13
Kollagen və argirofil liflər arasında fibroblastlar, histiositlər,
plazmatik və tosqun hüceyrələr yerləşir. Aparılmış histokimyəvi
tədqiqatlar sayəsində, tosqun və plazmatik hüceyrələr tərəfindən
histamin, serotonin, heparin və digər qlükozaminqlikanların if-
raz olunması ilə bağlı məlumatlar əldə edilmişdir.
Epiteli hüceyrələrində trofika və regenerasiya proseslərində
fəal iştirak edən RNT, qlikogen və qlükozaminqlikanlar aşkar
edilmişdir.
Selikli qişa çeynəmə təzyiqinə məruz qalır, qida loxmasının
əmələ gəlməsində iştirak edir, onun vasitəsilə bir çox dərman
maddələrinin sorulması baş verir.
Diş ətinin bağ aparatı – boyun ətrafında diş ətinin əsasını
təşkil edən stroma (dişin dairəvi bağı), çoxlu miqdarda kollagen,
elastiki və argirofil liflərdən təşkil olunmuşdur. Bağ aparatının
bu cür zəngin olması, diş ətinin dişə kip surətdə yapışmasını və
çeynəmə təzyiqinin bərabər səviyyədə paylanmasını təmin edir.
Parodontda birləşdirici toxuma liflərinin paylanması, diş kö-
künün müxtəlif səthlərində və səviyyəsində eyni deyildir. Diş-
diş əti lifləri diş əti cibinin dibindən başlayır, bir qədər xaricə
doğru yönəlir, diş ətində yelpikşəkilli formada şaxələnir. Bu za-
man liflərin bir hissəsi yuxarıya, digəri üfüqi, başqa bir hissəsi
isə aşağıya doğru yönəlmiş olur.
Diş – periostal liflər daha möhkəm qrup təşkil edir. Həmin
liflər diş ətinin aşağı hissəsindən başlayır, köndələn istiqamət
alır, alveolyar çıxıntının zirvəsinə dolanaraq periosta daxil olur
və orada şaxələnir.
Dişlərin kontakt səthlərində diş-diş əti, dişlərarası və bəzi hal-
larda üfüqi istiqamətdə yerləşən diş-alveol liflərinə rast gəlmək
olur. Diş-diş əti lifləri diş əti ciblərinin ətrafındakı sementdən
başlayır və dişlərarası məməciyin zirvəsinə doğru istiqamətlənir.
Dairəvi bağın lifləri dişləri kip surətdə əhatə edir və onların
dönmə və fırlanma hərəkətlərini məhdudlaşdırır.
Periodont (periodontal bağ, desmodont) – dişin birləşdirici
aparatı olub, dayaq-tutucu və amortizəedici funksiyaları yerinə
14
yetirir. Bu, sərt lifli birləşdirici toxuma kimi dişin kökünü əhatə
edir, alveol sümüyü və diş sementi arasındakı periodontal yarıq-
da yerləşir.
Periodontal liflərin istiqaməti dişdəki funksional yüklənmə
ilə müəyyən edilir. Ümumiyyətlə, periodontda dörd zona ayırd
edilir.
Bağlar çoxlu miqdarda kollagen liflərdən təşkil olunmuş və
0,004-0,01 mm ölçüyə malik kələfdə birləşmişdir. Bu liflərin
arasında kövşək lifli birləşdirici toxumanın hüceyrəvi elementləri,
qan damarları və sinir reseptorları vardır. Kollagen liflər qalınlı-
ğı 4-8 mkm-ə bərabər polipeptid molekullardan təşkil olun-
muşdur.
Dişin dairəvi bağında 3 qatdan ibarət liflərə rast gəlmək müm-
kündür. Bu qatlardan biri alveol sümüyünün kortikal lövhəsinə,
digəri kök sementinə bağlanır. Üçüncü qat isə həmin qatların
arasında yerləşən və çeynəmə təzyiqinin bərabər səviyyədə pay-
lanmasını təmin edən argirofil liflərdən təşkil olunmuşdur.
Periodont hüceyrələri, əsasən kövşək lifli birləşdirici toxuma-
nın qatları arasında yerləşir (şəkil 7). Bu hüceyrələrə ən çox al-
veol yaxınlığında və zirvə ətrafında rast gəlmək olar. Birləşdirici
toxuma hüceyrələri içərisində fibroblastlar çoxluq təşkil edir.
Bundan əlavə, müdafiə funksiyalarını yerinə yetirən histiositlərə,
tosqun hüceyrələrə, plazmatik hüceyrələrə də rast gəlinir.
Osteoblastlar alveol sümüyünün kortikal səhifəsinə yaxın
nahiyədə yerləşir. Alveol sümüyünün aktiv rezorbsiyası zamanı
isə çoxnüvəli hüceyrələr – osteoblastlar aşkar edilir.
Sementoblastlar həm kök sementinin üzərində, həm də perio-
dontal liflərin arasında yerləşir.
Periodontda qeyd olunan hüceyrələrdən əlavə, həmçinin epi-
telial hüceyrələrə də rast gəlmək mümkündür. Həmin hüceyrələr
əsasən kök sementinin və alveol səhifəsinin yaxınlığında, habelə
alveolarası arakəsmənin sümük iliyində yerləşir. Patogen faktor-
ların təsiri nəticəsində, həmin hüceyrələr kista və şiş kimi patolo-
ji dəyişikliklərin yaranmasına səbəb olur.
15
Şəkil 7. Periodontda əsas hüceyrə qruplarının yerləşməsi
1 – Epitelial birləşmə nahiyəsində; 2 – Periodont lifləri boyunc a;
3 – Zirvəətrafı nahiyədə
Kiçik damarların ətrafında və bağ aparatı liflərinin arasın-
da fibroblastlara oxşar, az differensiasiya etmiş perivaskulyar
hüceyrələrə də rast gəlmək mümkündür. Bu hüceyrələrdən bir
sıra birləşdirici toxuma və qan hüceyrələri əmələ gələ bilər.
Diş sementi dişin kökünü minanın sərhədindən zirvəyə qədər
örtür. Sementlər birincili – hüceyrəsiz və ikincili – hüceyrəli ol-
maqla iki qrupa ayrılır. Kimyəvi tərkibinə görə sement sümüyə
oxşayır və 22% üzvi, 32% kalsium duzlarından və digər mikro-
elementlərdən təşkil olunmuşdur.
Diş boynu ətrafında sementin qalınlığı 0,015 mm, orta hissədə
isə 0,02-0,03 mm-ə bərabər olur.
Hüceyrəsiz (birincili) sement əsasən kökün boyunətrafı nahi-
yə sində, bilavasitə dentinlə təmas səthində olur. Bu sementin
16
tərkibində hüceyrəvi elementlər olmur, əsasən dişin oxuna para-
lel istiqamətdə yerləşən kollagen liflərdən təşkil olunur.
Hüceyrəli (ikincili) sement kök zirvəsinin
1
/
3
səviyyəsində
dentini örtən və çoxköklü dişlərdə köklərarası sahəni əhatə edən
nahiyədə yerləşir. Burada da kollagen liflərə, yapışqanabənzər
maddəyə və onun daxilində yerləşən hüceyrələrə – sementositlərə
rast gəlmək olar. Sementositlər həm öz aralarında, həm də dentin
kanalcıqları ilə anastomoz əmələ gətirirlər.
Yuxarı çənənin alveolyar çıxıntısı və aşağı çənənin alveol sü-
müyü xarici və daxili kortikal səhifədən təşkil olunmuşdur ki,
bunların arasında da süngəri maddə yerləşir.
Sümüyün kompakt səhifəsi tərkibində çoxsaylı kanal və
dəliklər olan osteon sistemlərindən təşkil olunmuşdur.
Yuxarı çənənin alveol çıxıntısının kortikal səhifəsi, aşağı çənə
ilə müqayisədə kifayət qədər nazikdir (şəkil 8).
Şəkil 8. Yuxarı çənənin alveol divarının qalınlığı
Onu da qeyd etmək lazımdır ki, kortikal səhifənin qalınlığı
müxtəlif diş nahiyələrində eyni deyildir. Belə ki, ön, köpək və
premolyarlar nahiyəsində kortikal səhifənin qalınlığı oral səthə
nisbətən daha nazikdir. Molyarlar nahiyəsində isə kortikal səhifə
dil tərəfdə daha nazikdir. Aşağı çənədə xarici kompakt səhifə
daha qalın, frontal dişlərdə isə nisbətən zəifdir.
Dostları ilə paylaş: |