Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   39   40   41   42   43   44   45   46   47

üstündə ağlamağa gəlmişdilər; o adam ki, həmişə onlara yaxın olmuşdu, o adam 
ki, bütün əyalətdə tanınırdı. Ürəyində Tanabay: “Sağ olun, – dedi, –  
 
qardaşlar. Ata-baba dövründən bəri dərdimiz-sərimiz bir olub, toyda da, 
cıdırda da bir olmuşuq. Ağlayın, bizimlə birgə siz də ağlayın!” 
Qazaxların  
 
dalınca o özü də atın üstündə fəryad qopardı, qəm dolu, ələm dolu bir səslə 
çığırdı: 
– Çoro-o-o! Çoro-o-o! Çoro-o-o!.. 
Tanabay yəhər üstdə gah sağa,  
 
gah sola əyilirdi, küçədə atını səyirib, dünyadan köçmüş dostuna ağlayırdı. 
Bu da həyət. Bu da Çoronun evi. Üstünə qara çul salınmış Gülsarı evin  
 
qabağında dayanmışdı. Başına qar yağırdı. Sahibsiz, yiyəsiz Gülsarı! Yəhəri 
boş qalan Gülsarı! 
Öz atının üstündəcə Tanabay Gülsarının boynuna sarıldı.  
 
Aralandı, bir də sarıldı. Ətrafda bir-birindən zorla seçilən üzlər, ağlaşma, 
nalə, şivən... Kimsə dedi: 
– Tanabayı atdan düşürdün. Çoronun oğlunun  
 
yanına aparın. 
Tanabay eşitmədi. 
Neçə-neçə əl eyni vaxtda ona sarı uzandı, köməkləşib atdan düşürdülər, qoluna 
girib apardılar. 
Tanabay gözünün yaşını  
 
axıdırdı: 
– Bağışla məni, Çoro, bağışla məni! 
Çoronun tələbə oğlu Samansur həyətdə üzü divara tərəf dayanmışdı, o çevrilib 
Tanabayın üzünə baxdı, onlar  
 
ağlaya-ağlaya qucaqlaşdılar. 
– Daha sənin atan yoxdur, daha mənim Çorom yoxdur! Bağışla məni, Çoro, 
bağışla! 
Sonra onları bir-birindən araladılar və bu  
 
vaxt birdən-birə Tanabay yaxında, arvadların arasında dayanmış Bübücanı 
gördü. Bübücan dinməz-söyləməz Tanabayın üzünə baxırdı və dinməz-söyləməz  
 
gözünün yaşını axıdırdı. Tanabay ona baxıb, daha bərkdən hönkürdü. 
İndi Tanabay istərdi ki, Bübücan yaxınlaşsın, təskinlik versin, onun göz 
yaşlarını  
 
silsin, ancaq qadın yaxınlaşmırdı. Dayanmışdı. Ağlayırdı. 
Tanabaya başqaları təskinlik verirdilər: 
– Bəsdir, Tanabay. Toxta, göz yaşı axıtmağın xeyri  
 
yoxdur. 
Buna görə Tanabay daha da qəhərlənirdi, daha bərkdən hönkürürdü. 
 
22 
 
Çoronu günortadan sonra dəfn elədilər. Hava bulanıq idi, solğun Günəş  
 


hərəkətsiz boz buludların arasından zəif işıq saçırdı. Sulu, yumşaq qar 
dənələri hələ də havada uçuşurdu. Qara geyinmiş insan dəstəsi ağappaq yol  
 
boyunca bir qara çay kimi səssiz-səmirsiz axıb gedirdi. Sanki bu çay elə 
indicə, buradanca baş götürmüşdü və ilk dəfə özünə yol açırdı. İrəlidə,  
 
yanlarının taxtası aşağı salınmış maşında, Çoronun ağ kəfənə bürünmüş 
cənazəsini aparırdılar. Məhrumun arvadı, uşaqları, qohum-əqrəbası cənazənin  
 
yanında oturmuşdu. Qalanlar ata minmişdi. Yalnız Tanabayla Samansur maşının 
dalınca piyada gedirdilər. Onların hər ikisi yiyəsi ölmüş Gülsarının  
 
yüyənindən yapışmışdı. 
Kəndin qurtaracağındakı yol hamar qarla örtülmüşdü və bu təmiz, yumşaq qarın 
üstünə ilk dəfə at dırnağı dəyirdi, insan ayağı  
 
dəyirdi. Bu izlərin içində, sanki, Çoronun da ayaq izi vardı. Bu, Çoronue son 
izləri idi. İndi yol təpəyə, qəbiristanlığa qalxacaqdı və oradan Çoro  
 
bir daha geri qayıtmayacaqdı. 
Tanabay atın yüyənindən tutub gedirdi və ürəyində atla danışırdı: “Hər ikimiz 
Çorosuz qaldıq, Gülsarı! Daha Çoro yoxdur,  
 
heç vaxt olmayacaq... O vaxt sən niyə susdun, Gülsarı, niyə məni saxlamadın? 
Bilirəm, Allah dil verməyib sənə. Ancaq mən insan ola-ola özümü səndən  
 
də pis apardım. Dostumu yolun ortasında buraxıb getdim, Allah ağlımı aldı, 
dönüb geriyə də baxmadım. Çoronu mən öldürdüm, öz dilimlə öldürdüm...” 
Yolboyu qəbiristanlığa çatanacan Tanabay Çorodan üzr istədi. Orada Samansurla 
birgə Çoronu həmişəlik torpağa tapşıranda da o, dönə-dönə dostuna  
 
yalvardı: 
– Bağışla məni, Çoro. Eşidirsənmi, bağışla məni!.. 
Çoronun məzarı üstünə ovuc-ovuc torpaq atdılar, sonra belləri işə saldılar, 
torpaq üst- 
 
üstə qalandı. Qəbir doldu və təpənin üstündə bir yeni təpəcik yarandı. 
Bağışla, Çoro! 
Dəfn qurtarandan sonra Samansur Tanabayı qırağa çəkdi: 
– Sizinlə  
 
işim var, Tanake, gərək oturub söhbət eləyək. 
Adamları da, tüstülənən ocaqları, samovarları da burada qoyub onlar həyətdən 
çıxdılar. Arxın qırağı ilə  
 
gedib həyətin dalında – yıxılmış bir ağacın yanında dayandılar. Ağacın 
üstündə oturdular. Xeyli vaxt dinməz-söyləməz oturdular. Tanabay düşündü:  
 
“Dünyanın işinə bax – bu Samansur dünən balaca bir uşaq idi, indi gör nə 
boyda olub. Dərd onu daha da yaşlı eləyib. İndi Çoronun yerində budur. Daha  
 
biz eyni adamlarıq. Belə də olmalıdır. Oğullar ataların yerini tutur. 
Ataların nəslini yaşadırlar, işini yaşadırlar. Kaş ki atası kimi adam olsun.  
 
Ondan da ağıllı olsun, ondan da uzağa getsin; kaş bizdən çox-çox yuxarı 
qalxsın, özünə də bir gün ağlasın, başqalarına da xeyri dəysin. Elə ata  
 


olmağın mənası da bundadır. Biz onları böyüdürük ki, bizdən yaxşı olsunlar, 
bizdən irəli getsinlər”. 
– Sən, Samansur, ailədə hamıdan böyüksən, – deyə  
 
Tanabay əlini saqqalına çəkib sözə başladı. – Sən Çoronun yerindəsən, mən 
səni də Çoro kimi eşitməyə hazıram. 
– Mən sizə, Tanake, atamın vəsiyyətini  
 
çatdırmalıyam. 
Tanabay diksindi, çünki bu səs Çoronun səsinə yaman oxşadı. Samansurun üzdən 
də atasına oxşamağını ilk dəfə Tanabay indi gördü, Çoronun  
 
cavanlığı gözünün qabağına gəldi. O Çoronu Samansur görməmişdi, ancaq Tanabay 
görmüşdü, yadında idi. Bəlkə buna görə deyirlər ki, insan ölməz, əgər  
 
onu tanıyanlar ölməsə. 
– Danış, oğlum, mən sənə qulaq asıram. 
– Mən özümü vaxtında yetirdim, Tanake. Dünən gecə atamın ölümünə bir saat 
qalmış gəlib  
 
çıxdım. Lap son nəfəsinəcən ağlı başında idi. Sizi çox gözlədi, Tanake. Elə 
hey soruşurdu: “Tanabay hanı? Bəs gəlib çıxmadımı?” Biz ona təsəlli  
 
verirdik, deyirdik: yoldadır, indicə gələcək. Görünür, sizə nə isə demək 
istəyirmiş. Əcəl qoymadı. 
– Elədir, Samansur, elədir. Biz onunla görüşməli  
 
idik. Mütləq görüşməli idik. Ölənəcən özümə bağışlamaram. Günah məndə oldu. 
Vaxtında gələ bilmədim. 
– Tapşırdı ki, sizə xəbər verim. Deyir: ondan üzr  
 
istəyirəm, məni bağışlasın, ürəyində kin saxlamasın. Bir də, çox-çox xahiş 
elədi ki, onun partiya biletini raykoma siz aparasınız. Dönə-dönə yalvardı  
 
ki, bunu sizə çatdırım. Sonra huşu itdi. Xeyli vaxt əzab çəkdi. Öləndə də 
gözü yol çəkirdi. Ağlayırdı, danışırdı, ancaq nə dediyini başa düşmək  
 
olmurdu. 
Tanabay heç nə demədi. Hönkürə-hönkürə saqqalını sığalladı. Çoro getmişdi. 
Özü ilə birgə Tanabayın da ömrünün tən yarısını aparmışdı. 
Nəhayət,  
 
o özünü ələ aldı. 
– Sağ ol, Samansur, – dedi. – O da sağ olsun ki, bu işi mənə həvalə eləyib. 
Ancaq bir şey qabağımı kəsir. Bilirsənmi, məni  
 
partiyadan xaric eləyiblər? 
– Bilirəm. 
– Partiyadan çıxarılmış bir adam Çoronun partbiletini raykoma necə apara 
bilər? Axı mənim buna ixtiyarım  
 
yoxdur. 
– Bilmirəm, Tanake. Özünüz fikirləşin. Mənim borcum atamın vəsiyyətini yerinə 
yetirməkdir. Gərək siz də elə edəsiniz ki, onun son istəyi boşa  
 
çıxmasın. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə