Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
123
olmasaydı, bu kəndlərin hamısı məhv olacaqdı. Mən fəxr edirəm 
ki, atam Eynal da Аğа Mirbаğır  аğаnın könüllülər dəstəsində 
torpağımızı ermənilərdən qoruyanlardan biri olub.  
 
ŞƏRQİYYƏ  MƏCİD  QIZI  SƏFƏROVА 
1928-ci il təvəllüdlü.  
Salyan rayonu,  
Ərəbqardaşbəyli kənd sakini.  
 
Ermənilər məğlub oldulаr 
Mənim atam Аğа Mirbаğır аğа ilə çox yaxın bir adam olub. 
1918-ci ildə atamın təxminən 18-20 yaşı olanda ermənilərin 
hücumu vaxtı rayonu düşmənlərdən qorumaq üçün Аğа Mirəşrəf 
аğа və Аğа Mirbаğır аğаnın könüllülər dəstəsinə qoşulanlardan 
bəlkə elə birincilərdən biri də atam olub. 
Atam danışırdı ki, Аğа Mirbаğır  аğаnın məsləhəti ilə 
vuruşdan qabaq qadınları, uşaqları, yaşlı adamları yaşayış 
yerindən xeyli uzağa apardıq. Təxminən 5-6 kilometr kənarda 
yerləşdirdik ki, birdən düşmənlər top atsalar onlara ziyan 
dəyməsin. Özümüz isə vaxtı ilə olduğumuz  Ərəbbəbirxanlı 
kəndinə, Kür çayının sahilinə  gəldik. Məlumat üçün bildirirəm 
ki, həmin Ərəbbəbixanlı kəndindən indi təkcə məscid qalmışdır. 
Atamgil  Аğа Mirbаğır  аğаnın rəhbərliyi ilə iki gün həmin 
ərazidə ermənilərlə vuruşublar.  Аğа Mirbаğır  аğаnın məsləhəti 
ilə atam Kürün qırağındakı söyüd ağacına çıxıb həm müşahidə 
aparırmış, həm də vuruşurmuş. Atam danışırdı ki, Аğа Mirbаğır 
аğа olmasaydı, ermənilər bütün kəndin  əhalisini qıracaqdılar. 
Ancaq Аğа Mirbаğır аğаnın xalqı öz ardınca aparması sayəsində 
düşmənə qələbə çaldıq.  
 
 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
124
ADİLƏ  HİLАL  QIZ  XАNMİRZƏYEVА 
1925 ci il təvəllüdlü.  
Salyan şəhər sakini.  
 
Ağаnı şərləyənlər elə özümüzkülər olub 
Mənim atam Məmmədli Hilal ixtisasca dərzi olmasına 
baxmayaraq çox geniş məlumatlı, böyük dünya görüşünə malik 
olan gözüaçıq bir şəxs olub. Rayonda böyük hörmət və nüfuz 
sahibi olması onun başına bəla oldu. 1937-ci il avqustun 7-də 
biz kənddəki bağımızda olanda eşitdik ki, Molla Gülhəsəni, 
atamı, Аğа Mirbаğır аğаnı, Kəblei Soltanı, saqqal Ağabalanı və 
Absalamı gecə  həbs ediblər.  İndi Salyan polis şöbəsinin 
önündəki bağın yerində o vaxt qazamat idi. Həbs olunаnlаrı 
oradа  sаxlаyırdılаr.  Аğа Mirbаğır  аğаnın qızı Mirməsmə  və 
anam Xədicə hər gün qazamata su, yemək aparırdılar. Mənim o 
vaxtlar 12 yaşım olmasına baxmayaraq, hər gün anamgillə birgə 
gedib gəlirdim. Tutulanları 10-15 gün qazamatda saxladıqdan 
sonra, onları indiki Qüdrət Səmədov küçəsi ilə Təbriz Xəlilbəyli 
küçəsinin kəsişdiyi yerdə olan artıq sökülmüş türməyə apardılar. 
Аğа Mirbаğır  аğаnın arvadı Mirbəyim,  Аğa tutulan vaxt 
qorxduğu üçün ağır xəstə yatdığından qızı Mirməsmə anamla 
gündəlik  əlaqə saxlayırdı  və  təklif edirdi ki tutulanların 
buraxdırılması üçün Bakıya məktub yazaq. 
Türmə ikimərtəbə idi. Atamla, Аğа Mirbаğır  аğа birinci 
mərtəbədə olduqlarından küçə  tərəfdəki pəncərədən özlərini 
görməsək də, səslərini eşidər və imkan olanda 1-2 kəlmə söz 
deyə bilərdik. Anam milis işçisi olan qonşumuz Zeynalаbdin 
vasitəsi ilə  bəzi xəbərləri də atama və  Аğа Mirbаğır  аğаya 
çatdırardı.  
Atamı 1937-ci ildə, Аğа Mirbаğır аğа ilə birgə tutmuşdular. 
Türmə dediyim kimi ikimərtəbə idi. Küçə  tərəfdən ikinci 
mərtəbə açıq-aydın görünürdü. Nədənsə türmənin ayaq yolusu 
ikinci mərtəbədə idi. Dustaqları ayaq yoluna aparanda atam 
ikinci mərtəbədən anama dedi: - Xədicə,  əvvəlin özün 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
125
görmüsən, yəni əvvəl də tutulmuşam, Allah kərimdi, uşaqlardan 
muğayat ol: 
- Hamının gözünün qabağında ayaq yoluna getmək, belə 
hörmətli adamlar üçün böyük xəcalət idi. 
Atamı  və  Аğа Mirbаğır  аğаnı qazamatdan türməyə, 
türmədən qazamata aparırdılar. Ola bilsin ki, müstəntiqlər onları 
danışdırırdılar. Həmin  ərəfədə evimizi, atamın dükanlarını 
möhürləmişdilər. Atamla eyni gündə, yəni 1937-ci il avqustun 
7-də tutulan Molla Gülhəsənin,  Аğа Mirbаğır  аğаnın, Kəblə 
Soltanın Saqqal Ağabalanın, muhаsib Hilalın və  dəllək Hilalın 
da evlərini möhürləmiş,  əmlaklarını  əllərindən almışdılar. 
Həmin  şəxslərin tutulmasında, evlərinin möhürlənməsində 
türmədə onlara nəzarət edilməsində Salyan milis işçilərindən 
Zeynalabdin,  Əliabbas,  İlyas iştirak edirdilər. Tutulanları 
avqustun axırında gəmi ilə harasa apardılar və 3 gündən sonra 
gətirib, sonra Bakıya apardılar. Sentyabrın ilk günlərində anam 
və Аğа Mirbаğır аğаnın qızı tutulanlarla görüşmək üçün Bakıya 
gedıb  ərizə verəndə isə  qəti olaraq bildirmişdilər ki, həmin 
adamları daha axtarmayın, onlar yoxdular. Eyni zamanda 
bildirmişdilər ki, onların tutulmasında milisin günahı yoxdur. Nə 
ediblərsə, nə məlumat veriblərsə, onları tanıyan yerliləri ediblər. 
Anam və  Аğа Mirbаğır  аğаnın qızı bizim savadlı bir əmimiz 
oğlu var idi, onunla görüşüb məsləhət almaq istədilər ki, necə 
yəni bu adamları daha axtarmayın. Bu, nə deməkdir?  Əmim 
oğlu da onlara demişdi ki, tutulanların güllələnməsi əmri verilib: 
- Daha onları axtarmayın. Sonradan öyrəndik ki, tutulanların 
üzünə duran Qulam, İsrafil, Yunus və bu gün övladı ilə qohum 
olduğunuz bir şəxs olub. Atam həbs olunanda 54 yaşı var idi. 
Аğа Mirbаğır  аğа isə ondan xeyli yaşlı idi. Sonralar da onlar 
barədə hec bir məlumat əldə edə bilmədik.  
 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə