Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə44/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

 
 
199 
 
Səqqələmə.  Əyin kəndi  ərazisində yer adıdır. 
Yerli əhalinin dediklərinə görə, topa-topa vələs kol-
larının bitməsi ilə əlaqələndirilir.   
 
Sumaxlı təpə. Dəmirçilər kəndində Sumax bitki-
sinin olmasına görə adlandırılmışdır. Sumaxlı  dərə 
oroniminə Hacılı kəndində də rast gəlinir.  
 
Sınıq məscid.  Sınıq məscid köhnə Qarqışlaq 
kəndinin gündoğan istiqamətində yerləşir. Nəhəng 
qayalığın uçması  nəticəsində  məscidin yolu kəsil-
mişdir. Oraya gediş-gəliş  çətin olduğuna,  sınıq 
düşdüyünə görə el arasında Sınıq məscid adlandırıl-
mışdır. Tarixi olduqca qədimdir, heç bir araşdırma 
aparılmamışdır.  
 
Sarı Əhməd qəbiristanlığı. Kavdadıq kəndində 
orta əsrlərə aid qəbiristanlıqdır.  
 
Səlk dağı.  Rayon  ərazisində hündür dağdır. 
Cılfır kəndindən 2 km cənub şərqdədir. Hündürlüyü 
1375 m- dir. 
 
Şalvar zəmi. Salvar dərə, şalvar təpə adlı topo-
nimlər rayon ərazisində mövcuddur. Şalvar türk 
xalqının dünya xalqlarına verdiyi geyim növünün ilk 
töhfələrindəndir. “Şalvar Cübbə Çuğa verdi”, “Al 
şalvarlı atı  bəhri xotazlı Qara Bucluq çapar yetdi.” 
(KDQ 65), (KDQ 304) 
 


 
 
200 
Sınıq körpü.  Qarakişilər kəndindədir. Orta əsr-
lərə aiddir. 
 
Suludərə.  Xəndək kəndindədir. Dərədə  həmişə 
su gölməçələri olur. O səbəbdən də Sulu dərə adlan-
dırılır. 
 
Sulu daş.  Həmzəli kəndində olan daşdır. Daş 
həmişə rütubətli olur. Çala hissələrinə su yığılır. 
 
Süpürgəlik.  Xallava kəndində  Yolaşan  ərazidə 
süpürgə bitən düzün adıdır.  
 
Şeyx  Şərif qəbiristanlığı.  İşıqlı  kəndinin  ərazi-
sindədir. Bəzi mənbələrdə kəndin adının İşıqlı olma-
sı Şeyxin adı ilə əlaqələndirilir.  
 
Şiş təpə. Rayonun ərazisindədir. Təpənin həcmi 
kiçik olsa da, çox hündür olduğuna görə adlandırılır. 
Bu toponim rayon ərazisində çoxluq təşkil edir. 
Təpənin şiş, sivri, uca olmasından irəli gəlir. 
 
Şüş yal. Gəyən düzünə bitişik yalların ən hündü-
rüdü. Xanlıqla Alaqurşağın arasındadı.  
 
Şıx  Əfəndi Ziyarətgahı.  (Seyid Nigari).Şıx 
Əfəndi baba qəbri Türkiyədədir. 40 gün Hərtiz dağı-
nın zirvəsində yaşayıb.  Çərəli Səfər bəy onu çörək
su ilə təmin edir. 40-cı gün tamam olanda Şıx Əfən-
di Səfər bəyin köməkliyi ilə Araz çayının sahilinə 
gətirilir.  Arazı keçərkən  təsbehini,  əsasını, yemək 
yediyi qabını Səfər bəyə verib gedir. 


 
 
201 
Həmin ərazi Qubadlı caamatı tərəfindən ziyarət-
gah  kimi qəbul edilmiş  və  həmişə ziyarət olunmuş-
dur. 
 
Şah taxtı. Dəmirçilər kəndi rəvayətə görə tarixi 
İran  şahı Keyqubad dövrünə  təsadüf edir. Kəndin 
işlək yolundan 300-400 m məsafədə olan bu yerə  
1-1,2 m enində daş yol çəkilib. 
 
Şah düzü.  Bəxtiyarlı  kəndinin  ərazisindədir. 
Darlar adlanan qayanın şimal hissəsidir. Dağın üstü-
nün çox hamar olmasına görə adlandırılmışdır. Belə 
rəvayət olunur ki, İran şahı o ərazidə olmuşdur. 
 
Türk qəbri yalı. Rayonumuzun ərazisində. Türk 
oronimi ilə bağlı oykonimlər çoxdur. Türk qəbri yalı 
toponimi Göyyal kəndindədir. Həmişə ziyarət edil-
mişdir. Nuru Paşanın əsgərinin dəfn olunduğu yerdi.  
 
Tülkü dərəsi.  Qayalı  kəndinin  ərazisində olan 
dərədir.  Dərənin yuxari hissəsində Cavanşir türbəsi 
yerləşir.Türbənin kənarında Diş  ağacı  deyilən nə-
həng ağac vardı. O ağac 80-ci  illərdə ermənilər 
tərəfindən kəsilib aparılmışdır. Diş  ağrıyan zaman 
ağacın yarpağı və ya budağından kiçik hissə ağızda 
çeynənilir və diş ağrısı həmin anda kəsərdi. 
 
Top qaya (daşlıq). Əyin kəndi ilə Çayzəmi ara-
sında olan yolun üstü Topdaşlıq adlandırılır.  
 


 
 
202 
Toxmaq təpə.  Xallava kəndinin 3 km-də olan 
yastı təpənin adıdır.  
 
Türbələr.  DəmirçiIər kəndində XIV əsrə aid 
olan iki türbə vardır. Türbələrin daxili gözəlliyi ilə 
yanaşı, xarici görünüşü də diqqəti cəlb edirdi. Onun 
üzərində sanki at ayaqlarının izləri həkk olunmuş-
dur. Bu tarixi abidələr 31 avqust 1993-cü ilə  qədər 
olduğu kimi qorunub saxlanmışdı. 
 
Türbə. Gürcülü kəndi yaxınlığında səkkiz bu-
caqlı tam salamat qalmış türbə vardı. Türbənin ətrafı 
qədim qəbiristanlıqdır. Giriş qapısı ilə üzbəüz divar-
da olan çökək hissə başdaşı formasındadır. Başdaşı-
nın yeri və giriş qapısının vəziyyəti, buradakı qəbirin 
qiblə istiqamətində olması türbədəki qəbrin və ətraf-
dakı  qəbiristanlığın müsəlmanlara aid olduğunu 
göstərir. Tarixi memarlıq abidəsi kimi işğala qədər 
qorunmuşdur.  
 
Taxtalı düzü.  Ballıqaya kəndindədir.  Ərazi 
quruluşuna görə hissə-hissə hündürləşdiyinə görə 
Taxtalı adlandırılır. 
 
Tatar dərəsi.  Tatar düzü adlı oronimlərə rayon 
ərazisində rast gəlinir. “Kitabi- Dədə Qorqud” dasta-
nının bir neçə boyunda tatar adı qeyd olunmuşdur. 
IV boyda tatara kafirlər düşmən kimi baxırlar. “Qarı 
düşmən tatar oğlu  əlimizə düşsəydi cəza ilə öldü-
rərdik”.  (D 142 Cəlal Bəydili) 


 
 
203 
Təvərə daş.  Köhnə Usuplu kəndi  ərazisindədir. 
Daşın üzərində  ərəb  əlifbası ilə yazılar var. Belə 
yazılmışdır: “Bu yurd bizə heç bir ağ gün vermədi. 
Buradan getmək lazımdır”.  
 
Tənəkli dərə. Əliquluuşağı kəndində qara (yaba-
nı) üzüm bitkisi həmin dərədə çoxluq təşkil etdiyinə 
görə adlandırılmışdır. Tənəkli dərə (Yuxarı Mollu) 
 
Tək armud.  Göyərabbas  kəndində biçənək yeri-
dir. 
 
Top çinar.  Xanlıq kəndindən bir qədər aşağıda 
iri gövdəli, üç bitişik iri qara çinar topu. Ona “Top 
çinar” piri də deyirdilər.  
 
Tosma təpə.  Bəxtiyarlı  kəndinin qərbində 
Ardıclı dağın üst tərəfində yerləşən yastı  təpənin 
adıdır. 
 
Topağac dağı. Başarat kəndi ərazisində Qarabağ 
silsiləsinin cənub qərbində zirvəsinin hündürlüyü 
2010 m Dağda topa ağacların olması ilə toponim-
ləşmiş Topağac adlandırılmışdır.  
Dağlıq Qarabağın Xocavənd rayonu ilə  sərhəd-
dir. Rayonun Xələc kəndində  də Topağac adlanan 
ərazi mövcuddur. 
 
Topqaya.  Qarakişilər kəndindədir. Qayalığın 
adıdır.  


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə