Dunyanın ən tanınmış universitetlərinin reytinq cədvəli
Oktyabrın 6-da hər il dunyanın ən tanınmış universitetləri uzrə reytinq cədvəli tərtib edən Boyuk Britaniyanın
nufuzlu "Times Higher Education" jurnalı novbəti 2011-2012-ci tədris ili ucun dunyanın 400 ən nufuzlu universitetinin
reytinqini ("World University Rankings - 2011-2012") acıqlayıb. Qeyd edək ki, artıq son illərin reytinq cədvəlində I yerdə
dayanan Harvard Universiteti bu il liderlik şansını itirib. Qədim tarixə malik olan bu ali məktəb builki reytinq cədvəlində II
yerdə qərarlaşıb. Harvard Universiteti hətta bu yerdə də Kaliforniya ştatının Stenford Universiteti ilə birgə dayanır.
Nufuzlu reytinq cədvəlində I yeri tutan ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu dunya elminə verdiyi tohfələrə,
apardığı mukəmməl elmi-tədqiqat işlərinə ayırdığı maliyyə vəsaitinin artırılmasına gorə bu uğura imza atıb.
Otən illərdə olduğu kimi, on sıralara yenə də ABŞ və Boyuk Britaniya ali məktəbləri sahiblik edir. İlk onluqda
ABŞ-ın 7, Boyuk Britaniyanın 3 universiteti dayanır. Daha sonra cədvəldə Almaniya, Kanada, Avstraliya, İsvecrə, İsvec,
Yaponiya, Honq Konq, Cin, Fransa və digər olkələrin ali məktəblərinin adlarına da rast gəlmək olar. Reytinq cədvəlində
Turkiyənin Bilkent Universiteti 204-cu, İstanbul Texniki Universiteti 285-ci, Orta Doğu Texniki Universiteti 289-cu,
Boğazici Universiteti 307-ci, Rusiyanın M.Lomonosov adına Moskva Dovlət Universiteti 288-ci, Sankt-Peterburq Dovlət
Universiteti 386-cı, İranın Şərif Texnologiya Universiteti 337-ci yerdə qərarlaşıb.
Dostları ilə paylaş: |