Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   39   40   41   42   43   44   45   46   47

 
ərinin qolundan tutub atdan düşürdü. Tanabay Caydarın çiyinlərini qucaqladı. 
Caydar da onun döşünə qısıldı və onlar ağladılar, hər ikisi uşaq kimi  
 
ağladı. 
– Basdırdıq Çoronu, Caydar. Daha Çoro yoxdur, Caydar. Mənim Çorom yoxdur! 
Sonra Tanabay alaçığın qabağındakı bir daşın üstündə oturdu. O, tək  
 
olmaq istəyirdi, diş-diş qarlı dağların dalından çıxan aya təklikdə tamaşa 
eləmək istəyirdi. İçəridə Caydar uşaqları yatırırdı. Alaçıqda ocaq  
 
yanırdı, odunların çıltısı eşidilirdi. Sonra dəmir komuzun ürək yandıran 
naləsi qalxdı. Sanki, haradasa külək əsirdi – külək fəryad qoparırdı. Sanki,  
 
bir insan nalə çəkib çöllər boyu qaçırdı, çöllər susurdu və öz dərdli səsi 
ilə insan dağı-daşı ağladırdı. Sanki, bu kimsəsiz çöllərdə o səs haray  
 
çəkib dərdini deməyə bir insan axtarırdı, lakin hər yan bomboş idi, o 
ağladıqca özü öz səsini eşidirdi. Caydar dəmir komuzu ağladırdı. Tanabay üçün  
 
“Qoca ovçunun mahnısı”nı çalırdı. 
 
Səni mən öldürdüm, oğlum Qaraqul
Dünyada tək qaldım, oğlum Qaraqul. 
Baxtım tora düşdü, oğlum Qaraqul, 
Yaman dara  
 
düşdüm, oğlum Qaraqul. 
Sənə ovçuluğu, oğlum Qaraqul, 
Mən niyə öyrətdim, oğlum Qaraqul. 
Niyə qırıb tökdün, oğlum Qaraqul, 
Ceyranı, cüyürü, oğlum Qaraqul. 
Sən niyə məhv etdin, oğlum Qaraqul, 
Dilsiz heyvanları, oğlum Qaraqul. 
Dünyada tək qaldım, oğlum Qaraqul, 
Heç kəs bu dünyada, oğlum Qaraqul, 
Səsimə səs  
 
vermir, oğlum Qaraqul, 
Səni mən öldürdüm, oğlum Qaraqul, 
Əlimlə öldürdüm, oğlum Qaraqul... 
 
...Tanabay alaçığın qabağında oturub bu qədim qırğız ağısına  
 
qulaq asırdı. Zülmətdən don geymiş dilsiz dağlar dalından ay çıxırdı. Qarlı 
şiş təpələr, uca nəhəng qayalar ay işığına qərq olmuşdu. Dağlara baxa- 
 
baxa Tanabay yenə də öz mərhum dostundan halallıq istəyirdi. 
Caydarsa alaçıqda dəmir komuzun dili ilə böyük ovçu Qaraqula ağı deyirdi: 
 
Səni mən  
 
öldürdüm, oğlum Qaraqul, 
Dünyada tək qaldım, oğlum Qaraqul... 
 
23 
 


Dan yeri sökülürdü. Tanabay tonqalın qırağında can verməkdə olan atın başı 
üstündə  
 
əyləşib sonrakı əhvalatları xatırlayırdı. 
Heç kəsin xəbəri yox idi ki, Çoronun dəfnindən bir neçə gün sonra Tanabay 
vilayət mərkəzinə getmişdi. Bu,  
 
onun son təşəbbüsü idi. O, bir vaxt müşavirədə nitqini eşitdiyi obkom 
katibini görmək istəyirdi, ona öz dərdini danışmaq istəyirdi – Tanabay əmin 
idi  
 
ki, bu adam onu başa düşəcək, ona kömək eləyəcəkdi. Çoro da bu adamın 
yaxşılığından danışırdı, onu başqaları da tərifləyirdilər. Ancaq Tanabay  
 
katibin başqa bir vilayətə göndərildiyindən xəbərsiz idi. Bunu o, vilayət 
komitəsində eşitdi. 
– Siz bunu bilmirdiniz? 
– Yox. 
Qəbul otağında oturmuş  
 
qadın bu qısa sual-cavabdan sonra dedi: 
– Əgər çox vacib işiniz varsa, mən bunu təzə katibə xəbər verə bilərəm. Bəlkə 
qəbul eləyə. 
Tanabay: 
– Sağ olun,  
 
– dedi, – lazım deyil. Mən elə-belə gəlmişdim – şəxsi iş üçün. Mən əvvəlki 
katibi tanıyırdım, o da məni tanıyırdı. Daha narahat eləməyə dəyməz.  
 
Bağışlayın, sağ olun. 
Qəbul otağından çıxanda Tanabay keçmiş katibi tanımağına ürəkdən əmin idi və 
inanırdı ki, katib də onu – çoban Tanabay Bakasovu  
 
şəxsən tanıyırdı. Axı, belə şey niyə də olmasın? Onlar bir-birini tanıya da 
bilərdilər, bir-birinin hörmətini istəyə də bilərdilər. Buna Tanabay  
 
inanırdı və məhz inandığına görə də, o, qəbul otağındakı qadına belə dedi. 
Tanabay vilayət komitəsindən çıxıb avtobus vağzalına sarı yollandı. Pivə  
 
dükanının qabağında iki fəhlə boş çəlləkləri maşına qaldırırdı. Fəhlələrin 
biri yuxarıda durmuşdu, o biri fəhlə aşağıdan çəlləkləri diyirlədirdi və  
 
necə oldusa o, təsadüfən başını qaldırıb Tanabayı gördü. Bu adam Bektay idi. 
O, döşünü çəlləyə dirəyib, kinli-kinli Tanabaya sarı baxır, onun nə  
 
deyəcəyini gözləyirdi. 
Yuxarıdakı fəhlə qışqırdı: 
– Ə, nə olub sənə? Yatmısan, nədir? 
Çəllək aşağı sürüşdü və onun ağırlığı altında beli bükülmüş Bektay  
 
yenə gözünü Tanabaydan ayırmadı. Ancaq Tanabay onu dindirmədi. “Deməli, gəlib 
bura çıxmısan. Pivə dükanına soxulmusan. Əhsən, əhsən... Özünə yaxşı  
 
yer tapmısan”. Belə düşünə-düşünə Tanabay ayaq saxlamadan yoluna davam elədi. 
Sonra addımını yavaşıtdı. “Cavan oğlandır. Hayıfım gəlir. Yaxşı adam  
 


ola bilərdi. Bəlkə, dayanım? Bəlkə, söhbət eləyim?” Tanabay geri dönmək 
istədi. O, Bektayı bağışlamağa hazır idi, təki bu cavan oğlan ağlını başına  
 
yığaydı. Ancaq Tanabay qayıtmadı. Çünki Bektay onun partiyadan qovulduğunu 
bilsəydi, onların söhbətindən heç nə çıxmayacaqdı. Dilindən zəhər tökülən  
 
bu adamı Tanabay özünə güldürmək istəmədi, öz dərdinə, öz taleyinə, öz işinə; 
o işə ki, Tanabay hələ də sadiq idi. Çıxıb getdi. Rastına düşən bir  
 
maşına minib şəhərdən uzaqlaşdı. Ancaq çəlləyin ağırlığı altında beli 
bükülmüş Bektayı, onun kinli baxışlarını Tanabay uzun müddət unuda bilmədi. 
Sonra Bektay məhkəməyə düşəndə, şahid çağrılmış Tanabay onun barəsində heç nə 
demədi. Bektayın olsa-olsa, sürünü atıb getməyindən danışdı. Tanabay  
 
istəyirdi ki, bu adam özünün əyri yola düşdüyünü başa düşsün, öz layiqsiz 
əməlindən peşman olsun. Ancaq, görünür ki, Bektay bunu heç ağlına da  
 
gətirmirdi. 
– Qurtarandan sonra yanıma gəl. Dərdləşərik, bir şey fikirləşərik. – Bu 
sözlərlə Tanabay Bektaya ürək-dirək vermək istədi. Ancaq Bektay  
 
heç bir cavab vermədi, heç başını qaldırıb onun üzünə də baxmadı. Tanabay 
pərt halda çıxıb getdi. Partiyadan çıxarılandan sonra o özünə inamını  
 
itirmişdi, hamının qabağında müqəssir vəziyyətində qalmışdı. Yaman cəsarətsiz 
olmuşdu. Axı, onun heç yuxusuna da girməzdi ki, başına belə bir müsibət  
 
gələcək. Bunu onun üzünə çəkən yox idi, ancaq o özü adamlardan qaçırdı, 
danışmaqdan ehtiyat eləyirdi, çox vaxt ağzına su alıb otururdu. 
 
24 
 
Tonqalın  
 
qırağında Gülsarı başını yerə qoyub hərəkətsiz uzanmışdı. Can verirdi. 
Sinəsindən son nəfəsi çıxırdı, bayaqdan alova zillənmiş gözləri beləcə baxa- 
 
baxa sönürdü, taqətsiz irəli uzanmış ayaqları quruyub ağaca dönürdü. 
Tanabay öz atı ilə vidalaşırdı, ona son sözlərini deyirdi: “Sən əvəzsiz bir 
at  
 
idin, Gülsarı. Sən mənim dostum idin, Gülsarı. Sən mənim həyatımın ən xoş 
çağlarını aparırsan, Gülsarı. Sən həmişə mənim yadımda qalacaqsan, Gülsarı.  
 
Bu saat öz yanındaca mən sənin keçmişini xatırlayıram, çünki sən ölürsən
Gülsarı. Bir vaxt biz o dünyada görüşəcəyik. Ancaq orada mən sənin addım  
 
səslərini eşitməyəcəyəm. Çünki orada yol yoxdur, Gülsarı, torpaq yoxdur, ot 
yoxdur, orada həyat yoxdur. Ancaq hələ ki, mən sağam, sən də  
 
ölməyəcəksən, çünki mən həmişə səni xatırlayacağam, Gülsarı. Sənin ayaq 
səslərin mənim üçün ən əziz nəğmə olacaq...” Qoca Tanabay atın başı üstündə  
 
dayanıb düşünürdü və ömrün belə tez ötüşməyinə təəssüflənirdi. Nə tez keçdi 
ömür, onlar nə tez qocaldılar! Özünə qoca deməyə Tanabayın, bəlkə də,  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə