Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə23/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

 
 
99 
Toponimləri: Şirin bulaq, Ağ oğlan piri, Aslanlı 
düzü. Kafdarlı  dərə, Dibək daş. Məktəb  ərazisində 
olan qədim qəbiristanlıq 13-17-ci yüzilliyə aid qə-
dim abidə kompleksidir.  
 
Məlikəhmədli. Bərgüşad çayı sahilində yerləşən 
kənd. Kəndin başqa bir adı da İydəlidir. Məlikəh-
mədli kəndini vaxtilə  Məlikəhmədli nəsli saldığına 
görə belə adlandırılmışdır.  
Toponimləri:  Yazı düzü, Qurban təpəsi, Qara 
kaha, Dəlik daş, Balaban piri. 
 
Mərdanlı.  Həkəri çayının sahilində, dağətəyi 
düzənlikdə, Qarabağ silsiləsində yerləşən kənd. Mər-
danlı yaşayış məntəqəsi kəndin əsasını qoymuş Hacı 
Mərdan adlı  şəxsin adını daşıyır.  1950-60-cı illərdə 
rayondakı Yuxarı Mollu kəndindən xeyli ailənin 
buraya köçməsi ilə kənd daha da böyümüşdür.  
Toponimləri:  Uzundərə, Arpa çuxuru, Şorça 
dərəsi, Orta dərə, Alagöz yurdu, Uzun güney, Qara 
güney, Füğara Seyid türbəsi, On altı quyulu kəhriz, 
Çəltik yerləri, Uzun quzey, Yataqlar, Yataq bulağı 
(Quzu bulağı), Kötüklü. 
 
Milanlı.  Qubadlıda Qarabağ silsiləsi  ərazisində, 
dağətəyi düzənlikdə yerləşən kənd. Yaşayış  məntə-
qəsinin adı çar Rusiyası Azərbaycanın şimalını işğal 
etdikdən sonra (1828-ci il) Türkiyədən köçüb gəlmiş 
kürd milanlı tirəsinin adındandır. Toponimləri: Qara 


 
 
100 
daş,  Əvgilin dağı, Meşəli yurd, Polad bulağı, Çinar 
bulaq, Rüstəmin bulağı.  
 
Mirlər.  Bərgüşad çayının sahilində, dağətəyi 
ərazidə yerləşən kənd. Bəzi məlumata görə, Mirlər 
yaşayış  məntəqəsini XVIII əsrdə  Şeyx Mir İbrahim 
ağa saldığı üçün onun titulu ilə (miri) adlanmışdır. 
Bir çox müsəlman ölkələrində, o cümlədən Azərbay-
canda mənşəcə  Məhəmməd Peyğəmbərin nəslindən 
olanlar adətən "seyid" və yaxud da "miri" fəxri titulu 
daşıyırlar.  Səfəvi dövründə Azərbaycana axışıb 
gəlməyə başlayan və  dərvişlik edən seyidlər Mə-
həmməd Peyğəmbərin mənsub olduğu qüreyşi  ərəb 
tayfasının nəsilləridir. Bu seyidlər Azərbaycana 
İrandan türkləşmiş halda gəliblər. Onlar özlərini 
"seyid", "mir" və ya "ağa" adlandırırlar.  
Toponimləri:  Mir ağılı, Böyük hasar, Ağ hasar, 
Mir arxı, Şıx Əfəndi ocağı, Mir Sədi ocağı, Mahmud 
Əfəndi ziyarətgahı, Kotan dərə, Sarı dərə, Mirzə Qa-
sım dərəsi,  İlanlı  dərə,  Şahsuvar düzü, Bostançılar 
bulağı, Vəlili dağı, Xırman düzü, Qurban dağdağanı, 
Saqqız ağacı, Mirlər məscidi, Vənni, Döl çuxur, Şə-
hid dərəsi, Qoçaşan, Sarı  dərə, Çoban yeri, Kiçik 
gözət təpə, Quş armudu, Hasar düzü, Xırda şam, İy-
dəli dərə, Qara ağac dərəsi, Bostan yeri, Yarğan dibi. 
Mollabürhan. Qubadlı rayonunda, Həkəri çayı-
nın sahilində yerləşən kənd. Oykonim Molla və Bür-
han sözlərindən ibarətdir. Molla burada dini rütbə, 


 
 
101 
Bürhan isə  şəxs adıdır. Mollabürhan toponimi 
"Molla Bürhanın kəndi, Molla Bürhana məxsus kənd 
mənasındadır.  İslam dinini qəbul edən xalqlar 
arasında  şəxs adlarında molla titulu geniş yer tutur. 
Onların adı ilə çoxlu antrotoponimlər mövcuddur. 
Kürdəmirdə Mollakənd, Qazax rayonunda Molla-
dağ, Xanlar rayonunda Mollacalı və s. toponimlər də 
mövcuddur.  
Toponimləri:  Gen dərə, Qaravun dərəsi, Ayı 
dərəsi,  Qara quzey, Kaha dərəsi,  Əyri dərə, Bal 
qayası, Ardıclı yer, Sulu təpə, Mal təpəsi, Səfi 
dərəsi, Mehrili dərə, Arvadölən dərəsi, Qarı quzey 
dərəsi, Quzey dərə, Şamatlı kənd dərəsi, Qoca kötük 
dərəsi, Leylək dərəsi, Yastı quzey, Mollu quzey, Dar 
dərə, Böyük qaravun kəndi, Xırda qaravun, Əyri 
dərə, Ara yeri, Arxalı yer, Bulaqbaşı  dərəsi, 
Ağaəkbəroğlunun dərəsi, düyü torpağı, Güllüklər 
navı, Binə adamlar yeri, Arduclu dərəsi. 
 
Mollalı.  Bərgüşad (Bazarçay) çayının sahilində, 
düzənlikdə yerləşən kənd. Kəndin  əsl adı Molla 
Alıdır. Bəzi məlumatlara görə, Mollalı yaşayış mən-
təqəsini Molla Alı adlı  şəxs saldığı üçün belə 
adlanmışdır. Oğuz və  Cəlilabad rayonlarında da 
Mollalı kəndi var.  
Toponimləri:  Narlı  dərə, Gen dərə, Taxtalar, 
Çinar bulağı, XVIII əsrə aid məscid. 


 
 
102 
Muğanlı.  Həkəri çayının sağ sahilində yerləşir. 
Yerli məlumatlara görə, Muğanlı yaşayış  məntəqə-
sini  XIX  əsrin  əvvəllərində  Cənubi Azərbaycanın 
Muğanlı  kəndindən gəlmiş ailələr saldığı üçün belə 
adlanmışdır.  Şamaxı,  Şərur, Xocavənd, Bərdə, 
Ağdam, Ağcabədi, Ağstafa, Kürdəmir, Zaqatala və 
Zəngilan rayonlarında da Muğanlı adlı kəndlər var.  
Toponimləri:  Əli çapan daş, Orta əsrlərə aid 
qəbir, Gəyən düzü. 
 
Muradxanlı.  Dağətəyi  ərazidə yerləşən kənd. 
Muradxanlı  kəndi keçmişdə yayı  Zəngəzurda, qışı 
isə Qarabağda keçirmiş  təklə tayfasının Muradxanlı 
tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində 
yaranmışdır. Muradxanlı  kənd sakinləri arasında 
şahsevən tayfalarına mənsub ailələr, nəsillər var. 
İmişli rayonu ərzisində  də Muradxanlı adlı  kənd 
mövcuddur.  
Toponimləri:  Dəvə  dərə, Yazı düzü, Quşlaq, 
Qarağac, Zoğallı bağı, Qarağacın başı, Üzüm yerləri, 
Gavırlı bulağı, Eşşək kabı, Cirəngi, Sulu kab, İldırım 
vuran, Navlı bulaq, Kabın darı, Qışlaq kəndi, Qış-
lağın bulağı, Qışlaq dağı, Qışlaq dərəsi, Dəfli yurd, 
Dərənin boğazı, Yuxarı qalalı, Orta dar, Ağ bulaq, 
Bizmin
 
dağı, Oğru bulağı, Mözüdünlər, At çapılan 
quzey,  Şillanlı  dərəsi, Üç bacı  dərəsi, Qız bulağı, 
Uzun xanım, Uzun dərə, Quru dərə, Qəbilin bulağı, 
Lətifin dəyirman yeri, Tut bağı, Sandur daşın dərəsi, 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə