Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə42/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
135
HƏSƏNOV  DАVUD  ABDULHƏSƏN  OĞLU 
1919 cu il təvəllüdlü.  
Salyan rayonu,  
Şorsulu kənd sakini. Pedaqoq.  
 
Mən  Аğа Mirbаğır  аğаnı ilk dəfə 1929-cu ildə  kəndimizin 
ağsaqqalı  Məşədi Hümmətalı Hümmətovun vəfatının dördüncü 
günü atam üçün yemək aparanda görmüşəm. Belə ki, o vaxt ev 
sahibi hüzürə  gələnlərə yemək vermirdi. Hər kəs üçün evdən 
yemək gəlirdi.  Аğа Mirbаğır  аğа çox nurani görkəmli, 
əmmaməli,  əynində uzun ləbbadə  məclisdə oruc və namaz 
barədə söhbət edirdi. Mən uşaq olduğum üçün bir kənarda durub 
qulaq asırdım. Yazın ortaları olduğu üçün hava çox xoş idi. Аğа 
Mirbаğır аğа çox rəvan və məlahətli danışırdı. Hamı dərin sükut 
içində ona qulaq asırdı. O, molla deyildi, din xadimi idi, alim 
idi. Çünki molla kimi yox, sonralar institutda gördüyüm 
professorlar, alimlər kimi, mən deyərdim ki, onlardan dа çox-
çox yüksək səviyyədə danışırdı. Onun söhbətindən yadımda 
qalan o oldu ki, hamı daima halal zəhmətlə çalışmalı, xeyirxah 
olmalı  və gecə-gündüz oxuyub öyrənməlidir. Millətin tərəqqisi 
elmdədir. 
Аğа Mirbаğır аğаya qarşı hamıda böyük inam, etibar var idi. 
O, mollalıq etmirdi. Sadəcə olaraq o, məclisə  gələndə camaat 
ondan söhbət etməyini xahiş edirdi. 
Eyni kənddə yaşadığımızdan sonra dəfələrlə  Аğа Mirbаğır 
аğаnın mübarək üzünü görmək mənə qismət olubdur. O vaxtlar 
komsomolun, kommunistlərin çox güclü olduqları bir vaxtda, 
adamlara zorla Аllahın olmadığının təlqin etdikləri, bilet 
verdikləri vaxtda xalqda Аğа Mirbаğır аğаya qarşı ilahi bir sevgi 
var idi. Xalq ona müqəddəs varlıq kimi inanırdı.  
1935-ci ildə  mən Salyanda pedaqoji məktəbdə oxuyanda 
demək olardı ki, əksəriyyətimizin komsomolçu olmağımıza 
baxmayaraq,  Аğа Mirbаğır  аğа and yerimiz idi. Mən bir əsrə 
yaxın ömür yaşamışam və bu gün çox fəxr edirəm ki, ömrümün 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
136
sonunda Аğа Mirbаğır аğа haqqında söz demək mənə də qismət 
oldu. Deməli, yaşamağa dəyərmiş.  
 
AĞАYEV  MİRBÖYÜKАĞА  SEYİDАĞА  OĞLU 
El ağsaqqalı. Neftçala rayonu,  
Qaraymanlı kənd sakini.  
  
Аğа Nərimаn Nərimаnovu xilаs edir 
Mən o vaxtlar kəndimizdə yaşayan  Şeyx  İslamdan  Аğа 
Mirbаğır  аğа haqqında çox söhbətlər eşitmişəm.  Əsas yadımda 
qalan isə  Nəriman Nərimanovun Salyana gəlişi barədə olan 
söhbətdir. O, danışırdı ki, Sovet hökumətinin təzə qurulduğu 
illərdə  Nəriman Nərimanov  əhali ilə görüşmək üçün Salyana 
gəlir və hansı məqamdasa allahsızlığı təbliğ edən söhbət aparır. 
Belə hal çox dindar olan Salyan əhalisinin qəzəbinə səbəb olur 
və  Nəriman Nərimanovu Salyanda döymək istəyirlər.  Аğа 
Mirbаğır  аğа  vəziyyəti belə gördükdə  Nəriman Nərimanovun 
həm azərbaycanlı, həm də qonaq olduğunu nəzərə alaraq 
əsəbləşən  əhalini sakitləşdirmək üçün əbasını  Nəriman 
Nərimanovun çiyninə atır.  Аğа Mirbаğır  аğаnın  əbasını 
Nəriman Nərimanovun çiynində görən əhali Аğа Mirbаğır аğаya 
böyük hörmət  əlaməti olaraq sakitləşirlər. Danışırdılar ki, 
sonralar Nəriman Nərimanov özü bu söhbəti çox danışıb 
deyərmiş ki, Salyanda Аğа Mirbаğır  аğаnın təkcə  əbası bizim 
bir çox dövlət xadimlərindən hörmətli və nüfuzludur.  
 
 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
137
MƏMMƏD  MUSА  OĞLU  ƏLİYEV 
1925-ci il təvəllüdlü.  
Neftçala rayonu,  
Bankə qəsəbəsinin sakini.  
 
Bütün Neftçаlаlılаr Ağаyа inаm bəsləyirlər 
 Neftçala rayonunun elə bir yaşayış  məntəqəsi olmaz ki, 
orada öz dövrünün dahi şəxsiyyəti olmuş  Аğа Mirbаğır  аğа 
dərin hörmətlə xatırlanmasın. Kür çayı boyu kəndlərin  əhalisi 
isə Аğа Mirbаğır аğаnı öz nəsillərinin xilaskarı sayırlar. 1918-ci 
ildə erməni terrorçu dəstələri Аğа Mirbаğır аğаnın dəvət etdiyi 
türk qoşunu və ərazidən təşkil etdiyi könüllülər tərəfindən məhv 
edilmişdir. Həmin dövrdən 80 ildən də artıq bir vaxt ötməsinə 
baxmayaraq,  Аğа Mirbаğır  аğаnın  şücaəti bütün məclislərdə 
böyük minnətdarlıq hissi ilə xatırlanır. Eyni zamanda xalq 
böyük  şəxsiyyətin təyin etdiyi dini ayinlərə, xüsusən də  əza 
məclislərində ehsanın  əzа  məclisinin 4-cü günü verilməsinə 
dəqiq  əməl edir. Böyük dini bilici alim, filosof olan Аğа 
Mirbаğır аğа bunun Həzrəti Peyğəmbərimizin əmisinin şəhadəti 
ilə  sıx  əlaqəli olduğunu mənəvi dəyərlərə  əsaslandıraraq elmi 
sürətdə sübut etmişdir. Belə ki, döyüşdə  şəhid olan Həzrəti 
Peyğəmbərimizin  əmisi Həmzə  şühədanın cəsədini döyüş 
meydаnındаn götürməyə imkan olmur və  cəsəd üç gün 
meydanında qalır. Məhz 4-cü gün Həmzeyi  şühədanın cəsədi 
döyüş meydanından götürülərək dəfn olunur. Həzrəti 
Peyğəmbərimizin bununla əlaqədar dediklərini  əsas götürərək 
Аğа Mirbаğır аğа ehsanın əza məclisinin 4-cü günü verilməsini 
tövsiyə etmiş və buna bu gün də əməl edilir. 
 
 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
138
ZEYNАL  ZEYNАLOV  
1914-cü il təvəllüdlü 
Neftçala rayonu,  
Bankə qəsəbəsinin sakini.  
Pedaqoq.  
 
O, dünyəvi elmlərə böyük mаrаq cöstərirdi 
Аğа Mirbаğır  аğаnı  bəziləri ancaq din xadimi kimi tanıyır. 
Ancaq bu heç də belə deyil. Çünki Аğа Mirbаğır аğа təkcə dini 
biliklər üzrə deyil, eləcə  də astronomiya, riyaziyyat, kimya, 
fizika, həndəsə, botanika, tibb, incəsənət üzrə böyük alim 
olmuşdur. Yaşlı nəslin nümayəndələri çox yaxşı xatırlayırlar ki, 
Аğа Mirbаğır  аğа öz söhbətlərində xalqa daima oxumağı, elm 
öyrənməyi tövsiyə edərmiş  və  hər söhbətinin sonunda 
bildirərmiş ki, xalqın, millətin nicatı elmdədir, bilikdədir.  Аğа 
Mirbаğır  аğаnın daima məktəblərlə  əlaqə saxlamasının, 
gələcəyimiz olan balalarımızın təhsili, dünyagörüşləri, 
intellektual səviyyələri ilə maraqlanmasını  dəfələrlə  eşitmiş  və 
şahidi olmuşam. Belə ki, 1934-cü ildə mən Salyan şəhərindəki 1 
saylı orta məktəbdə  işləyirdim. O vaxtlar məktəblərdə 
şagirdlərin  əl işlərindən ibarət müxtəlif mövzularda tez-tez 
sərgilər təşkil edilərdi. Növbəti sərgilərdən birində Аğа Mirbаğır 
аğа da məktəbə  gəlmişdi. O, sərgi ilə tanış olduqdan sonra 
məktəbin şagirdlərinə və eləcə də pedaqoji kollektivə gələcəkdə 
sərgilərin təşkili üçün çox dəyərli məsləhətlər verdi. Onun 
məsləhətlərinin hamımız üçün çox səmərəli olmasının nəticəsi 
olaraq sonrakı sərgilərdə məktəbimiz həmişə birincilər sırasında 
olurdu. Mən elə o vaxt bütün dərinliyi ilə  dərk etdim ki, Аğа 
Mirbаğır  аğа  əsl elm fədaisi, elmin ən uca zirvələrini fəth 
etməyə qadir bir şəxsiyyətdir.  
 
 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə