------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
132
söhbətlər edib. Atamın
dediyinə görə, Аğа Mirbаğır аğа ilə tez-tez
görüşər, dini bilikləri öyrənənləri imtahan edərmişlər. Onun dediyinə
görə, kiminsə nigah kağızını almaq üçün Аğа Mirbаğır аğа ilə
Salyanda məscidə gedirmişlər. Yolda bir dəstə uşaq onların qarşısına
çıxır. Uşaqların əksəriyyəti böyük hörmətlə salam verir. Bir uşaq isə
onlara qarşı çox etinasızlıq edir. Atam soruşur ki, bu uşaqların
əksəriyyəti bizə çox hörmətlə salam verdi, yoldan çəkildi. Bu bir uşaq
isə bizə qarşı etinasızlıq göstərdi,
yoldan çəkilmədi, özünü çox
yekəxana, ləyaqətsiz apardı, bunun səbəbi nədir? Аğа Mirbаğır аğа
cavab verir ki, «Bu uşaqların valideynlərinin kəbinini böyük halallıqla
mən kəsmişəm. O bir nəfər uşağın valideynlərinin kəbinini isə
əldəqayırma, bisavad, özündən müştəbeh bir molla kəsib. Nəticəsi də
göz qabağındadır».
Atam danışardı ki, elmin elə bir sahəsi yox idi ki, Аğа Mirbаğır
аğа mükəmməl biliyə malik olmasın.
Аğа Mirbаğır аğаdan sonra 1937-ci ilin noyabrında mənim atamı
da həbs etdilər. Çox heyf ki, belə dəyərli insanları çox tez itirdik.
Allah hər ikisinə rəhmət eləsin.
Məlumat üçün bildirirəm ki, 1998-ci ildə nəşr olunmuş «Yaddaşın
bərpası» adlı qəzetdə atam barəsində məlumat vardır.
Orada qeyd
edilib ki, atam Şeyx Möhsün 1937-ci ilin noyabrında həbs edilib,
1938-ci il yanvarın 19-20-nə keçən gecə məhkəməsi olub, ona
güllələnmə hökmü oxunub. Məhkəmənin sədri erməni olub. 1938-ci il
martın 5-də güllələnibdir.
HАCI SАBİR İSMАYIL OĞLU CАVАDOV
1933-cü il təvəllüdlü.
Salyan rayonu, Yenikənd kəndi.
Ağа аğır xəstələrə şəfа verirdi
Mənim atam İsmayıl Cavad oğlu və anam Əsyabanu Məşədi
Ağacan qızı ərazidə tanınmış nəslin övladları olublar.
Hələ uşaq
vaxtlarımdan valideynlərimdən Аğа Mirbаğır аğа barəsində çox
maraqlı söhbətlər eşitmişəm. Əlbəttə ki, o vaxtlar az yaşlı
olduğumdan edilən söhbətlərin çoxusunu unutmuşam.
Valideynlərim danışardılar ki, Аğа Mirbаğır аğа yaxın
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
133
qohumum Şeyx Möhsünlə Nəcəfül-Əşrəfdə təhsil aldığından
bizim ailəmizlə çox yaxın münasibətdə olub. Yeri gəlmişkən
onu da qeyd etməliyəm ki, Аğа Mirbаğır аğаnın yaxın
qohumum Şeyx Möhsünlə Xorasanda tələbə olarkən 1887-ci
ildə çəkdirdikləri şəkil hər ikisindən əziz bir xatirə kimi dayım
Həbib Şeyx Möhsün oğlu Səfərovdadır.
Аğа Mirbаğır аğаnın kəndimizdə ağır xəstə olan bir şəxsi
doşab içirtməklə sağaltması barədə olan söhbət bu gün də
kənddə Аğа Mirbаğır аğаya böyük ehtiram hissi ilə xatırlanır.
Mən çox fəxr edirəm ki, Salyan rаyon Ağsaqqallar Şurası
Аğа Mirbаğır аğа haqqında mükəmməl bir kitab hazırlanmasını
qərara almışdır. Mən el ağsaqqalı kimi
bütün kəndimizin əhalisi
adından sizə ən səmimi minnətdarlığımı bildirirəm.
NUHBАLА NƏCƏFАLI OĞLU QƏMBƏROV
1911-ci il təvəllüdlü.
Salyan rayonu,
Yenikənd kəndi.
Hər gün onun ruhunа «Yаsin» surəsi oxuyurаm
İndi mən ömrümün ixtiyar çağlarını yaşayıram. Аğа
Mirbаğır аğа mənim atamla çox yaxşı münasibətdə olub və tez-
tez görüşürdülər. Atam danışırdı ki, Аğа Mirbаğır аğа kimi
hərtərəfli savadlı adamlar çox az olur. Mənim təxminən 13-14
yaşım olanda atamla Salyana getmişdik. Cümə məscidində
çoxlu adam yığılmışdı. Həmin gün Аğа Mirbаğır аğа məsciddə
moizə etdiyindən məscidin içərisi ilə yanaşı bayırda qapı tərəfdə
də çoxlu adam var idi. Mən ilk dəfə Аğа Mirbаğır аğаnı orada
gördüm və qəlbimdə ona qarşı böyük inam və etiqad yarandı. O
vaxtdan 70 ildən də artıq vaxt ötməsinə baxmayaraq,
mən hər
gün axşam yatmamışdan əvvəl Аğа Mirbаğır аğаnın ruhuna
«Yаsin» surəsi oxuyuram. Sizin onun barəsində kitab
yazmağınızı isə səmimi qəlbdən alqışlayıram.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
134
MƏŞƏDİ YUNSUR
XАLİQ OĞLU ABDULLАYEV
1934-cü il təvəllüdlü.
Ruhani. Salyan rayonu,
Sarvan kənd sakini.
Mənim 1890-ci il təvəllüdlü babam Süleyman Səməd oğlu
təxminən 1950-ci illərdə Аğа Mirbаğır аğа haqqında
söhbətlər
edərdi. O deyərdi ki, bu gün Salyanda hamının böyük məscid
kimi tanıdığı Hacı Tağının inşa etdirdiyi məscid Аğа Mirbаğır
аğаnın tövsiyəsi ilə tikilib və məscidin yerini də məhz Аğа
Mirbаğır аğа təyin edib. Onun dediyinə görə bu məscid 1919-
1920-ci illərdə inşa edilib. Babam demişdi ki, 1929-cu illərdə
Аğа Mirbаğır аğа bildirib ki,
sovet hökuməti bizə dinclik
verməyəcək və Аzərbaycanın düşünən başlarını məhv etməyə
çalışacaq. Həqiqətən də çox çəkmir ki, 1930-cu ildə Аğа
Mirbаğır аğаnı həbs edirlər. Hətta iki nəfər onun sovet hökuməti
əlehyinə təbliğat aparması haqqında yalandan şahidlik edir.
Ağanın tələbələrindən Xıllıdan Kazımbala, Surradan Mircavad,
Qaraqaşlıdan Ağacavad,
Salyandan Əlibəy Ağabəyov, Asif və
başqaları çox incidilsələr də, yalandan şahidlik etməyiblər.
Bizim Sarvan məscidində Аğа Mirbаğır аğаnın nəvəsi
Rahilə tərəfindən verilmiş onun vaxtı ilə oturduğu kreslo taxtı və
çərçivəyə salınmış foto şəkli qorunur. Məscidə gələn hər bir
şəxs Аğа Mirbаğır аğаnın stulunu və şəklini ziyarət etməyi
özünə borc bilir.