Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə41/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
132
söhbətlər edib. Atamın dediyinə görə,  Аğа Mirbаğır  аğа ilə tez-tez 
görüşər, dini bilikləri öyrənənləri imtahan edərmişlər. Onun dediyinə 
görə, kiminsə nigah kağızını almaq üçün Аğа Mirbаğır  аğа ilə 
Salyanda məscidə gedirmişlər. Yolda bir dəstə uşaq onların qarşısına 
çıxır. Uşaqların əksəriyyəti böyük hörmətlə salam verir. Bir uşaq isə 
onlara qarşı çox etinasızlıq edir. Atam soruşur ki, bu uşaqların 
əksəriyyəti bizə çox hörmətlə salam verdi, yoldan çəkildi. Bu bir uşaq 
isə bizə qarşı etinasızlıq göstərdi, yoldan çəkilmədi, özünü çox 
yekəxana, ləyaqətsiz apardı, bunun səbəbi nədir?  Аğа Mirbаğır  аğа 
cavab verir ki, «Bu uşaqların valideynlərinin kəbinini böyük halallıqla 
mən kəsmişəm. O bir nəfər uşağın valideynlərinin kəbinini isə 
əldəqayırma, bisavad, özündən müştəbeh bir molla kəsib. Nəticəsi də 
göz qabağındadır». 
Atam danışardı ki, elmin elə bir sahəsi yox idi ki, Аğа Mirbаğır 
аğа mükəmməl biliyə malik olmasın.  
Аğа Mirbаğır аğаdan sonra 1937-ci ilin noyabrında mənim atamı 
da həbs etdilər. Çox heyf ki, belə  dəyərli insanları çox tez itirdik. 
Allah hər ikisinə rəhmət eləsin. 
Məlumat üçün bildirirəm ki, 1998-ci ildə nəşr olunmuş «Yaddaşın 
bərpası» adlı  qəzetdə atam barəsində  məlumat vardır. Orada qeyd 
edilib ki, atam Şeyx Möhsün 1937-ci ilin noyabrında həbs edilib, 
1938-ci il yanvarın 19-20-nə keçən gecə  məhkəməsi olub, ona 
güllələnmə hökmü oxunub. Məhkəmənin sədri erməni olub. 1938-ci il 
martın 5-də güllələnibdir.  
 
HАCI  SАBİR  İSMАYIL  OĞLU  CАVАDOV 
1933-cü il təvəllüdlü.  
Salyan rayonu, Yenikənd kəndi.  
 
Ağа аğır xəstələrə şəfа verirdi 
Mənim atam İsmayıl Cavad oğlu və anam Əsyabanu Məşədi 
Ağacan qızı ərazidə tanınmış nəslin övladları olublar. Hələ uşaq 
vaxtlarımdan valideynlərimdən Аğа Mirbаğır аğа barəsində çox 
maraqlı söhbətlər eşitmişəm.  Əlbəttə ki, o vaxtlar az yaşlı 
olduğumdan edilən söhbətlərin çoxusunu unutmuşam. 
Valideynlərim danışardılar ki, Аğа Mirbаğır  аğа yaxın 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
133
qohumum  Şeyx Möhsünlə  Nəcəfül-Əşrəfdə  təhsil aldığından 
bizim ailəmizlə çox yaxın münasibətdə olub. Yeri gəlmişkən 
onu da qeyd etməliyəm ki, Аğа Mirbаğır  аğаnın yaxın 
qohumum  Şeyx Möhsünlə Xorasanda tələbə olarkən 1887-ci 
ildə çəkdirdikləri şəkil hər ikisindən əziz bir xatirə kimi dayım 
Həbib Şeyx Möhsün oğlu Səfərovdadır.  
Аğа Mirbаğır  аğаnın kəndimizdə  ağır xəstə olan bir şəxsi 
doşab içirtməklə sağaltması barədə olan söhbət bu gün də 
kənddə Аğа Mirbаğır аğаya böyük ehtiram hissi ilə xatırlanır. 
Mən çox fəxr edirəm ki, Salyan rаyon Ağsaqqallar  Şurası 
Аğа Mirbаğır аğа haqqında mükəmməl bir kitab hazırlanmasını 
qərara almışdır. Mən el ağsaqqalı kimi bütün kəndimizin əhalisi 
adından sizə ən səmimi minnətdarlığımı bildirirəm. 
 
NUHBАLА  NƏCƏFАLI  OĞLU  QƏMBƏROV 
1911-ci il təvəllüdlü.  
Salyan rayonu, 
Yenikənd kəndi.  
 
Hər gün onun ruhunа «Yаsin» surəsi oxuyurаm 
İndi mən ömrümün ixtiyar çağlarını yaşayıram.  Аğа 
Mirbаğır аğа mənim atamla çox yaxşı münasibətdə olub və tez-
tez görüşürdülər. Atam danışırdı ki, Аğа Mirbаğır  аğа kimi 
hərtərəfli savadlı adamlar çox az olur. Mənim təxminən 13-14 
yaşım olanda atamla Salyana getmişdik. Cümə  məscidində 
çoxlu adam yığılmışdı. Həmin gün Аğа Mirbаğır аğа məsciddə 
moizə etdiyindən məscidin içərisi ilə yanaşı bayırda qapı tərəfdə 
də çoxlu adam var idi. Mən ilk dəfə Аğа Mirbаğır аğаnı orada 
gördüm və qəlbimdə ona qarşı böyük inam və etiqad yarandı. O 
vaxtdan 70 ildən də artıq vaxt ötməsinə baxmayaraq, mən hər 
gün axşam yatmamışdan  əvvəl  Аğа Mirbаğır  аğаnın ruhuna 
«Yаsin» surəsi oxuyuram. Sizin onun barəsində kitab 
yazmağınızı isə səmimi qəlbdən alqışlayıram. 
 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
134
MƏŞƏDİ  YUNSUR 
XАLİQ  OĞLU  ABDULLАYEV 
1934-cü il təvəllüdlü.  
Ruhani. Salyan rayonu,  
Sarvan kənd sakini.  
 
Mənim 1890-ci il təvəllüdlü babam Süleyman Səməd oğlu 
təxminən 1950-ci illərdə  Аğа Mirbаğır  аğа haqqında söhbətlər 
edərdi. O deyərdi ki, bu gün Salyanda hamının böyük məscid 
kimi tanıdığı Hacı Tağının inşa etdirdiyi məscid  Аğа Mirbаğır 
аğаnın tövsiyəsi ilə tikilib və  məscidin yerini də  məhz  Аğа 
Mirbаğır  аğа  təyin edib. Onun dediyinə görə bu məscid 1919-
1920-ci illərdə inşa edilib. Babam demişdi ki, 1929-cu illərdə 
Аğа Mirbаğır  аğа bildirib ki, sovet hökuməti bizə dinclik 
verməyəcək və  Аzərbaycanın düşünən başlarını  məhv etməyə 
çalışacaq. Həqiqətən də çox çəkmir ki, 1930-cu ildə  Аğа 
Mirbаğır аğаnı həbs edirlər. Hətta iki nəfər onun sovet hökuməti 
əlehyinə  təbliğat aparması haqqında yalandan şahidlik edir. 
Ağanın tələbələrindən Xıllıdan Kazımbala, Surradan Mircavad, 
Qaraqaşlıdan Ağacavad, Salyandan Əlibəy Ağabəyov, Asif və 
başqaları çox incidilsələr də, yalandan şahidlik etməyiblər. 
Bizim Sarvan məscidində  Аğа Mirbаğır  аğаnın nəvəsi 
Rahilə tərəfindən verilmiş onun vaxtı ilə oturduğu kreslo taxtı və 
çərçivəyə salınmış foto şəkli qorunur. Məscidə  gələn hər bir 
şəxs  Аğа Mirbаğır  аğаnın stulunu və  şəklini ziyarət etməyi 
özünə borc bilir. 
 
 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə