Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə29/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   110

92
Peyğəmbər (s) yazı yazmağı bacaranları vəhyi yazmaq işinə cəlb etdi. Beləliklə
hər zaman Quran ayələri nazil olduqda, Həzrət Peyğəmbər (s) onları çağırtdırıb 
vəhyi diqqətlə yazmağı onlara göstəriş verirdi. Vəhyi yazanlar “vəhy katibləri” 
adlanırdılar.
Vəhy katibləri
Vəhy katiblərinin sayı barədə fikirayrılığı vardır. Hafiz ibn Əsakir (vəfat tari-
xi: h.q. 571-ci il) “Dəməşqin tarixi” adlı əsərində 23 nəfərin adını, Əbu Şamə isə 
bu əsərin təlxisində  25 nəfərin adını çəkmişdir. Şibr Əmləsi (v.t: h.q. 1087-ci il) 
qırx nəfərin adını qeyd etmiş, halbuki, ondan əvvəl yaşayan Hafiz Əraqi (v.t: h.q. 
806-ci il) 42 nəfərin adını nəzmə çəkmişdir. Burhan Hələbi “Şəfa” əsərinə yazdığı 
haşiyədə 43 nəfərin adını sadalamış, Müctəhid Zəncani də bu ədədi nəql etmişdir.
Qərbli şərqşünas fransalı Blaşr deyir: “Vəhy katiblərinin sayı qırx nəfərə ça-
tırdı.”
Hədis və tarix mənbələrinə istinadən, katiblərin adını aşağıdakı ardıcıllıqla - 
səhabələrin İslam dinini qəbul etmə tarixlərini nəzərə alaraq - qeyd edirik:
Məkkə dövrünün katibləri:
Xüləfayi-raşidin (Əbu Bəkr ibn Qəhafə, Ömər ibn Xəttab, Osman ibn Əffan və 
Əli ibn Əbu Talib), Şurəhbil ibn Həsənə (v.t. 18 h.q.), Abdullah ibn Sə`d ibn Əbi 
Sərh (v.t: h.q. 37-ci il), Xalid ibn Səid ibn As ibn Uməyyə, Təlhə, Zubeyr (v.t: h.q. 
36-cı il), Sə`d ibn Əbi Vəqqas (v.t: h.q. 55-ci il), Amir ibn Fuheyrə (v.t: h.q. 4-cü 
il), Əla ibn Həzrəmi (v.t: h.q. 21-ci il),  Muəyqib ibn Əbi Fatimə (v.t: h.q. 40-cı il), 
Ərqəm ibn Əbil-Ərqəm (v.t: h.q. 11-ci il), Hatib ibn Əmr, Hatib ibn Əbi Bəltə`ə 
(v.t: h.q. 30-cu il), Mus`əb ibn Umeyr, Abdullah ibn Cəhş, Cəhm ibn Qeys, Salim 
Mövla Əbi Huzeyfə (v.t: h.q. 12-ci il).
Mədinə dövrünün katibləri:
İlk  əvvəl daha çox Ubəyy ibn Kə`b katiblik edirdi. Sonra Bədr döyüşünün 
əsirlərindən yazı  xəttini mükəmməl öyrənən Zeyd ibn Sabit daha çox Həzrət 
Peyğəmbərin (s) kənarında olur, katiblik edirdi. Sonralar katiblər sırasına aşağı-
dakı şəxslər də daxil oldu:
Abdullah ibn Rəvahə (v.t: h.q. 8-ci il), Sabit ibn Qeys (v.t: h.q. 12-ci il), Hənzələ 
ibn Rəbi (v.t: h.q. 45-ci il), Huzeyfə ibn Yəman (v.t: h.q. 36-cı il), Əla ibn Uqbə, 
Cuheym ibn Səlt, Abdullah ibn Zeyd (v.t: h.q. 63-cü il), Məhəmməd ibn Muslim 
(v.t: h.q. 43-cü il), Hənzələ ibn Əbi Amir (v.t: h.q. 3-cü il), Abdullah ibn Abdullah 
ibn Ubəyy ibn Səlul, Əbu Zeyd Qeys ibn Səkən, Uqbə ibn Amir (v.t: h.q. 58-ci 


93
il), Məaz ibn Cəbəl, Əbu Əyyub Ənsari (v.t: h.q. 52-ci il), Muğeyrə ibn Şu`bə 
(v.t: h.q. 50-ci il), Əbu Sufyan və onun iki oğlu Yezid və Muaviyə, Abdullah ibn 
Ərqəm (v.t: h.q. 44-cü il), Huvəytib ibn Əbdul-Uzza (v.t: h.q. 54-cü il). Hicrətin 
8-ci ilindən bu sıraya qoşulan 3 nəfərin də adını qeyd etmişlər ki, beləliklə, 43 
nəfər vəhyin yazılması işində iştirak etmişlər.
1
Əbu Abdullah Zəncani 43 nəfər vəhy katibinin adını çəkdikdən sonra deyir: 
Hamıdan çox vəhyi yazan və hamıdan çox Həzrət Peyğəmbərin (s) kənarında 
olan səhabə Zeyd ibn Sabit və Əli ibn Əbu Talib idi.
2
Demək olar ki, təxminən bütün müəlliflər  Əli ibn Əbu Talibin (ə) ilk vəhy 
katiblərindən olduğunu və davamlı olaraq vəhy yazdığını vurğulamışlar.
3
 
Qeyd etmək lazımdır ki, vəhy katiblərindən başqa Həzrət Peyğəmbər (s) üçün 
müqavilələri, sülhnamələri, məktubları yazan katiblər də olmuşdur. Bu fərdlərin 
adının vəhy katibləri sırasında qeyd edildiyi uzaq ehtimal deyildir. Yə`qubi öz 
tarixində yazır:
Həzrət Peyğəmbərin (s) yanında vəhyi, məktubları, müqavilələri yazan katiblər 
olmuşdur. Bu katiblər: Əli ibn Əbu Talib (ə), Osman ibn Əffan, Əmr ibn As ibn 
Uməyyə, Muaviyə ibn Əbu Sufyan, Şurəhbil ibn Həsənə, Abdullah ibn Sə`d ibn 
Əbi Sərh, Muğeyrə ibn Şu`bə, Məaz ibn Cəbəl, Zeyd ibn Sabit, Hənzələ ibn Rəbi, 
Ubəyy ibn Kə`b, Cuheym ibn Səlt, Həsin ibn Numeyrdir.
4
Qeyd olunub ki, Muaviyə ibn Əbu Sufyan məktubları və müqavilələri yazarmış.
5
 
İbn Şəhr Aşub “Mənaqib” adlı əsərində vəhy katibləri barədə yazır:
Əli ibn Əbu Talib (ə) daha çox vəhyi yazardı və vəhydən qeyri mətnləri də 
yazmışdır. Ubəyy ibn Kə`b və Zeyd ibn Sabit vəhyi yazardılar. Zeyd ibn Ərqəm 
və Abdullah ibn Ərqəm şahlara göndərilən məktubları yazardı. Əla ibn Uqbə və 
Abdullah ibn Ərqəm qəbalatı yazardılar. Zubeyr ibn Əvam və Cuheym ibn Səlt 
sədəqatı (bəxşişlər???) yazardı. Osman ibn Əffan, Xalid və Əban (Səid ibn Asın 
iki oğlu), Muğeyrə ibn Şu`bə, Həsin ibn Numeyr, Əla ibn Həzrəmi, Şurəhbil ibn 
Həsənə, Hənzələ ibn Rəbi Əsədi və Abdullah ibn Sə`d ibn Əbi Sərh – belə ki, 
kitabətdə xəyanət etdiyi üçün Rəsulullah (s) onu lənətlədi və o, mürtəd oldu – 
Peyğəmbər (s) üçün katiblik edirdilər.
6
 
İbn Əbil-Hədid yazır:
Quran tarixinin tədqiqatçıları bu qənaətdədirlər ki, vəhyi  Əli ibn Əbu Talib 
(ə), Zeyd ibn Sabit və Zeyd ibn Ərqəm yazmışdır. Hənzələ ibn Rəbi və Muaviyə 
1
  Dr. Ramyar, “Tarix-e Quran”, səh.262-264.

 Əbu Abdullah Zəncani, “Tarixul-Quran”, səh. 42.
3
  Dr. Ramyar, “Tarix-e Quran”, s.266.
4
  Yə`qubinin tarixi, c.2, s.80.
5  
Dr. Ramyar, “Tarix-e Quran”,  s. 267.
6  
Mədxəlut-təfsir, s.240.


94
ibn Əbu Sufyan Həzrət Peyğəmbər (s) üçün şahlara, qəbilə başçılarına göndərilən 
məktubları və s. yazmışlar.
1
 
Beləliklə, məlum olur ki, vəhy katibləri sırasında adı çəkilən səhabələrdən yal-
nız bir neçəsi barədə fikirbirliyi vardır. Vəhy katibləri sırasında adları  çəkilən 
şəxslərin əksəriyyəti, əslində, qeyri-vəhyi yazmışlar.
Rafei, vəhyi kimlərin yazdığı barədə fikirayrılığının olduğunu qeyd etdikdən 
sonra yazır:
Beş nəfərin - Əli ibn Əbu Talib (ə), Məaz ibn Cəbəl, Ubəyy ibn Kə`b, Zeyd ibn 
Sabit və Abdullah ibn Məs`udun vəhy katibi olduqları barədə fikirbirliyi vardır.
2
Yazı vasitələri
Quranın nazil olduğu dövrdə yazı vasitələri olduqca sadə idi. Müsəlmanlar 
üzərində yazı yazmaq mümkün olan hər bir vasitədən istifadə edirdilər. Quranın 
yazılması və yığılması barədə olan hədislərin çoxunda bu yazı vasitələrinin adları 
qeyd olunmuşdur. Belə ki, quranşünasların hamısı aşağıdakı yazı vasitələrindən 
istifadə edildiyini qəbul edirlər:
1.  ﺐُﺴُﻋ (usub) – “ﺐﻴِﺴَﻋ” sözünün cəm formasıdır: xurma ağacının budağına 
deyilir və budağın yarpaqlarını qırıb enli yerində yazı yazırdılar. 
2. ﻑﺎﺨِﻟ   (lixaf) – “ﺔﻔﺨَﻟ” sözünün cəm formasıdır: xırda daşlara və nazik daş 
lövhələrə deyilir.
3. ﻉﺎﻗِﺭ (riqa) – “ﺔﻌﻗَﺭ”  sözünün cəm formasıdır: kağızdan, ağacdan və ya nazik 
dəridən olan vərəqlərə deyilir.
4.  ﻢﻳﺩَﺍ  (ədim) – “ﻡَﺩَﺍ” və ya “ﻡْﺩُﺍ” sözünün cəm formasıdır: aşılanmış heyvan 
dərisinə deyilir. 
5.  ﻑﺎﺘْﻛَﺍ  (əktaf) -   “ﻒِﺘَﻛ” sözünün cəm formasıdır: dəvənin və ya qoyunun 
sümüyünə deyilir. 
6. ﺏﺎﺘْﻗﺍ (əqtab) - “ﺐُﺘُﻗ” sözünün cəm formasıdır: oturmaq üçün dəvənin belinə 
qoyulan taxta parçasına deyilir.
7. ﻉﻼ ْﺿﺍ (əzla) – “ﻊْﻠِﺿ” sözünün cəm formasıdır: heyvanın qabırğasının üstü 
hamar sümüklərinə deyilir.  
8. ﺮﻳﺮ َﺣ (hərir) – ipək parça deməkdir
9. ﺲﻴﻁﺍَﺮَﻗ (qəratis) – “ﺱﺎَﻁ ْﺮِﻗ” sözünün cəm formasıdır: kağız deməkdir. 
10. ﻅﺎﻈِﺷ (şizaz) – bir taxta növüdür.
3
Dr. Ramyar yazır:

 Mədxəlut-təfsir, s.241.
2
  İ`cazul-Quran, s.32.

 Biharul-ənvar, c.89, s.40.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə