Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə25/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

 
 
107 
Kənd Hərtiz dağının cənub-qərbində sal daşlıq  əra-
zidə yerləşdiyinə görə Saldaş adlanmışdır.  
Toponimləri:  Şəhrixanı sel aparan dərə, Quzu 
qızan, Zalxa yeri, Almakəsən, Atqız, Hamarın yeri, 
Xanzadə yeri, Qanlı zəmi, Səbətkecməz dərəsi, Qurd 
dərəsi, Zunduq dərəsi, Camiş öldürən dərəsi, Atağlı 
dərəsi,  Ələm ağacı, Uzun növ, Gödəklərin növü
Alaxan bağ, Əloşun binəsi, İsmayılın bağı, Həsənxa-
nın bağı, Asyanın baği, Nərmanxanın bağı, Cəfərqu-
lunun  bağı, Savalan bağı, Cəlal bağı, Nazlı bağı, 
Qara  qaya, Qurd daşı, Düyü torpağı, Liskanlı yeri, 
Saqqız ağacı, Bəylər bağı, Sarı  yoxuş, Alıxanın 
dəyirmanı, Tut dərəsi, Yeddi bulaq, Sor bulaq, Sarı 
yataq, Qoc abidəsi. 
 
Saray. Bərgüşad çayının sahilində, ərazinin dağ-
lıq hissəsində, Qarabağ silsiləsində yerləşən kənd. 
Kəndin keçmiş adı  İkinci Diləli, sonralar isə Diləli 
Saray olub. Bəzi mülahizələrə görə, yaşayış  məntə-
qəsi XIX əsrin sonlarında Sara xanım adlı bir qadına 
məxsus olduğuna görə Sara adı ilə adlanmışdır. 
Lakin bəzi tədqiqatçılar toponimi XIII əsrdə mon-
qolların tərkibində Azərbaycana gəlmiş saray tayfa-
sının adı ilə əlaqələndirirlər. Hazırda saray adlı tayfa 
özbəklərdə  və  qırğızlarda da mövcuddur. Orta 
Asiya, Qazaxıstan, Türkiyə və Tatarıstanda Saray və 
Saraylı adlı yaşayış məntəqələri vardır.  


 
 
108 
Saray kəndi Saray, Dondarlı, Diləli Müskənli, 
Mirlər, Dəmirçilər kəndlərini birləşdirən bəyliyin 
mərkəzi olub. Bərgüşad çayı sahillərində həmin bəy-
liyin malikanələri qalmaqdadır. Kənd  ərazisində 
Böyük və Kiçik düz deyilən sahələrdə arpa və buğda 
becərilirdi. Həmin  əkin sahələri ilə indiki Saray 
kəndinin yerləşdiyi  ərazinin arası "Saray xanım" 
düzənliyi adlanırdı. Kəndə yol çəkilərkən torpaqdan 
içində insan sümükləri olan çox nəhəng küplər, 
dəmir qazanlar, çoxlu qədim məişət  əşyaları  və s. 
tapılmışdır. Kəndin arxasındakı Qala dağında daşdan 
tikilmiş orta əsr gözətçi məntəqəsinin qalıqları, 
dərinliyi 10 metr olan su və  ərzaq saxlamaq üçün 
qədim daş quyu vardır. Əcəbxan dərəsi, birinci, ikin-
ci, üçüncü Cəbə (Bulaq dərəsindəki, çətin keçilən 
dağ keçidləri belə adlanır), Bəy yeri, Çaylı  dərə, 
Dəvəuçan yarğanı (tacirlər alverə gedərkən dəvələ-
rindən biri hündür yarğandan uçub çaya düşdüyü 
yer) və s. Saray kəndi  ərazisində yerləşir. Abşeron 
rayonunda da Saray adlı kənd var.  
Toponimləri:  Məmməd keçivuran, Dəvəncan, 
Qara qaya, Bulaq dərəsi, Bərəher, Səfər yeri, Böyük 
düz, Kiçik düz, Arpa çuxuru, Yazı düzü, Bala bəy, 
Ağalar bəy, Qədir bəy, Qara bəy, Qala, Sara  xanım 
düzü. 
 
Seytas.  Seytas kəndi Qubadlı rayonunda, Qara-
bağ silsiləsində, dağətəyi  ərazidə yerləşir. Bəzi təs-


 
 
109 
diqlənməmiş  məlumatlara görə, Seytas yaşayış 
məntəqəsini vaxtilə Qafanın Ağvan və Armudlu 
(hazırda mövcud deyildir) kəndlərindən qaçıb gəlmiş 
ailələr Seytas adlanan köhnə kənd yerində salmışdır. 
Toponimin tam mənası  hələ  dəqiq izah edilməmiş-
dir. Kənddə  qədim dövrə aid müxtəlif mədəniyyət 
abidələri vardır. 
İnformatorların
  dediklərinə görə, 
toponimin mənası üç dağ arası deməkdir.  
Toponimləri:  Səadət bulağı, Quru bulaq, Ağ 
bulaq, Talıb bulaq, Yolaşan, Anabat, Qaranlıq, Sulu 
dərə, Qədim qəbiristanlıq, Köhnə  kənd yeri, Top-
ağac, Kərimlər, Abbaslı gabı, Novqırılan, Armudluq, 
Əzgilli dərə, Zağlığın dərəsi, Zağlıq bulağının  suyu 
dəmir boru vasitəsilə Mahmudlu kəndinə  gətiril-
mişdir. 
 
Seləli. Həkəri çayı sahilində, Qarabağ silsiləsin-
də yerləşən kənd. Yerli məlumatlara görə Seləli 
yaşayış  məntəqəsini XIX əsrdə  Cənubi Azərbay-
canın Seləli kəndindən gəlmiş ailələr saldığına görə 
kənd belə adlanmışdır.  
Toponimləri:  Yazı düzü, Narlı  dərə, Uzun dərə
Çiçək yarağanı, Seləli bulağı, Ağalı tapı, Çaylaq. 
 
Sofulu. Rayonun ərazisində Sofulu tayfaları çox-
luq təşkil edir. Sofulu oykonimi eyniadlı etnonimin 
adı ilə əlaqədar yaranıb, oykonim P.Zelinskinin siya-
hısında qeyd olunmuşdur. O, Şorenə əsaslanaraq bu 


 
 
110 
tayfanın qədim türk tayfalarından olan Naxçıvan 
ərazisində məskunlaşan Kəngərli tayfasının qolların-
dan ibarət olduğunu  göstərir. Rayon ərazisində bir 
neçə kəndlərin əhalisi Sofulu tayfasına aid edilir... 
 
Şam.  Qubadlı toponimləri sistemində  şam adlı 
oykonim də diqqəti çəkir. Şamsız tarixən Qubadlının 
kəndi olub. Bu toponim P.Zelinskinin tədqiq etdiyi 
qeydlərdə vardır. Q.Qeybullayev o adın qızılbaş 
tayfasından olduğunu qeyd etmişdir. Azərbaycan 
Respublikasının Oğuz və  Qəbələ rayonlarında da 
Samlı adlı oykonim mövcuddur. Türkiyə  və  cənubi 
Azərbaycanda da Şamli toponimləri var. (Ə. Dəmir-
çizadə 50 söz B.birinci hissə  səh .48). (Zeynalov 
türkologiyanın əsasları B.1981 Səh 94) 
 
Şıxlı. Rayonda (İşıqli kəndi) türk mənşəli etnoto-
ponimlərdən biri də şıxlar toponimidir. P.Zelinskinin 
tərtib etdiyi siyahıda sıx komponenti olan çoxlu oy-
konimin adı  çəkilib. Azərbaycanda və türk ellərində 
sıx oykonimi çoxluq təşkil edir. Bu da təsadüfi 
deyildir ki, türk mənşəli şıx tayfasının adı ilə bağlıdır. 
 
Tarovlu. Dağətəyi ərazidə yerləşən kənd. Kəndin 
əsl adı Taroğludur. Bəzi məlumatlara görə, Tarovlu 
yaşayış  məntəqəsini XIX əsrdə  həmin rayondakı 
Teymur Müskənli kəndindən köçüb gəlmişlər: 
Tanrıverdi (Tarverdi, yaxud da qısaldılmış formada 
Tar)  və Allahverdi (Alo) adlı iki qardaş salmışdır. 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə