A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
25 noyabr 2016-cы il № 77-80 (9083)
4
P
rezident İlham Əliyevin
2016-cı il 16 noyabr tarixli
Fərmanı ilə “MİDA” Məhdud Məsuliy-
yətli Cəmiyyətinin sərəncamında olan
mənzillərin vətəndaşların güzəştlə əldə
etməsi Qaydası” təsdiqlənib. Azərbay-
can Respublikasının Prezidenti yanında
Mənzil İnşaatı Dövlət Agentliyinin
direktoru Samir Nuriyev təsdiq olunmuş
yeni Qaydalarla bağlı və vətəndaşların
güzəştli şərtlərlə mənzilə sahib olmasını
təmin etmək məqsədilə görülən işlər
barədə AZƏRTAC-a müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Samir müəllim, dövlət başçısının
imzaladığı bu fərmanın vətəndaşlar
üçün sosial əhəmiyyətini necə qiymət-
ləndirirsiniz?
- Prezident İlham Əliyevin 2016-cı
il 16 noyabr tarixli Fərmanı və “MİDA”
Məhdud Məsuliyyətli Cəmiyyətinin
sərəncamında olan mənzillərin vətəndaş-
ların güzəştlə əldə etməsi Qaydası” ölkə
vətəndaşlarının mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində son illər
ərzində həyata keçirilən sosial siyasətin
məntiqi davamıdır və olduqca mühüm
əhəmiyyət kəsb edir.
Müstəqillik dövründə ulu öndər Hey-
dər Əliyevin və onun layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi ilə
aparılan uğurlu və genişmiqyaslı islahat-
lar ölkəmizdə iqtisadi və sosial mühitin
yaxşılaşdırılmasına xidmət edir. Həyata
keçirilən uzaqgörən dövlət siyasəti sayə-
sində ölkəmizin dayanıqlı inkişafı təmin
olunmaqla yanaşı, bir çox sosial problem-
lər öz həllini tapıb, əhalinin sosial müda-
fiəsinin gücləndirilməsi və rifahının daha
da yüksəldilməsi istiqamətində mütərəqqi
addımlar atılıb.
Dövlət başçısının qarşıya qoyduğu
məqsədlərdən biri də vətəndaşların mən-
zil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.
Ölkə əhalisinin sayının artması vətəndaş-
larımızın mənzilə tələbatının təmin olun-
ması məsələsini daha da aktuallaşdırır.
Xüsusilə də aztəminatlı vətəndaşların,
gənc ailələrin mənzil probleminin həlli
Prezident İlham Əliyev tərəfindən priori-
tet vəzifə kimi müəyyən edilib.
İmzalanmış Fərman ölkədə aztəmi-
natlı ailələrin güzəştli şərtlərlə mənzillər-
lə təmin edilməsi məsələsinə cənab Pre-
zident tərəfindən ayrılan xüsusi diqqətin,
habelə Azərbaycan Respublikası vətən-
daşının maraqlarının təmin olunması
məqsədilə sosial sahədə həyata keçirilən
dövlət siyasətinin reallaşdırılması çərçi-
vəsində aparılan islahatların davamlılığı
ilə bağlı qətiyyətin göstəricisidir.
Fərmanla təsdiq olunmuş Qayda
vətəndaşların güzəştli şərtlərlə mənzilə
sahib olmasını təmin etməklə yanaşı,
bu sistemin tam şəffaf şəkildə fəaliyyət
göstərməsinə şərait yaradacaq.
Prezidentin tapşırıqları əsasında
“Elektron hökumət” portalında yaradıla-
caq “Güzəştli mənzil” sistemi mənzilləri
güzəştlə əldə etmək hüququ olan vətən-
daşların vaxt itirmədən elektron qaydada
qeydiyyatının aparılmasına və bu proses-
də insan faktorunun minimuma endiril-
məsinə imkan verəcək.
- Yeni Qaydanın əsas mahiyyəti nə-
dən ibarətdir? ”Güzəştli mənzil” siste-
mi nə zaman istifadəyə veriləcək?
- Prezident İlham Əliyevin mü-
vafiq Fərmanı ilə mənzilləri güzəştlə
əldə etmək hüququ olan şəxslər, habelə
“Güzəştli mənzil” elektron sistemi vasitə-
silə mənzillərin əldə olunması şərtləri və
mexanizmi müəyyənləşdirilib. Qaydaya
əsasən, “Elektron hökumət” portalında
“Güzəştli Mənzil” sistemi yaradılacaq
və vətəndaşlara Mənzil İnşaatı Dövlət
Agentliyinə ayrılmış torpaq sahələrində
inşa olunacaq yaşayış binalarında mən-
zilləri güzəştli şərtlərlə əldə etmək imkanı
təqdim olunacaq. Sistem 2017-ci il mayın
1-dən etibarən istifadəyə veriləcək.
“Güzəştli mənzil” sistemi agentliyin
tabeliyində fəaliyyət göstərən “MİDA”
MMC-nin sərəncamında olan mənzilləri
əldə etmək istəyən Azərbaycan Respub-
likası vətəndaşının elektron müraciətinin
real vaxt rejimində vahid və ictimaiyyət
üçün açıq olan qeydiyyatının aparılmasını
təmin edəcək.
- ilk dəfə Azərbaycanda tətbiq
olunacaq “Güzəştli mənzil” sistemi-
nin əsas üstünlükləri nədən ibarətdir?
Mənzilləri kim əldə edə biləcək və pro-
ses necə həyata keçiriləcək?
- Güzəştli şərtlərin əsas mahiyyəti
ondan ibarətdir ki, satılacaq mənzillərin
qiyməti həmin ərazidəki orta bazar qiy-
mətindən aşağı olacaq. Eyni zamanda,
vətəndaşlar mənzilin dəyərini “Azər-
baycan İpoteka Fondu” Açıq Səhmdar
Cəmiyyətinin güzəştli ipoteka krediti va-
sitəsilə də 3 ildən 30 ilədək müddət ərzin-
də aylıq ödəmək imkanı əldə edəcəklər.
Qeyd edim ki, mənzillər tam təmirli və
mətbəx mebeli ilə təchiz olunmuş vəziy-
yətdə təhvil veriləcək.
Qaydaya əsasən mənzilləri güzəştlə
əldə etmək hüququ Azərbaycan Respub-
likası Prezidentinin 2016-cı il 22 iyun
tarixli Fərmanı ilə təsdiq edilmiş “Azər-
baycan İpoteka Fondu” Açıq Səhmdar
Cəmiyyətinin vəsaiti hesabına ipoteka
kreditinin, o cümlədən güzəştli ipoteka
kreditinin verilməsi Qaydası”nın 3.2-ci
bəndində nəzərdə tutulmuş şəxslərə məx-
susdur.
Həmin bəndə uyğun olaraq aşağıdakı
şəxslər güzəştli ipoteka kreditindən istifa-
də etmək hüququna malikdirlər.
gənc ailənin üzvü olan aşağıdakı
şəxslər:
-şəhid ailəsinin üzvü (əri/arvadı, öv-
ladları);
-Milli Qəhrəman (özü, əri/arvadı, öv-
ladları);
-məcburi köçkün və ya ona bərabər
tutulan şəxs;
-ən azı 3 il dövlət qulluğunda qulluq
edən, o cümlədən dövlət qulluğunun xü-
susi növündə xidmət keçən şəxs;
-ən azı 5 il dövlət ümumtəhsil məktə-
bində müəllim işləyən şəxs;
-fəlsəfə doktoru elmi dərəcəsi olan
şəxs;
-idman sahəsində xüsusi xidmətləri
olan şəxs (fəxri bədən tərbiyəsi və idman
xadimi, ölkə miqyaslı yarışların qalibi (I
yer), beynəlxalq miqyaslı yarışların mü-
kafatçısı (I, II və ya III yer);
Bununla yanaşı, ailə vəziyyətindən
asılı olmayaraq, aşağıdakı şəxslər də
güzəştli ipoteka kreditindən istifadə et-
mək hüququna malikdirlər:
-elmlər doktoru elmi dərəcəsi olan
şəxs;
-ən azı 15 il dövlət qulluğunda qulluq
edən şəxs;
-ən azı 3 il hərbi xidmətdə olan (müd-
dətli həqiqi hərbi xidmətdə olan hərbi qul-
luqçulardan başqa), həmçinin ehtiyata və
istefaya buraxılmış Azərbaycan Respub-
likasının hərbi qulluqçuları (“Hərbi və-
zifə və hərbi xidmət haqqında” Azərbay-
can Respublikası Qanununun 41.0.6-cı,
41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-
cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində
nəzərdə tutulan hallarda ehtiyata və ya
istefaya buraxılmış hərbi qulluqçular is-
tisna olmaqla);
-ən azı 3 il daxili işlər orqanlarında
xidmət keçən xüsusi rütbəsi olan şəxs.
Bu kateqoriyalara aid olunan şəxslər
sosial ipotekadan yararlanmaq hüququna
malik idilər. Artıq bununla yanaşı, təs-
diq olunmuş yeni Qaydaya əsasən, hə-
min şəxslər sosial mənzillərin orta bazar
qiymətindən aşağı qiymətə əldə edilməsi
hüququna da sahib olurlar.
Qeyd olunan şəxslər “Güzəştli mən-
zil” sistemi vasitəsilə müraciət edib qey-
diyyatdan keçdikdən sonra mənzil seçi-
mini həyata keçirə biləcəklər. “Güzəştli
mənzil” elektron sistemi iki pilləli olacaq.
İlk növbədə müraciət edən vətəndaşın
təqdim edəcəyi məlumatlar əsasında təs-
diq olunmuş kateqoriyaya aid olub-olma-
dığı yoxlanılacaq. Müraciətə 5 iş günü
ərzində baxılacaq və qeydiyyat haqqında
qərar qəbul olunacaq.
Növbəti mərhələdə, satışa çıxarılan
mənzillər haqqında elan dərc olunduqdan
sonra sosial mənzil almaq hüququ olan və
qeydiyyatdan keçmiş şəxs elektron sistem
vasitəsilə mənzili ünvan əsasında otaq
sayı və mərtəbə göstərilməklə seçərək
əldə edə biləcək. Onu da vurğulayım ki,
Qaydaya əsasən yalnız layihə üzrə ti-
kinti işlərini 30 və daha çox faizi yerinə
yetirilmiş binaların mənzillərinin satışa
çıxarılması barədə elan verilə bilər. Elan
satışın başlanmasına ən azı 30 gün qalmış
veriləcək.
- Agentliyin ilk layihəsinin icrası ilə
bağlı işlər hansı mərhələdədir?
- Artıq ictimaiyyətə məlumat verdi-
yimiz kimi, agentliyin ilk layihəsi olan
Yasamal Yaşayış Kompleksi Bakı şəhə-
rinin Yasamal rayonunda, xarici dairəvi
avtomobil yolunun kənarında ayrılmış
və sahəsi 11,6 hektar təşkil edən ərazidə
həyata keçirilir. Yasamal Yaşayış Komp-
leksinin ərazisinin seçilməsi zamanı in-
sanların rahat yaşayışı üçün zəruri olan
bütün amillər nəzərə alınıb. Ərazi şəhərin
ekoloji cəhətdən təmiz və əlverişli hissə-
sində yerləşir.
Ötən müddət ərzində Yasamal Ya-
şayış Kompleksinin yerləşəcəyi ərazi
üçün şəhərsalma əsaslandırılması sənədi
hazırlanaraq təsdiq olunub, habelə tikin-
tinin layihə-smeta sənədləri tərtib edilib.
Hazırkı mərhələdə tikinti layihəsi müva-
fiq ekspertiza rəyinin alınması məqsədilə
Fövqəladə Hallar Nazirliyinin Tikintidə
Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi-
nin Dövlət Baş Ekspertiza İdarəsinə təq-
dim edilib. Eyni zamanda, əraziyə yeni
avtomobil yolunun çəkilməsi və mövcud
mühəndis-kommunikasiya xətlərinin kö-
çürülməsi işləri həyata keçirilir.
- vətəndaşları maraqlandıran əsas
məsələlərdən biri də mənzillərin key-
fiyyəti ilə bağlıdır. tikiləcək binaların
keyfiyyətinə nəzarət və tikinti şirkətləri
ilə əməkdaşlıq necə təşkil ediləcək?
- Qeyd etməliyəm ki, ölkə rəhbər-
liyi tərəfindən qarşımıza qoyulan əsas
məqsədlərdən biri də həm binaların, həm
də təmirin keyfiyyətinin yüksək səviyyə-
də olması ilə bağlıdır. Tam əminliklə qeyd
etmək istəyirəm ki, həm görülən işin,
həm də istifadə olunan tikinti materialla-
rının keyfiyyətinə ciddi nəzarət ediləcək.
Agentlikdə və onun tabeliyində fəaliyyət
göstərən “MİDA” MMC-də çalışan şəhər-
salma üzrə mütəxəssislər, memarlar və
tikintiyə nəzarəti həyata keçirən müvafiq
bölmələrin əməkdaşları bu layihənin yük-
sək səviyyədə həyata keçirilməsini təmin
edəcəklər. Ciddi nəzarət, eyni zamanda,
tikintini həyata keçirən sahibkarlara işlə-
rini tələb olunan keyfiyyət standartlarına
uyğun təşkilinə xidmət edəcək.
Xüsusi vurğulanmasını zəruri hesab
etdiyim daha bir amil yerli tikinti mate-
riallarından istifadə məsələsidir. Son illər
ərzində Azərbaycanda tikinti sənayesi
sürətlə inkişaf edib. Həm dövlət, həm də
yerli və xarici özəl investisiyalar hesabı-
na ölkədə həyata keçirilən tikinti işləri
bunun bariz nümunəsidir. Agentliyin sö-
zügedən və növbəti tikinti layihələrinin
reallaşdırılmasını da əhatə edəcək fəaliy-
yəti vətəndaşların mənzil-məişət şəraiti-
nin yaxşılaşdırılması ilə yanaşı, həmçinin,
inşaat sektorunun inkişafına da müsbət tə-
sir göstərəcək. Sosial mənzillərin tikintisi
yeni iş yerlərinin yaradılmasına, habelə
inşaat sektorunun və tikinti materialları
sənayesinin investisiya baxımından daha
da cəlbedici olmasına töhfə verəcək.
- Bəs güzəştli şərtlərlə mənzilə sa-
hib olan vətəndaşlar üçün hər hansı
məhdudiyyətlər nəzərdə tutulurmu?
- Azərbaycan Respublikası Preziden-
tinin müvafiq Fərmanı ilə təsdiq edilmiş
“MİDA” Məhdud Məsuliyyətli Cəmiy-
yətinin sərəncamında olan mənzilləri
vətəndaşların güzəştlə əldə etməsi Qay-
dası”na əsasən mənzillər əldə olunduqda
vətəndaşla müvafiq müqavilə imzalandığı
gündən onun tam mülkiyyətinə verilə-
cək. Bununla belə, müvafiq müqavilədə
mənzilin 3 il müddətində özgəninkiləş-
dirilməsinə, habelə icarəyə və kirayə ve-
rilməsinə məhdudiyyət nəzərdə tutulacaq.
“MİDA” MMC-nin sərəncamında olan
mənzillərin güzəştlə satılması dövlətin
vahid sosial siyasətinin həyata keçirilmə-
si istiqamətində atılan addımlardan biridir
və imtiyaz olaraq insanlara sosial dəstək
göstərilməsi məqsədini daşıyır. Sirr deyil
ki, güzəştli şərtlərlə orta bazar qiymətin-
dən aşağı qiymətə əldə olunmuş mənzillər
dərhal satışa çıxarılacağı təqdirdə əmlak
bazarına mənfi təsir edər, həmçinin sui-is-
tifadə hallarının baş verməsinə səbəb ola
bilər. Qeyd olunan məhdudiyyət bunun
qarşısını almaq məqsədi daşıyır. Güzəştli
mənzil sahibləri əldə etdikləri əmlakı sat-
maq və ya icarəyə vermək hüququnu yal-
nız müəyyən olunmuş müddət bitdikdən
sonra əldə edəcəklər.
- Samir müəllim, ətraflı müsahi-
bəyə görə təşəkkür edirik.
- Mən də AZƏRTAC-a Agentliyimi-
zin fəaliyyətini daim diqqət mərkəzində
saxladığına görə təşəkkürümü bildirirəm.
Oxuyucularımızı isə əmin etmək istə-
yirəm ki, dövlətimizin başçısının tapşı-
rıqlarını rəhbər tutaraq, sosial mənzillərin
tikintisi layihəsini və “Güzəştli mənzil”
sisteminin yaradılmasını ən yüksək sə-
viyyədə təşkil etmək üçün öz səylərimizi
əsirgəməyəcəyik.
GüZəştli MəNZilləR kiMləRə və hANSI
şəRtləRlə veRiləcək?
Noyabrın 17-18-də Azərbay-
can Dövlət Dəniz Akademiyasında
“Azərbaycan Xəzər Dəniz Gəmiçili-
yi” QSC-nin və Təhsil Nazirliyinin
dəstəyi ilə “Dil – karyeraya gedən
yol” adlı üçüncü Ümumrespublika
ali məktəblərarası tələbə müsabiqəsi
keçirildi.
Azərbaycan Dövlət Dəniz Akade-
miyasının artıq üçüncü dəfə ev sahib-
liyi etdiyi müsabiqədə gələcəyin də-
nizçiləri ilə yanaşı, daha 16 ali təhsil
ocağının - Bakı Dövlət Universiteti,
Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbi, Azərbaycan Respubli-
kası Prezidenti yanında Dövlət İdarə-
çiliyi Akademiyası, Azərbaycan Dillər
Universiteti, Azərbaycan Dövlət Neft
və Sənaye Universiteti, Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Azər-
baycan Texniki Universiteti, Azərbay-
can Dövlət İqtisad Universiteti, Bakı
Slavyan Universiteti, Azərbaycan
Dövlət Aqrar Universiteti, Azərbay-
can Dövlət Mədəniyyət və İncəsənət
Universiteti, Azərbaycan Memarlıq
və İnşaat Universiteti, Milli Aviasiya
Akademiyası, Azərbaycan Koopera-
siya Universiteti, Qafqaz Universiteti,
Sumqayıt Dövlət Universitetinin tələ-
bələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə ADDA-nın
rektoru, texnika üzrə fəlsəfə doktoru,
dosent Çingiz Əliyev açdı, gənclərin
beynəlxalq dillərə mükəmməl yiyələn-
məsində belə tədbirlərin əhəmiyyətini
vurğuladı və iştirakçılara uğurlar arzu-
ladı.
Azərbaycan Dövlət İqtisad Uni-
versitetinin məzunu, “Dil – karyeraya
gedən yol” adlı ikinci Ümumrespub-
lika ali məktəblərarası tələbə müsa-
biqəsinin qalibi Faiq Xasayev hazırda
Fransada təhsilini davam etdirdiyin-
dən bu ilki müsabiqənin iştirakçıları-
na ürək sözlərini video görüntü va-
sitəsi ilə çatdırdı.
Cari ildə yaranmasının 20 illiyini
qeyd edən Azərbaycan Dövlət Dəniz
Akademiyasının fəaliyyətini əks et-
dirən videofilmin nümayişindən sonra
müsabiqənin şərtləri barədə iştirakçı-
lara məlumat verildi.
ADDA-nın tədris işləri üzrə pro-
rektoru, professor Faiq Nağıyevin
sədrlik etdiyi münsiflər heyətinə qa-
baqcıl elm və təhsil işçiləri daxil idi.
Hər iştirakçıya seçdiyi mövzunu
qısa vaxt ərzində audio-vizual mate-
rialların köməyi ilə təqdim etmək im-
kanı verildi. Tələbələrin hazırladıqla-
rı layihələr maraqlı olduğu qədər də
rəngarəng idi. Seçdikləri mövzuların
təqdimatı zamanı bilik və bacarıqları,
natiqlik məharətləri ilə fərqlənən tələ-
bələr belə tələbkar münsiflər feyətinin
asan olmayan suallarını da cavablan-
dırırdılar.
Təqdim olunmuş layihələr müəy-
yən olunmuş kriteriyalar əsasında
qiymətləndirildikdən sonra qaliblər
elan edildi. Birinci yerə Azərbaycan
Respublikası Prezidenti yanında Döv-
lət İdarəçiliyi Akademiyasının tələbəsi
Məmmədağa Bəydəmirov layiq gö-
rüldü. Qalibə 1-ci dərəcəli diplom və
noutbuk təqdim edildi.
İkinci yeri Milli Aviasiya Akade-
miyasının tələbəsi Nurad Ağayev tut-
du. O, 2-ci dərəcəli diplom və planşe-
tin sevincini yaşadı.
Üçüncü yerə isə Azərbaycan Döv-
lət Dəniz Akademiyasının tələbəsi Əli
Nəsirli çıxdı (3-cü dərəcəli diplom və
mobil telefon).
Tahir DADAŞOV
“Dil – kARYeRAYA GeDəN Yol”
Noyabrın 26-27-də Türkmənis-
tanın paytaxtı Aşqabadda dayanıqlı
nəqliyyat sistemi üzrə ilk qlobal
konfrans keçiriləcək.
Türkmənistanın
Azərbaycanda-
kı səfirliyi noyabrın 21-də konfransla
bağlı brifinq təşkil edib.
Səfirliyin birinci katibi Batır Rəcə-
bov tədbirin əhəmiyyətindən danışaraq
bildirib ki, Türkmənistanın nəqliyyat
sahəsində dövlət siyasətinin əsas is-
tiqaməti Mərkəzi Asiya, Xəzər dənizi,
Qara dəniz, Baltik regionu, Yaxın Şərq,
Cənub və Cənub-Şərqi Asiyanı birləş-
dirən yeni geoiqtisadi məkanın yaradıl-
masıdır.
Batır Rəcəbov deyib ki, Türkmə-
nistan-Əfqanıstan-Tacikistan
dəmir
yolunun Türkmənistan hissəsinin açılış
mərasimi noyabrın 28-də keçiriləcək.
O, bu xəttin region ölkələrinin dostluq
və əməkdaşlıq yolu olacağına ümid et-
diyini vurğulayıb. Diplomat ilk qlobal
konfransda Azərbaycan nümayəndə
heyətinin də iştirak edəcəyini deyib.
B.Rəcəbov, həmçinin Azərbaycan
ilə Türkmənistan arasında nəqliyyat
sahəsində əməkdaşlığın genişləndiril-
məsi istiqamətində görülən işlərdən da-
nışıb. O, bu sahə üzrə yaradılmış işçi
qrupunun bu yaxınlarda Azərbaycanda
olduğunu qeyd edib.
AşQABADDA DAYANIQlI NəQliYYAt SiSteMi
üZRə ilk QloBAl koNfRANS keçiRiləcək
Azərbaycan əhalisinin sayı
ilin əvvəlindən 79,0 min nəfər
və ya 0,8 faiz artaraq 2016-cı il
oktyabr ayının 1-nə 9784,6 min
nəfərə çatıb.
Dövlət Statistika Komitəsin-
dən bildiriblər ki, əhalinin sıxlığı
bir kvadratkilometrə 113 nəfər olub.
Əhalinin ümumi sayının 53,1 faizi-
ni şəhər, 46,9 faizini kənd sakinlə-
ri, 49,8 faizini kişilər, 50,2 faizini
isə qadınlar təşkil edir. Hazırda hər
1000 kişiyə 1007 nəfər qadın düşür.
Cari ilin yanvar-sentyabr ayla-
rı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər)
qeydiyyat şöbələri tərəfindən ölkədə 119,7 min,
yaxud hər gün orta hesabla 437 doğulan körpə
qeydə alınıb və bu göstərici əhalinin hər 1000
nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin
53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarından
ibarət olub. Körpələrin 2090-ı əkiz, 54-ü isə
üçəm doğulub.
Ölkə üzrə cari ilin ilk 9 ayı ərzində 42,0 min
ölüm halı qeydə alınıb, ölüm səviyyəsi hər 1000
nəfər əhaliyə 5,8 olub. Bu müddətdə qeydiyyat
şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min
boşanma halları qeydə alınıb. Əhalinin hər 1000
nəfərinə nikahların sayı 7,0, boşanmaların sayı
isə 1,3 olub. Daxili İşlər Nazirliyi və Dövlət
Miqrasiya Xidmətinin müvafiq qurumları tərə-
findən cari ilin yanvar-sentyabr ayları ərzində
Azərbaycana daimi yaşamaq üçün 2678 nəfər
gələn və 1397 nəfər ölkədən gedən qeydə alı-
nıb, miqrasiya saldosu müsbət 1281 nəfər təşkil
edib.
AZəRBAYcAN əhAliSiNiN SAYI AçIQlANIB