Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

Sanki, o kağızın zəhmi burada oturanların hamısını basmışdı. Aldanov məmnun 
halda ətrafına göz gəzdirib, sınayıcı nəzərlərlə hamını süzdü, sanki, öz  
 
baxışları ilə o, Tanabaya olan nifrətini hamıya təlqin etmək istəyirdi. 
Sonra Seqizbayev qətiyyətlə sözə başladı: 
– Yoldaş büro üzvləri, sizin  
 
icazənizlə mən bu işə bəzi əlavələr etmək istəyirəm. Kommunist Bakasovun 
hərəkətlərini adi bir xuliqanlıq kimi qiymətləndirə biləcək adamları indidən  
 
xəbərdar etmək istəyirəm. Əgər belə olsaydı, inanın ki, mən bu məsələni 
büroya çıxarmazdım. Xuliqanlarla mübarizə üçün bizdə başqa vasitələr vardır  
 
və mən, şübhəsiz ki, burada öz təhqir edilmiş heysiyyətimin qeydinə qalmıram. 
Bakasovun mənə dediyi sözlər, hər şeydən əvvəl, rayon partiya  
 
komitəsinin və onun simasında, demək olar ki, bütün partiyanın ləyaqətinə 
toxunur və mən razı ola bilmərəm ki, partiyanın avtoritetini ləkələyən belə  
 
bir fakt cəzasız qalsın. Onu da deməliyəm ki, bütün bunlar bizim kommunist və 
bitərəflər arasında apardığımız siyasi tərbiyə işinin yarıtmazlığını və  
 
raykomun ideoloji işindəki nöqsanları aşkara çıxarır. Bundan əlavə, biz 
Bakasov kimi sıravi kommunistlərin düşüncə tərzinə görə cavab verməliyik.  
 
Bəlkə bu adam tək deyildir. Bəlkə belə düşünən başqa kommunistlər də vardır? 
“Xəzpaltolu təzə ağa!” Bu sözlərin arxasında gizlənən mənaya fikir  
 
verirsinizmi? Palto bir yana dursun, Bakasovun dediyindən belə çıxır ki, mən 
sovet adamı, öz partiya borcumu yerinə yetirən bir şəxs, təzə ağayam,  
 
istismarçıyam, xalqın qanını soruram. Fikir verin! Bu sözlərin arxasında 
görün nə mətləb gizlənir! İzahata ehtiyac yoxdur... İndi işin o biri  
 
tərəfinə keçək. Mən “Ağ qaya” kolxozunda heyvandarlığın necə yarıtmaz bir 
halda olduğunu görəndə, doğrusu, özümü itirdim. Guya, öz sosialist  
 
öhdəçiliyini unutmuş Bakasovun verdiyi təhqiramiz cavabların müqabilində mən 
onu ziyanxor və xalq düşməni adlandırdım, dedim ki, sənin yerin partiya  
 
deyil, türmədir. Etiraf edirəm ki, bu sözlərlə mən onun heysiyyətinə 
toxunmuşdum və ondan üzr istəməyə hazır idim. İndi isə əminəm ki, səhv 
etməmişəm  
 
və dediyim sözləri geri götürmürəm. Əksinə, bu adamın qorxulu, düşmən əhval-
ruhiyyəli bir element olduğunu təsdiq edirəm... 
Tanabay dünyada nələr  
 
görməmişdi. Müharibənin başından vurub ayağından çıxmışdı, ancaq heç yuxusuna 
da girməmişdi ki, insan ürəyi nə qədər dəhşətlə döyünə bilər. Bu  
 
aramsız döyüntü içində ürək gah şişir, gah sıxılırdı, gah qalxır, gah 
düşürdü. Ürək həyat uğrunda mübarizəyə qalxırdı, ancaq bu gülləbarana ürəkmi  
 
dözərdi? Tanabay ürəyinin səsini eşidirdi: “Nə oldu, ilahi, nə oldu o şeylər 
ki, bir vaxt mənim həyatımın mənası idi? O qədər ölmədim – xalq düşməni  
 


oldum. Niyə mən özümü oda-közə vururdum; tövlə dərdi, yem dərdi, yolunu azmış 
Bektayın dərdi. Nə üçün? Kim üçün?..”. 
– Məlumat vərəqəsində qeyd  
 
etdiklərimin əsas məğzini bir daha nəzərinizə çatdırmaq istəyirəm, – deyə 
Seqizbayev sözləri ağır dəmir kimi bir-birinə pərçimləyirdi: – Bakasov  
 
bizim quruluşa nifrət edir, onun kolxozu, sosializm yarışını, ümumiyyətlə, 
bütün həyatımızı görməyə gözü yoxdur. Bütün bunları o, kolxozun partiya  
 
təşkilat katibi Sayakov yoldaşın yanındaca açıq-aşkar bəyan etmişdir. Bundan 
əlavə, öz vəzifəsini yerinə yetirən dövlət nümayəndəsinə əl qaldırmaqla  
 
Bakasov başqa bir cinayət də törətmişdir. Xahiş edirəm, məni düzgün başa 
düşəsiniz, mən Bakasovun məhkəmə məsuliyyətinə cəlb edilməsi üçün sanksiya  
 
verilməsini tələb edirəm və şərt qoyuram ki, bu adam, buradan çıxanda nəzarət 
altına alınsın. Onun törətdiyi cinayətlər əlli səkkizinci maddəyə  
 
tamamilə uyğundur. Bakasovun partiya sıralarında qalıb-qalmamaq məsələsinə 
gəldikdə, bu barədə danışmağı yersiz bilirəm... 
Bu tələblə Seqizbayev çox  
 
uzağa getdiyini yaxşı bilirdi. Ancaq büro Tanabayı məhkəmə məsuliyyətinə 
almağı lazım bilməsə də, bu cür tələbdən sonra onu mütləq partiyadan  
 
çıxarmalı olacaqdı. Bu tələbi Kaşkatayev də qəbul etməyə bilməyəcəkdi və 
nəticədə Seqizbayev öz niyyətini həyata keçirəcəkdi. 
Səsindən aşkar əsəbilik  
 
sezilən Kaşkatayev Tanabaya müraciət elədi: 
– Bu haqda siz nə deyə bilərsiniz, yoldaş Bakasov? 
– Heç nə. Hamısını dedilər. Belə çıxır ki, mən əvvəldən  
 
də ziyanxor, xalq düşməni olmuşam, indi də düşmənliyimdə qalıram. Mənim fikir 
deməyimin nə mənası var? Hər şeyi özünüz həll eləyin... 
– Siz özünüzü  
 
vicdanlı kommunist hesab edirsinizmi? 
– İndi belə şeyi sübut eləmək çətindir. 
– Müqəssir olmağınızı boynunuza alırsınızmı? 
– Xeyr. 
– Özünüzü hamıdan  
 
ağıllı hesab edirsiniz? 
– Yox, hamıdan axmaq hesab eləyirəm. Döşündə komsomol nişanı olan cavan bir 
oğlan ayağa qalxdı. O, hamıdan cavan idi; cılız,  
 
cansız; lap uşaq kimi görünürdü. 
– İcazə verin, mən deyim. 
Cavan oğlanın burada oturduğunu Tanabay yalnız indi gördü. Ürəyində: “Döşə 
gəlsin, – dedi, –  
 
cavan oğlan, döşə gəlsin, vaxt olub mən də döşəmişəm...” 
Kaşkatayev başı ilə razılıq verdi: 
– Buyurun, Kərimbəyov. 
Kərimbəyov həyəcanını gizlətməyə  


 
çalışaraq sözə başladı: 
– Mən yoldaş Bakasovun hərəkətinə haqq qazandırmaq istəmirəm. Öz hərəkətinin 
müqabilində o, lazımi partiya cəzası amalıdır.  
 
Ancaq mən yoldaş Seqizbayevlə də razı deyiləm. Üstəlik, təklif eləyirəm ki, 
yoldaş Seqizbayevin məsələsi də müzakirəyə qoyulsun... 
Kimsə Kərimbəyovun  
 
sözünü kəsdi: 
– Vay səni! Bu qanunları sizin komsomolmu icad eləyib? 
Kərimbəyov qızardı. Daha da özünü itirdi: 
– Qanun hamı üçün eynidir, – dedi və bir  
 
anlığa tutulub, özünü ələ almağa çalışdı. Sonra o, daha sərt, daha kəskin 
danışmağa başladı: – Kolxozçunu, çobanı, köhnə kommunisti təhqir etməyə  
 
sizin nə ixtiyarınız vardı?.. Deyirsiniz ki, kolxozda heyvandarlığın pis 
halda olduğunu görüb əsəbiləşmişsiniz. Bəlkə buna görə çoban sizdən də əsəbi  
 
imiş? Bunacan siz nə vaxt onun yanına getmişdiniz, onun işi ilə, həyatı ilə 
nə vaxt maraqlanmışdınız? Bilirdinizmi, maldarlıq niyə bu haldadır,  
 
quzular nə üçün tələf olur? Xeyr, yazdığınızdan məlum olur ki, siz elə çatan 
kimi çobanın üstünə düşmüsünüz, dişinizin dibindən çıxanı demisiniz.  
 
Kolxozlarda doğum kampaniyasının vəziyyəti hamıya məlumdur. Mən özüm tez-tez 
yerlərdə oluram, bizim komsomolçu çobanları görəndə xəcalət çəkirəm.  
 
Çünki biz onlardan hər şey tələb eləyirik, ancaq özümüz onlara heç bir 
praktiki kömək göstərmirik. Bir yandan yarıtmaz tövlələr, bir yandan aclıq,  
 
yemqıtlığı. Mən özüm çoban oğluyam. Bilirəm ki, hər quzunun ölməyi çoban üçün 
nə deməkdir. İnstitutlarda bizə başqa şeylər öyrədiblər, ancaq yerlərdə  
 
işlər köhnə qayda ilə gedir. Bütün bunları görəndə adamın ürəyi ağrıyır!.. 
Seqizbayev onun sözünü kəsdi: 
– Yoldaş Kərimbəyov, siz çalışmayın ki, bizi  
 
ağladasınız. Hiss – nisbi məfhumdur. Hissə qapılmaq lazım deyil. Fakt 
lazımdır, fakt! 
– Bağışlayın, – deyə Kərimbəyov yenidən sözə başladı, – burada  
 
biz cinayətkarlıq məsələsindən danışmırıq, öz partiyaçı yoldaşımızın işini 
müzakirə eləyirik. Burada partiya bileti daşıyan bir yoldaşın taleyi həll  
 
olunur. Buna görə də gəlin fikirləşək: yoldaş Bakasovu bu işə nə vadar 
etmişdir? Mən Bakasovun hərəkətinə, əlbəttə, haqq qazandırmıram, ancaq  
 
kolxozun ən yaxşı maldarlarından olan Bakasovun belə bir vəziyyətə gəlib 
çıxmağının səbəbini də, məncə, aydınlaşdırmaq lazımdır. 
Kərimbəyovun  
 
çıxışından narazı qalmış Kaşkatayev qeyzlə: 
– Oturun, – dedi. – Siz bizim diqqətimizi əsas məsələdən yayındırırsınız, 
yoldaş Kərimbəyov. Kommunist  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə