Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə34/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

 
 
150 
Əyri yer. Aşağı Cibikli kəndində Quşbulaq isti-
qamətində olan meşənin içərisində  olan biçənəyin 
adıdır.  
 
Ələkbər düzü.  Göyərabbas kəndində biçənək 
sahəsidir.  
 
Əmirxan.  Çardaxlının günçıxan istiqamətində 
olan zəmi yerləridir.  
 
Əzgilli düzü.  Göyərcik kəndində  əzgil  (meyvə) 
ağacının adı ilə bağlıdır. Rayonumuzun digər kənd-
lərində  də bu cür adlar mövcuddur. Əyin kəndində 
Əzgilli dərə, Xələc kəndində  Əzgilli dərə adlı yer 
vardır.   
Qubadlı rayonunda Əzgilli dağı da var. Digər 
rayonlarda da əzgilli adı ilə bağlı oronimlər mövcud-
dur. Zaqatala, Xanlar, Laçın, Xocavənd, Tovuz, 
Qəbələ, Gədəbəy.  Hətta  Əzgilli adında Xanlar və 
Zaqatala rayonlarında kəndlər də var. 
 
Əyri dərə.  Zilanlı  kəndi ilə Muğanlı  kəndinin 
arasındadır. Bu dərədən Gəyənə yol çıxır. 
 
Öküz arxacı.  Xələc kəndində olan ərazidir. 
Kəndin şimal hissəsində yerləşir. Keçmişdə bəsləni-
lən öküzlər həmin arxacda saxlanılarmış.  
 
Əkbərin duzlağı.  Əyin kəndində,  Səngər dağı-
nın arxasında 300 m

  ərazini  əhatə edən düzən 
daşlıq. Keçmiş zamanlarda qoyun sürülərinə o əra-
zidə duz verirlərmiş. 


 
 
151 
Əliquluuşağı körpüsü.  Əliquluuşağı  kəndinin  
2 km-liyində yerləşən iki nəhəng tağlı körpü 1867-ci 
ildə salınmışdır. XX əsrin birinci yarısında yaşayan 
ağsaqqallar körpünün tikilməsi barədə  əsaslı xatirə-
lər danışırdılar. Həmin Laləzar adlı  şəxsin atası 
Xoca Simon əsrin əvvəllərində Əliquluuşağı kəndin-
dən olan bəydən baha qiymətə bağ sahəsi alır. 
Kəndin 2000 m-liyində olan bağ sahəsi satılandan 
sonra həmin bağla birlikdə 1000 hektardan artıq 
böyük  ərazi ermənilərin  əlinə keçir. Ermənilərin 
qamarladıqları  ərazidəki yer adları bu torpağın  əsl 
sahibinin azərbaycanlılar olduğunu sübut edir. 
 
Əzizin kahası. Göyərcik kəndində olan kahadır. 
 
Əliçapan daş. Mahruzlu kənd ərazisində ziyarət-
gah.  Belə  deyilir  ki, daşın üstündəki çapıq  İmam 
Əlinin (ə) qılıncı ilə çapılmışdır. Həmin daşda əli izi 
və at izi də var. Bu daş yerli əhali tərəfindən müqəd-
dəsləşmişdir. Niyyət olunur və nəzir qoyulur. Əfsa-
nəyə görə, Həzrət Əli (ə) burada olarkən su üçün bu 
daşa qılınc çalmış, oradan su axmışdır. 
 
Əsəd  kahası.  (Xələc kəndi) dərinliyi 5-6 metr 
olan mağaradır, içərisi qara hislə əhatə olunmuşdur. 
Əsəd adlı gəncin qaçaqlıq edərkən həmin mağarada 
yaşaması haqqında məlumatlar var. 
 


 
 
152 
Ərikli.  Tarovlu kəndi  ərazisində  ərik bağıdır. 
Toponim  ərik meyvəsinin adı ilə bağlı yaranmışdır. 
Ərazi həm də köhnə yurd yeridir. 
 
Əyri yer. Əyin kəndi ilə Xallava kəndi arasında 
böyük meşə ərazisidir.  
 
Əqiq dağı. Eyvazlı kəndinin günbatan istiqamə-
tində olan dağdır. Dağın  ətəklərində  əqiq daşları 
çıxarılır. Oronim qiymətli daş olan əqiq və dağ 
sözündən əmələ gəlmişdir.  
 
Fındıqlı dərə. Qarağac (ölü kənd). Behbud bəyə 
məxsus böyük ərazini  əhatə edən fındıq bağlarıdır. 
Fındıq kolları bu gün də qalmaqdadır. 
 
Fındıqlı bulaq.  Gürcülü kəndindədir.  Bulağın 
ətrafında fındıq kolları olduğuna görə adlandırılmışdır.  
 
Göytəpə.  (Qədili kəndi)  Göyər tayfaları ilə 
bağlılıq daha məqsədəuyğun hesab edilir.  
 
Gavır sandıq  təpə.  Yuxarı Xocamsaxlı ilə Ta-
rovlu kəndi arasındadır. Geniş  dərədədir. Yaşlı in-
sanların dediklərinə görə,  erməni-müsəlman davası 
zamanı ermənilərin hücumlarının qarşısı həmin dərə-
də alınıb. Dərənin Tarovluya tərəf istiqamətində 
dördkünc təpə yerləşir. Ora Sandıq təpə adlanır. 
Həm də qədim yurd yeridir.  
 
Güllü zəmi. Əyin kəndində Qubadlı-Qafan şose-
sinin sağ  tərəfində yerləşən geniş biçin yeri. Yaz 
aylarında həmin ərazi xaliya bənzəyir.  


 
 
153 
Güllü.  Toponiminə rayon ərazisində çox rast 
gəlinir, bəzi hallarda digər sözlərlə birləşib, oronim, 
hidronim əmələ gətirmişdir. Güllü təpə, (Muradxanlı 
kəndi) Güllü zəmi, (Əyin kəndi) Güllü bulaq, (Qar-
qışlaq kəndi) Güllü yer, (Göyərcik kəndi) və s.  
 
Gürcülü türbəsi. Türbənin ətrafı orta əsrlərə aid 
qəbir daşları ilə əhatə olunmuşdur. Bütün qəbirlərin 
baş daşları qibləyə doğru qoyulmuşdur. Türbənin qa-
pısı aypara şəkilli tağbənddir. Kənardan baxanda 
başdaşına oxşayır. Ziyarət olunurdu. 
 
Göyərtmə daşı.  Kavdadıx kəndinin  ərazisində-
dir. Yuxarı hissəsindən 70-80 sm diametrində, dərin-
liyi 1 m olan yuvaya oxşayır. Daşın üzəri göy rəngli 
muncuq daşı ilə örtülmüşdür.  Kiçik yaşlı  uşaqları 
həmin yuvanın içərisinə salarmışlar ki, göyərtmə 
xəstəliyinə tutulmasınlar.  Ora salınmış  uşaqlar heç 
vaxt göyərtmə (göy öskürək) xəstəliyinə tutulmaz-
dılar. 
 
Göyərçin kahası.  Xələc  ərazisində olan dərin 
mağaralardan biridir. Daima içərisində göyərçinlər 
olardı. Onun içərisinə kiminsə girməsi haqqında mə-
lumat yoxdur. Kahanın alt hissəsində bir sürü qoyu-
nu yerləşdirsən, bir damcı olsun oraya yağış düşməz.  
 
Göy qala. Əliquluuşağı-Davudlu yolunun 5 km-
liyində, Bərgüşad çayının sağ və sol sahillərində üz-


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə