R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə8/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

33
II  F Ə S İ L
XƏSTƏLƏRİN MÜAYİNƏSİ
ANAMNEZ
Parodont  xəstəlikləri  olan  pasiyentlərin  müayinəsi,  orqaniz-
min  ümumi  vəziyyətini  qiymətləndirmək,  parodontun  klinik 
xüsusiyyətlərini  müəyyən  etmək,  yerli  və  ümumi  patogenetik 
faktorları aşkar etmək və xəstəliyin mərhələlərini və klinik ge-
dişini təyin etmək məqsədilə aparılır. Bu baxımdan əldə olunan 
informasiyaların çoxluğu xəstəliyə düzgün diaqnoz qoyulmasına 
imkan verir, eyni zamanda müalicə və profilaktika tədbirlərinin 
effektiv formada planlaşdırılmasına şərait yaradır.
Həyat  anamnezi  toplayarkən  xəstənin  pasport  göstəriciləri, 
sənəti,  zərərli  peşə  vərdişlərinin  olması,  qidalanmanın  xarakteri, 
keçirmiş  olduğu  xəstəliklər,  stress  vəziyyətləri,  ekoloji,  sosial  və 
məişət şəraiti, ağız boşluğunun gigiyenik vəziyyəti və s. öyrənilir. 
İrsi faktorların rolu da mütləq dəqiqləşdirilir: bu xəs təliklə yaxın qo-
humlar – valideynlər, bacı və qardaşlar nə vaxtsa xəstələnmişlərmi? 
Keçmişdə və ya indi zərərli vərdişlərə meyilliliyin olub-olmaması 
da müəyyənləşdirilir.
Ehtiyac olduğu hallarda xəstə digər mütəxəssislərin də müa yi-
nəsindən keçməlidir. Parodont xəstəlikləri olduğu zaman ən çox 
terapevtin,  endokrinoloqun,  nevropatoloqun,  allerqoloqun  və  s. 
məsləhətlərinə ehtiyac yaranır.
Anamnez  toplayarkən  əldə  olunan  nəticələr,  əksər  hallarda 
diaqnozun qoyulması üçün həlledici hesab olunur. Qeyd etmək 
lazımdır ki, anamnez aktiv şəkildə toplanmalıdır; yəni həkimin 
verdiyi suallar dəqiq və məqsədyönlü xarakterli olmalıdır.
BAXIŞ
Baxış zamanı xəstənin ümumi vəziyyətinə, sifətin ifadəsinə, 
dərinin və üz-çənə nahiyəsindəki yumşaq toxumaların rənginə, 
asimmetriyanın  olmasına,  ağız  bucaqlarının  və  dodaqların 


34
vəziyyətinə,  diksiyanın  xarakterinə,  ağızın  açılmasına  və  s. 
diqqət yetirilməlidir.
Baxış zamanı ardıcıllıq və planauyğun müayinə mütləq nəzərə 
alınmalıdır.
Ümumi baxışdan sonra ağız dəhlizi nəzərdən keçirilir, sonra 
parodont və diş sırasının vəziyyəti qiymətləndirilir. Baxış, adətən 
aşağı çənənin sol tərəfindən başlayaraq sağ tərəfə, daha sonra yu-
xarı çənəyə keçir və nəhayət, sol yuxarı retromolyar sahədə başa 
çatır. Oral səthin müayinəsi zamanı da bu cür taktikadan istifadə 
edilir. Baxışın son mərhələsi selikli qişanın digər nahiyələrinin 
(dil, ağız dibi, yumşaq və sərt damaq) müayinəsi ilə başa çatır.
Sağlam  şəxslərdə  sifət  simmetrik,  dodaqlar  kifayət  qədər 
hərəkətli,  yuxarı  dodaq  yuxarı  ön  dişlərin  kəsici  səthindən  2-3 
mm  qısa,  ağızın  açılması  və  çənələrin  hərəkətləri  sərbəst,  lim-
fa düyünləri böyüməmiş, xüsusi selikli qişanın rəngi çəhrayı və 
ya solğun çəhrayı rəngdədir, qan axmır, diş əti kip surətdə dişə 
yapışmışdır.  Diş  əti  bərkdir,  ağrısızdır,  parodontal  ciblər  aşkar 
edilmir, diş əti şırımlarının dərinliyi 1,0-1,5 mm-dir. Dişlər kon-
takt nöqtələrinin hesabına kip surətdə bir-birinə yaxınlaşmış və 
vahid qnatodinamik bir sistem yaratmışdır. Yuxarı və aşağı çənə 
yüyənləri normal bir səviyyədə birləşmişlər (şəkil 17).
Şəkil 17. Yuxarı və aşağı çənə yüyənləri


35
Bundan  sonra,  keçid  pərdəsinin  stromasında  yerləşən  ya-
naq – diş əti bağlarının sayı və xarakteri müayinə edilir, onla-
rın  bərkidiyi  yerin  hündürlüyü,  hərəkiliyi,  diş  əti  məməciyi  ilə 
əlaqəsi və s. müəyyən edilir.
Dodaq yüyəninə və dilə baxış zamanı onların anomaliyasına, 
bərkidiyi yerin hündürlüyünə, diastemaların olmasına fikir verilir.
Ağız  dəhlizinin  müayinəsi  zamanı  onun  dərinliyinə  diqqət 
yetirmək lazımdır. Bu dərinliyi ölçmək üçün (diş əti kənarından 
dəhlizin  dibinədək  olan  məsafə)  xüsusi  dərəcələnmiş  alətdən 
istifadə  edilir.  Ağız  dəhlizi  dayaz  (=5  mm),  orta  (8-10  mm)  və 
dərin (10 mm və daha çox) ola bilər (şəkil 18).
Şəkil 18. Ağız dəhlizinin müayinəsi
Diş  əti.  Baxış  zamanı  diş  ətinin  vəziyyəti  həm  vestibulyar, 
həm  də  oral  tərəfdən  qiymətləndirilir.  Onun  rəngi,  konsistensi-
yası, qanaxmaya meyilli olması, diş əti yarıqlarının dərinliyi, diş 
əti  birləşmələrinin  tamlığı,  dişlərarası  məməciklərin  vəziyyəti, 
parodontal  ciblərin  olması  və  s.  müəyyən  edilir.  Diş  sırasının 
qiymətləndirilməsi zamanı dişlərin qarşılıqlı əlaqəsi, diş ərpinin 
olması, diş tacının forması, minanın rəngi, onun sürtülməsi və 
yerdəyişməsi,  trema  və  diastemaların  olması,  travmatik  okklü-
ziyanın mövcud olması, dişlərin laxlaması və s. kimi faktorlara 
diqqət yetirmək lazımdır.
Parodontal  cib  diş-diş  əti  birləşməsinin  tamlığının  pozul-
ması  zamanı  əmələ  gəlir.  Sümükxarici  parodontal  cib  (alveol 


36
sümüyündə  destruksiya 
ol madığı halda) və sümük 
cibi  (alveol  sümüyündə 
aydın  nəzərə  çarpan  dest-
ruksiya  olduğu  halda)  an-
layışları ayırd edilir (şəkil 
19).  Parodontal  ciblərin 
varlığı,  onların  dərinliyi, 
müxtəlif  patologiyalarda 
mövcudluğu 
xəstəliyin 
kli  nik  gedişini  müəyyən  edir.  Parodontal  ciblərin  dərinliyi, 
orada  olan  ekssudatın  miqdarı  və  xoraların  əmələ  gəlməsi, 
ümumiyyətlə, parodontun vəziyyəti barədə fikir yürütməyə im-
kan  verir.  Parodontal  cibin  dərinliyini  müəyyən  edən  zaman, 
onun fizioloji xüsusiyyətlərini mütləq nəzərə almaq lazımdır.
Həqiqi və yalançı parodontal cib terminlərindən də istifadə edi-
lir.  Yalançı  parodontal  cib  olduğu  halda  (hipertrofik  gingivitlərdə 
müşahidə edilir – şəkil 20) dişin sirkulyar bağının tamlığı pozul mur, 
diş ətinin hipertrofiyası hesabına cibin dərinliyi böyümüş olur.
Şəkil 20
Parodontal cibin dərinliyi kalibrlənmiş hamarlayıcı və ya xü-
susi işarələnmiş küt zondla ölçülür. Bundan başqa, bu məqsədlə 
parodontometr adlı cihazdan da istifadə olunur (şəkil 21).
Şəkil 19


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə