Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə35/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   31   32   33   34   35   36   37   38   ...   51

 
 
154 
üzə  nəhəng qayalar üzərində iki istehkam abidə 
qalığı vardır. 
Birincisi, qala qalığı çayın sağ sahilində, çaydan 
min metr hündürlükdə, sanki Şuşa şəhərinin mövqe-
yi ilə eyni olan çox bərk əhəng daşlarının üstündədir. 
Yalnız bir yerdən örtülü keçid yolu olan bu maili 
ərazidə su toplamaq üçün ovdan, tikilinin olduğu 
sahənin  ən hündür zirvəsində isə betonlaşmış qaya-
lar, insan qüvvəsinə uyğun olmayan böyük daşlardan 
tikilmiş divarlar hələ  də qalmaqdadır.  Ərazinin tək 
bir giriş yolu vardır ki, burada da yalnız tək-tək 
hərəkət mümkündür. 
İkincisi, qala qalığı çayın  əks tərəfində, yüz 
metrdən hündür olan boz-yaşıl qranit təpənin üzərin-
dədir. Qalaya yalnız tək-tək çıxmaq mümkündür ki, 
bu da xüsusi fiziki hazırlıq tələb edir. Burada yalnız 
istehkam tikilinin qalığı vardır. 
 
Gözət təpə. Mirlər kəndi ərazisində olan hündür 
təpənin adıdır. Gözətçi məntəqəsi kimi istifadə edil-
mişdir.  
 
Gen dərə. Mollalı kəndində olan dərənin adıdır. 
Rayon  ərazisində Gen dərə adlı oronimlər çoxluq 
təşkil edir.  
 
Gəlin qayası.  Xələc kəndində Damcılamanın 
ətəyində başdan ayağa eyni ölçülü daşın hündürlüyü 
10 m-dir.  
 


 
 
155 
Güngörməz. Qarqışlaq dağında iki böyük qaya-
nın arasında olan dərədir. Dərin dərə olduğuna görə 
adlandırılmışdır.  
 
Göy qaya. Göy təpə Məzrə kəndi ərazisindədir. 
Oronim yerin süxurlarında olan rəngə görə göy və 
qaya sözlərindən yaranmışdır.  
 
Gözəl dərə.  Göyərabbas kəndindədir. Adından 
göründüyü kimi,  dərə olduqca gözəldir. Dərədə bir 
neçə şəfalı bulaq var. Doğrudan da, Göyərabbas kən-
dinin gözəlliyinə tay ola bilən yer yoxdur..!  
 
Əziziyəm göy dağdan 
Əskik olmaz göy dağdan. 
Elə bir ah çəkdim ki, 
Enib gəldi göy dağdan.  
 
Gölcüyün düzü.  Bəxtiyarlı  kəndi ilə Teymur, 
Müskanlı  kəndlərinin arasında yolun alt hissəsində-
dir. Həmin ərazidə qəbir daşları da var. Köhnə yurd 
yeridir. 
 
Gödək yol.  Ləpəheyranlı  kəndinin gün çıxan 
istiqamətində üç kilomtrlikdədir.  Ətəyində köhnə 
yurd yerləri yerləşir. 
 
Göbəkatan. Mistan kəndində Qumqazılan ərazi-
də olan biçənək yerinin adıdır. Atlı yoncanın çox sıx 
olduğuna görə  çətin biçilərdi. Ona görə göbəkatan 
deyilmişdir. 
 


 
 
156 
Gülablı bağı.  Mahruzlu kəndində Gülablı bağ 
mikrotoponimi qeydə alınıb. Oronim gül və ab söz-
lərindən ibarətdir. Mənası gül suyu deməkdir.  
Bağın bir hissəsi Qaralar kəndinin  ərazisinə 
düşür. Ağdamda Gulabli kəndi və dağ var.  
 
Göy qala. Rayonun Gürcülü kəndi ərazisindədir. 
Çox hündür yerdə yerləşməsi ilə  əlaqədar səmaya 
yaxın yer. Bəzi mənbələrdə Göyər tayfaları ilə bağlı-
lığı daha çoxdur.  
 
Göy  yamac.  Rayonumuzda  bu cür toponimlər 
çoxluq təşkil edir. Bu rəng mənasında özünü göstə-
rir. Göy yamac toponiminə  Kəlbəcər rayonu 
ərazisində də təsadüf edilmişdir.  
 
Hərtiz.  Bərgüşad silsiləsinin cənub qurtaraca-
ğındadır. Qubadlı  ərazisində, hündürlüyü 1277 m 
olan zirvədir. Çox güman ki, Xart, yaxud Qart söz-
ləri daşın adı ilə bağlıdır (Bülöv daş). Metal alətləri 
itiləmək üçün istifadə olunan daş. 
 
Bu dağlar, aza dağlar, 
Qul olam sizə ağlar. 
Sənin də mənim kimi, 
Maralın aza, dağlar. 
 
Hacı  Astanalı körpüsü.  Yuxarı Xocamsaxlı 
kəndindədir. Ağa çayı üzərində salınmışdır. XIX 


 
 
157 
əsrə aiddir. Körpü digər kəndlərlə  əlaqə yaratmaq 
məqsədi ilə tikilmişdir. 
 
Hindiverd.
 Qaralar kəndinə yaxın yerdə Həkəri 
və  Bərgüşad cayının qovuşağında yerləşən qaladır. 
Qalaya yol Həkəri çayının alt hissəsi ilə  keçirmiş. 
Qalanın tam ortasından qalanın içərisinə doğru pillə-
kənlər var imiş. Qala tamamilə yandırılmış, məhv 
edilmişdir. Qaladan baxanda bütün ətraf kənd-
lər,hətta İran ərazisində olan bütün kəndlər görünür. 
Qala gözətçi, müşahidə məqsədi ilə tikilmişdir. 
Rəvayətə görə,  Babəkin müdafiə istehkamların-
dan biri də burada imiş. O, xilafətin sərkərdəsinə əsir 
düşməzdən qabaq buraya gəlir. Səhl Sumbat da 
onunla bir yerdəymiş. Sən demə,  əlaltdan  ərəblərlə 
əlaqə saxlayıb, Babəki onlara təslim etməyə hazırla-
şırmış. Onun xəyanəti nəticəsində  bir gün düşmən 
süvariləri çayqovuşana gəlib deyirlər: “İndi ver!” 
Babək satqın Sumbata deyir: “Əclaf, sən məni 
bunlara çox ucuz satdın!” 
Qalanın adının Hun Türk tayfasının adı, Verd 
sözünün isə Yurd kimi izah edənlər də vardır. 
 
Harami qəbiristanlığı.  (Əliquluuşağı)  Kəndin 
ərazisində Qubadlı-Gorus yolunun üstündə yerləşir. 
XX  əsrin 50-ci illərində folklorşünas alimlər 
Məmmədhüseyn Təhmasib və  Əhliman Axundovdan 
ibarət ekspedisiya qəbirüstü abidələri oxuyaraq 


 
 
158 
müəyyən etdi ki, həmin abidələr XIX əsrin əvvəllərinə 
aiddir. Abidələrin üzərində 1812-ci il tarixi oxun-
muşdur. Həmin ekspedisiyanın təqdimatı  əsasında 
göstərdiyimiz abidələr Nazirlər Sovetinin inventar 
siyahısına salınmış və onların qorunması üçün xüsusi 
plakatlar kənddəki kolxoza göndərilmişdi. 
 
Hacı  Bədəl körpüsü. XIX əsrdə  Dəmirçilər 
kənd sakini, mötəbər insan, şeir yazmaqda fitri iste-
dad sahibi olan Hacı  Bədəl tərəfindən Ağa çayı 
üzərində tikdirilmişdir. Körpünün inşasında put daş-
dan (xüsusi bəzək vurmaqla), əhəng və yumurta 
sarısından istifadə olunmuşdur. Bu körpü 15 kəndin 
rayon mərkəzi ilə əlaqəsini bərpa etmişdir. Bu tarixi 
abidə  də 31 avqust 1993-cü ilə  qədər olduğu kimi 
qalırdı. 
 
Həcətkə.  Göyyal, Başarat, Çardaxlı  kəndində 
olan bu oronimlər eynilik daşıyır. Hər üçü ziyarət-
gah hesab edilir. 
 
Hacı Hüseyn bəy körpüsü.  XIX  əsrə aiddir. 
Hacı Hüseyn bəy tərəfindən tikilmişdir. Aşağı 
Xocamsaxlı kəndində Ağa çayının üstündə salınmış 
körpüdür. Körpü qonşu Mehrili, Poladlı kəndləri ilə 
əlaqə yaratmaq üçün Hacı Hüseyn bəy tərəfindən 
inşa olunmuşdur 
 
Hacı Nurzaha
 
günbəzi. Boynakər kəndində orta 
əsrlərə aid olan qəbiristanlıqdadır. Günbəzin daş 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə