Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

 
danışmağın mənası yoxdur. 
Araya uzun sürən sükut çökdü. Sükutu Kaşkatayev pozdu: 
– Hm. Deməli, partiyaya acıq eləyirsən? Onu bil ki, yoldaş, partiya  
 
səni düz yola çağırır. Partiya səni məhkəmədən qurtarıb, sən hələ acıq da 
eləyirsən! Deməli, sən, doğrudan da, partiya üzvü adına layiq deyilsən və  
 
mən inanmıram ki, onun qapıları bir daha sənin üzünə açıla! 
Raykomdan çıxanda Tanabay üzdən çox sakit görünürdü. Həddindən çox sakit 
görünürdü. Elə  
 
dəhşət də burasında idi. Hava isti idi, hələ gün batmamışdı, axşam 
yaxınlaşırdı. Küçə ilə adamlar gedirdi, maşınlar gedirdi. Klubun qabağındakı  
 
meydançada uşaqlar oynayırdılar. Ancaq Tanabay heç nəyə baxmaq istəmirdi, heç 
nə görmək istəmirdi. O özünü dağa yetirməyə tələsirdi, burada qalsaydı,  
 
elə bil, başına bundan da pis hadisələr gələcəkdi. 
At bağlanan yerdə onun atı Gülsarı ilə yanaşı durmuşdu. Böyük, uzun və 
qüvvətli Gülsarı Tanabay  
 
yaxınlaşdıqca ayaqlarını qaldırıb qoyurdu, öz keçmiş sahibinin üzünə inamla, 
məhəbbətlə baxırdı. Gülsarı o günkü savaşı da, bir-birinin dalınca  
 
başına endirilən yaba zərbələrini də unutmuşdu. Bəlkə buna görə də elə onun 
adı at idi. 
Tanabay yaxınlaşıb həzin-həzin pıçıldadı: 
– Bağışla, Gülsarı,  
 
bağışla! Mənim dərdim böyükdür, Gülsarı, çox böyükdür. – O, hıçqırıb atın 
boynuna sarıldı, ancaq yoldan keçənlərdən utanıb, tez özünü ələ aldı. 
Tanabay öz atını minib yola düzəldi. 
Çoro Aleksandrov yoxuşunda Tanabaya yetişdi. Gülsarının tanış ayaq səslərini 
eşidən kimi, Tanabay dodaqlarını  
 
bir-birinə sıxdı, qəhərləndi, qanı qaraldı. O dönüb geriyə baxmaq da 
istəmədi. Bu gələn Çoronu Tanabay heç tanımaq da istəmirdi. Bu, həmin Çoro  
 
deyildi, tamam başqa adam idi. Lap elə bu gün, Kaşkatayev bircə dəfə səsini 
qaldıran kimi o qorxub yerində oturdu. Bəs bunun sonrası nə olacaqdı?  
 
Camaat ona inanır, o isə həqiqəti deməyə qorxur. Gücənir, söz axtarır. Bunu 
ona kim öyrətmişdi? Tutalım ki, Tanabay geridə qalmışdı, qara işçi idi,  
 
axı Çoronun savadı vardı, hər şeyi bilirdi, ömrü boyu rəhbər işdə olmuşdu. 
Çoro bilmirdimi ki, bütün bu işlər seqizbayevlərin, kaşkatayevlərin dediyi  
 
kimi deyildir! Bilmirdimi ki, onların danışdığı yalnız zahirdə yaxşı görünür, 
batində isə boş və yalandır. Axı onlar kimi aldadırdılar və nə üçün  
 
aldadırdılar? 
Çoro lap yaxınlaşıb yanınca gedəndə də Tanabay başını qaldırıb baxmadı. O, 
Çoronun yalnız səsini eşitdi: 
– Elə bilirdim ki, biz bir yerdə  
 


çıxacayıq, Tanabay, – deyə Çoro nəfəsini dərdi. – Ancaq çıxıb baxıram, 
görürəm ki yoxsan... 
Tanabay başını qaldırmadan dilləndi: 
– Məni neynirsən? Öz  
 
yolunla çıx get. 
– Üzünü məndən gizlətmə, Tanabay, dayan söhbət eləyək. Necə bir dost, necə 
bir kommunist... 
– Mən səinin dostun deyiləm, kommunist  
 
olmamağım da gərək sənə məlum ola. Heç sən də kommunist deyilsən. Çoxdan 
kommunist deyilsən. Özünü belə göstərirsən... 
– Bu sənin ciddi sözündür? –  
 
deyə Çoro yazıq-yazıq dilləndi. 
– Əlbəttə, ciddi sözümdür. Hələ mən söz seçməyin təhərini öyrənməmişəm. Hansı 
sözü harda demək lazım olduğunu da hələ  
 
bilmirəm. Get, xoş gəldin. Mən burdan dönəcəyəm, sənin yolun düzünədir. 
Tanabay atın başını döndərdi. Ucsuz-bucaqsız düzəngaha çıxdı və dostunun 
üzünə  
 
bir dəfə də baxmadan birbaş dağlara üz tutdu. 
Dostunun birdən-birə dəyişib meyit kimi ağarmağını Tanabay görmədi. Çoronun 
əlini qabağa uzadıb onu  
 
saxlamaq istədiyindən Tanabayın xəbəri olmadı. O bilmədi ki, dostunun qolu 
birdən-birə yanına necə düşdü, o, birdən-birə sustalıb yəhərin üstünə necə  
 
sərildi. 
Çoro çöl havasını acgözlüklə ciyərinə çəkirdi. 
– Halım pisdir, yaman pisdir, – deyə o, yəhər üstdə ürəyinin ağrısından 
qovrulurdu. Çoronun  
 
rəngi gömgöy göyərmişdi, nəfəsi kəsilə-kəsilə ata yalvarırdı. – Tez ol, 
Gülsarı, məni evə yetir. 
Kimsəsiz və qaranlıq çöl boyunca at durmadan çapıb  
 
gedirdi. Üstündəki insanın səsi atı qorxudurdu, bu səsdə o nəsə vahiməli bir 
şey duyurdu və vahimə içində fınxıra-fınxıra Gülsarı qulaqlarını  
 
şəkləyib gedirdi. Adamsa yəhərin üstündə qovrulurdu, əzab çəkirdi, əli ilə, 
dişi ilə Gülsarının yalından yapışırdı. Yüyən atın boynundan sallanırdı,  
 
at çapdıqca atılıb-düşürdü. 
 
 
20 
 
O axşamın qaranlığında, hələ Tanabay dağ yollarında at çaparkən, kəndin 
küçələrində bir atlı itləri çaxnaşmaya salıb  
 
bir-bir qapıları döyürdü: 
– Ey, kim var evdə? Bayıra çıxın! Tez olun, idarəyə yığılın. Partiya iclası 
var. 
Adamlar təəccüb eləyirdilər: 
– Nə olub bəyəm?  


 
Belə tələsmək niyə? 
– Bilmirəm, Çoro çağırır. Deyir, tez gəlsinlər. 
Çoro özü bu vaxt idarədə oturmuşdu. O, stolun arxasında yumaq kimi büzüşüb 
ağır- 
 
ağır nəfəs alırdı. Onun bir əli köynəyinin altında idi. O əllə Çoro fasiləsiz 
döşünü ovuşdururdu. O, ağrıdan zarıyırdı, dodaqlarını dişləyirdi.  
 
Çoronun göyümtül sifətinə soyuq tər gəlmişdi, gözləri hədəqədən çıxmışdı. 
Hərdən Çoro hər şeyi unudurdu. Ona elə gəlirdi ki, yenə çöldədir, at üstdə  
 
yol gəlir, Tanabayı çağırır, o isə səs vermək istəmir. Tanabayın sözləri 
Çoronu köz kimi yandırırdı, ürəyinə od vururdu... 
Çoronu buraya at  
 
tövləsindən az qala qucaqda gətirmişdilər. Orada Çoro bir qədər ot üstdə 
uzanmışdı. Atçılar onu evə aparmaq istəmişdilər, ancaq partorq razı  
 
olmamışdı. Kommunistləri çağırmaq üçün adam yollamışdı, indi səbirsizliklə 
onların yolunu gözləyirdi. 
Çırağı yandırıb Çoronun qabağına qoyandan sonra  
 
gözətçi qadın qonşu otaqda soba ilə əlləşirdi, təəssüflənirdi, başını 
bulayırdı. 
Çoro adamların yolunu gözləyirdi və zamansa, elə bil, damcı-damcı  
 
axıb gedirdi. Bu, onun ömründən qalan saniyələr idi və saniyələr ağır, acı 
damcılarla ömürdən süzülüb tökülürdü. Bu saniyələrin qədrini Çoro yalnız  
 
indi bilirdi. İndiyəcən illər fikirlərdə, qayğılarda uçub getmişdi, heç Çoro 
o illərinin dalınca da baxa bilməmişdi. Bu ötən illər ərzində hələ çox  
 
şeylər düzəlməmişdi, çox şeylər onun arzuladığı kimi olmamışdı. Ancaq o 
çalışmışdı, çapalamışdı, bəzən geriyə də çəkilmişdi ki, kələ-kötürə düşməsin,  
 
yolu rahat yeriyə bilsin. Lakin kələ-kötürsüz mümkün deyildi. Toqquşmaq 
istəmədiyi o qüvvə indi onu divara dirəmişdi, daha geri çəkilməyə də yer yox  
 
idi, yol qurtarırdı. Ah, kaş ki, o, lap əvvəldən belə başlayaydı; kaş o, 
həyatın üzünə həmişə cəsarətlə baxmış olaydı... 
Vaxtsa ağır, acı damcılarla  
 
ömürdən süzülüb tökülürdü. Niyə adamlar gəlmirdilər, niyə gecikirdilər?.. 
Çoro dəhşət içində düşünürdü: “Səbr elə, ölüm, səbr elə, mən hər şeyi  
 
danışmalıyam. – Əlindən gedən ömrünü o, bir səssiz ürək naləsi ilə tutub 
saxlamaq istəyirdi. Gücünü toplayıb son döyüşə hazırlaşırdı. – Hər şeyi  
 
olduğu kimi deyəcəyəm. Büro necə keçdi, Tanabayı partiyadan necə çıxartdılar. 
Qoy bilsinlər: mən raykomun bu qərarı ilə razı deyiləm. Qoy bilsinlər:  
 
mən Tanabayın partiyadan çıxarılmasını istəmirəm. Aldanovun haqqında da 
bildiklərimin hamısını deyəcəyəm. Qoy onlar, mən öləndən sonra, sədrin  
 
məsələsini müzakirə eləsinlər. Qoy kommunistlər öz qərarlarını versinlər. Öz 
barəmdə da deyəcəyəm, kolxoz barədə də, başqaları barədə də... Səbr elə,  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə