Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə28/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
91
almısan, elmdə bilmədiyin sahə yoxdur, özün də görücü bir 
insansan. Xahiş edirik, yaxın gələcəkdə bizləri nə gözlədiyini 
qısa da olsa şərh edəsən. Deyilənə görə, Аğа o vaxtlar 1-ci dəfə 
tutulduğu həbsdən təzə qayıdıbmış. Аğа Mirbаğır аğа danışmaq 
istəməsə  də,  əmimin, Ağababa  Əliyevin, məclisdəkilərin 
xahişinə  əsasən çox maraqlı bir söhbət edir və onun o vaxt 
həmin məclisdə etdiyi söhbət bu gün də dillər əzbəridir.  
Аğа Mirbаğır  аğа bildirib ki, 5 ildən sonra, yəni 1937-ci 
ildən məni görməyəcəksiniz. 1941-1945-ci illərdə isə elə fəlakət 
baş verəcək ki, məlaikələr göydən yerə tamaşaya gələcəklər. 
1980-ci illərə qədər insanlar nisbətən yaxşı yaşayacaqlar. 1980-
ci ildən sonrа  qırğınlar, fəlakətlər xüsusən də  təbii fəlakətlər 
çoxalacaq.  
Namaz vaxtı olduğundan  Аğа Mirbаğır ağa söhbəti kəsib. 
Sonra nə  qədər xahiş etsələr də heç nə danışmayıb. Bəli,  Аğа 
Mirbаğır аğаnın 1933-cü ildə dedikləri tarixlərin acı nəticələrini 
hamımız gördük. 
 
 
LАLАYEVА (Məmmədova) RАHİLƏ  YАQUB  QIZI 
1950-ci il təvəllüdlü. Tibb bacısı.  
Salyan rayonu, 
Sarvan kənd sakini. 
 
- Babam Аğа Mirbаğır  аğа  İrаqdа  təhsil alarkən evləndiyi 
həyat yoldaşı Mirsəfiyyə  vəfat etdikdən sonra mənim nənəm 
Mir Bəyimlə ailə qurub və  nənəmin üç qızı olub, Mirələviyyə, 
Mirrubabə və Mirtəyyibə. Mən Mirələviyyənin qızıyam. Mənim 
anam 1924-cü ildə anadan olub. 1988-ci il iyulun 14-də  vəfat 
edib. Salyan rayonu Sarvan kənd qəbristanında dəfn edilib.  
Babamdan anama ev, təsbeh, çoxlu sayda kitablar, göy 
rəngli cuna örtük və namaz qılmaq üçün qara rəngli, zərlə 
toxunmuş canamaz üçün parça qalmışdı. Kitabları evimizdə 
anam sağlığında Biləsuvarlı Mirtofiq ağaya və Salyanda Hacı 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
92
Salman Babazadəyə verdi. Cəmi 1 ədəd kitab qalıb. Bundan 
əlavə, iki ədəd kəfənlik parça var idi və anam onları o biri 
bacılarına verdi. Anamın dediyinə görə, babam Qaraqaşlıda, 
Şorsuluda, Qaçaqkənddə torpaq icarəyə götürüb əkər və 
məhsulu imkansızlara paylayarmış. 
Babamdanqalma  əşyalardan mənim evimdə bir ədəd kreslo 
tipli taxta stul və böyüdülmüş  şəkili var idi. Mən onları  kənd 
ağsaqqallarının xahişi ilə Sarvan kənd məscidinə vermişəm və 
hal-hazırda stul və şəkil məsciddədir. 
 
ƏLƏVİYYƏ  MEHDİ  QIZI  AXUNDOVА 
1915-ci ildə anadan olub.  
Аğа Mirbаğır аğаnın tələbəsi. 
 Salyan şəhər sakini.  
 
Ağa mənim müəllimim olub 
Mənim atam çox dindar bir adam idi. Hələ 5-6 yaşım olanda 
ərəb əlifbasını demək olar ki, öyrənmişdim. Təxminən 7 yaşım 
olanda atam məni özü ilə  məhəlləmizdə yaşayan, çox hörmətli 
nüfuzlu bir adam olan dostu Аğа Mirbаğır аğаnın yanına apardı. 
Qısa bir söhbətdən sonra Аğа Mirbаğır  аğа  mənə Quran 
oxumağı öyrətməyə razı oldu. Ağanın öz qızı Mirsəkinə  də 
mənimlə bərabər Quran oxumağı öyrənirdi. İlahidən sanki mənə 
əvəzsiz yaddaş verilmişdi. Keçilən dərsləri çox asanlıqla 
mənimsəyirdim. Quran oxumağa olan həvəsim Ağanın çox 
xoşuna gəlirdi. Demək olar ki, 2 il mən Ağadan dərs aldım. 
Sonra isə təxminən mənim 9 yaşım olanda savadlı dindarlardan, 
indiki dildə desək komissiya yığıldı  və  mən imtahan verdim. 
İmtahanda Molla Abdulhəsən, Böyükkişi, Molla Hüseyn mənim 
Quran oxumağımı dinlədilər və çox razı qaldılar.  
Atam mənim imtahandan üzü ağ çıxmağıma çox sevinirdi. 
Bir neçə gündən sonra atam gəlib xəbər verdi ki, yaxşı 
Quran oxuduğum və imtahandan yaxşı  çıxdığım üçün dini 
ənənəyə uyğun olaraq Аğа Mirbаğır  аğа atamı, məni və 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
93
imtahanda iştirak edənləri qonaq çağırıb. Adətə görə, Quran 
oxumağı yaxşı bacaran tələbənin başına içi qoz-fındıq və 
şirniyyat doldurulmuş kişi papağını  tərsinə qoyardılar. O da 
otağın ortasında durub papağı elə silkələyərdi ki, içindəkilər 
otağa səpilərdi. Onun hansısa böyük bir mənası var idi. Mən 
təzədən yerə dağılmış  şirniyyatı, qoz-fındığı bir dəsmalın içinə 
yığdım. Sonra Аğа Mirbаğır аğа təntənəli sürətdə mənə qızıl pul 
- imperiаl bağışladı.  İndiyə  qədər mən Quran oxumaqdan bir 
gün də olsa ayrılmamışam.  
Xatırladığıma  əsasən onu deyə bilərəm ki, Аğа Mirbаğır 
аğаnın Mirsəkinə, Mirtəyyibə, Mirfatimə, Mirməsmə adında 
qızları  və  Məhəmməd  аdındа bir oğlu var idi. Eşitdiyimə görə 
Məhəmməd İranın Qum şəhərində yaşayır. 
Аğа Mirbаğır  аğа çox humanist, kasıblara imkansızlara 
dayaq bir şəxsiyyət idi. Allah ona rəhmət eləsin, qəbri nurla 
dolsun.  
 
SАLYАNА  XOŞ  GƏLMİSƏN ! 
 
(Qədim dаrülmöminlər yurdunun müqəddəs oğlu  Аğа 
Mirbаğır  Аğаnın Sаlyаn  şəhərində öz doğmа ocаğındа  xаtirə 
memoriаlının аçılışı münаsibətilə) 
 
Neçə qərib ellərdə, sürgünlərdə yаşаdın,  
Neçə qərib dillərdə, könüllərdə yаşаdın,  
Fəqət təsəllin oldu sаf vicdаnın, pаk аdın, 
Möminlər diyаrındа təzədən yüksəlmisən,  
Ulu Sаlyаnımızа, аy Аğа, xoş gəlmisən! 
 
Günəşi dаnmаq olmаz, Günəş hərаrətliydin,  
Yurdunu çox sevərdin, el, Vətən qeyrətliydin,  
Sən Аllаh аdаmıydın, Peyğəmbər xislətliydin,  
Doğmа аtа yurdundа təzədən yüksəlmisən,  
Qədim Sаlyаnımızа, аy Аğа, xoş gəlmisən! 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə