Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə28/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   110

88
müşriklərin inanclarına qarşı mübarizə; andların çoxluğu; keçmiş peyğəmbərlərin 
hekayətlərindən daha çox danışılması; surələrin kiçik olması; ayələrin qısa və 
qafiyəli olması.
4. “Mədəni” surələrin  əsas xüsusiyyətləri bunlardır: Kitab-əhlinin yanlış 
inanclarına etiraz; münafiqlərə etiraz; cihada dəvət və onun hökmləri; vacibat-
ların, cəza ölçülərinin, irs məsələlərinin, siyasi-iqtisadi qanunların izahı; ayə və 
surələrin uzun olması.
5. Quranda 86 surə “məkki”, 28 surə “mədəni”dir.
Üçüncü hissənin sualları:
1. Hansı  səbəbə görə Qurani-Kərimin iki növ nüzulu (birdəfəyə  və  tədrici) 
vardır?
2. “ət-Təmhid”in müəllifinin Quranın nüzulu barədə olan nəzəriyyəsini deyin 
və iradları bəyan edin.
3.  Şə`ni-nüzul, yəni ayənin nazil olma səbəbi nə deməkdir?  Şə`ni-nüzul 
hədisləri nə dərəcədə etibarlıdır (səhihdir)?
4. “Ayə” və “surə”nin tərifini deyin.
5. Nə üçün Quran müxtəlif surələrə bölünmüşdür?
6. “Səb`ut-tuvəl” (7 uzun surə) və “məun” surələr hansılardır?
7. Quranın surə, ayə və kəlmələrinin sayını deyin.
Araşdırma üçün suallar:
1. Digər səmavi kitabların, məsələn Tövrat və İncilin də iki növ nüzulu olmuş-
durmu? İzah edin.
1
2. Sə`ni-nüzulu olan üç Quran ayəsini bəyan edin. 
3. Xüsusi bir mövzunu əhatə edən bir neçə Quran surəsinin adını çəkin.
4. Şərab ayələrinin şə`ni-nüzulunu və onların nüzul ardıcıllığını araşdırın.
5. Nə üçün “məkki” ayə və surələrin həcmi “mədəni” ayə və surələrdən çox-
dur?
1  “
əl-İtqan”, c. 1, növ: 16.


89
DÖRDÜNCÜ HŽSSé
QURAN¯N TARŽXŽ (3)
 
QURAN¯N 
YAZ¯LMAS¯ 
V€ Y¯ž¯LMAS¯


90
Dördüncü hissə: Quranın yazılması və yığılması
Birinci fəsil: Həzrət Peyğəmbərin (s) dövründə Qurani-Kərimin yazıl-
ması və yığılması
İkinci fəsil: Həzrət Əli ibn Əbu Talibin (ə) mushəfi
Üçüncü fəsil: Quranın birinci xəlifə Əbu Bəkrin dövründə cəm edilməsi
Dördüncü fəsil:  Quranın üçüncü xəlifə Osman ibn Əffanın dövründə 
cəm edilməsi
Beşinci fəsil: Quranın yazı xətti
Bu hissədə nəzərdə tutulan hədəflər:
- Həzrət Peyğəmbərin (s) dövründə Qurani-Kərimin kitabəti, vəhy katibləri 
və vəhyin hansı əşyalar üzərində yazılması barədə məlumatlanmaq;
- Həzrət Əli ibn Əbu Talibin (ə) cəm etdiyi mushəfin xüsusiyyətləri ilə tanış 
olmaq;
- Quranın tarixi zəminində Həzrət Peyğəmbərin (s) vəfatından sonra yara-
nan ən mübahisəli mövzulardan birinin araşdırılması;
- Quranın Həzrət Peyğəmbərin (s) vəfatından sonra cəm edildiyi ilə mavafiq 
olanların və bu məsələyə müxalif olanların dəlillərini bilmək;
- Tarix və hədis mənbələrində Qurani-Kərimin yazılması və yığılması işinin 
araşdırılması;
- Bəzi tanınmış səhabələrin mushəfləri ilə tanışlıq;
- Üçüncü xəlifə Osmanın Qurani-Kərimin ikinci dəfə cəm edilməsi və “va-
hid mushəf”in yaradılmasına dair göstərişi, bu işin səbəbləri, vahid mushəfin 
yaradılması  işi üçün təşkil edilən heyətin üzvləri, Osmanın mushəflərinin 
sayı və bu mushəflərin taleləri barədə məlumatlanmaq;
- Bir sıra suallara, məsələn, “Surələrdə ayələrin ardıcıllığı və ya mushəfdə 
surələrin ardıcıllığı “toqifi”, yoxsa “ictihadi”?” kimi suallara verilən cavab-
ları bilmək, həmçinin Quranın xilafət tərəfindən cəm edilməsinə Əhli-beytin 
(ə) münasibətini bilmək;
- Quran kəlmələrinin hərəkələnməsi və hərflərin nöqtələnməsi işinin ilk dəfə 
həyata keçirilməsini araşdırmaq;
- Quranın yazı xəttinin keçdiyi mərhələlər ilə tanışlıq.
 
Bu hissədə istifadə olunan əsas mənbələr:
Biharul-ənvar, c.89; əl-Mizan, c.12, s.118-132; Quran dər İslaməl-Bəyan 
fi təfsiril-Quran;  Həqaiqun hammətun həvləl-Quranil-Kərim;  Səhih-
Buxariəl-İtqan, növ:18; əl-Burhan, növ: 13; ət-Təmhid fi Ulumil-Quran
c.1; Mənahilul-irfan, c.1; Tarixul-Quran, Əbu Abdullah Zəncani; Tarix-e 
Quran, Dr. Mahmud Ramyar və Dr. Seyid Məhəmmədbaqir Huccəti.


91
Birinci fəsil
Həzrət Peyğəmbərin (s) dövründə 
Qurani-Kərimin yazılması və yığılması
Quranın kitabəti (yazılması) və  cəm edilməsi (yığılması), Quran elmlərinin 
mühüm mövzularından biridir. 
Tarix şahidlik edir ki, ilahi vəhy camaat tərəfindən vəsfə sığmayacaq bir şövq 
və istəklə qarşılandı. Müsəlmanlar ciddi-cəhdlə Quranı əzbərləmiş və yazmışdırlar.
Quranın əzbərlənmə mərhələsi
İlk  əvvəl, Həzrət Peyğəmbər (s) və onun səhabələri Quranı  əzbərləyir, yad-
daşlarına həkk edirdlər. Güclü yaddaş ərəb xalqına verilən bir Allah neməti idi. 
Bir çox məhrumiyyətlərinə baxmayaraq, ərəblər güclü hafizə və yaddaşda dövrün 
dahiləri idilər. Onlar uzun qəsidələri asanlıqla əzbərləyir, şeir divanlarını yadda 
saxlaya bilirdilər. Cahiliyyət dövrünün ərəbi bəzən bircə dəfə eşitdiyini həmişəlik 
yadda saxlayırdı.
Quran, fərqli bir məzmunu - qəlbin dərinliklərinə nüfuz edən ən gözəl kəlam 
və xəbəri - fərqli bir üslubda bu camaata təqdim etdi. Məkkədə nazil olan ilk ayə 
və surələr demək olar ki, qafiyələnirdi. Ayə və surələrin ürəkoxşayan ahəngi on-
ları qeyri-ixtiyari özünə cəlb edirdi.    
Həzrət Rəsulallah (s) öz səhabələrini ayə və surələri əzbərləməyə təşviq edirdi. 
İslamın zühur etdiyi dövrdə Məkkə şəhərində çox az sayda adam yazı yazmağı 
bacarırdı, həmçinin yazı vasitələri də az tapılırdı. Elə bu səbəbdən, müsəlman 
ərəblər öz güclü yaddaşlarını  ən müqəddəs yolda sərf edib, Quranın nurani 
ayələrini yaddaşlarına yazırdılar.
Quranın kitabət (yazılma) mərhələsi
Həzrət Peyğəmbər (s) həyatda ikən Qurani-Kərimin yazılmasının zəruriliyi 
olduqca aydın idi. Çünki Quranın təkcə əzbərlənməsi və yaddaşda saxlanması, 
onun qorunub qalacağına zəmanət verə bilməzdi. 
Quranın nazil olduğu dövrdə Məkkədə oxuyub yaza bilənlərin sayı çox az idi. 
Deyilənlərə görə, o dövrdə Məkkədə cəmi on yeddi nəfər savadlı və yazı yaz-
mağı bacaran şəxs var idi. Lakin Qurana verdiyi böyük əhəmiyyətə görə Həzrət 


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə