“qirx” KƏLMƏSİ haqqinda qirx iNÇƏLİK



Yüklə 4,6 Mb.
səhifə18/29
tarix25.06.2018
ölçüsü4,6 Mb.
#51590
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

QONAQPƏRVƏRLİK


1-Peyğəmbərlərin bəyənilən sifətlərindən biri qonaqpərvərlik idi.

2-Bəzi peyğəmbərlər gecə vaxtı evində qonağı olmasaydı, yemək yeməzdi. Buna həzrət İbrahim (ə)-ı misal göstərmək olar.

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Müsəlman qardaşınızın (yeməyə) dəvətini qəbul edin; çünki bu, imanın bir hissəsidir.”

4-İmam Sadiq (ə) buyurmuşdur: “Möminin mömin qardaşının üzərindəki hüquqlarından biri də onun dəvətini qəbul etməkdir.”

5-İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Peyğəmbər (s)-in xanım Zəhra (ə)-a öyrətdiyi şeylərdən biri də qiyamət gününə imanı olan şəxsin dəvətini əziz tutması idi.”

6-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bir müsəlmanı doyuzdursa, qiyamət günündə onun savabının nə qədər olacağını Allah-taaladan başqa heç kəs bilməz.”

7-İmam Sadiq (ə) buyurmuşdur: “Qonağa doyunca təam vermək günahların bağışlanmasına səbəb olur.”

8-Həzrət Peyğəmbər (s)-in imam Əli (ə)-a vəsiyyətlərindən biri də bu idi: “Sənə qonşularınla yaxşı rəftar etməyi, qonaqları əzizləməyi və onlara təam verməyi vəsiyyət edirəm.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qonaq getməyən evə mələk də getməz.”

10-İmam Əli (ə) buyurmuşdur: “Qonağı sevən hər bir şəxsin çöhrəsi qiyamət günündə on dörd gecəlik ay kimi parlayar.”

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala bəndəsinin xeyrini istədikdə, ona bir hədiyyə göndərər.” Səhabələr: “o hədiyyə nədir?” – deyə soruşduqda, Həzrət buyurdu: “Özü ilə yeməyini gətirən və ev sahibinin günahlarını özü ilə aparan (bağışlanmasına səbəb olan) qonaq!”

12-İmam Əli (ə) buyurmuşdur: “Qonağın ayaq səsini eşidib, gəlişinə görə xoşhal olan elə bir mömin yoxdur ki, günahları bağışlanmasın.”

13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs yeməyini qonaqla birgə yesə, Allah ilə onun arasında olan bütün zülmət pərdələri aradan qalxar.”

14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qonaq behiştə yol göstərəndir.”

15-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs Allahı tanıyan üç şəxsə yemək versə, Allah-taala ona üç behiştdən – Firdovsi-əla, Ədn və Tuba cənnətlərindən – yemək verər.”

16-İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs dörd müsəlmana yemək versə, sanki İsmail (ə)-ın dörd övladını əsirlikdən azad etmişdir.”

17-İmam Sadiq (ə) buyurmuşdur: “İmanın əlamətlərindən biri də qonaqlıq vermək və yaxşı əxlaqa malik olmaqdır.”

18-Bir şəxs imam Baqir (ə)-ın hüzuruna gəlib soruşdu: “Hansı əməlin savabı bir qulu azad etməklə bərabərdir?!” O həzrət buyurdu: “Mömin şəxsə yemək vermək.”

19-İmam Sadiq (ə) buyurmuşdur: “Mənim yanımda möminə yemək verməyim, onun görüşünə getməyimdən yaxşıdır; və onun görüşünə getməyim də, on qulu azad etməyimdən yaxşıdır.”

20-İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala Onun (razılığı) yolunda yemək verilməsini, eləcə də yemək verən şəxsi çox sevir, xeyir-bərəkəti onun evinə öz yuvasına ucan quşdan da tez göndərir.”

21-Ev sahibinin əxlaqi vəzifələrindən biri qonaqdan qabaq yeməyə başlayıb, ondan sonra yeməyi qurtarmasıdır.

22-İmam Sadiq (ə) buyurmuşdur: “Mömin qardaşın qonaq gəldikdə, evində olan yeməkdən gətir (yesin), lakin onu qonaq çağırmısansa, gücün çatan qədər onun qulluğunda durmalısan.”

23-İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir kəs pulunun yüz dirhəmini möminə təam vermək üçün sərf etsə, israf etməmişdir.”

24-İmam Sadiq (ə) buyurmuşdur: “Evinə bir qonaq gəldikdə, onun yemək yeyib-yeməməsini soruşma, hər nəyin varsa, gətir (yesin). Çünki olanını (qonağın yanına) gətirən şəxs comərd və gözəl xasiyyətlidir.”

25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qonağın ev sahibi üzərində olan haqqı (qonaq) evdən çıxana qədər onunla birlikdə getməsidir (yəni qonağı yola salmasıdır).”

26-Ailə-uşaqlarının yeməyini tədarük görə bilməyən şəxs gərək bir kəsi qonaq dəvət etməsin. Çünki qonaqlıq vermək müstəhəb, ailə-uşaqları dolandırmaq isə vacibdir. Heç bir müsəlman müstəhəb əmələ görə vacib əməli tərk etməməlidir.

27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala, öz dini qardaşının sevdiyi yeməyi hazırlayan şəxsin günahlarını bağışlayıb, onu sevindirər.”

28-Qonaqdan qabaq yatmayın.

29-Onun qarşısında öz çətinliklərinizdən və problemlərinizdən danışmayın.

30-Onun söhbətlərinin arasında (sözünü kəsib) danışmayın.

31-Onun qarşısında ailənizə qəzəblənməyin.

32-Özünüzün şad və sevinc içində olduğunuzu göstərin.

33-O gedəndə özünüzün qəmgin və narahat olduğunuzu bildirin.

34-Bir kişi imam Əli (ə)-ı qonaq dəvət etdikdə, o həzrət buyurdu: “Üç şərtlə sizə qonaq gələrəm: Bazardan bir şey almayasan, evdə olan yeməklərdən gətirəsən və öz ailənə çətinlik yaratmayasan.”

35-Bir möminin evinə daxil olduqda, ev sahibinin təklif etdiyi yerdə əyləşin.

36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər sizi bir qonaqlığa dəvət ediblərsə, övladlarınızı özünüzlə ora aparmayın. Əgər kimsə belə bir iş tutarsa, haram yemiş və o məclisə günahkar daxil olmuş olar.”

37-İmam Sadiq (ə) buyurmuşdur: “Qonaqlığa (təkcə) dəvət olunsanız, övladınızı özünüzlə ora aparmayın; çünki bu, günahdır və övladınızın da (o qonaqlıqda) yemək yeməsi haram sayılır.”

38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allaha xatir sevdiyin şəxsi qonaqlığa dəvət et.”

39-İmam Sadiq (ə) buyurmuşdur: “Möminin günahın qarşısını ala bilmədiyi halda günah Məclisində iştirak etməsi layiq deyildir.”

40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Möminlərə ehsan və qonaqlıq vermək beş yerdə sünnədir: 1-Toy Məclisində. 2-Həcdən qayıdanda. 3-Övlad dünyaya gələndə. 4-Sünnət toyunda. 5-Ev alanda.”




2plant4


DİL – SUSMAQ VƏ DANIŞMAQ


İmam Sadiq (ə) sükut haqqında belə buyurmuşdur:

“1-Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır.

2-Sükut hər növ rahatlığın açarı, dünya və axirətin asayişidir.

3-Sükut Allahın razılığına səbəb olur.

4-Sükut qiyamət günü haqq-hesabın yüngül olmasına səbəb olur.

5-Sükut xatalardan və uçurumlardan qorunmaq vasitəsidir.

6-Sükut nəfsani qüvvələri boğmaq üçün vasitədir.

7-Sükut nəfsin rahatlığı üçün vasitədir.

8-Sükut Allaha edilən ibadət və münacatların ləzzətini dərk etmək üçün vasitədir.

9-Sükut qəlbi sərtlikdən təmizləyir.

10-Sükut həya və təqva qazanmaq üçün vasitədir.

11-Sükut təfəkkürün, ağlın və mürüvvətin artmasına səbəbdir.

12-Sükut vasitəsilə insan düşüncəli və gözüaçıq olur.”277

13-İmam Əli (ə) buyurmuşdur: “İnsanın yerinə yetirdiyi ibadət və itaətlərin arasında ən asanı, eyni zamanda Allah dərgahında ən qiymətlisi söz (dil) ilə yerinə yetirilən ibadətdir.”278

14-İmam Əli (ə) buyurmuşdur: “Tanınmaq istəyirsinizsə, danışın; çünki insan öz dili altında gizlənmişdir.”279

15-İmam Əli (ə) buyurmuşdur: “İnsanın batini dili altında gizlənmişdir.”280

16-İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişdir: “Allah-taala bədən üzvlərindən ən çox dilə əzab verər. Dil deyər ki, İlahi, nə üçün hər bir şeydən çox mənə əzab verdin. Ona deyilər ki, sənin dediyin bir söz yerin şərqini və qərbini bürüdü, onunla nahaq qanlar töküldü, məzlumların malı qəsb olundu və camaatın namusuna ləkə yaxıldı. And olsun izzət və cəlalıma, bədən üzvlərindən heç birinə layiq görmədiyim əzabla səni cəzalandıracağam.”281

17-İmam Sadiq (ə) buyurmuşdur: “Mömin şəxsə sakit olduğu vaxta qədər savab yazılar. Danışmağa gəldikdə isə, ya savab, ya da günah yazılar.”282

18-Həzrət Əli (ə) oğlu imam Həsən (ə)-a belə vəsiyyət etmişdir: “Susmaq peşmançılıqdan amanda qalmaqdır, susmaqla itirdiyin mənfəəti ələ gətirmək, danışmaqla itirdiyin faydalırı ələ gətirməkdən asandır.”283

19-Osman ibni İsa deyir ki, imam Rza (ə)-ın hüzurunda idim, gördüm ki, bir kişi Həzrətdən ona tövsiyə etməsini istədi. Həzrət buyurdu: “Dilini qorusan izzətli olarsan, öz ixtiyarını insanlara vermə, yoxsa özünü zillətə salarsan.”284

20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha kəskindir.”285

21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İnsanın qəlbi düzəlməsə, imanı düzəlməz və dili düzəlməsə, qəlbi düzəlməz.”286

22-İmam Sadiq (ə) buyurmuşdur: “Susmaq dünya və axirətdəki rahatlığın açarıdır.”287

23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Möminin nicatı dilini qorumaqdadır.”288

24-Loğman öz övladına buyurdu: “Ey övladım! Çox vaxt mən danışdığıma görə peşman olmuşam, lakin sükut etdiyim üçün təəssüflənməmişəm.”289

25-İmam Əli (ə) buyurmuşdur: “Möminin dili qəlbinin arxasında, münafiqin qəlbi isə dilinin arxasında olar. Mömin danışmazdan əvvəl fikirləşər, əgər xeyir olsa, dilinə gətirər, əgər şər olsa, onu aşkar etməz. Münafiq isə dilinə gələni deyər, xeyir-şərini fikirləşməz.”290

26-İmam Rza (ə) buyurmuşdur: “Helm və susmaq düşüncənin əlamətlərindəndir. Həqiqətən, susmaq hikmətin qapılarındandır, məhəbbəti cəzb edir və xeyir işlərin köküdür.”291

27-İmam Əli (ə) buyurmuşdur: “Sözü nə qədər ki, deməmisən, o sənin ixtiyarındadır, elə ki, danışdın, sən onun ixtiyarında olursan. Buna görə də dilini qızıl-gümüşün kimi qoruyub saxla. Çünki çoxlarının bir kəlmə yersiz danışması böyük bir neməti əlindən alıb, onun başına dərd-bəla gətirmişdir.”292

28-İmam Sadiq (ə) buyurmuşdur: “Elə bir gün yoxdur ki, bədən üzvləri dilə şikayət edib deməsinlər: Səni Allaha and veririk, sənə görə əzab çəkməyək.”293

29-İmam Sadiq (ə) buyurur: Loğman öz övladına buyurdu: “Əziz oğlum! Danışmaq gümüşdürsə, danışmamaq qızıldır.”

30-İmam Baqir (ə) buyurmuşdur: “İnsan dilini nəzarət altında saxlamasa, günahdan amanda qala bilməz.”294

31-Bir kişi həzrət Peyğəmbəri-Əkrəm (s)-in yanına gəlib, o həzrətdən tövsiyə etməyi xahiş etdi. Həzrət buyurdu: “Dilini saxla, vay olsun sənə, insanların cəhənnəmi qazanmaqda dillərindən başqa bir şey varmı?!”295

32-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Möminin nicatı dilini qorumasındadır.”296

33-İmam Sadiq (ə) buyurmuşdur: “Ey şiələr, bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın Camaatla yaxşı davranın, onu yersiz danışmaqdan və nalayiq sözlərdən qoruyun.”

34-İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala söyüş verən şəxslə düşməndir.”

35-İmam Sadiq (ə) buyurmuşdur: “Pis danışmaq sərtlikdəndir və sərt adamın yeri cəhənnəmdir.”

36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Söyüş verən və boş-boş danışan adamı özünə yoldaş seçən şəxs Allahın ən pis bəndələri zümrəsindən sayılır.”

37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Söyüş vermək, nalayiq sözlər demək və boş-boş danışmaq münafiqlik sifətlərindəndir.”

38-İmam Sadiq (ə) buyurmuşdur: “Dili düz olan şəxsin əxlaqı da pak olar.”

39-İmam Sadiq (ə) buyurmuşdur: “Düz danışan adamı təsdiq edən ilk şəxs Allahdır.”

40-İmam Səccad (ə)-dan danışmaq və susmağın hansı birinin ən fəzilətli olduğu barəsində soruşduqda, o həzrət buyurdu: “Onların hər ikisinin özünəməxsus bəlası var. Əgər hər ikisinin eyblərini götürsək, danışmaq susmaqdan fəzilətlidir.” Soruşdular ki, bu necə ola bilər? Həzrət cavab verib buyurdu: “Çünki Allah-taala peyğəmbərləri susmaq üçün deyil, danışmaq üçün göndərmişdir. Susmaqla cənnəti və Allahın vilayətini almaq olmaz. İnsanları sükutla cəhənnəmdən qorxuza bilməzsən. Allahın qəzəbindən sükutla (duaya işarə edir) qurtarmaq olmaz.”297

plant


25



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə