Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə26/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

 
 
111 
Kəndin ərazisində Tarverdi dərəsi toponimi də qeydə 
alınmışdır. Hazırda Cənubi Azərbaycanda Taroğlu adlı 
kənd mövcuddur. Çox güman ki, kəndin  əsasını 
qoymuş böyük qardaşın təhrif olunmuş adı ilə belə 
adlanmışdır.  
Toponimləri: Şillanlı, Təndir, Kərtdağ,  Şiş təpə, 
Tarverdi dərəsi, Əriklik, Xanəyədə, Yolasan, Şillanlı 
bulağı, Dik daş, Dəyirman yolu, Tirə  zəmi, Terras-
lar. Dərə yerləri, Cinli dərə, Pöhrəlik, Gözət, Alaquş 
dağı, Qaraquc, Ala dağ, Quyu bulaq, Qara meşə, 
Kəpir dağ, Agbellər Şiş dağ, Su daşlar, Gödək dərə. 
 
Tatar.  Tatar kəndi Qubadlıda, Qarabağ silsilə-
sində  dağətəyi  ərazidə yerləşir. Toponim özündə 
türk tayfaları olan tatarların adını  əks etdirir. Erkən 
orta əsr abidələrinə aid Orxon-Yenisey kitabələrində 
də tatarların adı çəkilir. Tatar etnonimi ilk dəfə VI-
IX  əsrlərdə Baykal gölündən cənub - şərqdə köçəri 
həyat sürən monqol tayfaları arasında meydana 
gəlmişdir. XIII əsrdə monqol işğalları dövründə 
tatarların adı avropalılara da məlum oldu. XIII əsrin 
30-cu illərindən monqol işğalları zamanı Azərbay-
cana gəlmiş tatarların bir qismi sonralar burada 
məskunlaşdılar. Tatar tayfası monqol işğallarında 
iştirak edib. Monqol tarixi tədqiqatçısı  Rəşidəddin 
monqol yürüşlərinin də adını çəkir. XX əsrin əvvəl-


 
 
112 
lərində Qafqazda tatar etnonimi ilə başlayan 14 to-
ponim qeydə alınmışdır. Hazırda Türkiyə  və  İranda 
200 mindən çox tatar yaşayır. 
Mənbələrdən məlum olur ki, monqolların "ta-ta" 
adlı qəbiləsi də olub. Bəzi tədqiqatçılar belə güman 
edirlər ki, tatarlar, bəlkə də, monqolların həmin "ta-
ta" tayfalarındandır. Tatar sözünün mənası "yoxla-
maq", "sınamaq" deməkdir.Tatar sözünün "yad 
adam" mənası verən "tat" və "kişi" mənası  əks 
etdirən "ar”, "ər" sözlərindən  əmələ  gəlməsini gü-
man edənlər də var. Bəzi mülahizələrə görə, "tatar" 
sözü "dağ adamı" mənasındadır. Moğol  əsilli tatar 
tayfaları Azərbaycana Hülakülərin hakimiyyəti za-
manı köçürülüblər. 
Tatar etnoniminin adını əks etdirən oronimlərdən 
aşağıdakılarını göstərmək olar: Tatar kəndi (Cəbrayıl 
rayonu), Tatarməhlə kəndi (Neftçala rayonu), Tatarlı 
kəndi (Şəmkir rayonu), Tatar qaya (Laçın rayonu, 
Haqnəzər kəndi),  Tatar dərəsi (Cəbrayıl rayonu, 
Kürdlər kəndi), Tatarlılar yaylağı (Laçın rayonu, Al-
xaslı  kəndi),  Tatar düzü (Cəbrayıl rayonu, Nüsüs 
kəndi), Tatargöl (Abşeron yarımadasında göl), Tatar 
çayı (Şəmkir rayonu) və s.  
Toponimləri:  Arpa dərəsi, Sarı  yoxuş, Yeddi 
dərə, Tatar bulağı, Kələk, Kaftarlı  dərə, Qaraqo-
yunlu piri. 


 
 
113 
 
Teymur Müskanlı.
 
Bərgüşad çayının sahilində, 
dağətəyi  ərazidə yerləşir.  İnqilabaqədərki rus dilində 
olan  ədəbiyyatda Kunanlu Muskanlı (Qundanlı 
Müskanlı adının təhrif olunmuş forması) kimi 
yazılmışdır. Teymur Müskənli yaşayış  məntəqəsini 
əvvəllər Diləli Müskənli kəndindən ayrılmış ailələr 
salmışlar. Yeni kəndi  əvvəlkindən fərqləndirmək 
üçün ona Teymur şəxs adı  əlavə olunmuşdur. 
Müskənli sözünün etimologiyasına görə “Müskan" 
"mis olan yer" deməkdir. Bəzi məlumatlara görə isə 
XIII  əsrdə Teymurun yürüşləri zamanı müskan 
nəsillərinin az bir qismi Azərbaycana köçərək 
burada məskunlaşıb. Bəlkə  də, Teymur komponenti 
bununla bağlıdır. Müskənli sözü "müskəndən olan-
lar, müskənlilər" mənasındadır.  
Toponimləri:  Səlkin  dağı, Zoğallı  dərə, Haplan 
qaya, Armud təpə, Xanzadə  bulağı, Zoğallı bulağı. 
Pir Qəzyan (ölü kənd)  əhalisi Təbriz  şəhərində 
məskunlaşmışlar.  
 
Tinli.  Həkəri çayı sahilində, dağətəyi  ərazidə 
yerləşən kənd. Yerli məlumata görə, kəndi Cəbra-
yılın Tinli kəndindən köçüb gələn ailələr saldığı 
üçün kənd belə adlanmışdır. Tin kəndi Cənubi Azər-
baycandadır. XIX əsrin sonlarında oradan köçüb 
gələnlər Cəbrayıl rayonunda Tinli deyilən kənd 
salmışlar. 
 


 
 
114 
Ulaşlı. Bərgüşad çayının sağ sahilində Bərgüşad 
silsiləsinin  ətəyindədir. Kənd  rayon mərkəzindən 
cənubi-qərbdə rayonun 16 km-də,  dəniz səviyyə-
sindən 730 m hündürlükdə yerləşir. Akara dəmir yol 
stansiyasından 15 km aralıdadır. Tədqiqatçılar 
“Ulaşlını” Hulaş tayfaları ilə bağlayırlar. Bunu hətta 
XIX yazılı mənbələri də sübut etmişdir.  
Bu oykonim erkən orta əsrlərdə Şimali Qafqazda 
yaşamış Hulaşlar tayfasının adı ilə bağlıdır.  Ərəb 
mənbələrində onları  Xəzər tayfalarından biri kimi 
qeyd etmişlər.  
XII  əsrədək Volqa çayının sahilində bulqarların 
Hulaş  şəhəri olmuşdur. “Kitabi Dədə-Qorqud” das-
tanında Ulaş atropatonimi kimi 
qeyd olunmuşdur. 
Bu məlumatlardan məlum olur ki, etnonim Kulaş, 
Xulaş, Hulas, ulaş formasında dəyişiklərə  uğramış-
dır. Hulaşların bir qismi Bulqarlar Xəzərlərin və 
Suvarların tərkibində Azərbaycana gəlmişlər. Keç-
miş Borçalı  qəzasında Hulaş, Kulaş, Dağıstanda 
Ulaşlı kəndi, Ermənistanda, Qazaxıstanda hulaşlarla 
bağlı məntəqələr olmuşdur.  
Toponimləri: “Qaya qaşqa” dağ massivi, Köhnə 
qışlaq (köhnə yurd yeri), Şəvitli dərə, Sulu dərə
Əyri dərə, Kahalı dərə, İsti qaya, Mollalı başı və s.  
 
Yuxarı Mollu.  Həkəri çayı sahilində, dağətəyi 
düzənlikdə yerləşən kənd. Əhalisi tütünçülük, heyvan-


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə