 

Prezidenti  Dmitri  Medvedevin  və  Baş  nazir  Vladimir  Putinin 

salamlarını dövlətimizin başçısına çatdırdı. 

Görüşdə  Azərbaycan  Respublikası  ilə  Rusiya  Federasiyası 

arasında  ikitərəfli  münasibətlərin  müxtəlif  istiqamətlərdə,  o  cüm-

lədən  iqtisadi  sahədə  uğurla  inkişaf  etdiyi  vurğulandı,  əlaqələ-

rimizin  bundan  sonra  da  genişlənəcəyinə  əminlik  ifadə  olundu. 

Görüşdə,  həmçinin  beynəlxalq  olimpiya  hərəkatında  Azərbaycan 

Milli  Olimpiya  Komitəsi  ilə  Rusiya  Olimpiya  Komitəsi  arasında 

yüksək səviyyədə əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. 

Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Dmitri 

Medvedevin  və  Baş  nazir  Vladimir  Putinin  salamlarına  görə 

minnətdarlığını  bildirdi,  onun  da  salamlarını  Rusiya  Federa-

siyasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi. 

 

 




 

89 


 

 

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 

ŞƏRƏFİNƏ UCALDILMIŞ ABİDƏNİ ZİYARƏT 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

mayın  27-də  Respublika  günü  münasibətilə  paytaxtın  İstiq-

laliyyət  küçəsində  Azərbaycan  Xalq  Cümhuriyyətinin  şərəfinə 

ucaldılmış abidəni ziyarət etmişdir. 

Abidənin önündəFəxri qarovul dəstəsi düzülmüşdü. 

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu. 

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. 

 

 

 

 

* * * 

 

Mərasim başa çatdıqdan sonra Azərbaycan Respublikasının 

Prezidenti  İlham  Əliyev  İstiqlaliyyət  küçəsində  və  metronun 

«İçərişəhər» stansiyasının ətrafında görülmüş işlərlə tanış oldu. 


 

90 


 

 

 

28 MAY – RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ 

RƏSMİ QƏBUL 

 

«Buta» sarayı 



 

27 may 2011-ci il 

 

Mayın  27-də  «Buta»  sarayında  28  May  –  Respublika 



gününə həsr olunmuş rəsmi qəbul təşkil edilmişdir. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  rəsmi 

qəbulda iştirak etmişdir. 

Salona  toplaşanlar  prezident  İlham  Əliyevi  hərarətlə 

qarşıladılar. 

Azərbaycanın Dövlət himni səsləndi. 

Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi. 

 

Azərbaycan prezidenti İlham Əliyevin nitqi 

 

Hörmətli xanımlar və cənablar! 



Əziz dostlar! 

Mən  sizi  və  bütün  Azərbaycan  xalqını  qarşıdan  gələn 

Respublika  günü  münasibətilə  ürəkdən  təbrik  edirəm,  bütün 

Azərbaycan xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə 

idi.  Həm  bizim  xalqımız  üçün,  həm  dünya  miqyasında  bu 

hadisənin  çox  böyük  tarixi  əhəmiyyəti  var  idi.  Xalqımız  üçün 

əhəmiyyəti  ondan  ibarət  idi  ki,  əsrlər  boyu  müstəqillik  arzusu 

ilə yaşamış Azərbaycan xalqı müstəqilliyə qovuşmuş, müstəqil 

dövlətini qurmuşdu. Dünya miqyasında əhəmiyyəti ondan ibarət 

idi  ki,  dünya  tarixində  ilk  dəfə  olaraq  müsəlman  Şərqində 

demokratik  respublika  yaradılmışdı.  Azərbaycan  dövləti  və 

Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə