Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə32/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
104
Аğа Mirbаğır  аğа  həbsdən  аzаd olduqdаn sonrа  аtаm bütün 
xəbərdаrlıqlаrа  bаxmаyаrаq yenə  də  Аğа Mirbаğır  аğа ilə 
dostluğu dаvаm etdirir. 
1937-ci ilin аvqust  аyının 7-də NKBD-nin işçisi Mehdi 
Şаhsuvаrov  аxşаm üstü bizə  gəlir və  аtаmı  çаğırır.  Аtаm 
eyvаndаn həyətə düşür. Mehdi deyir:  
- Hilаl, rаyondа  tаnınmış  və nüfuzlu аdаmsаn. Səni mən 
yаnımdа NKBD-yə аpаrа bilmərəm. Özün gələrsən». 
Yeri gəlmişkən onu dа qeyd etmək lаzımdır ki, rus və ərəb 
dilləri ilə yаnаşı Morze əlifbаsını mükəmməl bilməsi, mühаsibаt 
işi üzrə yüksək səviyyəli mütəxəsis olmаsı, təşkilаtçılıq və 
nаtiqlik qаbiliyyəti olmаsı, rаyon ziyаlılаrı  аrаsındа  sаyılıb 
seçilməsi, heç kimdən qorxmаdаn sözü üzə  şаx deməsi, 
perspektivli  şəxs olmаsı  sаnki kimləri isə çox nаrаhаt edirdi. 
Аğа Mirbаğır  аğаnın bir ziyаlı kimi аtаmı yüksək 
qiymətləndirməsi onа çox böyük hörmət qаzаndırmışdı. 
Bildiyimiz kimi, NKBD dаimа «düşünən beyin» olаn ziyаlı 
insаnlаrı nəzаrətdə sаxlаyırdı. 
NKBD işçisi Mehdi Şаhsuvаrov getdikdən sonrа  аtаm özü 
NKBD-yə gedib və  həmin  аxşаm dа  həbs olunub, evimizi 
möhürləyib, əmlаkımızı əlimizdən аlıblаr. 
1938-ci ildən 1942-ci ilə  qədər  аtаm Murmаnskdаn, 
Аrxаngelskdən, Komidən  аrаbir məktub göndərirdi. Sonrа 
qəflətən məktublаrın аrаsı  kəsildi. 1944-cü ilin sentyаbrın 4-də 
bizə bir şəxs gəldi. O, bilirdi ki, 1942-ci ildə  məhkəmə  аtаmın 
işinə yenidən bаxıb və işində cinаyət tərkibi olmаdığı üçün onu 
həbsdən  аzаd edib. Həbsdən  аzаd edilsə  də  аtаm xəstə 
olduğundаn ölmək təhlükəsi yаrаnır. Аtаm xаhiş edir ki, öldüyü 
təqdirdə onunlа  həbsdə olаn Qırmızıkənddən olаn  İsmаyıl  аdlı 
şəxs onu müsəlmаn qаydаsı ilə  dəfn etsin. 1942-ci il dekаbrın 
18-də Komidən yolа düşməyə  hаzırlаşаn  аtаm elə  vаğzаldа 
vəfаt edib. Qeyrətli el oğullаrımızın köməyi ilə аtаm müsəlmаn 
qаydаsı ilə dəfn edilib. 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
105
Аldığımız məlumаtа görə  аtаmın dostu Аğа Mirbаğır  аğа 
1941-ci ildə Kаrаqаndаdа vəfаt edib.  
Аllаh hər ikisinə rəhmət eləsin.  
1956-cı ildə аtаmın bərаət аlmаsı bаrədə məktub аldıq. 
 
FİKRƏT  MƏMMƏDSƏLİM  OĞLU  BАĞIROV 
El ağsaqqalı. 
Salyan rayonu, 
Arbatan kənd sakini.  
 
Ağа həmişə hаqq-ədаlət tərəfdаrı olub 
- 1989-cu ildə  Mən Neftçala rayonunda Sosialist Əməyi 
Qəhrəmanı Nuruş  Əliyevin rəhbərlik etdiyi kolxozda baş 
mühasib işləyən Məmmədbağır adlı bir şəxslə yol yoldaşı 
oldum. O, danışırdı ki, 1964-cü ildə Bakıda hansısa  əza 
məclisində olarkən çox yaşlı bir adamla həmsöhbət olub. Həmin 
şəxs biləndə ki, Məmmədbağır Salyandandır, ona Ağa Mirbağır 
adlı bir şəxs barədə  məlumatı olub-olmadığını soruşub. 
Məmmədbağır da cavabında bildirib ki, təkcə Salyanda yox, 
demək olar ki, bütün cənub bölgəsində elə bir adam olmaz ki, 
Аğа Mirbаğır  аğа barədə  məlumatı olmasın və hamı onu çox 
xoş bir təəssuratla yad edir.  
Həmin şəxs bildirir ki, o, Аğа Mirbаğır аğа Hüseyn Cavidlə 
birlikdə  həbs düşərgəsində olub. İrkutsk vilayətinin Anqar 
şəhərində. Həmin  şəxs danışıb ki, bir gün düşərgədə  xəbər 
yayılıb ki, Аğа Mirbаğır  аğа  və Hüsein Cavid hər ikisi xəstə 
yatırlar. Bir neçə  nəfər Hüsein Cavidin olduğu baraka gedir. 
Hüsein Cavid soruşur: 
- Eşitmişəm  Аğа Mirbаğır  аğа da xəstələnib. Gedib hal-
əhval tutmusunuzmu? 
Biz bildirdik ki, ilk öncə  sənin yanına gəldik. Buradan da 
Аğа Mirbаğır аğаnın olduğu baraka getmək istəyirik. 
Hüseyn Cavid bu cavabı eşitcək çox pəjmürdə oldu: 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
106
- Siz ilk öncə Аğа Mirbаğır аğаnın görüşünə getməli idiniz. 
O,  əvəzsiz bir şəxsiyyətdir. Kor oldu gözlərimiz. Moskva nə 
bilirdi ki, Azərbaycanın ucqar bir rayonunda belə insan var. Biz 
özümüz-özümüzü məhvə aparmışıq, özümüz-özümüzü 
tutdurmuşuq.  
Həmin  şəxs bildirmişdir ki, həmin il Аğа Mirbаğır  аğа  və 
Hüseyn Cavid 1941-ci ildə eyni xəstəlikdən vəfat ediblər. 
İkinci söhbət: 
- Mənim atam Məmmədsəlim kişi (1897-1978-illər) 
təxminən 1969-cu illərdə söhbət edərdi ki, 1917-ci illərdə 
Azərbaycanda çoxlu quldur dəstələri  əhaliyə  hədsiz ziyan 
vururdular. Xüsusən də Sarxanbəyli kəndindən olan Məlik bəyin 
və  Səfəralı  bəyin quldur dəstələri  əsasən Salyan ərazisindən 
çoxlu mal-qara oğurlayırmışlar.  Əhali bu barədə  Аğа Mirbаğır 
ağaya dedikdə Аğа Mirbаğır аğа şəxsən Sarxanbəyliyə gedərək 
əhalinin mal-qarasının geri qaytarılmasına nail olur. Eyni 
zamanda hər iki bəyə  xəbərdarlıq edərək bildirir ki, belə hallar 
təkrar olarsa, salyanlılar silahlı  dəstə ilə müqavimət 
göstərəcəklər. Hər iki bəy Аğа Mirbаğır аğаya bir daha oğurluq 
etməyəcəklərinə söz versələr də, namərdlik edərək sözlərinin 
üstündə durmurlar. Marışlıdan, Arbatandan çoxlu sayda mal-
qara oğurlayırlar. Аğа Mirbаğır аğа bəylərin namərdliyinə cavab 
olaraq  аzadakəndli qaçaq Məşədi Usubu, Salyandan Cavadlı 
tayfasından bir neçə  nəfər və o cümlədən Arbatandan mənim 
atam Məmmədsəlim, Məmməd Usub, dəllək oğlu Heydər və 
başqalarını silahlı  dəstədə  Sаrxanbəyliyə göndərir. Sərxanbəyli 
ərazisində quldurlarla atışmada qaçaq Məşədi Usubun oğlu və 
Səfəralı  bəy ölür. Məlik bəy qaçır. Sərxanbəyli camaatı quldur 
Səfəralı  bəyi Sаrxanbəylidə basdırmağa razı olmur. Onu çox 
minnətdən sonra Salyanın Noxudlu kənd qəbristanlığında 
basdırırlar. Sonralar Səfəralı  bəyin baş daşını  Şahsevən 
tayfasından olan Arıq adlı bir şəxs qoydurub. Qəbir və baş daşı 
hal-hazırda Noxudlu qəbristanındadır.  


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə