R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə14/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

56
3. Diş ətinin böyüməsi
4. Yüyən və əzələlərin birləşmə xüsusiyyətləri
5. Ağız dəhlizinin dayaz olması
6. Rəngin dəyişilməsi
D. Okklüzion travma
1. Birincili okklüzion travma
2. İkincili okklüzion travma
1983-cü  ildə  keçmiş  Ümumittifaq  Stomatoloji  Cəmiyyətin 
plenumunda parodont xəstəliklərinin təsnifatı təsdiq edilmişdir. 
Bu təsnifata görə parodont xəstəlikləri aşağıdakı kimidir:
I. Gingivitlər – bağ aparatı zədələnmədən, bir sıra zərərli yerli 
və ümumi faktorların təsiri nəticəsində diş ətində yaranan iltihabi 
prosesdir.
Forması – kataral, hipertrofik, xoralı
Ağırlıq dərəcəsi – yüngül, orta, ağır
Gedişi – kəskin, xroniki, kəskinləşmiş, remissiya
Yayılması – lokal, generalizə olunmuş
II. Parodontit – alveol sümüyü və periodontun destruksiyası, 
eyni zamanda diş ətinin iltihabı ilə müşayiət olunan patologiyadır.
Ağırlıq dərəcəsi – yüngül, orta, ağır
Gedişi  –  kəskin,  xroniki,  kəskinləşmiş  (o  cümlədən  abses-
ləşmiş), remissiya
Yayılması – lokal, generalizə olunmuş
III. Parodontoz – parodont toxumalarında baş verən distrofik 
patologiyadır.
Ağırlıq dərəcəsi – yüngül, orta, ağır
Gedişi – xroniki, remissiya
Yayılması – generalizə olunmuş
IV.  Parodont toxumalarının proqressiv lizisi ilə müşayiət olu-
nan idiopatik xəstəliklər: Papiyon-İefevr sindromu, X-histiositozu, 
qammaqlobulinemiya, şəkərli diabetin kompensə olunmamış fa-
zası və başqaları.


57
V. Parodontomalar
Bu  təsnifatın  əsas  üstünlüyü,  müxtəlif  növ  parodont  xəstə lik-
lərinin  klinik-morfoloji  və  patoloji  xüsusiyyətlərinə  differensial 
yanaşma prinsipindən ibarətdir.
GİNGİVİTLƏR
Gingivit ən çox yayılan parodont xəstəliyi olub, demək olar ki, 
bütün yaş dövrlərində, o cümlədən uşaqlar və yeniyetmələrdə də 
rast gəlinir.
Gingivitin  əmələ  gəlməsinə  səbəb  olan  faktorlar  yerli  və 
ümumi  olmaqla  iki  qrupa  bölünür.  Ümumi  səbəblər  içərisində 
orqanizmin reaktivliyinin aşağı düşməsi, endokrin, ürək-damar, 
qanyaradıcı orqanları, mədə-bağırsaq sistemi xəstəlikləri, habelə 
hipovitaminozlar,  allergik  reaksiyalar,  infeksion  xəstəlikləri, 
hamiləlik toksikozları və s. göstərmək olar.
Orqanizmdə baş verən ümumi xarakterli dəyişikliklər, zərərli 
yerli faktorlarla birgə prosesi bir qədər də ağırlaşdırır. Zərərli yerli 
faktorlar bunlardır: ağız boşluğunun gigiyenik vəziyyətinin pis ol-
ması, diş ərpi və diş yastıqcığının əmələ gəlməsi, diş-çənə anoma-
liyası və deformasiyaları, mexaniki, kimyəvi, fiziki zədələnmələr 
və s. yerli travmatik faktorlar da bilavasitə gingivitlərin yaranma-
sına səbəb ola bilər.
Diş  ətinin  iltihabı  hiperemiya,  ödem,  qanaxma,  şişkinlik, 
hiper trofiya, prosesin kəskin və xroniki xarakterli gedişə malik, 
həmçinin lokal və yayılmış formada olması ilə səciyyələnir.
Bundan  əlavə,  plomblama  zamanı  buraxılan  səhvlər  (pre pa-
rasiyanın düzgün aparılmaması, matrisadan istifadə olunmama-
sı), diş daşlarının olması, dişlərin retensiyası və distopiyası və s. 
gin givitlərin yaranmasına gətirib çıxarır.
Gingivitin  gedişi  orqanizmdəki  ümumi  dəyişikliklər  kom-
plek sindən  və  selikli  qişadakı  iltihabın  yayılma  dərəcəsindən 
asılıdır. Yüngül dərəcəli gingivit üçün dişlərarası məməciklərin 


58
zədələnməsi, orta gedişlidə prosesin marginal hissəyə də ya yıl-
ması, ağır formada isə alveolyar sahədə də iltihabın aşkar edilməsi 
xarakterikdir.
Gingivit  zamanı  dişin  bağ  aparatının  zədələnməsi  müşahidə 
olunmur, ancaq dişlərin hipertrofiyası hesabına (hipertrofik gin-
givitlərdə rast gəlinir) yalançı parodontal ciblər əmələ gələ bilər.
KATARAL GİNGİVİT
Bu xəstəlik zamanı pasiyentlər diş ətində xoşagəlməz, qaşın-
ma hissiyyatından, ağızda pis iyin olmasından, qida qəbulu zama-
nı və dişləri təmizləyərkən, diş ətindən qan gəlməsindən şikayət 
edirlər.  Xəstəliyin  kəskin  gedişi  dövründə  qida  qəbulu  zamanı 
mexaniki və kimyəvi qıcıqlandırıcıların təsirindən ağrı daha da 
şiddətlənir.
Şəkil 24. Diş çıxarma və dişlərin dəyişilmə  
dövrlərində parodontun iltihabı
A – Süd dişlərinin dəyişilməsi; B – Daimi dişlərin çıxması
1.  Süd  dişi.  2.  Daimi  dişin  mayası.  3.  Sorulan  orqan.  4.  Kökün 
böyümə zonası.


59
Xəstənin ümumi vəziyyəti o qədər də dəyişmir, buna baxma-
yaraq  xəstəliyin  kəskinləşmiş  dövrlərində  subfebril  temperatur 
və  ümumi  halsızlıq  müşahidə  edilir.  Kəskin  kataral  gingivitin 
təzahürü  dişlərin  çıxma  və  dəyişmə  dövrləri  üçün  xarakterik-
dir.  Bundan  başqa,  kəskin  infeksion  və  digər  ümumi  somatik 
xəstəliklər  fonunda  da  kəskin  kataral  gingivit  əmələ  gələ  bilər 
(şəkil 25-28).
Şəkil 25. Kəskin lokal kataral 
gingivit; yüngül dərəcəli
Şəkil 26. Diş çıxarma zamanı 
yaranmış kəskin kataral 
gingivit; yüngül dərəcəli
Xroniki  kataral  gingivit  uzunmüddətli  gedişə  malik  olması 
ilə xarakterizə olunur və xəstəliyin əlamətləri o qədər də aydın 
təzahür olunmur. İltihab əlamətləri bəzi hallarda yalnız dişlərarası 
məməciklərdə və diş əti kənarında müşahidə edilir. Xroniki kata-
ral gingivit lokal, generalizə olunmuş və ya yayılmış formalarda 
rast gəlinir.


60
Şəkil 27. Kəskin generalizə 
olunmuş gingivit. x200. kataral 
gingivit; orta dərəcəli
Şəkil 28. Kəskin kataral
1. Ödem; 2. Perivaskulyar 
infiltratlar; 3. Toxumadakı 
distrofik dəyişikliklər
Obyektiv müayinə zamanı ödem, hiperemiya, diş əti sianozu, 
onun qalınlaşması, tək-tək eroziyalar, məhdud deskvamasiya ocaq-
ları və s. aşkar edilir. Diş ətinin mexaniki qıcıqlanması qanaxma ilə 
müşayiət olunur. Diş ətindəki ödem, bəzən parodontal cib olması 
təəssüratını yaradır, buna baxmayaraq, dişin dairəvi bağ aparatı öz 
tamlığını saxlayır və parodontal cib olmur (şəkil 29-30).
Şəkil 29. Xroniki lokal kataral 
generalizə olunmuş gingivit; 
orta dərəcəli
Şəkil 30. Xroniki kataral 
gingivit; orta dərəcəli


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə