7
praktik sahəsində, həm də tədris prosesində çoxsaylı
çətinliklər yaratması
faktdır. Sizə təqdim olunan bu izahlı lüğət, məhz həmin
çətinlikləri qismən
aradan qaldırmaq, teleradio və kino sənətinin
terminologiyasını yığcam əks
etdirmək və ona müəyyən dərəcədə aydınlıq
gətirmək zərurətindən
yaranmışdır.
Nəzərə almaq lazımdır ki, ekran-eflr sintetik sənət
sahəsinə aid olduğu
üçün buraya teatr, ədəbiyyat, təsviri sənət, musiqi,
hüquq, dilçilik, fəlsəfə,
psixologiya, fızika, rabitə, informatika və s. sahələrdən
çoxlu sayda termin
keçmişdir. Son illərdə kino, radio və televiziya sənətində
nəzərə çarpan
dəyişikliklər bir tərəfdən yeni tendensiyalar yaratmış,
digər tərəfdən isə bu
sahəyə aid olan terminlərin məzmun tutumunu
genişləndirmişdir. Məsələn,
ilk vaxtlar "televiziya" dedikdə, yalnız təsvirin
ötürülməsi üsul və vasitəsi
başa düşülürdü, sonralar həmin vasitəyə xidmət
edən qurumlar da
"televiziya" adlandırıldı. Müəyyən vaxt keçdikdən
sonra bu qurumun
həmin vasitənin köməyi ilə yaydığı məhsullan da eyni
sözlə (məs., televiziya
8
verilişi, televiziya studiyası və s.) adlandırmağa
başladılar. Bu sözləri eynilə
"kütləvi kommunikasiya" termini haqqında da demək
olar. Belə söz
birləşməsinin işlədilməsi əleyhinə etirazlarm səbəbi
həmin anlayışın tarixən
təşəkkül tapmış çoxmənalıhğı idi.
Ənənəyə görə, həm sosial informasiyanın yayılması
prosesini, həm də
yayım kanallarının özünü kütləvi kommunikasiya
adlandırırlar. Bundan
başqa prosesin məzmunu da həmin anlayışla ifadə edilir.
Terminlərin belə
çoxmənahlığı və bunlara müvafiq olan anlayışların
diffuzluğu getdikcə,
sözün əsl mənasında, ciddi təhlükəyə çevrilir.
Azərbaycanda yeni dü
mühitinin təşəkkül tapıb formalaşmağa başladığı
indiki vaxtda belə
bir təhlükəni sovuşdurmaq, yaxud onu minimum
həddə endirmək
üçün lüğətdə bu sayaq terminlərin mənasının
dəqiq izahına cəhd
göstərilmişdir.
Müəllif lüğəti hazırlayarkən mənbə kimi
ensiklopediya və lüğətlərdən
istifadə etmiş, kino, radio və televiziya ilə bağlı
terminləri diqqətlə
toplamış, bu sahələrə aid elmi, monoqrafik, metodik
ədəbiyyatlarda, ingilis
9
və rusdilli məlumatlarda, sözlüklərdə, ixtisas
jurnallarında, reklam
materiallarında, servis sənədlərində rast gəlinən çoxlu
sayda terminləri
araşdırmış, onların dəqiq semantikasını öyrənmiş, bəzi
terminlərin izahını
olduğu kimi, bəzilərini isə cüzi əlavələr və
dəyişikliklərlə vermişdir.
Lüğətdə sırf kino, televiziya və radio terminləri ilə
yanaşı, başqa elm və
sənət sahələrinə (təsviri sənət, teatr, kulturologiya,
musiqi, fızika,
sosiologiya, dilçilik və s.) aid bəzi terminlər də öz
əksini tapmışdır.
Məsələn, lüğətdə verilmiş inkrustasiya, simmetriya,
işıq-kölgə (təsviri sənət),
unison, oberton, ritm, populyar, vokal (musiqi),
auditoriya, kommunikator,
informasiya (sosiologiya), podium, avansəhnə, alqoritm
(teatr), diksiya, nitq,
mətn (dilçilik) və s. terminlər aid olduqları sahələrlə
yanaşı, həm də artıq
çoxdan kinonun, televiziya və radionun işlək anlayışlar
fonduna keçmişdir.
Lüğətə, həmçinin məişət və peşəkar televideo və radio
cihazları ilə bağlı
çoxlu sayda termin və onların izahı da daxil edilmişdir.
Müəllif elm və
texnikanın bu istiqamətdə istehsalata gətirdiyi
mürəkkəblikləri, demək olar
10
ki, hər gün dəyişən texnologiyanın yüksələn xətlə gedən
inkişafını nəzərə
alaraq yeni terminlərin izahına xüsusi diqqət yetirmiş,
xüsusən indi kino və
TV-də geniş tətbiq olunan kompüter qrafıkası və
rəqəmli texnologiya ilə
bağh terminlərə geniş yer vermişdir. Televiziyaya, kino
və radioya həm öz
ifadə vasitələri olan sənət, həm kütləvi informasiya
vasitəsi, həm də texniki
nailiyyətlər daşıyıcısı kimi baxan bu nəşr kino sənəti,
teleradio, ümumilikdə
KİV sahəsində çahşan yaradıcı və texniki işçilər,
tərcüməçilər, teleradionun
texniki sahələrini öyrənənlər, onun istehsalı və
istismarı sahəsində
çalışanlar, habelə geniş tamaşaçı və dinləyici
kütləsi üçün faydalı ola
bilər.
Şübhəsiz ki, ölkə ictimaiyyətinin istedadh
jurnalist və populyar
teleaparıcı kimi tanıdığı müəllifin -
Q.Məhərrəmlinin bütün sahə
yeniliklərini (texnoloji, texniki, yaradıcıhq və s.)
özündə əks etdirən bir
strukturda - televiziyada uzun müddət səmərəli çalışması
və nəzəri hazırlığı
lüğət üçün material toplanması, müxtəlif terminlərin
məna çalarlarmm
Dostları ilə paylaş: |