26
amplitudlu və sıfır başlanğıc fazalı geniş
harmoniya zolağı olan
qısamüddətli tək impuls.
AĞARTMA (whitening) - təsvirin tərkib hissəsi
olan gümüşün bu
və ya digər, adətən, ağ, yaxud ümumiyyətlə, açıq
rəngli gümüş
duzuna çevrildiyi emal prosesi. A. üçün
müxtəlif oksidləşdi-
ricilərdən, məsələn, q ı r m ı z ı d u z d a n ,
d u z t u r ş u l u
k a l i u m d a n vəs.istifadəedilir.
AĞIL (İNTELLEKT) (wisdom/intellect) -
yüksək inkişaf etmiş və
mürəkkəb diferensiasiya edilmiş beyinə malik
orqanizmlərin psixi
fəaliyyətinin xüsusi funksiyası; informasiyanı
almaq, saxlamaq,
dəyişdirmək və vermək; yeni biliklər əxz
etmək; rasionallıqla
əsaslandınlmış qərarlar vermək, məqsədlər
müəyyənləşdirmək və
onlara çatmaq üçün fəaliyyətə nəzarət etmək; ətraf
aləmdə baş verən
vəziyyətləri qiymətləndirmə qabiliyyəti. Hazırda
A. qabiliyyətlərinin
öyrədilməsi kompüterləşmə və "süni intellekt",
yəni EHM-də bir sıra
intellektual əməliyyatlan yenidən canlandıran
(məntiqi nəticə,
ekspert qiymətləri, diaqnostika, riyazi
hesablamalar, mətn oxuma,
obrazlann tanınması və s.) mürəkkəb
proqramlar sisteminin
yaradılması xüsusi əhəmiyyət kəsb edir.
AĞIN DİNAMİK BALANSI (wbite dynamic
balance) - şaquli
və üfüqi zolaqlar şəklində qara-ağ görüntülərə
müvafiq dəyişən
parlaqlıq siqnallarının verilməsi zamanı
təsvirin rəngalma də-
rəcəsi.
AĞIN STATİSTİK BALANSI (white statistic
balance) - ekranın
parlaqlığmm dəyişməsi zamanı hər hansı bir
rəngin (adətən, ağ
rəngin) saxlanması dərəcəsi.
AXIN (flux) - kino ekranında təsvirin
tamaşaçıya yaxınlaşdıqca
böyüməsi; bir səhnənin nəzərə çarpmadan və
axıcılıqla yoxa çıxması
ilə eyni zamanda digərinin peyda olması. A. bir
kadrdan digərinə
m o n t a j yolu ilə keçid üsullarından biridir. A.
kinolentin eyni bir
parçasına iki ekspozisiyanm qoyulması nəticəsində
almır.
AXROMATİK RƏNGLƏR (achromatic
colors) - ağ, qara və
28
bütün boz rənglər. A.r. bir-birindən r ə n g i n
a ç ı q l ı q d ə r ə -
c ə s i ilə fərqlənir.
AXTARMA QURĞUSU (edit search) -
videokamerada yazılann
axtarılmasını təmin edən qurğu. Videokamerada
A.q. düyməsinin
minus (-) işarəsi olan tərəfini basdıqda son
yazılan təsvirih bir neçə
saniyəsi monitorda görünür, daha sonra
videokamera yenə "yazma"
rejiminə keçir. Əwəlcədən yazılmış lentin
üzərinə yeni təsvir
yazüırsa, əwəlki təsvirlərdən hansının pozulacağını
görmək üçün
A.q. düyməsinin müsbətlə (+) işarə edilmiş tərəfini
basmaq lazımdır.
Beləliklə, lentdə olan təsvirlərin bir neçə saniyəsi
ekranda görünəcək.
Bu düymədən istifadə etməklə verilişi istənilən
hissədən yazmağa
başlamaq mümkündür.
AİLƏ SAATI (family viewing time) - TV
verilişlərinə kütləvi
(ailəvi) baxış vaxtı. Məsələn, ABŞ-ın yayım
təşkilatlan ilə
razılaşdırılmış müddət - axşam saat 19.00-dan
21.00-ə qədər olan
vaxt. Həmin müddətdə göstərilən proqramlar
məhz bütün yaş
qrupları üçünnəzərdə tutulur.
AJİOTAJ (agiotage) - hər hansı bir hadisə,
yaxud sual ətrafında
yaranmış həyəcan, qarışıqlıq, hay-küy, maraqlar
mübarizəsi; xəbər
proqramlarında ictimai effekt yaratmaq məqsədilə
hər hansı faktın
süni olaraq şişirdilməsi.
AKADEMİZM (academism) - fəaliyyətdə
yalnız nəzəriyyəyə
söykənmək, təcrübədən uzaqlaşmaq, müasir
tələbləri nəzərə
almamaq; quru, sxematik üslubda veriliş
hazırlamaq.
AKKOMPANEMENT (accompaniment) - əsas
səsi (melodiyanı)
tamamlayan uyumlu musiqi; müğənnini raüşayiət
edən musiqi; səs
və ya çalğı aləti üçün yazılmış əsərin melodiyası
fonunda həmahəng
çalınan musiqi.
AKKORD (chord) - müxtəlif yüksəkliyi olan,
azı üç səsin eyni
anda səslənərək vahid səs kimi eşidilməsi.
AKKREDİTASİYA (accreditatioB) -
yazılı (qəzet, dərgi,
informasiya agentliyi) və elektron media (TV və
radio) nüma-
30
yəndəsinin daha dolğun, ardıcıl və sistemli
informasiya fəaliyyəti ilə
məşğul olması üçün dövlət qurumlannda (məs.,
parlamentdə, xarici
işlər nazirliyində, prezident aparatında),
idarə, müəssisə və
təşkilatlarda, ictimai birliklərdə qeydə alınması.
A. jurnalistlərə
məlumat toplamaq və yayma fəaliyyəti ilə daha
tutumlu və dəqiq
məşğul olmaq imkanı yaradır.
Xarici ölkələrdə davamlı çalışmalar zamanı
da jurnalistlər
A.-dan yararlanrrlar. A. həm qeydə alanın, həm də
qeydiyyatdan
keçənin daha davamh iş birliyinə imkan verir,
eyni zamanda KİV
materiallarının dəqiq xəbərləmə imkanlarmı
genişləndirir.
AKSENT (accent) - 1) hər hansı mətndə,
təsvirdə və musiqidə
müəyyən mənanm xüsusi vurğulanması; ayırma,
sezdirmə, nəzərə
çarpdırma, üzərinə vurğu düşən səsin fərqli
dərəcədə gücləndirilərək
deyilişi; 2) əcnəbi şəxsin tələffüzündə özünü
göstərən səs-intonasiya
elementi.
AKT (indictment/act) - 1) şahidlərin iştirakı
ilə, yaxud yoxlama
Dostları ilə paylaş: |