Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə21/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

 
 
91 
Qaralar.  Yazı düzündə yerləşən kənd. Qaralar 
toponimi Qara şəxs adından və  -lar  şəkilçisindən 
ibarətdir. "Qaranın nəslindən olanlar, qaragillər" 
mənasını bildirir. "Qara" türkcə "böyük", "lar" isə 
cəm şəkilçisidir. Toponim "böyüklər" mənasındadır. 
Ta qədimdən bu yerlərdə yadelli qəsbkarlara əyilmə-
yən cəsur insanlar yaşayıblar. Qaralar kəndində 
Hinduverd burnu adlanan qalanın qalıqları vardır. 
Babəkin bu yerlərdə böyük cəbbəxanaları olub. Qara 
ilə  Həkəri çayını birləşdirən yeraltı yolun xaraba-
lıqları da Qaralar kəndindədir. Kənddə qazıntılar za-
manı müxtəlif dövrlərə aid rəngli küplər üzə çıxmış-
dır. Bəzi məlumatlara görə, Qaralar Cənubi Azər-
baycanın Kəbirli kəndindən gələn nəslin adıdır. 
İmişli, Sabirabad və Tovuz rayonlarında da Qaralar 
adlı kənd var.  
Toponimləri: Hundverd qalası, Xan  bulağı, Üç 
qardaş piri, Gülablı bağı, Quşqonan dağı, Böyük göl, 
Kalbaşahgəldinin bağı, Sarı dağ, Düz qaranlıq, Əyri 
dərə, Salman dərəsi, Rəhimin bağ yeri, Məmişin 
çaylağı, Məsdalının dombası, Həsənin bağ yeri
Muxdarın bağ yeri, Həmzə yeri, Çay arası, Hacıcəfər 
yeri, Tülkülük, Kalbasadıxın bağı, Allacının  şamı, 
Qəmbərin yeri, Bəylərin iydəliyi, Alyarın payı, 
Hökümətin yeri. 
Qaracallı.  Rayon mərkəzindən 15 kilometr 
şimal-şərqdə, Həkəri çayının sağ sahilində, dağətəyi 


 
 
92 
ərazidə yerləşən kənd. Kəndin adı XVIII əsrdə 
Naxçıvandan Qarabağlı  Pənahəli xanın Qarabağa 
köçürdüyü kəngərlilərin Qaracallı tayfasının adı ilə 
əlaqədardır. Sonralar Qarabağda yaşamış qaracallılar 
müxtəlif rayonlara yayılmış, Qaracallı adlı bir neçə 
yaşayış  məntəqəsi bina etmişlər. Bəzi məlumatlara 
görə, türkləşmiş kürdlər qaracallı, yaxud qaraçorlu, 
bərgüşad, bəxtiyarlı  və kürd tayfalarına məxsusdur. 
Qubadlının Qaralar və Qaracallı kəndlərində də belə 
türkləşmiş kürdlər yaşayırdılar. Onlar öz doğma 
dillərini yadırğamışlar. Ucar, Xaçmaz və  Cəbrayıl 
rayonlarında da Qaracallı adlı kəndlər vardır.  
Toponimləri: Humay qayası, Çoban taxtı,  Qor-
xunc dərə, Qala dərəsi, XVIII əsrə aid qəbiristanlıq, 
Üç ağız. 
 
Qədili. Rayon mərkəzindən 25 km şimal-qərbdə, 
dağətəyi  ərazidə yerləşən kənd. Qədim adı Qarapə-
rilər olub. Qədili toponimi Qədirli nəslinin adı ilə 
bağlıdır. Səlcuq qəbilələri Azərbaycanda 130-dan 
çox kənd bina etmişlər: Qədirli, Şahsevən, Muradlı, 
Təkə, Uduqlu, Boyadəyəli və s.  
Toponimləri:  Məmməd bulağı, Abbaslı bulağı, 
Əzizli bulağı, Pircan dağı, Topa dağ, Ağ dağ, Təyə 
dərə, Uzun dərə, Quru dərə, Yelpik dərə, Yal təpə
Göy təpə, Ağ təpə, Sarı təpə, Qızıl qaya.  
Qiyaslı. Dağətəyi ərazidə yerləşən kənd. Yaşayış 
məntəqəsi Nehrəm kəndindən (Naxçıvanın Babək 


 
 
93 
rayonu) gəlib.  Əvvəlcə  Altınca Qiyaslı  kəndində 
məskunlaşmış, sonra onların bir hissəsi ayrılaraq 
Qiyaslı  kəndinin indiki yerinə köçüb yurd salmış, 
qiyaslı nəsli tərəfindən bina edildiyi üçün kənd belə 
adlanmışdır. Bəzən onu Altınca Qiyaslı, yaxud da 
Narlı Qiyaslı adlanan yaşayış məntəqəsindən (indiki 
Altınca) fərqləndirmək üçün kəndə Aşağı Qiyaslı da 
deyilir. Ağdam, Ağsu, Xanlar rayonlarında da Qi-
yaslı adlı kəndlər var.  
Toponimləri:  Muncuqlu düzü, Şor dərə, Xanım 
qız piri, Narlı dərə.  
 
Qundanlı.  Bərgüşad çayı sahilində, dağətəyi 
ərazidə yerləşən kənd. Bu toponim Qundanlı  nəsli-
nin adı ilə bağlıdır. Kəndin əvvəlki adları Qundanlı 
Müskanlı, Daşaltı,  Əzizobası,  Şərəfli olub (1917-ci 
ilə qədər).  
Toponimləri: Kuyal, Dərbənd, Ağ dərə, Araşqın, 
Çömçəli dərə, Daqan düşən, Saldaş, Qaya arası, 
Ərəb yurdu, At ağlı, Mayak dərə, Qaya bulağı, Bərk 
dağı, Tərlan dağı, Vəli düzü, İsti su, Qaya arası, 
Balban təpə, Baş bulaq, Sarı yoxuş, Gülmalı adası, 
Hüseynin quyuluğu, Sabir bulağı, Cəvizli bulaq, 
Qurdbulaq, Köhnə qalaçalıq. 
 
Qilican. Həkəri və Bərgüşad çaylarının birləşdiyi 
ərazinin sağ sahilindədir. Rayon mərkəzindən cənub 
şərqdə 21 km-liyində  dəniz səviyyəsindən 728 m 


 
 
94 
hündürlükdə yerləşir. Kəndi kənarlardan Bərgüşad 
dağ silsiləsi  əhatə edir. Ərazidən Həkəri Qubadlı 
şosesi keçir. Stansiyaya qədər olan məsafə 14 km-
dir. Yaşayış  məntəqəsini yaxın kənddən gəlmiş 
seyidlər salmışlar. Həmin  ərazi köhnə yurd  yerləri 
olmuşdur. Tədqiqatçılar Qılıcan toponimini Qılıclı 
(Kəlicli) Türk tayfalarının adı ilə əlaqələndirirlər.  
Toponimləri:  Kaha dərə, Qışlaq, Vəlibəy  əkən, 
Çinli dərə, Top çinar, Daş götürən, Köhnə  qışlaq, 
Əncirli, Saqqızlıq, Nüslət bulağı 
 
Qəzyan.  Bərgüşad çayının sağ sahilində, dağlıq 
ərazidədir. Rayon mərkəzindən cənubda rayonun  
9 km-də  dəniz səviyyəsindən 750 m hündürlükdə 
yerləşir. Kəndin içərisindən Qubadlı–Həkəri  şosesi 
keçir. Qazian qazi olanlar, küfrlərə qarşı döyüşmələr 
mənasındadır.  
Onu da qeyd edək ki, Teymur Muskanlı kəndinin 
yaxınlığında XVIII əsrin sonlarına qədər Pir Qəzyan 
kəndi olmuşdur. Bu günə  qədər həmin kəndin qalıq-
ları, kahaları, bağları və qədim qəbiristanlığı qalmaq-
dadır. Əhalisi təqiblərə məruz qalaraq kəndi tərk edib, 
Təbriz şəhərinə köçərək orada sakinləşmişlər.  
 
Qəzyan  kəndi  Milli Qəhrəman  Əliyar  Əliyevin 
və yazıçı Cəlal Bərgüşadın doğulduğu kənddir.  
Toponimləri:  Aşağı Qaravun, Yuxarı Qaravun, 
Nəbi darı, Molla  Məhərrəm düzü, Su arxı, Papaqlı 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə