Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az


Snelman
1
 
Snelman yeni, gənc fin ziyalılarının ən görkəmli nüma-
yəndəsidir. Həmin dövrdə bir neçə fın müəllimi, ruhanisi, vəkili 
və məmuru xalq kütlələrini maarifləndirmək uğrunda səlib 
yürüşünə çıxmışdılar. Onlar daima deyirdilər: 
- Ağayana paltar, nişastalı yaxalıq və başa qoyulan son dəbli 
şlyapa ziyalı olmaq deyil. Ziyalılar - xalqın beynidir. Xalq sizi, 
təhsil alandan sonra yaxşı maaş alıb gecələr restoranlarda 
oturasınız və gününüzü kart və domino oynamaqla keçirəsiniz 
deyə böyüdüb tərbiyələndirməyib. Bu halda ziyalı deyil, ziyalı 
kifi olursunuz. Siz xalqın ağlını, iradəsini, enerjisini və vicdanını 
oyatmağa borclusunuz. Xalqın düşüncəsini oyatmaq və 
aydınlatmaq... Xalqı - kəndlilərə, fəhlələrə, cəmiyyətin aşağı 
təbəqəsinə yaxşı yaşamaqda və bu yaxşı həyatı qurmaqda kömək 
etməlisiniz. 
1
Yuhan Vilhelm Snelman (12.V. 1806 - 4.VII. 1881) - görkəmli fin filosofu
ictimai-siyasi və dövlət xadimi. Finlandiyanı bugünkü çiçəklənən ölkə olmağa 
gətirib çıxaran milli ideologiyanın yaradıcısı sayılır və onun gerçəkləşməsində 
böyük əməyi olub. Onun anadan olduğu 12 may tarixinin, Finlandiyada dövlət 
bayrağı bayramı kimi qeyd edilməsi təsadüfi deyil. 
45 


Ona, necə yaxşı işləyəcəyini öyrədin. Ona, özünün yoxsul, 
ancaq sağlam bünövrəli məişətini necə quracağını öyrədin. Ona, 
özünün və uşaqlarının sağlamlığını necə qoruyacağını öyrədin. 
Ona xoşbəxt ailə həyatını necə formalaşdıracağını öyrədin: ərin 
öz arvadıyla necə davranmalı, arvadın öz əriylə münasibətlərini 
necə yaradacağını, uşaqlarını necə tərbiyə edəcəyini öyrədin. 
Xalqı dəqiqliyə, qayda-qanuna və intizamlı olmağa öyrədin. 
Xalqda vicdanlı olmağı inkişaf etdirin. Ona qanunları 
dəyərləndirməyi, özünün və başqalarının hüquqlarına hörmət 
etməyi öyrədin. 
Bütün bu işlərdə öz hərəkətlərinizlə xalqa yaxşı nümunə 
göstərin. 
Xalqa olan münasibətinizdə, sözdə və işdə onun tərbiyəçisi 
olduğunuzu göstərin. 
Unutmayın, bizim Suomi bütünlüklə böyük bir ailədir, fın 
xalqı isə yoxsul odunqıranından və ya fəhləsindən, dul 
paltaryuyan camaşırçı qadınından tutmuş, bütün insanları- 
nacan, hamısı sizin kiçik qardaş və bacılarınızdır. 
Sizin vəzifəniz onları tərbiyə etmək, böyük, mədəni 
xalqların ailəsinə daxil etməyə çalışmaqdır. 
Unutmayın, sizin xalqınızın savadsızlığı, qabalığı, içkiyə 
qurşanması, xəstəlikləri, yoxsulluğu - öz biabırçılığınız və 
cinayətinizdir. 
Gənc xalq müəllimlərinin, ruhanilərin, həkimlərin çoxu belə 
düşünürdü. Snelman isə onların arasında özünün xüsusi ehtirası 
və həvəsiylə seçilirdi. 
Snelman qışda ayaq xizəyiylə, yazda və yayda isə qayıqla, 
hətta piyada halda Finlandiyanın bütün rayonlarını bir-birinin 
ardınca gəzirdi. O bu səyahətlər zamanı müxtəlif insanlarla: 
təbiətən anadangəlmə istedadlı kəndlilərlə, 
46


meşələrdə və şaxtalarda çalışan fəhlələrlə görüşüb danışırdı. Ən 
yaxşı oğlan və qızlarla tanış olur, söhbətlər aparırdı. Onlara kitab 
bağışlayır, sonradan məktublaşırdı. 
Snelman bu sözləri təkrar etməyi çox sevirdi: 
- Mən qaranlıq künc-bucaqlarda canlı çıraqlar yandırırdım. 
Onlara, daha gur işıq saçsınlar deyə yağ əlavə edirdim. 
Bir, iki, üç, hətta, bir böyük çayla bütün ölkənin insanlarının 
suya olan ehtiyacını ödəmək olmur - Snelman deyirdi. - Hər bir 
ucqar kənd gərək özünün su qaynağını tapsın, bu göl, çay, bulaq 
və ya quyu da ola bilər. Xalqın ruhunun yanğısı da belədir. Hər 
bir ərazi özünün insanlarına, canlı quyularına möhtacdır. 
Snelman belə insanlara məktub göndərirdi, bu məktubları alan 
insanlar onların surətini çıxarıb başqa yerlərə də göndərirdilər. 
Snelman bu məktublarında (tanışları zarafatla onları apostol 
göstərişləri adlandırırdılar) bəzi insanları hərəkətə gətirir, ruhən 
möhkəmləndirir, bəzilərini qınayır, utandırırdı. Üçüncülərə 
məsləhət verir, qarşılarında yeni məsələlər qoyur, öz fəaliyyətiylə 
yaxşı nümunə göstərirdi. 
Hətta, qatarla yol gedəndə də o, xalqın maariflənməsiylə 
məşğul olan insanları bir yerə toplamağa çalışar və onlara 
deyərdi: 
- Siz çətənədən necə kanat düzəldildiyini bilirsiniz? Öncə 
ondan nazik saplar toxunan əlçimlər düzəldirlər; bu saplardan 
kəndir hörürlər və bir neçə belə kəndiri birləşdirib ondan nəhəng 
okean gəmilərini bağlamaq üçün yoğun kanat hazırlayırlar. Bizim 
işimiz də belədir. Biz müxtəlif yaxşı niyyətləri bir yerə toplayıb 
onlardan bizim iki milyonluq xalqımız üçün sarsılmaz maarifçilik 
gücü yaratmağa borcluyuq. 
47


Yay tətilində Snelman iki-üç həftəliyinə müxtəlif bölgələrə 
gedər, oranın bütün müəllimlərini bir yerə toplamağa çalışardı. 
Yüzlərlə, daha artıq insan toplanardı. Öncə, bu toplantılara 
könülsüz gedərdilər. Ucqarlıqdan, ağır keçən qışdan və 
müəllimliyin çətinliklərlə dolu qayğılarından yorulmuş insanlar 
deyinərdilər. Bəziləri isə səsini qaldırıb deyərdi: 
- Bu nə təzə nağıldır... Bu nə kursudur belə... Biz müəllimləri 
də öyrədəcəklər?! 
Snelman bunları bilir, anlayır, ancaq incimirdi. O, insanlara 
xəstəyə baxan həkim kimi yanaşırdı: onları müalicə etməli 
olduğunu anlayırdı. Müəllimlərin birinci yay toplantısında 
Snelman xalq müəllimlərinə dedi: 
- Əziz dostlar, işinizin necə ağır olduğunu bilirəm. Sizin 
ucqarlarda, savadsız insanların əməyinizi qiymətləndirmədiyi 
bu yerlərdə, necə ağır bir şəraitdə yaşadığınız mənə çox yaxşı 
bəllidir. Ancaq, nə etməli? Unutmayın: biz xalqın savadlanması 
kimi nəhəng işə hələ yenicə başlamışıq. Biz yeni ölkə kəşf edən 
pionerlərin vəziyyətindəyik. Xalqın maariflənməsi üçün lazım 
olan çətin mübarizənin bütün ağır yükünü çiyinlərimizdə 
daşımağa borcluyuq. Bu yolda bizi təriflər və təqdirlər deyil, ağır 
qurbanlar gözləyir. Mən sizə məhz onlardan, onların 
zəruriliyindən, onların qa- çılmazlığından danışıram. 
Sizi fədakarlığa çağırıram! Hamınızı buna qoşulmağa 
çağırıram. Qurban verməyə razı olan və bunu bacaran hamıya 
səslənirəm. Bağışlayın, bunları sizə açıq şəkildə deməyi özümə 
borc bilirəm: bilirəm, bütün peşələrdə olduğu kimi, müəllimlərin 
də arasında ruhuna görə pedaqoq olmayan çoxlu insan var. 
Onlara, hətta, sənətkar da demək olmaz. Onlar - öz müəllim 
fəaliyyətini sevməyən, onu lənətləyən 
48


muzdurlardır. Onlara dostcasına təklif edirəm: əl çəkib gedin! 
Özünüzə başqa peşə axtarın. Kontorlara gedib, orada işə düzəlin. 
Ticarətlə məşğul olun. İstənilən işlə məşğul olun, ancaq canlı 
ruhuna və böyük biliyinə ehtiyac duyulan insanların yerini tutub 
xalqın maariflənməsinə mane olmayın... Mənim bundan öncəki 
çağırışıma xalqımızın ən mədəni insanları olan fin alimləri hay 
verdilər. Onların hər biri sizə hətta, uzaqdan olsa belə bütün 
biliklərin necə gözəl bir nemət olduğunu göstərə bilsinlər və 
sizlər də, elmə olan bu yanğını öz şagirdlərinizə ötürə biləsiniz 
deyə, beş, altı, on mühazirə oxumağı vəd etdilər... 
Xalq müəllimlərinin böyük çoxluğu Snelmanın bu sözlərini 
ruh coşqunluğuyla qarşıladı. Ona bu işdə kömək etmək qərarına 
gəldilər. Müstəqil şəkildə daha çox oxuyub öyrənməyə 
başladılar, öz biliklərini genişləndirmək və dərinləşdirmək üçün 
gərgin çalışdılar. Zamanla, onların hər biri görkəmli mədəniyyət 
xadiminə çevrildi. 
Ölkədə öncə onlarla, sonra isə yüzlərlə böyük və kiçik 
Snelmanlar meydana gəldi. 
49



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə