Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
116
Şərif müəllimin bacısı  Şirvanla evləndim. Yəni qohumluq 
əlaqələrimiz daha da möhkəmləndi.  
 
YOLÇUYEVА  XАNIM  ƏMƏN  QIZI 
1910-cu il təvəllüdlü.  
Salyan şəhər sakini.  
 
Kəbinimi Аğа kəsib 
Mən 1910-cu ildə anadan olmuşam. Hal-hazırda 97 yaşım 
var. Mən gənc bir qız ikən 1924-cü ildə Ələkbər adlı bir oğlana 
nişanlandım. 1926-cı ildə atam bizi Аğа Mirbаğır аğаnın evinə 
gətirdi və orada bizim kəbinimiz kəsildi. O vaxtlar ən etibarlı, ən 
şərafətli kəbin  Аğа Mirbаğır  аğаnın kəsdiyi kəbin sayılırdı. 
Həmin vaxtdan 80 il ötməsinə baxmayaraq Аğа Mirbаğır аğаnın 
surəti hələ  də gözlərim önündədir. Başında göy rəngli 
əmmaməsi var idi. Əbasının da rəngi göy idi. Orta boylu nurani 
görkəmli olan Аğа Mirbаğır аğа aramla danışırdı. Sonralar mən 
onu dəfələrlə elə həmin görkəmdə görmüşəm.  
Təxminən 4-5 il sonra eşitdik ki, Аğа Mirbаğır  аğаnı 
tutublar. Sonralar atam danışırdı ki, Stalinə yazıblar, o da Аğа 
Mirbаğır  аğаnı  həbsdən buraxdırıb. Ailə qurduğumuzdan 
təxminən 10-12 il keçmişdi və  eşitdim ki, Аğа Mirbаğır  аğаnı 
həbs ediblər. Аğа Mirbаğır аğа tutulandan iki il sonra bir oğlum 
oldu. Adını  Ədalət qoyduq. Sonra ərim müharibəyə getdi, 
qayıtmadı, «qara» kağızı  gəldi. O ərəfələrdə  Аğа Mirbаğır 
аğаnın da güllələnməsi xəbərini danışırdılar. Mən isə  həyatımı 
tək oğlumu böyütməyə həsr etdim.  
 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
117
NUHİYEV  АĞАCАN  RÜSTƏM  OĞLU 
1910-cu il təvəllüdlü.  
Salyan şəhər sakini.  
 
Həttа xristiаn zаbitlər Аğаyа hörmət edirdi 
Mən Аğа Mirbаğır аğаnı ilk dəfə 1930-cu ildə Bakıda xüsusi 
komendaturada dustaqların üstündə  nəzarətçi olduğum vaxt 
görmüşəm. Belə ki, mən 1930-cu ildə iyirmi yaşım olanda hərbi 
xidmətə çağrıldım. Çox qapalı bir yerdə, haradasa Bakının Qız 
qalasının 3-4 kilometrliyində NKBD-nin türməsində dustaqlara 
nəzarət edirdik. Orada ancaq rus dilini bilənləri  əsgərlikdə 
saxlayırdılar. Heç kimlə danışmağa, işarə etməyə icazə yox idi. 
Dustaqlarla bir kəlmə danışan  əsgəri yerindəcə güllələyirdilər. 
Komandirimiz Pyotr Aleksandroviç deyilən adam idi. 
Familiyasını unutmuşam. 1932-ci ilin əvvəlində orada 
işləyənlərdən biri məni kazarmaya çağırıb haradan olduğumu 
soruşdu. Sən demə o mənim Salyandan olduğumu bilirmiş. O, 
mayor idi və  mənə bildirdi ki, mən də Salyandan boyaqçı 
Məmmədəlinin oğluyam. Sonra o, mənə dedi ki, hər gün 
türmədə gördüyün ağ saqqallı, ləbbadəli kişi də Salyandandır - 
Аğа Mirbаğır аğаdır. 
Düzü, mən onun adını  eşitsəm də kim olduğunu, nə üçün 
tutulduğunu bilmirdim. Heç kimdən də heç nə soruşmaq 
olmazdı. Bir kəlmə sözə görə adamı ya güllələyirdilər, ya da 
Sibirə, gedər-gəlməzə göndərirdilər.  
Mən 1930-1933-cü illərdə dustaqların üstündə  nəzarətçi 
olduğum illərdə Аğа Mirbаğır аğа NKBD-nin qapalı türməsində 
olduğunu öz gözlərimlə görmüşəm. 1933-cü ilin əvvəlində məni 
kursa oxumağa göndərdilər. 5-6 ay sonra qayıdıb gələndə  Аğа 
Mirbаğır  аğа orada yox idi. Həmin salyanlı mayor mənə 
sonralar danışdı ki, Аğа Mirbаğır  аğа  xəstə olanda rus 
komandirimiz xristian olmasına, qorxulu yerdə belə  işləməsinə 
baxmayaraq Ağaya hörmət əlaməti olaraq böyük risk edərək öz 
puluna  Аğа Mirbаğır  аğа üçün dava-dərman alıbmış. Mən 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
118
kursdan qayıdanda həmin komandir də orada yox idi və onun 
sonrakı taleyi heç kimə məlum olmadı. Allah bilir Аğа Mirbаğır 
аğа üçün dava-dərman aldığınа görə başına nə bəla gəldi. Bizim 
hərbi hissə  rəsmi olaraq sənədlərdə 129-cu Bakı nişancı  аlayı 
sayılırdı. Diviziyanın komandiri Konbay Vəzirov, polkun 
komandiri isə Mehdiyev Mehdi idi. Mən bunları 1934-cü ildə 
zabit-məktəbinə oxumağa gedəndə bildim. Bizə gələn məktublar 
da həmin hərbi hissənin ünvanına gəlirmiş. Özümüz isə NKBD-
nin qapalı türməsində xidmət edirdik. Bütün bunları  mən çox 
sonralar, müharibə vaxtı başa düşdüm.  
Camaat indi danışır ki, guya 1930-1933-cü illərdə  Аğа 
Mirbаğır  аğа Sibirdə olub. Bu düz deyil. O, 1930-1933-cü ilin 
ortalarına qədər Bakıda, mənim xidmət etdiyim NKBD-nin 
qapalı türməsində olub. Ola bilsin ki, camaatı aldadaraq onun 
guya Sibirə göndərildiyni deyiblər.  Allah  şahiddir ki, Аğа 
Mirbаğır  аğа  həmin vaxt mən  əsgərlikdə olduğum qapalı 
türmədə olub. Onun mərd, məğrur, nurani görkəmi, türmənin 
bağlı həyətində aramla gəzməsi indi də gözlərim önündədir 
 
ƏMRАHOV  ƏLİMƏHƏMMƏD 
MƏŞƏDİ  İBRАHİM  OĞLU 
1928-ci il təvəllüdlü.  
Salyan “Cəngi” milli nəfəsli 
orkestrinin bədii rəhbəri,  
beynəlxalq musiqi festifallarının laureatı.  
Sаlyаn şəhər sakini.  
 
Adımı Ağа qoyub 
Atamın çox övladı olub. Lakin hamısı elə kiçik yaşlarında 
ölüblər. Bundan atam çox pəjmürdə olur və 1927-ci ildə xalqın 
inam yeri olan Аğа Mirbаğır  аğаya öz dərdini danışır. Atamla 
çox yaxın münasibətdə olan Аğа Mirbаğır  аğа onа  məsləhət 
görür ki, bir ədəd heç bir nöqsanı olmayan qurbanlıq qoç alsın, 
bişirib paylasın, sümüklərini isə dua yazmaq üçün Аğа Mirbаğır 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
119
аğаya versin. Çox diqqətlə dinləyən atam soruşur ki: - Bəs nə 
üçün qurbanlıq nöqsansız olmalıdır?  
Аğа Mirbаğır  аğа bildirir ki, əgər kəsilən qurbanlıqda 
nöqsan olarsa, doğulan uşaqda da nöqsan olacaq.  
Atam onun dediklərini icra edir. Təkrar olaraq atam Аğа 
Mirbаğır  аğаnın yanına gedir. Аğа Mirbаğır  аğа müəyyən dini 
ayinləri icra etdikdən sonra atama bildirir ki, gələn il bir oğlun 
olacaq və uzun ömür yaşayacaq. Ondan sonra bir oğlun da 
olacaq. Ancaq o uzun ömürlü olmayacaq. Bu gün faktdır ki, 
həqiqətən də  Аğа Mirbаğır  аğа görücü bir insan olub. 1928-ci 
ildə  mən dünyaya gəlmişəm. Adımı da Аğа Mirbаğır  аğа o 
vaxtlar Nəcəfül-Əşrəfə oxumağa getmiş  oğlu Məhəmmədin 
şərəfinə  Əli Məhəmməd  qoyub. Məndən sonra olan qardaşım 
isə  Аğа Mirbаğır  аğаnın dediyi kimi çox da uzun ömürlü 
olmayıb. Gənc yaşlarında vəfat edib. 
Ömrümün ixtiyar çağlarında mən özümü yenə  də  Аğа 
Mirbаğır  аğаnın övladı sayır və onun adına layiq yaşamağa 
çalışıram. Valideynlərimlə birlikdə  həmişə  Аğа Mirbаğır  аğа 
üçün də «Yasin» oxutdururam.  
 
 
 
 
 
 
 
 
 
ŞÖVKƏT  QULАM  QIZI  AXUNDOVА 
1926-cı il təvəllüdlü.  
Salyan rayonu, 
Şorsulu kənd sakini.  
 
Həmişə аnd yerimiz Аğа olub 
Biz kənddə  Аğа Mirbаğır  аğаnın qonşusu olmuşuq. Onun 
qızları Sura və Sara məndən yuxarı sinifdə oxuyurdular. 1936-cı 
ildə mənim 10 yaşım var idi. Anamın gözləri çox bərk ağrıyırdı 
və  məni göndərdi ki, get Аğа Mirbаğır  аğаya dua yazdır, 
gözlərim sağalsın. Mən də yüyürə-yüyürə bəndin üstü ilə onların 
evinə getdim. Uşaq olmağımıza baxmayaraq hamımız  Аğа 
Mirbаğır  аğаnı müqəddəs bir insan kimi tanıyırdıq. Mən elə 
yüyürə-yüyürə bir başa evə girdim və  Аğа Mirbаğır  аğаya 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə