Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə15/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

 
 
66 
dən məlumdur. Strabona, Pliniyə, Plutarxa görə
dondarlar  Şimali Qafqazda və Azov dənizi sahillə-
rində yaşamışlar. Azərbaycanda orta əsrlərdə dondar 
etnonimindən törənən toponimlər çoxdur. Tovuz 
rayonunda Dondarlı  və Dondar Quşçu adlı  kəndlər 
mövcuddur. "Kitabi-Dədə Qorqud"  dastanının qəh-
rəmanlarından birinin adı  Dəli Dondardır. Kənddə 
XIX  əsrə aid məscid və  Hacı  Bədəl  körpüsü 
memarlıq abidəsi var.  
Toponimlə  Sarı yamac, Dağbaşı, İtuçan, Türk 
qəbri, Muncuqlu təpə, Ağ  dərə,  Yel piri, Böyük 
gözət, Nasir zəmisi, Şərif bağı, Nərgizin bağı, Alma 
bağı, Ağ yol, Bazar düzü, Qara kol, Dəvə uçan, Şam 
qırağı, Mir arxı, Təzə arx, Gavur arxı, Narcaq, 
Selbasan, Daşlıq dağ, Qaya dibi, Ağ dərə, Allahverdi 
dərəsi, Bərgüşad çayı, Ağa çayı, Zerzək, Mir Mehdi 
Ağanın Ziyarətgahı. 
 
Eyvazlı.  Eyvazlı yaşayış  məntəqəsi Qarabağ 
silsiləsində, Qubadlı rayonunda,  dağlıq  ərazidə 
yerləşir. Yerli məlumatlara görə,  Eyvazlı yaşayış 
məntəqəsini vaxtilə  Cənubi Azərbaycandan gəlmiş 
eyvazlı  nəslinə  mənsub olan ailələr saldığı üçün 
toponim belə adlandırılmışdır. Ağdamda Eyvazlı 
(oğuz tayfa ittifaqına daxil olan təkəlilərin, sonralar 
şahsevənlərin tərkibində olmuş eyvazlı tirəsinin adı 
ilə bağlıdır), Beyləqanda Eyvazalılar (özündə kəbirli 


 
 
67 
tayfasının araqməmmədli qolunun eyvazlı tirəsinin 
adını  əks etdirir), Goranboyda Eyvazalılar adlı 
kəndlər mövcuddur.  
Toponimləri:  Qarağal, Su daşı, Buluş bulağı, 
Çömçə bulağı, Gülləlik bulağı, Ardu dağı, Pərdi 
daşı, Bozdar, Məzrə dağı, Gen dərə, Sərhəd yerləri, 
Ağsan dərə, Göyərçin dərə, Yanıq dərə,  Əyri göl, 
Ağı kaha dərəsi, Qara kaha, Mərdixanı  təpəsi, Ağ 
qaya, Qarğa təpəsi. 
 
Əbilcə.  Qaraçayın sahilində yerləşir. Toponim 
Əbil adlı  şəxs adından və kürd dilində yer, məkan 
bildirən  şəkilçisindən ibarət olub, "Əbilə məxsus 
yer" mənasını bildirir. Kənd  Əbilcə adlı sahədə 
salındığı üçün belə adlanmışdır.  
Toponimləri:  Uzun dərə, Süleyman Ağa ziya-
rətgahı, Köhnə qəbiristanlıq. 
 
Əyin. Dağətəyi ərazidə yerləşən kənd.Əyin yaşa-
yış  məntəqəsini keçmiş Hacılı  kəndindən (hazırda 
Qubadlı  şəhərinə birləşmişdir) köçmüş ailələr  Əyin 
dağında (indiki Səngər dağı) saldığına görə belə 
adlanmışdır. Dağ isə öz adını bəzi mülahizələrə əsa-
sən,  buradakı bulağın adından almışdır.  Əyn (eyn) 
ərəb dilində "bulaq, göz, çeşmə" deməkdir. Görünür, 
toponim qismən təhrifə  uğramış, tələffüzü asanlaş-
dırmaq üçün "y" və "n" samitlərinin arasına "i" saiti 
artırılmışdır.  


 
 
68 
Toponimləri:  Çala yer, Güllü zəmi, Armudluq, 
Kartof bulağı, Bilgar, Səngər, Səqqəlləmə, Çay 
zəmi, At irizi, Səngər bulağı, Orta bulaq, Şurran bu-
lağı, Ceyran bulağı, Cəvizlik, Daş arası, Əzgilli dərə, 
Fındıqlı  dərə, Camal vuran, Güney, Yal yeri, Şilə 
zəmi, Qara qaya, Ocaq zəmi, Eldar bulağı. 
 
Əliquluuşağı. Bu kənd dağətəyi ərazidə yerləşir. 
Qədim adı Qarabaşlı olub. Kənd  əvvəllər bir qədər 
aralıda imiş. Toponim Əliqulu şəxs adından və uşağı 
sözündən ibarətdir. Toponimin mənası  "Əliqulunun 
törəmələri,  Əliqulunun nəslindən olanlar, Əliqulu-
gillər" deməkdir.  
Qarabaşlı  kəndindən buraya köçmüş ilk ailələr 
Əliquluuşağı nəslindən olduğuna görə yaşayış mən-
təqəsi də belə adlanmışdır. Bir çox məlumatlara 
görə, Əliqulu nəsillərinin tirələri mənşəcə şahsevən-
lərin təklə tayfasına aiddir. Laçın rayonunda Əli-
qulu, İmişli rayonunda isə Əliqulular adlı kəndlər də 
mövcuddur. Əliquluuşağı kəndində Göy qala (V əsr), 
bulaq (XIX əsr),  Əliquluuşağı körpüsü (1867-ci il), 
Qalalı qalası vardır.  
Toponimləri:  Nəbi bağı, Quru dərə, Qızıl qaya, 
Ağca yazı, 
Tənəkli dərə
, Qara qaya, Qaraçı yurdu, 
Qaraaltı, Vəli düzü, Şiş qayalıq, Hamar dərə, Yola-
şan, Balaban təpə, Pələngölən, Orta  dərə, Oğuz 
qəbristanlığı və s.  
 


 
 
69 
Əfəndilər.  Həkəri çayı sahilində,  İncə düzündə 
yerləşən kənd. Kəndin keçmiş adı Türk Əfəndilər 
olub. Bəzi məlumata görə, vaxtilə Türkiyədən gəl-
miş  Məmməd  Əfəndi adlı bir nəfər  şəxs bu kəndin 
bünövrəsini qoyduğuna görə  kənd də onun adı  
ilə adlanmışdır. Mənbələrə  əsaslansaq görərik ki, 
XIX  əsrdə  Əfəndilər kəndinin yaxınlığında Kürd 
Əfəndilər adlı kənd də mövcud olub.  
Toponimləri: Sarı təpə, Qara güney, Çələbi oca-
ğı, Çələbi dərəsi, Söyüdlü kanalı, Yəhər daş, Xəlil 
dərəsi, Xalıqverdi bağı, Xalıqverdi bulağı, Dəhnə 
düzü, Su kanalı, Qaralar, Xələddin baba piri, Qulu 
bulağı.  
 
Fərcan.  Dağətəyi  ərazidə rayon mərkəzindən  
25 km cənubda yerləşən kənd. Kəndin əsl adı Fərə-
candır. Kənd keçmişdə Sarallı  Fərəcan da adlan-
mışdır. Bu da kəndin sarallı tayfasının qışlaq yerində 
salınması ilə bağlıdır. Yaşayış  məntəqəsinin  əsasını 
Fərəcan nəslinə  mənsub olan ailələr qoyduğu üçün 
toponim belə adlanmışdır. Nəslin adı isə Fərəc şəxs 
adından və  cəmlik ifadə edən "an" şəkilçisindən 
ibarət olub, "fərəclər" deməkdir. 
Toponimləri: Qala boynu bulağı, Ağ çapalaq 
bulağı, Yuxarı bulaq, Aşağı bulaq, Şam kəhrizi, Qaya-
lar dağı, Novruz dağı, Gur-gur dağı, Alının dərəsi, 
Quzu dərə, Ağ çapalaq dərəsi, Şiş təpə, Qalanın təpəsi. 
 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə