Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə30/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

 
 
131 
(Aladaş dərəsi, Aladaş dağı), Abşeron, Şamaxı, Xızı 
rayonlarında (Aladaş kəndi) da var.  
 
Armudlu dağı.  (Amudux dağı  yazılarda səhv 
getdiyinə görə belə  yazılmışdır). Amudux dağında 
qədim yaşayış  məskəninin  yeri, istehkam qala və 
Amudux adlı məbəd var. 
 
Armudluq.  Rayonun  Əyin kəndində yerləşir. 
Qədim zamanlardan bəri  calanmış  hər bir armudun 
dadına, rənginə, formasına görə adı var. Başqa kənd-
lərdə də armudluq Mistan (Armudlu dərə), Çardaxlı 
(Armudlar), Armudlu (Amudux kəndi) adında yerlər 
var.
Bu Əliyanlı yoludur 
İçi nisgil doludur. 
Qaldır ocaq daşını 
Ululardan uludur. 
 
Anabad.  Cibikli  ərazisində yerləşir. Daban yeri 
adlanan hissəsində orta əsrlərə aid böyük ölçülü 
qəbirüstü daşlar var. Anabad yerində yerli əhali tərə-
findən qazıntılar aparılmış, zəncir, dəmir alətlər və 
bəzək əşyaları tapılmışdır.  
 
Ağız güneyi.  İnsan və heyvanın bədən üzvləri 
adı ilə yaranan oronimlər həmin oroqrafiq obyekt-
lərin formasını ifadə edir. 


 
 
132 
Ağız çoxmənalı termindir. Çayın, axar suyun, 
dərənin düzənliyə çıxan hissəsi, su obyektləri, gölə, 
dənizə tökülən yer. 
Belə oronimlər rayonumuzun bir çox yerlərində 
müşahidə edilir. 
 
Ayı  dərəsi.  Mollabürhan kəndində olan dərənin 
adıdır. Bu cür zootoponimlər çoxluq təşkil edir.  
 
Alban kilsəsi.  Padar kəndində  Həkəri dərəsi 
adlanan ərazidə yarıuçuq şəkildə olan abidədir. 
 
Aşağı Xocamsaxlı  kəndi (Dəvə uçan). Belə 
rəvayət edirlər ki, Naxçıvandan duz gətirən dəvə 
daşlı yolu keçəndə büdrəyib yıxılır. Bundan sonra 
ərazi Dəvə uçan adlandırılır.  
 
Ağın dərə.  Ləpəheyranlı  kəndi  ərazisində Yazı 
düzü istiqamətində olan dərədir. Ağın oronimini C. 
Mollazadə şəkilçilənmiş söz hesab edir. Qədim türk 
dilində kaha, mağara bildirildiyini qeyd edir. Ağ, 
Dağ, Tal sözlərində  -in  şəkilçilərinin qorunub sax-
lanmasıdır. Qərbi Azərbaycanda Arpaçayın sol 
tərəfində  Ağın kəndi və  Ağın dağı toponimləri 
olmuşdur.  
 
Ağ düz. Boynakər kəndindədir. Torpağının bərə-
kətli, əkinə çox yararlı olması ilə əlaqələndirilir.  


 
 
133 
Ağıllar. Mistan kəndi ilə Əyin kəndi arasında yer-
ləşən böyük ərazidir. Mal-qara, qoyun-quzu yataqları 
olmuşdur.  
 
Ağ hasar.  Mahruzlu kəndində Mir Həmid ağa 
ziyarətgahıdır.  İmam övladlarından olan Həmid ağa 
ocağı rayon camaatı tərəfindən həmişə ziyarət olunur-
du. 
Alpaşa yeri.  Göyərabbas kəndində biçənək 
yerləridir. 
 
Araqçın təpə.  Qundanlı  kəndindədir. Təpə digər 
ərazilərdən gözəlliyi ilə seçilir. Araqçına oxşadığına 
görə adlandırılıb. Yerli sakinlərin dediklərinə görə, təpə 
heç vaxt öz yaşıllığını itirmirdi. 
 
Arxac yeri. Xallava kəndinin ərazisindədir. Salavat 
dağının ətəyindədir. Kənarları daşlarla örtülüb.  
 
Amudux.  Rayonun  ərazisində dağ. Hündürlüyü 
mənbələrdə 4131 fut olduğu göstərilir. Amudux kən-
dinin şərqindədir. Dağın hündür yerində qədim isteh-
kam qalasının qalıqları var, həm də ziyarətgahdır. Bu 
ad türk ellərində çox yayılmışdır. “Kitabi-  Dədə 
Qorqud”  dastanında Amud toponimi Diyarbəkir 
şəhərində olan Amud qalası ilə eyniləşdirirlir. 
Türkiyədə olan Amud qalası ilə eyni səslənir və 
eyni mənşəlidir. (DQK-29) 


 
 
134 
Alaquş dağı.  Tarovlu  ərazisindədir. Köhnə  kənd 
yeri olmuşdur.  İnformatorların dediklərinə görə son 
illərə qədər kəndin yeri, dam yerləri aydın görünürdü. 
 
At rizi. Əyin kəndi ərazisində ziyarətgah. Daşda 
at ayaqlarının izi var.İmam Əlinin atının ayaqlarının 
izi kimi rəvayət olunur. Nəzir qoyulurdu. 1990-cı 
ildə ermənilər tərəfindən kənarları qazılaraq dağıdıl-
mışdır.  
 
Atılmış dağı.  Rəvayətə görə,  İran  şahının qızı 
Xələcə ərə  gəlir. Bir müddətdən sonra onun ağladı-
ğını görən  əri niyə  ağladığını soruşur. Gəlin atası 
ellərinin qarşısını dağ  kəsdiyindən oraları görə bil-
mədiyini deyir. Belə  rəvayət edilir ki, dağın torpa-
ğını qazıb Qaranlıq dərəyə o vaxta qədər axıdırlar ki, 
gəlinin atası elləri görünür. O gündən həmin dağ 
“Atılmış” adlandırılır.  
 
Görə bilməm İranı 
Kəsibdi dağ aranı. 
Ayırın dağı yarı, 
Gözüm görsün İranı. 
 
Ağ yazı.  Xələc kəndində yerləşir. Tədqiqatçılar 
bildirirlər ki, ağ termini,  əsasən,  torpağın süxurları-
nın rəngini bildirir. Məhz ağ rəng çaları bildirən söz 
ilə relyef forması olan yazı terminin birləşməsindən 
ağ yazı toponimi əmələ gəlmişdir. Ağ sözü müxtəlif 


 
 
135 
mənalarda işlənir. Onlardan biri də “axmaq” sözün-
dən olduğuna görə “axan su” mənasında olan ağ yazı 
oronimi ifadəsidir. Qanıx çayının sol sahilində  Ağ 
yazı adlı düz vardır. Ağ yazı 280 hektar ərazini əhatə 
edən bütövlüklə əhəng daşı ilə örtülmüş bir sahədir. 
Az hissəsi palıd və vələs meşələri ilə əhatə olunmuş-
dur. Həmin ərazi daima ağ rəngdə olduğuna görə Ağ 
yazı adlandırılır.  
 
Ağ hasar.  Mirlər kəndi yaxınlığında Mir Sədi 
ağa nəslindən olan müqəddəslərin dəfn olunduğu 
ərazidə "Ağ hasar" adlı müqəddəs yer vardır.  
 
Alban kilsələri və abidələri. Qubadlı rayonunun 
Yuxarı Cibikli, Məzrə kəndlərində alban kilsələrinin 
binaları işğala qədər qalırdı. Amuduq kəndi üzərində 
yüksək çıxılmaz sıldırım təpə üzərində kilsə tipli 
qəbirüstü abidə vardı. Bu abidə yaxınlığında sal qa-
ya üzərində azca su tutan çökəkdə həmişə su olurdu, 
hətta təmizlədikdən sonra da buraya yenidən su 
yığıldığından yerli əhali buranı pir kimi müqəddəs 
hesab edirdi. Məmər və  Əyin kəndində  də bu cür 
oronimlər var idi.  
 
Arxac qaya. Aşağı Cibikli ərazisindədir. Təbiət 
qayanı elə yaratmışdır ki, böyük bir ərazi hər tərəf-
dən qayalarla örtülmüşdür.  İki tərəfdən yolu var. 
Kəndin davarları yay vaxtı  həmin  ərazidə kölgələ-
nirdi. Ona görə də arxac yeri adlandırılırdı. 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə