Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə26/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
85
oluram. Sağ olsun qızım Gülşən və ürək həkimim Bayram 
(Kаrdioloq Bаyrаm  Əliyev nəzərdə tutulur- müəllif). Bəlkə  də 
Bayram həkim olmasaydı  mən çoxdan ölmüşdüm. O, vaxtı ilə 
atamın oturduğu məscidin ərazisində ev tikdiyindən özünü bizim 
ailənin oğlu sayır və hər tərəfli köməklik göstərir. Mən Bayram 
həkimdən və qızım Gülşəndən yerdən göyə qədər razıyam. Çox 
sağ olsunlar. 
Atam Аğа Mirbаğır аğаnı xatırlayanda onun mənə 5-6 yaşım 
olanda fars dilində  həzin bir səslə layla çalması gözümün 
qabağına gəlir. Elə bil dünən olub. El-oba atamın adını keçmişdə 
olduğu kimi yenə də uca tutur. Bu gün də onun xoş əməllərindən 
söhbət açanlara, onu yad edənlərə ulu tanrıdan ömür diləyirəm.  
 
MİRSƏFİYYƏ  MİRSÜLEYMАN  QIZI  RZАYEVА 
1928-ci il təvəllüdlü. 
Аğа Mirbаğır ağanın  
qız nəvəsi. Salyan şəhər sakini.  
 
- Mənim babam Аğа Mirbаğır ağa Nəcəf  şəhərində  təhsil 
alarkən Mirsəfiyyə adlı qadınla evlənib. 6 övladı olub. 3 oğlan, 3 
qız. Oğlanlardan 2-si rəhmətə gedib. 1 oğlu isə  Nəcəf  şəhərinə 
oxumağa gedib və oradan qayıtmayıb. Qızları Mirfatimə, 
Mirsəkinə və Mirməsmə isə anaları Mirsəfiyyə vəfat etdiyi üçün 
ataları ilə Salyana köçüblər. 
-  Mənim anam Mirfatimə Mirsüleyman adlı  şəxslə ailə 
qurub. 1928-ci ildə  mən anadan olmuşam və  mənə  nənəm 
Mirsəfiyyənin adını qoyublar. Babam 1937-ci ildə  həbs 
olunanda mənim 9 yaşım olub.  
Sonralar mən Azərbaycan Dövlət Tibb İnstutunun 
stomotologiya fakultəsini bitirdim və Salyanın tanınmış 
ziyalılarından olan Əliağa Rzayevlə ailə qurdum. Babamdan 
yadigar olaraq onun əbası müqəddəs bir əşya kimi mənim 
evimdə qorunur. Əba tünd göy rəngdə olan bahalı diаqonal 
adlanan parçadan tikilib. Əbanın ölçülərindən müəyyən etmək 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
86
olur ki, babam Аğа Mirbаğır  аğа orta boylu bir şəxs olub. 
Sonralar babamın şəklini də böyütdürmüşəm. Siz mənim babam, 
Salyanın “Darülmömin” sayılmasında  əvəzsiz rolu olmuş,  Аğа 
Mirbаğır  аğа Hacı Zeynalabdin oğlu Ağazadə barədə kitab 
yazmaqla çox böyük və savab iş görürsünüz. Mən bu işin 
təşkilatçısı olan Salyan rayon ağsaqqallar  şurasının bütün 
üzvlərinə  və  şəxsən  şuranın sədri Hacı Beydulla Niftulla oğlu 
İmanova öz səmimi minnətdarlığımı bildirirəm.  Əgər dediyiniz 
kimi babamın adına Salyanda muzey yaradılarsa, mən babam 
Аğа Mirbаğır  аğаnın məndə olan əbasını  və  şəklini muzeyə 
verməyə hazıram. Gördüyünüz işlərdə Ağanın cəddi sizə kömək 
olsun! 
 
AĞАLАROVА  GÜLŞƏN  MİRƏZİZ  QIZI 
Pedaqoq. Salyan şəhər sakini.  
 
- Mən Аğа Mirbаğır аğа kimi ləyaqətli bir insanın, dahi bir 
şəxsiyyətin nəvəsi olmağımla fəxr edirəm. Babamın elə, xalqa 
bağlılığı barədə çox söhbətlər eşitmişəm. Babamdan qalan hər 
bir əşya mənim üçün əziz və müqəddəsdir.  
Bildiyiniz kimi babam o vaxtlar Salyanın “Köhnə bərə ağzı” 
adlanan məhəllədəki evində yaşayıb. Həmin yerdə 2 ədəd üstü 
yazılı daş var. Ola bilsin ki, o daşların üstündəki yazılar tarixi 
araşdırmalar üçün böyük əhəmiyyət kəsb etsin. Eşitdiyimizə 
görə, qeyrətli el oğullarımız babamın adına muzey yaratmaq 
istəyirlər. Mənə elə  gəlir ki, babamın  əli dəymiş  həmin daşlar 
gələcəkdə muzeydə ən qiymətli eksponatlardan olacaqlar.  
 
MİSGƏRLİ (Rəhimova) HƏMİDƏ  ƏLİАĞА  QIZI 
1962-ci il təvəllüdlü. Pedaqoq.  
Salyan şəhər sakini.  
 
- Mən Аğа Mirbаğır аğаnın qız nəvəsiyəm. Anam Sura Аğа 
Mirbаğır  аğаnın üçüncü arvadı  Səlminin qızıdır. Babam 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
87
haqqında anam çox söhbətlər edib. Yadımda qalanlardan biri 
budur ki, hansısa qız uşağı tez-tez xəstələnərmiş. Anamgilin 
məsləhəti ilə  uşağı  Аğа Mirbаğır  аğаya göstərirlər. O da 
müxtəlif kitablara baxdıqdan sonra deyir ki, bu ad uşağa 
düşmür. Adını Gülsüm qoyuram, uzun ömürlü olacaq. 1935-ci 
ildə doğulmuş və adını Аğа Mirbаğır аğа qoyduğu qızın indi 71 
yaşı var. Sağ-salamatdır. O vaxtlar həmin qızın valideynləri Аğа 
Mirbаğır  аğа üçün çoxlu hədiyyələr gətirsələr də, o, hamısını 
qaytarıb və deyib ki, bu da mənim uşağa hədiyyəmdir. 
Ümumiyyətlə, çox adamdan eşitmişəm ki, babam  çox  əliaçıq, 
səxavətli bir adam olub. Şorsuluda taxıl əkərmiş və yarısından 
çoxunu kasıblara paylayarmış. Sara xalam danışırdı ki, Аğа 
Mirbаğır аğа hazırlanması çox çətin olan bir çox yeməkləri 
özü bişirərmiş. O, söhbətlərində qızlarına danışırmış ki, Nəcəf 
də  təhsillə yanaşı onlara bir çox sahələri, ixtisasları da 
öyrədirmişlər. 
 
HАCI  MİRABАS  MİRSАLАM  OĞLU  SАDIQOV 
1940-cı il təvəllüdlü. Pedaqoq.  
Salyan şəhər dəmiryol qəsəbəsinin sakini.  
 
- Аğа Mirbаğır аğа mənim atam Mirsalam ilə dayı oğlu, bibi 
oğlu olublar. Mən uşaq vaxtlarımdan evimizdə  və anadan 
olduğum Salyan rayonunun Seyidsadıqlı  kəndində daima Аğа 
Mirbаğır  аğа haqqında çox mаrаqlı söhbətlər eşitmişəm. Atam 
danışardı ki, Аğа Mirbаğır  аğа  Nəcəfül-Əşrəfdə Ruhani 
Akademiyasında təhsil alarkən biliklərə mükəmməl 
yiyələnmişdi. Elmin elə bir sahəsi yox idi ki, Seyid Mir Bağır 
ağa o sahədə  məlumatlı olmasın. Astronomiya, riyaziyyat, 
həndəsə, kimya, botanika, tibb, coğrafiya və adlarını 
sadalamadığım digər elmlərlə yanaşı İslami dəyərləri və xüsusən 
də  İslam  əxlaqı, islamda hüquq üzrə tayı  bərabəri olmayan bir 
şəxs idi. Elə onun nəticəsi imiş ki, bütün ətraf rayonlarda dini 
məsələlər barədə son sözü Аğа Mirbаğır аğа deyərmiş. Bundan 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə