73
“Allah sənə elə bir uca məqam bəxş etmişdir ki, şahların səltənəti onun yanın-
da kiçikdir.”
“ﺓﺭﻮُﺳ” sözü “uca məqam” mənasında işləndikdə, onun cəm forması “ﺭﻮُﺳ”,
“ﺭَﻮُﺳ”, ”ﺕﺍﺭﻮُﺳ ”, ”ﺕﺍﺭَﻮُﺳ ” olacaqdır.
“ﺓﺭﻮُﺳ” sözünün yuxarıdakı lüğəvi mənaları onun Quran terminində olan
mənasına – “Bismillah”la başlayan xüsusi bir qəlibdə olan hissə - uyğun gəlir.
Əgər “ﺓﺭﻮُﺳ” məhmuz söz olan ”ﺭ ْﺆُﺳ ” sözündən düzəlibsə, bu təqdirdə “surə”
Quranın bir hissəsi olduğu üçün belə adlanıb. Lakin əgər qeyri-məhmuz söz olan
“ ﺭﻮُﺳ ” sözündən düzəlibsə, bu təqdirdə Quran surəsi alınmaz bir qala olduğundan
belə adlanıb: necə ki, şəhərin qala divarları şəhəri əhatəyə alır, surə də qala divar-
ları kimi ayələri əhatəyə alıb və onları bir-birilə əlaqələndirir.
Üçüncü mənada isə surə Allah kəlamı olduğuna görə “uca məqama” malikdir,
yaxud surəni oxumaq qarinin məqamının ucalmasına səbəb olur.
Belə görünür ki, yuxarıdakı üç ehtimaldan üçüncüsü daha düzgündür. Çünki
Quranda “ ﺓﺭﻮُﺳ ” sözünün cəmi “ﺭَﻮُﺳ” olaraq işlənib.
Qurani-Kərimdə “ ﺓﺭﻮُﺳ ” sözü tək formada - əlbəttə, terminoliji mənada - 9
yerdə işlənib.
* * *
C) Quranın surələrə bölünməsinin fəlsəfəsi və faydaları
Şübhəsiz ki, Mütəal Allahın bəşərə göndərdiyi sonuncu kitabını belə hissələrə
bölməsi hikmətsiz və səbəbsiz deyildir. Çünki Quranda hətta hərflər və kəlmələr
belə xüsusi diqqət və zərifliklə seçilmişdir. Quranşünaslar isə Quranın böyüklü-
kiçikli müəyyən sayda surələrə - belə ki, ən kiçik surə üç ayədən ibarət “Kövsər”
surəsi, ən böyük surə isə 286 ayədən ibarət “Bəqərə” surəsidir - bölünməsinin bir
sıra faydalarını sadalamışlar. Biz burada həmin faydalardan bir neçəsini nəzərinizə
çatdırır, eyni zamanda xatırladırıq ki, sadalanan faydalar bunlarla məhdudlaşmır.
1. Quranda müxtəlif mövzuların olması:
Quranın əksər surələri - hətta bəzi təfsirçilərin fikrincə, Quranın hər bir surəsi -
xüsusi bir mövzunu əhatə edir.
1
Yəni müəyyən bir mövzuya aid ayələr bir surədə
bir-birinin kənarında yer almışdır. Məsələn, “Yusuf” və “Nəml” surələri ilahi
peyğəmbərlərin hekayəti, “Fil” surəsi tarixi bir hadisə barədədir.
2. Quranın qiraətinin, öyrənilməsinin və əzbərlənməsinin asanlaşması:
Quranın surələrə bölünməsi ilahi kəlamın öyrənib-öyrədilməsini asanlaşdır-
mışdır. Quranın bir hissənini (yəni bir surəni) öyrənən və əzbərləyən şəxs, səadət
mərhələlərindən birini fəth etmiş şəxs kimi növbəti mərhələləri fəth etməyə can
1
Təfsir kitablarına müraciət edin. Məsələn, “əl-Mizan” təfsiri, surələrin təfsirinin başlanğıcında.
74
atır. Bu, Quranın əzbərlənməsində daha aydın müşahidə edilir. Quranın kiçik və
böyük surələrə bölünməsi onun əzbərlənməsini asanlaşdırmışdır.
3. Quranın təhrifdən qorunması:
Deyə bilərik ki, Quranın “surə” adlanan hissələrə bölünməsi bu səmavi kitabın
möcüzəvi cəhətlərindən biridir. Quranın hissələrə bölünməsi onun əzbərlənməsini
- xüsusilə də, nüzulun əvvəllərində həcmcə kiçik və ahəngdar olan məkki
surələrinin əzbərlənməsini – asanlaşdırmış, hər bir müsəlmana bu surələrin ən
azı bir neçəsini yadda saxlamağa, əzbərləməyə şərait yaratmışdı. Əlbəttə, bütün
Quranı əzbər bilən hafizlərin də sayı – Quran hafizləri barədə gələcək fəsillərdə
ətraflı danışılcaqdır - az deyildi. Bu da Quranın təhrifdən qorunmasını təmin et-
mişdir.
4. Hətta ən kiçik surənin oxşarını gətirməkdə bəşərin acizliyi:
Bildiyiniz kimi, Quran surələrində ayələrin sayı fərqlidir. Digər tərəfdən də
məlum olduğu kimi, Mütəal Allah bu kəlamın ilahi kəlam olduğuna şəkk-şübhə
ilə yanaşanları və etiraz mövqeyindən çıxış edənləri mübarizəyə çağırmışdır:
“Əgər bacarırsınızsa, siz də onun surələri kimi bir surə gətirin!”
Surələrin kiçikli-böyüklü olması və həcmcə müxtəlifliyi isə bu həqiqətə işarə
edir ki, surənin kiçikliyi və ya böyüklüyü ilahi kəlamın möcüzəliyi üçün şərt de-
yil. Surə kiçik olsa belə, yenə də əzəmət və möcüzəliyin zirvəsindədir.
* * *
Ç) Surələrin qruplaşdırılması
Quranşünaslar Quran surələrini bir baxımdan 4 qismə ayırmış və onlara xüsusi
adlar vermişlər:
1. ﻝَﻮﱡﻄﻟﺍ ُﻊْﺒﱠﺴﻟَﺍ (əs-Səb`ut-tuvəl)
1
: Bunlar Quranın 7 böyük surəsidir. Əksər
alimlərin fikrincə, həmin surələr bunlardır: Bəqərə, Ali-İmran, Nisa, Maidə,
Ən`am, Ə`raf. Lakin yeddinci surə barədə fikirayrılığı vardır. Səid ibn Cubeyrin
hədisinə istinadən, yeddinci böyük surə “Yunus” surəsidir, lakin bəziləri “Kəhf”
surəsinin yeddinci böyük surə olduğunu qəbul edirlər.
2
2. ﻥﻮُﺌَﻤْﻟَﺍ (əl-Məun): Bu surələr “Tuvəl”, yəni uzun surələrə nisbətən kiçikdir
və ayələrinin sayı yüzdən çoxdur: Tövbə, Nəhl, Hud, Yusuf, Kəhf, İsra, Ənbiya,
Taha, Mu`minun, Şuəra və Saffat.
3. ﻰﻧﺎَﺜَﻤْﻟَﺍ (əl-Məsani): Bu surələrin ayələrinin sayı yüzdən azdır və təxminən
iyirmi surədir. Onların “əl-Məsani” adlanmasının səbəbi, “əl-Məun” surələrdən
sonra gəlmələridir. “ﻰْﻨَﺛ” sözü “yönəlmə, birləşmə” mənasını bildirir. “Məsani”
sözü üçün başqa mənalar da qeyd olunub.
1
“
ﻁﹸﻭﹶﻝ” (tuvəl), “ ﻃﻮﻟﻰ ٰ” sözünün cəm formasıdır, necə ki, ” ﻙﹸﺏﹶﺭ” (kubər), “ﻙﹸﺑﺮﻯٰ” sözünün cəm formasıdır.
2
əl-İtqan, c.1, s.199, növ: 18.
75
4. ﻞﱠﺼَﻔُﻤْﻟَﺍ (əl-Mufəssəl): Kiçik surələr “mufəssəl” adlanıb. Çünki bu surələr kiçikdir
və bir-birindən “Bismillah”la ayrılır (“ﻞ ْﺼَﻓ” - “ayrılma” deməkdir). Yaxud bu surələrdə
ayələrin fasilələri nisbətən çoxdur. “Nas” surəsinin “mufəssəl” surələrin so nuncusu
olduğu barədə fikir birliyi olsa da, lakin hansı surənin birinci “mufəssəl” surə olduğu
barədə fikirayrılığı vardır. Siyuti bu barədə 12 nəzəri qeyd etmişdir ki, “ət-Təmhid”
əsərinin müəllifi onlar arasından “ər-Rəhman” surəsininin birinci “mufəssəl” surə ol-
duğunu qəbul etmişdir. “Mənahilul-irfan” və “Mucizu Ulumil-Quran” əsərlərində isə
“Hucurat” surəsinin birinci “mufəssəl” surə olduğu qeyd edilib.
1
Hədislərin birində Həzrət Peyğəmbər (s) belə buyurub:
،ﻰِﻧﺎَﺜَﻤﻟﺍ ِﻞﻴِﺠْﻧﻹﺍ َﻥﺎَﻜَﻣ ُﺖﻴِﻄْﻋُﺍ َﻭ ، َﻦﻴِﺌَﻤﻟﺍ ِﺭﻮُﺑﱠﺰﻟﺍ َﻥﺎَﻜَﻣ ُﺖﻴِﻄْﻋُﺍ َﻭ ،ِﻝَﻮﱡﻄﻟﺍ َﻊْﺒﱠﺴﻟﺍ ِﺓﺍَﺭْﻮﱠﺘﻟﺍ َﻥﺎَﻜَﻣ ُﺖﻴِﻄْﻋُﺍ
.ﻞﱠﺼَﻔُﻤْﻟﺎِﺑ ُﺖْﻠﱢﻀُﻓ َﻭ
“Mənə Tövratın əvəzinə Quranın yeddi böyük surəsi, Zəburun əvəzinə “məun”
surələri və İncilin əvəzinə “məsani” surələri verilmişdir. “Mufəssəl” surələr vasi-
tə silə mən başqalarından üstün oldum.”
2
Quran surələrini başqa bir meyar əsasında da qruplaşdırıblar. Məsələn,
“Mumtəhinat” surələri, “Musəbbihat” surələri, “Həvamim” surələri (“ha-mim”lə
baş layan surələr) və “Əzaim” surələri (vacib səcdəsi olan surələr: Səcdə, Fussilət,
Nəcm və Ələq surələri).
Surələrin qruplaşdırılması barədə kitabın dördüncü hissəsində “Səhabələrin
mushəflərinin xüsusiyyətləri” başlığı altında da söz açacağıq.
* * *
D) Quran surələrinin, ayələrinin və kəlmələrinin sayı
1- Surələrin və ayələrin sayı:
Quranda 114 surə olduğu hamılıqla qəbul edilir. Amma Quranın ayələrinin
sayı barədə fikirayrılığı vardır. Lakin bu fikirayrılığı heç də ayələrin azaldılması
və ya çoxaldılması mənasında başa düşülməməlidir. Bu fikirayrılığı, surələrdə
ayələrin sayının hesablanma üsulundan qaynaqlanır.
Bəzi quranşünasların nəzərinə görə bu fikirayrılığının səbəbi budur: Əvvəlcə
Həzrət Peyğəmbər (s) hər ayənin başlanğıcında (hər ayə başlananda) bir qədər
dayanardı. Məlum olduqdan sonra (ayənin başlanğıcı məlum olduqdan sonra) isə
bir ayəni digər ayəyə birləşdirib qiraət edərdi. Bu səbəbdən də, bəziləri ayənin
tamamlanmadığını güman edirdilər. Bu məsələ, ayələrin sayı barədə müsəlmanlar
arasında fikirayrılığının yaranmasına səbəb olmuşdur.
3
1
Müraciət edin: “əl-İtqan”, c.1, s.200, növ: 18; “ət-Təmhid”, c.1, s.251; “Mənahilul-irfan”, c.1, s.352;
“Mucizu Ulumil-Quran”, s.180.
2
əl-İtqan, c.1, s.180, növ: 17.
3
əl-İtqan, c.1, s.21, növ: 19; Mucizu Ulumil-Quran, s.181.
Dostları ilə paylaş: |