R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə3/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   2   3   4   5   6   7   8   9   ...   32

13
Kollagen  və  argirofil  liflər  arasında  fibroblastlar,  histiositlər, 
plazmatik və tosqun hüceyrələr yerləşir. Aparılmış histokimyəvi 
tədqiqatlar sayəsində, tosqun və plazmatik hüceyrələr tərəfindən 
histamin, serotonin, heparin və digər qlükozaminqlikanların if-
raz olunması ilə bağlı məlumatlar əldə edilmişdir.
Epiteli  hüceyrələrində  trofika  və  regenerasiya  proseslərində 
fəal  iştirak  edən  RNT,  qlikogen  və  qlükozaminqlikanlar  aşkar 
edilmişdir.
Selikli qişa çeynəmə təzyiqinə məruz qalır, qida loxmasının 
əmələ  gəlməsində  iştirak  edir,  onun  vasitəsilə  bir  çox  dərman 
maddələrinin sorulması baş verir.
Diş  ətinin  bağ  aparatı  –  boyun  ətrafında  diş  ətinin  əsasını 
təşkil edən stroma (dişin dairəvi bağı), çoxlu miqdarda kollagen, 
elastiki  və  argirofil  liflərdən  təşkil  olunmuşdur.  Bağ  aparatının 
bu cür zəngin olması, diş ətinin dişə kip surətdə yapışmasını və 
çeynəmə təzyiqinin bərabər səviyyədə paylanmasını təmin edir.
Parodontda birləşdirici toxuma liflərinin paylanması, diş kö-
künün  müxtəlif  səthlərində  və  səviyyəsində  eyni  deyildir.  Diş-
diş  əti  lifləri  diş  əti  cibinin  dibindən  başlayır,  bir  qədər  xaricə 
doğru yönəlir, diş ətində yelpikşəkilli formada şaxələnir. Bu za-
man liflərin bir hissəsi yuxarıya, digəri üfüqi, başqa bir hissəsi 
isə aşağıya doğru yönəlmiş olur.
Diş  –  periostal  liflər  daha  möhkəm  qrup  təşkil  edir.  Həmin 
liflər  diş  ətinin  aşağı  hissəsindən  başlayır,  köndələn  istiqamət 
alır, alveolyar çıxıntının zirvəsinə dolanaraq periosta daxil olur 
və orada şaxələnir.
Dişlərin kontakt səthlərində diş-diş əti, dişlərarası və bəzi hal-
larda üfüqi istiqamətdə yerləşən diş-alveol liflərinə rast gəlmək 
olur.  Diş-diş  əti  lifləri  diş  əti  ciblərinin  ətrafındakı  sementdən 
başlayır və dişlərarası məməciyin zirvəsinə doğru istiqamətlənir.
Dairəvi bağın lifləri dişləri kip surətdə əhatə edir və onların 
dönmə və fırlanma hərəkətlərini məhdudlaşdırır.
Periodont  (periodontal  bağ,  desmodont)  –  dişin  birləşdirici 
aparatı olub, dayaq-tutucu və amortizəedici funksiyaları yerinə 


14
yetirir. Bu, sərt lifli birləşdirici toxuma kimi dişin kökünü əhatə 
edir, alveol sümüyü və diş sementi arasındakı periodontal yarıq-
da yerləşir.
Periodontal  liflərin  istiqaməti  dişdəki  funksional  yüklənmə 
ilə  müəyyən  edilir.  Ümumiyyətlə,  periodontda  dörd  zona  ayırd 
edilir.
Bağlar  çoxlu  miqdarda  kollagen  liflərdən  təşkil  olunmuş  və 
0,004-0,01  mm  ölçüyə  malik  kələfdə  birləşmişdir.  Bu  liflərin 
 arasında kövşək lifli birləşdirici toxumanın hüceyrəvi elementləri, 
qan damarları və sinir reseptorları vardır. Kollagen liflər qalınlı-
ğı  4-8  mkm-ə  bərabər  polipeptid  molekullardan  təşkil  olun-
muşdur.
Dişin dairəvi bağında 3 qatdan ibarət liflərə rast gəlmək müm-
kündür. Bu qatlardan biri alveol sümüyünün kortikal lövhəsinə, 
digəri  kök  sementinə  bağlanır.  Üçüncü  qat  isə  həmin  qatların 
arasında yerləşən və çeynəmə təzyiqinin bərabər səviyyədə pay-
lanmasını təmin edən argirofil liflərdən təşkil olunmuşdur.
Periodont hüceyrələri, əsasən kövşək lifli birləşdirici toxuma-
nın qatları arasında yerləşir (şəkil 7). Bu hüceyrələrə ən çox al-
veol yaxınlığında və zirvə ətrafında rast gəlmək olar. Birləşdirici 
toxuma  hüceyrələri  içərisində  fibroblastlar  çoxluq  təşkil  edir. 
Bundan əlavə, müdafiə funksiyalarını yerinə yetirən histiositlərə, 
tosqun hüceyrələrə, plazmatik hüceyrələrə də rast gəlinir.
Osteoblastlar  alveol  sümüyünün  kortikal  səhifəsinə  yaxın 
nahiyədə yerləşir. Alveol sümüyünün aktiv rezorbsiyası zamanı 
isə çoxnüvəli hüceyrələr – osteoblastlar aşkar edilir.
Sementoblastlar həm kök sementinin üzərində, həm də perio-
dontal liflərin arasında yerləşir.
Periodontda qeyd olunan hüceyrələrdən əlavə, həmçinin epi-
telial hüceyrələrə də rast gəlmək mümkündür. Həmin hüceyrələr 
əsasən kök sementinin və alveol səhifəsinin yaxınlığında, habelə 
alveolarası arakəsmənin sümük iliyində yerləşir. Patogen faktor-
ların təsiri nəticəsində, həmin hüceyrələr kista və şiş kimi patolo-
ji dəyişikliklərin yaranmasına səbəb olur.


15
Şəkil 7. Periodontda əsas hüceyrə qruplarının yerləşməsi
1  –  Epitelial  birləşmə  nahiyəsində;  2  –  Periodont  lifləri  boyunca;  
3 – Zirvəətrafı nahiyədə
Kiçik  damarların  ətrafında  və  bağ  aparatı  liflərinin  arasın-
da  fibroblastlara  oxşar,  az  differensiasiya  etmiş  perivaskulyar 
hüceyrələrə  də  rast  gəlmək  mümkündür.  Bu  hüceyrələrdən  bir 
sıra birləşdirici toxuma və qan hüceyrələri əmələ gələ bilər.
Diş sementi dişin kökünü minanın sərhədindən zirvəyə qədər 
örtür. Sementlər birincili – hüceyrəsiz və ikincili – hüceyrəli ol-
maqla iki qrupa ayrılır. Kimyəvi tərkibinə görə sement sümüyə 
oxşayır və 22% üzvi, 32% kalsium duzlarından və digər mikro-
elementlərdən təşkil olunmuşdur.
Diş boynu ətrafında sementin qalınlığı 0,015 mm, orta hissədə 
isə 0,02-0,03 mm-ə bərabər olur.
Hüceyrəsiz (birincili) sement əsasən kökün boyunətrafı nahi-
yə sində,  bilavasitə  dentinlə  təmas  səthində  olur.  Bu  sementin 


16
tərkibində hüceyrəvi elementlər olmur, əsasən dişin oxuna para-
lel istiqamətdə yerləşən kollagen liflərdən təşkil olunur.
Hüceyrəli  (ikincili)  sement  kök  zirvəsinin 
1
/
3
  səviyyəsində 
dentini örtən və çoxköklü dişlərdə köklərarası sahəni əhatə edən 
nahiyədə  yerləşir.  Burada  da  kollagen  liflərə,  yapışqanabənzər 
maddəyə və onun daxilində yerləşən hüceyrələrə – sementositlərə 
rast gəlmək olar. Sementositlər həm öz aralarında, həm də dentin 
kanalcıqları ilə anastomoz əmələ gətirirlər.
Yuxarı çənənin alveolyar çıxıntısı və aşağı çənənin alveol sü-
müyü  xarici  və  daxili  kortikal  səhifədən  təşkil  olunmuşdur  ki, 
bunların arasında da süngəri maddə yerləşir.
Sümüyün  kompakt  səhifəsi  tərkibində  çoxsaylı  kanal  və 
dəliklər olan osteon sistemlərindən təşkil olunmuşdur.
Yuxarı çənənin alveol çıxıntısının kortikal səhifəsi, aşağı çənə 
ilə müqayisədə kifayət qədər nazikdir (şəkil 8). 
Şəkil 8. Yuxarı çənənin alveol divarının qalınlığı
Onu  da  qeyd  etmək  lazımdır  ki,  kortikal  səhifənin  qalınlığı 
müxtəlif  diş  nahiyələrində  eyni  deyildir.  Belə  ki,  ön,  köpək  və 
premolyarlar  nahiyəsində  kortikal  səhifənin  qalınlığı  oral  səthə 
nisbətən daha nazikdir. Molyarlar nahiyəsində isə kortikal səhifə 
dil  tərəfdə  daha  nazikdir.  Aşağı  çənədə  xarici  kompakt  səhifə 
daha qalın, frontal dişlərdə isə nisbətən zəifdir.


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə