R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

65
Patomorfoloji  olaraq,  diş  ətində  xroniki  proliferativ  iltihabi 
proseslər  müəyyən  edilir.  Epitelinin  buynuzlaşması  prosesi  po-
zulur,  tikanabənzər  qatda  akantoz  və  vakuol  distrofiyası  kimi 
dəyişikliklər müşahidə edilir.
Subepitelial qatda limfoid – plazmositar və perivaskulyar in-
filtrat, habelə skleroz aşkar edilir. Daha dərin qatlarda birləşdirici 
toxuma strukturlarında zəif fibrozlaşma hallarına da rast gəlmək 
mümkündür (şəkil 34).
Şəkil 34. Qranulyasiyalaşan hipertrofik gingivit. x90. 
1. Epiteli hüceyrələrinin vakuol distrofiyası; 2. Akantoz; 
 3. Limfoid plazmositar infiltrasiya 
Hipertrofik  gingiviti  əmələ  gətirən  faktorların  vaxtında  ara-
dan  qaldırılması  və  səmərəli  müalicə  tədbirlərinin  tətbiq  olun-
ması sayəsində, klinik simptomlar tez bir zamanda yox olur və 
xəstəliyin proqnozu qənaətbəxş olur.


66
XORALI GİNGİVİT
Bu patologiya zamanı diş ətindəki iltihab prosesi orqanizmin 
reaktivliyinin aşağı düşməsi fonunda nekroz və xora ilə ağırlaş-
mış olur. Xoralı gingivitin varlığı orqanizmin reaktivliyinin ciddi 
pozulmasından xəbər verir. Reaktivliyin aşağı düşməsi yerli-diş 
əti səviyyəsində və ya orqanizmin ümumi sistem xəstəliklərinin 
təzahürü kimi meydana çıxır.
Bir çox hallarda keçirilmiş infeksion xəstəlikləri, soyuqdəymə, 
stress  vəziyyətləri  və  s.  xoralı  gingivitlərin  əmələ  gəlməsinə 
səbəb  olur.  Bundan  başqa,  xroniki  perikoronitlə  ağırlaşmış  və 
çıxması fəsadla müşayiət olunan ağıl dişləri də xoralı gingivitin 
əmələ gəlməsinə səbəb olur. Bu onunla izah olunur ki, ağıl dişi 
ətrafındakı xroniki infeksiya ocağı daimi intoksikasiya və sensi-
bilizasiya mənbəyi olaraq, bu prosesin əmələ gəlməsinə şərait ya-
radır. Bu zaman selikli qişanın trofikası pozulur, an taqonist dişlər 
çıxmaqda olan ağıl dişinin üzərindəki diş ətini zədələyir, epiteli-
nin tamlığı pozulur və bütün bunların sayəsində generalizə olun-
muş formada xoralı gingivit əmələ gəlir. Klinik olaraq, xoralı gin-
givitin kəskin və xroniki formaları ayırd edilir, ağırlıq dərəcəsinə 
görə isə yüngül, orta və ağır formaları aşkar edilir.
Kəskin gedişli xoralı gingivit zamanı xəstələr ümumi nara hat-
lıqdan, baş ağrısından, iştahanın olmamasından, subfebril tempe-
ratur  olmasından,  iş  qabiliyyətinin  aşağı  düşməsindən,  ağızdan 
pis  qoxunun  gəlməsindən,  diş  ətində  ağrı  və  qan  gəl mə sindən, 
qida  qəbulunun  və  udma  aktının  çətinliyindən,  trizmdən  və  s. 
şikayət edirlər.
Ümumi baxış zamanı xəstələrin sifətində əzab, udma aktının 
çətinliyinə görə ağızdan su axması, kəskin və xoşagəlməz iy və s. 
müşahidə edilir. Diş ətinin kənarında sistemli zədələnmə, bəzi hal-
larda angina, dil, dodaq və yanağın selikli qişasının zədələnməsi, 
regionar  limfa  düyünlərinin  böyüməsi  və  ağrılı  olması,  qanda 
leykositlərin  çoxalması,  EÇS  artması  və  s.  aşkar  edilir.  Xoralı 


67
gingivitin ağırlıq dərəcəsi nəinki iltihabın yayılması ilə, habelə 
ümumi intoksikasiya əlamətlərinin varlığı ilə də müəyyən edilir.
Lokal  prosesin  yüngül  dərəcəsində  ümumi  orqanizm  səviy-
yə sində  baş  verən  dəyişikliklər  nəzərə  çarpır.  Yalnız  diş  əti 
məməciklərinin və diş əti kənarının bəzi nahiyələrində nek roz-
laşmış sahələrə rast gəlmək mümkündür. Sağlam və nekrozlaş-
mış diş əti hissələrinin arasında aydın ifadə olunmuş demarkasiya 
xətti  müəyyən  edilir.  Nekrozlaşmış  toxuma  cansız,  struktursuz 
bir  törəmədir.  Onun  pinsetlə  kənar  edilməsi  zamanı  qanaxma 
müşahidə edilir (şəkil 34, 35).
Şəkil 35 A. Kəskin lokal xoralı 
gingivit; generalizə olunmuş, 
yüngül dərəcəli
Şəkil 35 B. Kəskin xoralı 
gingivit; yüngül dərəcəli
Orta  dərəcəli  patologiya  zamanı  diş  ətinin  nəinki  papillyar, 
marginal, eyni zamanda alveolyar hissəsi də patoloji prosesə cəlb 
olunur. Xoralı gingivit üçün xarakterik olan bütün simptomlar bir 
qədər də ağırlaşır və xəstənin ümumi vəziyyəti daha da pisləşmiş 
olur (şəkil 35 C).


68
Şəkil 35 C. Kəskin generalizə olunmuş; orta dərəcəli
Ağır  formalı,  generalizə  olunmuş  xoralı  gingivitdə  bütün 
simptomlar daha bariz şəkildə təzahür edilir. Xəstələr əzgin olur, 
tez-tez tərləyir, sifətin rəngi qaralır, qida qəbulu zamanı kəskin 
ağrılar müşahidə olunur. Regionar limfa düyünləri böyümüş və 
ağrılı, bədən temperaturu 38-39
0
C-yə qədər yüksəlmiş olur. Se-
likli  qişa  ödemli,  hiperemiyalaşmışdır.  Dişlərarası  məməciklər 
həm  yuxarı,  həm  də  aşağı  çənədə  nekrozlaşmaya  məruz  qalır 
(şəkil 35 D). Nekrozlaşmamış diş əti bozumtul tünd rəngli fibri-
noz ərplə örtülmüşdür. Nekroz sahələri qopduqdan sonra, dişlərin 
boynu açılmış olur. Ağız boşluğunda özünütəmizləmə prosesləri 
pozulduğuna görə, dişlərin və dilin üzərində külli miqdarda ərp 
əmələ  gəlir.  Bir  çox  hallarda  yumşaq  ərpin  minerallaşaraq  diş 
daşlarına çevrilməsi hallarına rast gəlinir.


69
Şəkil 35 D. Kəskin generalizə olunmuş; ağır dərəcəli
Ağır formalı xoralı gingiviti olan xəstələrə terapevtin, hemato-
loqun və digər mütəxəssislərin məsləhəti vacibdir. Bu cür hallar-
da dürüst kliniki və laborator müayinələrin aparılmasına zərurət 
yaranır, eyni zamanda qan, allergik və s. xəstəliklərlə differensial 
diaqnostikası aparılır. 
Xroniki xoralı gingivit əksər hallarda kəskin prosesin nəticəsi 
kimi inkişaf edir və sönük  klinik gedişli olması ilə xarakterizə 
olunur. Xəstələr müntəzəm olaraq diş əti qanamasından, zəif ağrı 
olmasından və ağızdan pis qoxunun gəlməsindən şikayət edirlər. 
Diş ətində durğun hiperemiya, ödem, xoralı kənar, yastıqcıq for-
masında qalınlaşma aşkar edilir. Bir qayda olaraq, xroniki xoralı 
gingivit  yüngül  kliniki gedişi  ilə  seçilir,  nadir  hallarda  ağırlaşa 
bilər (şəkil 37).


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə