R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə4/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   2   3   4   5   6   7   8   9   ...   32

17
Alveol sümüyü 30-40 % üzvi maddələrdən (əsasən kollagen) 
və 60-70 % mineral duzlardan təşkil olunmuşdur. 
Sümük toxumasının normal fəaliyyət göstərməsi, onun özü nü-
tənzimetmə prosesləri hüceyrə elementlərinin, o cümlədən osteo-
blastların, osteoklastların, osteositlərin fəaliyyəti ilə əlaqədardır.
Dişlərin  kökləri  alveol  sümüyündəki  xüsusi  yuvalarda  fiksə 
olunur.  Həmin  yuvalarda  5  divar  ayırd  edilir:  vestibulyar,  dil 
(damaq), medial, distal və dib. Alveolun xarici və daxili iki qatlı 
kompakt maddədən təşkil olunmuşdur. Bu qatlar müxtəlif qrup 
dişlər arasında müxtəlif səviyyədə birləşmiş olur.
Alveolun xətti ölçüləri müvafiq diş köklərinin uzunluğundan 
bir qədər qısadır və ona görə də alveol sümüyünün kənarı mina-
sement sərhədinə qədər çatmır, eyni zamanda kökün zirvəsi peri-
odontun hesabına alveolun dibinə kip surətdə yapışmır (şəkil 9).
Şəkil 9. Diş əti, alveolarası arakəsmə və diş tacının  
bir-birinə münasibəti 


18
Şəkil 10. Periodontal yarığın  
eni (mm-lə)
Periodontal  yarığın  eni  həm 
müxtəlif qrup, həm də ayrı-ayrı 
dişlərdə  eyni  deyildir,  buna 
səbəb  olan  faktorlar  aşağıdakı-
lardır:  yaş,  dişləm,  funksional 
yüklənmə və s.
Çıxmamış daimi dişlərin pe-
riodontal  yarığı  0,006-0,1  mm, 
çıxmış analoji dişinki isə ondan 
3-4  dəfə  geniş  olur.  11-16  yaş-
lı  uşaqlarda  bu  göstərici  orta 
hesabla  0,12  mm,  30-50  yaşda 
0,18 mm, 50-60 yaşlı şəxslərdə 
isə 0,15 mm-ə bərabər olur. Bir 
köklü dişlərdə periodontal yarı-
ğın ən nazik hissəsi kökün 1/5-i 
səviyyəsində  müşahidə  edilir. 
Belə  ki,  alveolun  girəcəyində 
bu  göstərici  0,23-0,27  mm-ə, 
ortada  0,08-0,14  mm-ə  zirvədə 
və  alveolun  dibində  isə  0,23-
0,28 mm-ə bərabər olur və for-
ması qum saatına bənzəyir. Çox 
köklü dişlərdə də bu belədir.
Periodontal  yarıq  medial  səthə  nisbətən  distal  səthdə  daha 
dardır.  Bu  cür  anatomik  quruluş,  dişlərin  medial  istiqamətdə 
yerdəyişməsinə  meyilli  olması  tendensiyası  ilə  izah  olunur. 
Çeynəmə dişlərində vestibulyar səthdə periodontal yarığın eni al-
veolun ön ⅓-də 0,22 mm-ə, ortada 0,28 mm-ə, zirvədə 0,31 mm-ə, 
dil (damaq) səthində isə müvafiq olaraq 0,54; 0,28; 0,27 mm-ə 
bərabər olur (şəkil 10).


19
PARODONTUN QAN TƏCHİZATI
Parodontun qan təchizatı xarici yuxu arteriyalarının son yu-
xarı  və  aşağı  çənə  şaxələri  ilə  təmin  olunur  (şəkil  11).  Yuxarı 
çənədəki diş əti, xarici arterial qövsün əmələ gətirdiyi anastomoz 
vasitəsilə qanla təchiz olunur. Anastomozlar diş əti kənarından 
0,5  sm  məsafədə,  bilavasitə  sümüyə  yaxın  nahiyədə  yerləşir. 
Aşağı  çənənin  diş  əti  daxili  alveolyar  qövsün  arterial  sahələri 
vasitəsilə qanla təchiz olunur.
Parodontun damar şəbəkəsinin 3 zonası ayırd edilir: diş əti, 
alveolyar  və  zirvə  zonası.  Diş  ətində  kapillyarlar,  prekapillyar-
lar  və  ilgəkşəkilli  arteriyalar  üstünlük  təşkil  edir.  Hər  bir  diş 
əti  məməciyində  paralel  yerləşən  4-5  arteriola  vardır  ki,  onun 
əsasında da damar kələfi əmələ gəlir. Kapillyarlar diş əti səthinə 
yaxın yerləşir. Diş boynu nahiyəsində və diş əti məməciklərindəki 
kapillyarlar  aydın  nəzərə  çarpan  və  hidrostatik  təzyiq  zamanı 
diş ətinin kip surətdə dişə yapışmasını təmin edən damar man-
jeti (dartısı) aşkar edilir (şəkil 28). Diş əti kapillyarları arasında 
fəaliyyət göstərməyən, oyanıqlı olmayan və nadir hallarda pato-
loji proseslərə cəlb olunan damarlara da rast gəlmək mümkündür.
Parodontun bağ aparatı iki mənbə vasitəsilə qanla təmin olu-
nur: alveolyar arteriyalar və diş şaxələri. Alveolyar arakəsmələrin 
zirvəsində  damarlar  sümüküstlüyündən  keçərək  diş  ətinə  daxil 
olur. Diş şaxəsi kökün zirvə dəliyinə daxil olmazdan əvvəl paro-
donta şaxələr verir.


20
Şəkil 11. Üz-çənə nahiyəsinin qan təchizatı
A. Arteriyalar
1  –  Ümumi  yuxu  arteriyası;  2  –  Daxili  yuxu  arteriyası;  3  –  Xarici 
yuxu  arteriyası;  4  –  Çənə  arteriyası;  5  –  Səthi  gicgah;  6  –  Aşağı 
çənə arteriyası; 7 – Arxa­yuxarı çənə arteriyası; 8 – Ön yuxarı çənə 
arteriyası;  9  –  Kəsici  kanal;  10  –  Böyük  və  kiçik  almacıq  dəlikləri; 
11  –  Aşağı  çənə  arteriyalarının  son  şaxələri;  12  –  Üz  arteriyası; 
13 – Dil arteriyası
B. Venalar
1 – Yuxarı qalxanabənzər vena; 2 – Üz venası; 3 – Dil venası; 4 – Aşa­
ğı  çənə  venası;  5  –  Qanadabənzər  venoz  kələf;  6  –  Ön­yuxarı  çənə 
venası; 7 – Gicgah venası


21
Qan damarları alveol sümüyünün kortikal səhifəsini deşərək, 
parodontun  bağ  aparatına  daxil  olur.  Onlar  alveolda  əsasən 
kövşək  lifli  birləşdirici  toxumanın  lifləri  arasında  yerləşir.  Da-
marların sonu ilgək formasındadır və onlar müəyyən qədər hid-
ravlik  təzyiqin  bərabər  səviyyədə  paylanmasını  təmin  edərək, 
amortizə sistemi rolu oynayır (şəkil 12). Alveol sümüyünün özü 
isə  periostal  damarlardan  qidalanır  ki,  o  da  öz  növbəsində  sü-
mükdaxili anastomozla əlaqədədir.
Şəkil 12. Mikrosirkulyar axının şəbəkə tipi
1 – Gətirici damar; 2 – Arteriola; 3 – Metarteriola; 4 – Preka pil l  yar; 
5 – Kapillyarlar; 6 – Arteriovenulyar anastomoz; 7 – Venula; 8 – Orta 
divarın qalınlaşması və damar mənfəzinin daralması 


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə