57
nəql etdiyi hədislər, onun iddiasının əksini isbat edir. Belə ki, bütün bu hədislərdə
Quranın ramazan ayındakı nüzulu, onun “Beytul-mə`mur”a nüzulu təfsir edilmiş-
dir. Əlbəttə, “ət-Təmhid”də hədisin yalnız bir hissəsinə istinad edilib, lakin biz
burada hədisin tam mətnini qeyd edirik:
Həfs ibn Ğiyas deyir ki, mən İmam Sadiqdən (ə) soruşdum: “Quranda buyu-
rulur ki, “Ramazan ayı Quranın nazil olduğu aydır”, halbuki, Quran əvvəldən
axıra 20 il ərzində nazil olmuşdur?” İmam (ə) buyurdu:
.ًﺔَﻨَﺳ َﻦﻳِﺮْﺸِﻋ ِﻝﻮُﻁ ﻰِﻓ َﻝَﺰَﻧ ﱠﻢُﺛ ِﺭﻮُﻤْﻌَﻤْﻟﺍ ِﺖْﻴَﺒْﻟﺍ ﻰَﻟﺇ ًﺓَﺪِﺣﺍَﻭ ًﺔَﻠْﻤُﺟ ُﻥﺍَءْﺮُﻘْﻟﺍ َﻝَﺰَﻧ
“Quran birdəfəyə “Beytul-mə`mur”a nazil oldu, sonra 20 il ərzində nazil
oldu.”
1
Əyaşinin nəql etdiyi hədisdə də – belə ki, “ət-Təmhid”in müəllifi bu hədisə
istinad etmişdir – Quranın “Beytul-mə`mur”a nüzulu qeyd olunub. Bu hədislər,
əsasən, Quranın birdəfəyə “Beytul-mə`mur”a nazil olmasını çatdırmaq istəyir,
nəinki Quranın ramazan ayında nazil olmağa başlandığını.
6- “ət-Təmhid”in müəllifi bəhsin sonunda öz nəzərini isbat etmək və Qura-
nın “Beytul-məmur”a nüzulunu inkar etməkdən ötrü – qeyd edək ki, Şeyx Səduq
Quranın “Beytul-məmur”a nazil olduğunu qəbul edir – Şeyx Mufidin bu sözünə
istinad edir:
Səduqun bu mövzuda nəql etdiyi hədis (yuxarıda qeyd olunan hədis) “vahid
xəbər”dir və bu, nə elmə, nə də əmələ bais olmur...
2
Çox maraqlıdır ki, Quranın 20 il ərzində nazil olduğunu isbat etmək lazım
gəldikdə bu hədisin ikinci yarısına istinad edilir, lakin Quranın “Beytul-mə`mur”a
nazil olduğunu inkar etmək üçün Şeyx Mufidin sözünə istinad edilir və bu vaxt
hədis heç bir dəyər və etibarı olmayan“vahid xəbər” olur!
7- Quranın nüzulu barədəki sözügedən üç ayədən bu nəticəni çıxarmaq – yəni
ayələrdə Quranın birdəfəyə nüzulu deyil, nüzulun başlanmasının nəzərdə tutuldu-
ğunu nəticə çıxarmaq - ayələrin zahirinə ziddir. Qeyd etdiyimiz kimi, hər üç ayə,
xüsusilə də, Duxan surəsinin 3-cü ayəsi bütün Quranın nazil olduğuna dəlalət edir.
Bu barədə başqa mətləblər də vardır və növbəti fəsildə bu barədə bəhs oluna-
caqdır.
Fəslin əsas mətləbləri:
1. Be`sət, yəni Həzrət Məhəmmədə (s) peyğəmbərlik verilməsi, rəcəb ayının
27-də “Ələq” surəsinin ilk beş ayəsinin nazil olması ilə baş verdi. Bu mətləb,
Məsum İmamların (ə) buyurduqları çoxsaylı hədislərdə açıqlanmışdır.
1
Usuli-kafi, c.2, s.269; əl-Mizan, c.2, s.29.
2
ət-Təmhid fi Ulumil-Quran, c.1, s.92.
58
2. Quranın ramazan ayında və Qədr gecəsində nazil olduğunu bəyan edən
ayələr (fəslin əvvəlində qeyd olunan üç ayə) bu nüzulun Həra mağarasında baş
verdiyinə dəlalət etmir. Buna görə də, be`sətin tarixini müəyyən etmək üçün bu
ayələrə istinad edə bilmərik.
3. Bir çox hədislərə əsasən, sözügedən ayələr başqa bir nüzula və bu nüzulun
be`sətin baş verdiyi məkandan başqa bir məkanda baş verdiyini bəyan edir.
4. Sözügedən ayələrin zahirindən Ramazan ayının mübarək gecəsi olan Qədr
gecəsində bütün Quranın nazil olduğu nəticə çıxarılır. Bu da həmin ayələrin be`sət
və onun tarixi ilə əlaqəsi olmadığını isbat edir.
59
İkinci fəsil
Birdəfəyə nüzul və tədrici nüzul
A) Quranın birdəfəyə nüzulu
Quranın ramazan ayında nüzuluna dəlalət edən ayələrin be`sət ilə əlaqəsi ol-
madığı məlum olduqdan sonra bu sual ortaya çıxır ki, görəsən, Quranın söz açdığı
nüzul hansı nüzuldur?
Belə başa düşülür ki, Quranın müxtəlif nüzulları olub. Çünki çoxlu şiə və əhli-
sünnə hədislərində bu məsələyə toxunulubdur. Cəlaləddin Siyuti deyir:
Quranın Lövhi-məhfuzdan nazil olması barədə üç nəzəriyyə vardır:
Birinci nəzəriyyə: Qədr gecəsində bütün Quran dünya səmasına nazil olmuş,
sonra 20 il, yaxud 23 il, yaxud da 25 il ərzində
1
tədricən nazil oilmuşdur.
Səid ibn Cubeyr, İbn Abbasdan nəql etmişdir ki, bütün Quran Qədr gecəsində
dünya səmasına ulduzların məkanına nazil olmuş, sonra Mütəal Allah ayələri bir-
birinin ardınca Öz elçisinə nazil etmişdir.
Əkrəmə də İbn Abbasdan bu məzmunda bir hədis nəql etmişdir.
İbn Abbasdan nəql olunan başqa bir hədisdə qeyd edilir ki, bütün Quran nazil
oldu və dünya səmasında “Beytul-izzə”də qərar tutdu. Sonra camaatın suallarına
və əməllərinə cavab olaraq Cəbrail onu Peyğəmbərə (s) nazil etdi.
Bu nəzəriyyə daha düzgün hesab edilir və daha məşhurdur (yəni əksəriyyətin
qəbul etdiyi nəzəriyyədir).
İkinci nəzəriyyə: Quran hər ramazan ayının 20-ci, yaxud 23-cü, yaxud da 25-
ci gecəsi dünya səmasına nazil olub. Belə ki, hər Qədr gecəsində Mütəal Allah
qarşıda gələn il ərzində nazil olacaq ayələri bir yerdə dünya səmasına nazil etmiş,
sonra həmin ayələr il ərzində tədricən nazil olmuşdur.
Üçüncü nəzəriyyə: Quranın ramazan ayında nüzulu dedikdə, Quranın nazil
olmağa başlanması nəzərdə tutulur. Daha sonra Quran ayələri tədricən hissə-hissə
nazil olmuşdur.
2
Şiə qaynaqlarında olan bir sıra hədislərdə Quranın “Beytul-mə`mur”a nazil
olmasından söz açılmış, bu hədislərin bəzisində qeyd edilmişdir ki, “Beytul-
mə`mur” dördüncü səmada yerləşir. Amma dördüncü səmanın harada olması və
1
Bu fikirayrılığı be`sətdən sonra Həzrət Peyğəmbərin (s) Məkkədə yaşadığı müddət barədə mövcud olan
fikirayrılığından irəli gəlir.
2
əl-İtqan fi Ulumil-Quran, c.1, s.129-131.
60
“Beytul-mə`mur”un nə olması bizə məlum deyildir. Bu hədislərdən yalnız bu əldə
olunur ki, “dördüncü səma” və “Beytul-mə`mur” adlı bir yer vardır və Quran
Qədr gecəsində ora nazil olmuşdur.
Əllamə Təbatəbainin bu barədə başqa bir nəzəriyyəsi vardır. Onun nəzə riy-
yəsinin xülasəsi belədir:
Quranın ramazan ayının mübarək Qədr gecəsində nüzulu barədə olan ayələrə
diqqət yetirdikdə və hər üç ayədə “ﻞﻳِﺰْﻨَﺗ”'>“ﻞﻳِﺰْﻨَﺗ” felinin deyil, “ﻝﺍﺰْﻧﺇ” felinin işləndiyini
gördükdə bu qənaətə gəlirik ki, bu ayələrdə Quranın birdəfəyə nüzulu nəzərdə
tutulur. ( “ﻝﺍﺰْﻧﺇ” feli “ if`al” babında, “ﻞﻳِﺰْﻨَﺗ” isə “ təf`il” babındadır. “Təf`il” babı
“if`al” babının əksinə olaraq, çoxluğu ifadə edir.) Quranın birdəfəyə nüzulunun
səbəbini isə belə izah etmək olar:
Quran bizim bəşəri ağlımıza sığmayan bir həqiqətə malikdir. Hud surəsinin
1-ci ayəsində bu mətləbə işarə edilir, buyurulur:
.ٍﺮﻴِﺒَﺧ ٍﻢﻴِﻜَﺣ ْﻥُﺪَﻟ ْﻦِﻣ ْﺖَﻠﱢﺼُﻓ ﱠﻢُﺛ ُﻪُﺗﺎَﻳﺍَء ْﺖَﻤِﻜْﺣُﺍ ٌﺏﺎَﺘِﻛ
“(Bu,) bir kitabdır ki, onun ayələri möhkəmlənmiş (təsbit edilmiş), sonra
hikmət sahibi və (hər şeydən) xəbərdar (Allah) tərəfindən müfəssəl izah edil-
mişdir.”
Ayədə “ ْﺖَﻤِﻜ ْﺣُﺍ” sözü, “ ْﺖَﻠﱢﺼُﻓ” sözünün müqabilindədir. Yəni bir mərhələdə Qu-
ranın hissələri olmayıb, sonrakı mərhələdə gördüyümüz bu hissələrə, ayələrə ay-
rılıbdır. “Ə`raf” surəsinin 53-cü və “Yunus” surəsinin 39-cu ayələri də bu mətləbə
dəlalət edir. Bu ayələrdən ən aydını isə “Zuxruf” surəsinin 1-4-cü ayələridir:
.ٌﻢﻴِﻜَﺣ ﱞﻰِﻠَﻌَﻟ ﺎَﻨْﻳَﺪَﻟ ِﺏﺎَﺘِﻜْﻟﺍ ﱢﻡُﺍ ﻰِﻓ ُﻪﱠﻧﺇ َﻭ . َﻥﻮُﻠِﻘْﻌَﺗ ْﻢُﻜﱠﻠَﻌَﻟ ﺎًّﻴِﺑَﺮَﻋ ﺎًﻧﺍَءْﺮُﻗ ُﻩﺎَﻨْﻠَﻌَﺟ ﺎﱠﻧﺇ .ِﻦﻴِﺒُﻤْﻟﺍ ِﺏﺎَﺘِﻜْﻟﺍ َﻭ .ﻢﺣ
“Ha-mim. And olsun bu açıq-aydın (və aydınlıq gətirən, haqqı batildən ayı-
ran) kitaba. Həqiqətən, Biz onu ərəbcə bir Quran etdik ki, bəlkə düşünəsiniz
(onu anlaya biləsiniz). Həqiqətən, bu (Quran), Bizim yanımızda “Ana kitab”da
(Lövhi-məhfuzda) uca məqam, hikmət sahibidir.”
Yuxarıdakı ayələrdə bəyan olunur ki, bu “ açıq-aydın kitab” ( ِﻦﻴِﺒُﻤْﻟﺍ ِﺏﺎﺘِﻜْﻟﺍ)
“ Ummul-kitab”da ( ِﺏﺎﺘِﻜْﻟﺍ ﱢﻡُﺍ ﻰﻓ) ərəb dilində olan kəlmələr deyilmiş, hissələri yox
imiş. Bəşərin başa düşə bilməsi üçün ərəb dilində olan kəlmələr qəlibinə salınıb.
Bu və digər ayələr bizə əsas verir ki, deyək: Quranın ramazan ayındakı nüzulu,
Quranın həqiqətinin Həzrət Peyğəmbərin (s) mübarək qəlbinə birdəfəyə nüzulu-
dur. Necə ki, Quran, “ ْﺖَﻠﱢﺼُﻓ” mərhələsində iyirmi üç il ərzində Həzrət Peyğəmbərin
(s) qəlbinə tədricən nazil olmuşdur.
1
Əllamə Təbatəbai “Taha” surəsinin 114-cü ayəsini və “Qiyamət” surəsinin 16-
17-ci ayələrini Quranın həqiqətinin əvvəlcədən Həzrət Peyğəmbərin (s) qəlbinə
nazil olduğuna sübut gətirir:
1
əl-Mizan, c.2, s.16-18; Zəncani, Tarixul-Quran.
Dostları ilə paylaş: |