31
noqlobulini antimikrob müdafiə mexanizmini icra edən fak-
tor hesab edilir. Bundan başqa, ağız suyu virusların aktivliyi-
ni zəiflədən nukleazalar da ifraz edir. Ağız suyunun bakterisid
təsiri, onda rast gəlinən bir sıra fermentlərlə, o cümlədən lizosim,
lipaza, ribonukleaza, dezoksiribonukleaza və s. ilə əlaqədardır.
Lizosim orqanizmin müdafiə reaksiyalarında və selikli qişanın
zədələnmələri zamanı, epitelinin regenerasiyasında iştirak edir.
Ağız suyunda kalsiumun (1,2 mmol/
l) və fosfotazaların (3,2
mmol/
l) olması, diş minasının mineral tərkibinin stabil qalması-
nı təmin edir.
Ağız suyunun həzm sistemindəki funksiyası, onun tərkibində
olan
α-amilaza, maltaza və digər fermentlərlə icra olunur. Bu
fermentlər mono və disaxaridlərə təsir göstərərək, onları karbo-
hidratların aralıq parçalanma məhsullarınadək (süd turşusu, ase-
tat turşusu, propian turşusu və s.) parçalayır. Ağız suyu çeynəmə
aktı zamanı qida loxmasının formalaşmasını və onun asanlıqla
udulmasını təmin edir.
Tüpürcəyin kimyəvi tərkibi və bir sıra digər xüsusiyyətləri
əhəmiyyətli dərəcədə ağız boşluğunun gigiyenik statusundan
asılıdır. Ağız boşluğundakı vəziyyətin qeyri-qənaətbəxş halda
olması nəticəsində yumşaq diş ərpi və diş yastıqcığı əmələ gəlir,
bunlar isə mikroorqanizmlərin çoxalması və inkişafına
şərait ya-
radır və beləliklə də parodont xəstəlikləri meydana çıxır.
PARODONTUN FUNKSİYALARI
Parodontun funksiyaları onun anatomo-fizioloji quruluşunun
xüsusiyyətləri ilə əlaqədardır. Parodont toxumaları vahid bir
sis tem təşkil edir və bu sistem dişlərin fiksasiyasını təmin edir,
çeynəmə təzyiqini qəbul edir və nizamlayır, plastik və trofik
funksiyaları yerinə yetirir, mexaniki, fiziki, biomexaniki və digər
zədələyici faktorların təsirini neytrallaşdıraraq baryer rolu oy-
nayır.