Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə47/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   39   40   41   42   43   44   45   46   47

haqqı yox idi. Ancaq insanı qocaldan təkcə illər deyildi. Özünün qoca 
olduğunu fikirləşəndə, öz dövranının keçdiyini düşünəndə, hiss eləyəndə ki,  
 
irəlidə heç nə yoxdur, ömrün sona yetdiyini fikirləşəndə də insan qocalır. 
Bu saat can verən Gülsarının başı üstündə dayanarkən Tanabay öz keçmişinə  
 
bir daha diqqətlə nəzər salırdı, qocalığını belə tez boynuna almağına təəssüf 
eləyirdi. Ürəkdən təəssüf eləyirdi ki, onu hələ də unutmayan, axtaran,  
 
özü öz ayağı ilə onun yanına gələn o adamın məsləhətinə qulaq asmamışdı. 
Bu əhvalat Tanabayın partiyadan çıxarıldığı vaxtdan yeddi il sonra baş  
 
vermişdi. Onda Tanabay Sarıqous dərəsində qoruqçu işləyirdi və qarısı 
Caydarla birgə burada ömrü başa vururdu. Qızlar böyüyüb oxumağa getmişdilər,  
 
sonra ərə gedib ailə qurmuşdular. Oğlu texnikumu bitirib rayonda işə 
girmişdi, o da ailə başçısı olmuşdu. 
O gün Tanabay çayın qırağında ot biçirdi.  
 
Yaxşı hava vardı – isti, quru, əsil biçin havası idi. Heç bir səs-səmir də 
eşidilmirdi. Bircə cırcıramalar cırıldayırdı. Tanabay köynəyini şalvarının  
 
üstündən salıb, kərəntinin dalınca gedirdi, yaşıl otu mərz-mərz biçib, üst-
üstə qalayırdı. İşləmək ləzzət verirdi. Başı o qədər qarışmışdı ki, o,  
 
yaxında dayanmış yüngül “qazik”in nə vaxt gəldiyini görməmişdi, maşından 
düşən iki nəfərin ona sarı addımladığını hiss etməmişdi. 
– Salam-əleyküm,  
 
Tanake. Allah qüvvət versin! – Tanabay bu səsi eşidib başını qaldıranda 
İbrahimi görmüşdü: həmişəki kimi qıvraq, qarnı yekə, peysəri yoğun. O,  
 
dişlərini ağardıb gülümsəyirdi. – Sizi də tapmaq olarmış, Tanake. Raykom 
katibinin şəxsən özü gəlib, sizi görmək istəyir. 
Tanabay heyrətlənməyə  
 
bilmədi. Ürəyində: “Ay tülkü! – dedi. – Hər cür zəmanədə özünə yer eləyə 
bilirsən. Hamıya quyruq bulamağı bacarırsan. Cilddən-cildə girirsən, ay  
 
tülkü!” 
Tanabay gələnlərin salamını aldı. Əl verib hər ikisi ilə görüşdü, İbrahimlə 
gələn adam Tanabayın əlini bərk-bərk sıxıb: 
– Əmi, – dedi, – məni  
 
tanımadınız! 
Tanabay fikrə getdi. O, bu adamı haradasa görmüşdü. Tanabayın qarşısında 
olduqca tanış bir adam dayanmışdı, ancaq, görünür ki, bu adam  
 
çox dəyişilmişdi. Cavan, sağlam, qaraşın bir oğlan idi. Aydın nüfuzedici 
baxışları vardı. Əyninə parusin kostyum geyinmişdi, başına həsir şlyapa  
 
qoymuşdu. Yəqin ki, şəhər adamı idi. 
İbrahim Tanabaya kömək eləmək istədi: 
– Bu ki, yoldaş... 
– Dayan, dayan, – deyə Tanabay gülə-gülə İbrahimin sözünü  
 


kəsdi. – Tanıyıram, oğlum. Niyə tanımıram! Bir daha salam-əleyküm! Səni 
görməyimə şadam! 
Bu adam Kərimbəyov idi. Həmin komsomol katibi idi ki, bir  
 
vaxt büroda Tanabayı cəsarətlə müdafiə eləmişdi. 
Kərimbəyov dedi: 
– Madam ki, tanıdınız, məqsədə keçmək olar. Gəlin çayın qırağında kəzinək, 
söhbət  
 
eləyək. – Sonra o, üzünü İbrahimə tutdu: – Siz də kərəntini götürün, ot 
biçin. 
İbrahim üzüyolalıqla gülümsəyib, pencəyini çıxartdı: 
– Əlbəttə, yoldaş  
 
Kərimbəyov, məmnuniyyətlə! 
Onlar biçənəkdən çıxıb, çayın qırağındakı bir daşın üstündə əyləşdilər. 
– Mənim buraya gəlməyimin səbəbini siz, yəqin ki,  
 
bilirsiniz, – deyə Kərimbəyov söhbətə başladı. – Özünüz də lap yaxşısınız. Ot 
biçirsiniz, deməli, hər şey qaydasındadır. Sizi belə görməyimə çox  
 
şadam! 
– Eşidirəm, oğlum. Mən də səni belə görməyimə sevinirəm. 
– Sözü başdan deməsən, düz gəlməz, Tanake. Özünüz bilirsiniz ki, bu saat çox 
şey  
 
dəyişib. Çox şeylər yoluna düşməyə başlayır. Məndən yaxşı bilirsiniz. 
– Elədir, oğlum, elədir. Mən öz kolxozumuzdanca qiyas götürürəm. İşlər, 
deyəsən,  
 
yoluna düşür. Heç adam inana bilmir. Bu yaxınlarda Beşağac vadisinə 
getmişdim, çoban olduğum vaxtlar elə o müsibət də orada başıma gəlmişdi. 
Baxdım,  
 
lap paxıllığım tutdu. Təzə tövlə tikiblər. Şiferli qəşəng tövlədir, beş yüz 
baş qoyun tutur. Çoban üçün ev tikiblər. Yanında da anbarı, at tövləsi.  
 
Əvvəliki güzərana heç bənzəri yoxdur. O biri qışlaqlarda da bunun kimi. 
Kənddə də yaxşı tikililər başlanıb. Hər dəfə yolum düşəndə bir təzə ev  
 
görürəm. Allah eləsin, axıracan belə olsun. 
– Elə biz də bunun üçün çalışırıq, Tanake, hələ çox şey qaydasına düşməyib. 
Yavaş-yavat hamısı düzələcək.  
 
Sizdən isə xahişim budur: partiyaya qayıdın. İşinizə təzədən baxacayıq. Sizin 
barənizdə büroda söhbət olub. Gec olsa da heç bir ziyanı yoxdur. Necə  
 
deyərlər, heçdən kosa yaxşıdır. 
Tanabay cavab vermədi. Utandı. Həm sevindi, həm də kədərləndi. Bütün olub-
keçənləri gözünün qabağına gətirdi, ürək  
 
sınmışdı, bərk sınmışdı. Bunları Tanabay bir daha yadına salmaq istəmirdi, bu 
haqda bir daha düşünmək istəmirdi. 
Tanabay raykom katibinə öz  
 
təşəkkürünü bildirdi: 


– Sağ ol, xoş sözlərinə görə çox sağ ol. Sağ ol ki, mən qocanı yaddan 
çıxarmamısan. Ancaq, oğlum, mən daha qocalmışam. Bundan  
 
sonra məndən partiyaya nə mənfəət olacaq? Mənim dövranım keçib. İncimə, qoy 
bir az fikirləşim. 
Tanabay çox götür-qoy elədi – bu gün gedərəm, sabah  
 
gedərəm, günlər gəlib keçdi. Qocalıq zarafat deyil. Onda əvvəlki həvəs 
haradan idi?! 
Cəmisi bir dəfə Tanabay atı yəhərləyib yola düşdü, onda da yolun  
 
yarısından qayıtdı. Niyə qayıtdı? Heç özü də bilmirdi. Hiss eləyirdi ki, 
axmaq iş tutur. Öz-özünə: “Səfehləmisən, deyirdi, – uşaqlığın yadına düşüb”.  
 
Hər şeyi dərk eləyirdi, ancaq özü ilə bacara bilmirdi. 
O gün çöldə Tanabay Gülsarıya rast gəldi. Onda o, Gülsarını da çox nadir 
hallarda görürdü. O  
 
saat tanıdı. Yay vaxtı idi, at çapdıqca yerdən qupquru toz qalxırdı. 
Tanabayın qanı qaraldı, çünki əvvəllər çapa-çapa Gülsarı tozu-torpağı özündən  
 
xeyli arxada qoyardı. İndi isə öz ayağı altından qalxan toz bulud kimi onun 
üstünü alırdı. Gülsarı qaçıb qabağa çıxırdı, ancaq bir dəqiqə keçməmiş o,  
 
yenə də toz-torpağın içində itirdi. Gülsarı tozdan qaçıb qurtara bilmirdi. 
Deməli, bərk qocalmışdı, zəifləmişdi, yerişdən düşmüşdü. Tanabay dərdli- 
 
dərdli dilləndi: “Eh, Gülsarı, işlər fırıqdır, Gülsarı!” 
O tozun-torpağın içində Gülsarının necə çətinliklə çapdığını Tanabay 
təsəvvürünə gətirdi,  
 
yəqin ki, atın nəfəsi təngiyirdi, onun üstündə əyləşmiş adam, yəqin ki, 
hirslənirdi, atı qamçılayırdı. Gülsarının çaşqın gözləri Tanabayın gözü  
 
qarşısında dayanmışdı. O, Gülsarının tozdan uzaqlaşmağa necə can atdığını 
görürdü, bu qara toz dumanının içində atın nə qədər gücsüz olduğunu hiss  
 
eləyirdi. Gülsarı çox uzaqda idi. Tanabay bilirdi ki, nə qədər bərkdən 
qışqırsa da, səsini eşidən olmayacaqdır. Buna baxmayaraq, Tanabay qışqırırdı:  
 
“Eyy!.. Dayan. Atı üzmə!” Tanabay özündən xəbərsiz atını həmin səmtə çapırdı. 
Lakin o, çox da qabağa getmədi. Dayandı. Kim bilir, Gülsarının belində  
 
oturmuş o adam necə adam idi? Bəlkə, heç söz qanan adam deyildi. Bəlkə, o 
adam Tanabayı acılayacaqdı. “Sənə nə var?” – deyəcəkdi. – Mənə vəkilmi  
 
olmusan? Kefim belə istəyir, belə də sürürəm. Sənə nə düşüb, qoca kaftar! 
Gülsarı isə get-gedə uzaqlaşırdı, gah qapqara toz dumanının içində gözdən  
 
itir, gah tozu arxada qoyub, böyük əzabla irəli çıxırdı. Tanabay Gülsarının 
dalınca çox baxdı. Sonra atının başını çevirib geri döndü və gedə-gedə  
 
xeyli vaxt dodağının altında mızıldadı: “Daha bizim qaçmaq vaxtımız keçib, 
Gülsarı, qocalmışıq. Heç kəsə lazım deyilik. Hər ikimizin dövranımız  
 
keçib, Gülsarı. İndi əlac ona qalıb ki, ömrü birtəhər başa vuraq...” 


Bundan bir il keçəndən sonra Tanabay Gülsarını arabaya qoşulu gördü. Yenə 
qanı  
 
qaraldı. Güvə vurmuş köhnə xamut, içi zir-zibillə dolu araba, – qocalıb 
sıradan çıxmış yorğa atın bu miskin halına tamaşa eləmək çətin idi. Tanabay  
 
baxa bilmədi, üzünü yana çevirib getdi. 
Sonra o, Gülsarı ilə bir də rastlaşdı. Əynində bir trusik, bir də bir cırıq 
mayka olan yeddi yaşlı bir uşaq  
 
fəxrlə atın belində oturmuşdu. O, Gülsarını əli ilə şappıladırdı, təkbaşına 
at sürməyindən həzz alırdı, sevinirdi, lovğalanırdı. Yəqin, bu uşaq  
 
birinci dəfə idi ki, ata minirdi, buna görə də onu belə aciz və üzüyola bir 
atın belinə qoymuşdular. 
Uşaq öyünürdü, ayaqlarını oynadırdı: 
– Bir mənə  
 
bax, baba! Mən Çapayevəm! Bu saat çaydan keçəcəyəm. 
– Keç görüm, tez keç baxıram! 
Uşaq cilovu çəkib cəsarətlə çaya endi, ancaq at o biri sahilə çıxanda  
 
o özünü saxlaya bilmədi, şappıltı ilə suya düşdü: 
– Ma-ma-a!.. 
Tanabay onu sudan çıxartdı. Qucağına alıb atın yanına apardı. Gülsarı sakitcə  
 
dayanmışdı. Növbə ilə ayaqlarının birini qaldırıb, o birini qoyurdu. 
“Ayaqları da ağrıyır, deməli, tamam sıradan çıxıb!” Belə düşünə-düşünə 
Tanabay  
 
uşağı qaldırıb atın belinə qoydu. 
– Sür, – dedi, – sür get. Ancaq bir də yıxılma. 
Bəli, son dəfə Tanabayın əlinə düşən Gülsarı belə Gülsarı idi.  
 
Tanabay onu qış boyu bəsləmişdi, kökəltmişdi, atı, bir növ, təzədən dirildib 
ayaq üstə qoymuşdu. O, Tanabayı son dəfə Aleksandrovkaya aparmışdı və  
 
indi evə qayıdarkən Gülsarı yolun ortasında can verirdi. 
Tanabay oğlunun evindən qayıdırdı. Onun ikinci oğul nəvəsi olmuşdu. Bu 
münasibətlə o, kənddən  
 
rayon mərkəzinə qoyun kəsib aparmışdı, kisə dolusu kartof aparmışdı, taxıl 
aparmışdı. Bundan əlavə arvad oğlu üçün xeyli şey bişirib qoymuşdu.  
 
Caydarın özü niyə nəvə görüşünə getməmişdi? Niyə xəstəliyi bəhanə eləmişdi? 
Bunu Tanabay sonradan başa düşdü. Bir kəsə deməsə də, Caydarın gəlindən  
 
xoşu gəlmirdi. Oğulları elə binadan fərsiz olmuşdu, iradəsiz idi, öz başı ilə 
iş görən deyildi, gəlin isə yaman bədzat çıxmışdı. Evdə oturub hökm  
 
verirdi, ağlına gələni eləyirdi, ağzına gələni danışırdı. Özünü yuxarı 
tutmaq, hamıya buyruq vermək üçün o, hər şeyə hazır idi. Beləsinin ürəyə  
 
toxunmağına nə var ki! İnsanı təhqir eləməyinə nə var ki!.. 
Bu dəfə də belə olmuşdu. Tanabayın oğlunu iş yerində böyütməli imişlər, 
ancaq, nədənsə,  
 


onu qoyub həmin vəzifəyə başqasını keçirtmişdilər. Buna görə də, gəlin 
acığını qayınatasının üstünə tökmüşdü: 
– Sən ki, ömrün boyu çoban, ilxıçı  
 
olacaqdın, niyə partiyaya keçirdin? Axırı da belə. Sənin partiyadan 
qovulmağın üstündə oğlunu qabağa getməyə qoymurlar. Hələ yüz il də bundan 
sonra  
 
oğlun öz yerində sayacaq. Sizə nə var ki? Qoca adamsınız, dağlarda başınızı 
girləyirsiniz, ancaq sizdən ötrü biz burda əzab çəkirik... 
Tanabay  
 
gəlməyinə peşman olmuşdu. Ancaq gəlini sakitləşdirmək üçün o, könülsüz də 
olsa, danışmağı lazım bilmişdi: 
– Madam ki, belədir, – demişdi, – mən  
 
təzədən partiyaya girərəm. 
Bu dəfə gəlini Tanabaya daha ağır sözlər demişdi: 
– Bəli də, sənin üçün gözləri atır! Gözləyirlər səni. Sənsiz ötüşə  
 
bilmirlər! 
Əgər bu adam Tanabayın gəlini, onun doğmaca oğlunun arvadı olmasaydı, o, belə 
şeyə dözərdimi? Ancaq özününkü tamam başqa məsələdir, pisinə  
 
də, yaxşısına da gərək dözəsən. Buna görə də, Tanabay susdu. Gəlinə öyüd-
nəsihət də vermədi. Demədi ki, sənin ərin mənə görə yerində saymır, ona görə  
 
yerində sayır ki, özü fərsizin biridir, bir də ona görə ki, sənin kimi ifritə 
arvadı var. Ağlı başında olan kişi sənin kimisindən gərək baş götürüb  
 
qaçsın. Atalar nahaq yerə deməyiblər ki: “Yaxşı arvad pis kişini ər eylər, 
ortababı şir ürəkli nər eylər, yaxşı əri dillərdə əzbər eylər”. Tanabay bu  
 
məsəli də çəkmədi, çünki o, oğlunu gəlininin qabağında biabır eləmək 
istəmirdi. Nə olar ki, qoy onlar günahı Tanabayda görsünlər. 
Buna görə də Tanabay  
 
yola tez çıxmışdı. Daha onun bu evdə oturmaq təhəri yox idi. 
İndi isə tonqalın qırağında oturub, bütün bunları yadına saldıqca Tanabay 
hirslənirdi. O,  
 
ürəyində gəlinini söyürdü: “Axmaqsan, axmaq! Bircə onu bilmirəm ki, siz bu 
cür harda böyüyürsünüz, kimdən tərbiyə alırsınız? Nə namusunuz, nə  
 
qeyrətiniz, nə də başqasına bir damcı hörmətiniz var. Bircə özünüzü 
düşünürsünüz, hər şeyi öz arşınınızla ölçürsünüz. Ancaq onu bil ki, sən deyən  
 
olmayacaq. Mən indi də lazımam, bundan sonra da lazım olacağam...” 
 
25 
 
Səhər açılırdı. Ala-toran içində dağlar vüqarla baş qaldırmışdı, ucsuz-
bucaqsız  
 
çöllər yavaş-yavaş işıqlanırdı. Dərədə sönmüş tonqalın kömürü közərirdi. 
Qoca, kürkünü çiyninə salıb oturmuşdu. Daha Gülsarıya kürk lazım deyildi.  
 


İndi o, başqa aləmdə idi, göylərdə, səma ilxılarının içində... Tanabay 
gözlərinə inanmırdı. Gülsarı başını yerə qoyub böyrü üstdə qalmışdı. Başında  
 
dərin çökəklər vardı – yüyən yerləri. At qurumuş ayaqlarını irəli uzatmışdı, 
ayaqlarında yeyilmiş nallar ağarırdı. Daha bu ayaqlar yerə  
 
basılmayacaqdı, daha bu ayaqlar yollarda iz salmayacaqdı. Getmək lazım idi. 
Tanabay əyilib Gülsarının göz qapaqlarını sığalladı, yüyəni götürüb,  
 
geriyə baxmadan yola düzəldi. 
Çöllər, nəhayətsiz çöllər, sıldırım dağ yolları! Tanabay gedirdi və onunla 
birgə fikir-xəyalat da gedirdi. O, qocalığını  
 
fikirləşirdi, ömrün necə vəfasız olduğunu düşünürdü. Tanabay dəstəsindən ayrı 
düşmüş bir quş kimi ölmək istəmirdi. Uçuşda ölmək istəyirdi. Ölməzdən  
 
qabaq, özü ilə bir yuvada böyüyənlərin, onunla bir yol gedənlərin səsini 
eşitmək istəyirdi. 
“Samansura məktub yazacağam. Yazacağam ki, Gülsarı  
 
yadındadırmı? Gərək yadında olsun. O atla mən sənin atanın partbiletini 
raykoma aparmışdım. Məni ora sən özün yollamışdın. Hə, oğlum, dünən gecə  
 
Aleksandrovkadan qayıdanda mənim vəfalı atım yıxılıb yolda qaldı. Bütün 
gecəni onun başı üstündə oturdum, bütün həyatımı götür-qoy elədim. Bəlkə mən  
 
də bir vaxt Gülsarı kimi yıxılıb yolda qalacağam. Gərək sən mənə kömək 
eləyəsən, oğlum Samansur, mən öz partiyama qayıtmaq istəyirəm. Daha ömürdən  
 
bir şey qalmayıb. Kim idim, elə də ölmək istəyirəm. İndi bilirəm ki, sənin 
atan o vəsiyyəti nahaq yerə eləməmişdi, o öz partbiletini nahaq yerə mənə  
 
tapşırmamışdı. Sən də onun oğlusan, məni tanıyırsan, bu qoca Tanabay Bakasova 
kömək elə, oğul...” 
Çöllər, nəhayətsiz çöllər, sıldırım dağ yolları.  
 
Tanabay yüyəni çiyninə atıb gedirdi. Gözlərindən yaş axırdı, saqqalını 
isladırdı. Tanabay Gülsarı üçün ağlayırdı. O gedirdi, açılan səhərə tamaşa  
 
eləyirdi. Tanabay yaşlı gözləri ilə çöllərə baxırdı, dağlara baxırdı. Təpənin 
üstündən bir vəhşi qaz uçdu. Qaz tələsirdi, özününkülərə çatmaq  
 
istəyirdi. Tanabay ayaq saxladı: 
– Uç, uç! – dedi. – Hələ ki, qanadın yorulmayıb, uç, get özününkülərə yetiş. 
– Sonra ah çəkib əlavə elədi: – Əlvida,  
 
Gülsarı! 
O gedirdi və qədim bir mahnı qulağında səslənirdi. 
...Ağ dəvə, ağca maya. Nə zamandır ki, o, səhralar aləmini gəzir. Ağ dəvə 
balasını axtarır.  
 
Hardasan, balam mənim, dillənsənə! Əmcəyim dolub daşır, ağ südüm qıçlarımdan 
axıb gedir, hay versənə! Ağ südüm, qaymaq südüm sənsiz qalıb, sən  
 
hardasan? Hardasan, qara gözlü balam mənim, bəs hardasan?.. 
 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə