R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə12/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

48
LABORATOR METODLAR
Xəstələrin klinik-rentgenoloji metodların vasitəsilə müa yi nəsi, 
parodontdakı patoloji prosesləri xarakterizə etməyə imkan yaradır. 
Bununla yanaşı, həkim sonrakı müalicə işlərin səmə rəliliyi üçün 
bir sıra yardımçı müayinə metodlarından, laborator müayinələrdən 
istifadə  edilir.  Laborator  müayinələrin  vasitəsilə  xəs tələri  tam 
şəkildə müayinə etmək, etiotrop faktoru aşkar etmək, dəqiq diaq-
noz qoymaq və adekvat müalicə tədbirləri aparmaq olar. 
Parodontun iltihabi xəstəlikləri zamanı tətbiq olunan laborator 
müayinələri aşağıdakı formada sistemləşdirmək olar:
•  Mikrobioloji
•  İmmunoloji 
•  Biokimyəvi
•  Sitoloji
Parodontdakı iltihabi dəyişikliklərin inkişafı diş ərpi və bak-
terial floranın bilavasitə təsiri nəticəsində yaranır. Ağız boşluğu 
mikroflorasını öyrənmək üçün müasir dövrdə bir çox klassik me-
toddan istifadə edilir. Belə ki, mikrofloranın keyfiyyət baxımın-
dan  öyrənilməsi  üçün  mikroskop  vasitəsilə  mikrokoloniyanın 
identifikasiyası aparılır.
Mikrofloranın kəmiyyət baxımından öyrənilməsi üçün selek-
tiv  və  qeyri-selektiv  qidalı  mühitlərə  əkilmiş  koloniyaların  he-
sablanması lazımdır.
Müalicə  metodları  seçilən  zaman  mikrofloranın  dərman  pre-
paratlarına  qarşı  həssaslığı  da  öyrənilir.  Müasir  dövrdə  parodont 
xəstəliklərinin müayinəsində müvəffəqiyyətlə tətbiq olunan kontrast 
faza mikroskopiyası beş növ morfoloji formalı mik roorqanizmləri 
(kokklar, hərəkətsiz çöplər, hərəkətli çöplər, dəyişkən formalılar və 
filamentlər) faiz hesabı ilə müəyyən etməyə imkan verir. 
Bütün  bunlarla  yanaşı,  son  dövrlərdə  laboratoriya  prakti-
kasına  mikrofloranın  öyrənilməsi  üçün  mikroskopiya,  əkmə, 
biokimyəvi identifikasiya, axar sitometriya, kapillyar elektrofrez, 
immunoloji  müayinə,  hibridləşdirmə,  zəncirvarı  polimerizasiya 
reaksiyası və s. də daxil edilmişdir.


49
III FƏSİL
PARODONT XƏSTƏLİKLƏRİNİN KLİNİKA VƏ 
DİAQNOSTİKASI
Ümumi məlumatlar. Dişi əhatə edən toxumaların xəstəlikləri 
hələ qədim dövrlərdən aşkar edilib. İntibah dövründən başlaya-
raq, sivilizasiyanın inkişafı ilə əlaqədar olaraq kariyes kimi paro-
dont xəstəlikləri də sürətlə çoxalmağa başlamışdır.
Müasir  dövrdə  aparılmış  epidemioloji  müayinələr  parodont 
xəstəliklərinin  uşaqlar  və  böyüklər  arasında  geniş  yayılması-
nı  təsdiq  etməklə  yanaşı,  həmçinin  bu  xəstəliklərin  daha  erkən 
yaşlarda  da  müşahidə  edildiyini  söyləməyə  imkan  verir.  Paro-
dont  xəstəliklərinin  yaranmasına  səbəb  olan  çoxlu  faktorları,  o 
cümlədən ağız boşluğunun gigiyenasının qənaətbəxş vəziyyətdə 
olmaması,  yumşaq  və  bərk  diş  çöküntülərinin  varlığı,  diş-
çənə  anomaliyaları,  okklüziya  travmaları,  ağız  dəhlizi  toxu-
malarının  struktur  pozğunluqları,  ağız  tənəffüsü,  qəbul  edilən 
dərman maddələrinin əlavə təsirləri, keçirilmiş və müşayiətedici 
xəstəliklər və s. göstərmək mümkündür.
A.İ.Qrudyanov və Q.M.Barer (1994) öz tədqiqat işlərində bu 
qənaətə  gəlmişlər  ki,  müayinə  olunanlar  arasında  yalnız  12% 
halda sağlam parodonta rast gəlmək mümkündür. İltihabın ilkin 
əlamətləri 53%, erkən destruktiv dəyişikliklər 23%, orta və ağır 
dərəcəli patologiyalar isə 12% hallarda müşahidə edilir. İlkin il-
tihabi və destruktiv dəyişikliklər əksərən (23-38%) 25-34 yaşlı 
şəxslər arasında müəyyən edilmişdir. 35-44, 45-54, 55 və daha 
yuxarı yaş qrupuna aid şəxslərdə parodont xəstəliklərinin erkən 
simptomlarının kəskin azalması (15-26%), eyni zamanda orta və 
ağır formalı patologiyaların çoxalması (75%-ə qədər) müşahidə 
edilmişdir.
Aparılmış  çoxsaylı  epidemioloji  tədqiqat  işlərinin  sayəsində 
məlum olmuşdur ki, cavan yaşlı şəxslərdə parodont xəstəlikləri 


50
içərisində ən çox gingivitə, 30 yaşdan yuxarı şəxslərdə isə paro-
dontun daha ağır patologiyalarına rast gəlmək olar.
ÜST-in  elmi  qrupunun  verdiyi  məlumata  görə,  53  ölkə  ara-
sında aparılmış müayinələr həm 15-19 yaş qrupunda (55-99%), 
həm  də  35-44  yaş  qrupunda  (65-98%)  parodont  xəstəliklərinin 
səviyyəsinin yüksək olduğunu göstərir.
ÜST-in parodont xəstəliklərinin epidemiologiyasına aid olan 
təlimatlarında bu xəstəliklərin yaranmasında aşağıdakı faktorlar 
həlledici hesab edilir: sosial faktorlar – o cümlədən yaş, cins, irq, 
sosial-iqtisadi vəziyyət; yerli amillər – diş ərpi, okklüzion trav-
malar, plomblamanın yatrogen qüsurları, protezləmə və ortodon-
tik əməliyyatların düzgün aparılmaması; zərərli vərdişlər – ağız 
boşluğunun  gigiyena  qaydalarına  düzgün  əməl  edilməməsi,  si-
qaret çəkmə, sistem xəstəlikləri, cinsi yetkinlik zamanı yaranan 
dəyişikliklər, hamiləlik, menopauza, dərman preparatlarının təsiri 
(qidantoin, steroidlər), immunodepressantlar, ağır metalların duz-
ları, mayalanma əleyhinə olan preparatların peroral yolla qəbulu 
(tsiklosporin) və s.
PARODONT XƏSTƏLİKLƏRİNİN TƏSNİFATI
Müasir  stomatologiyada  parodont  xəstəliklərinin  onlarca 
təsnifatını  sadalamaq  olar.  Həmin  xəstəliklərin  təsnifatının  bu 
qədər zəngin olması bir tərəfdən parodont toxuması patologiyala-
rının çox olması ilə, digər tərəfdən isə zədələnmənin xarakterinə 
fərqli yanaşma tərzinin müxtəlifliyi ilə əlaqədardır.
Təsnifatın  əsasında  klinik  simptomlar,  patomorfologiya,  etio-
logiya, patogenez və prosesin yayılma xarakteri dayanır və vahid 
sistemləşdirmə  prinsiplərinin  olmaması  səbəbindən  bu  cür  çox-
saylı  təsnifat  növləri  meydana  çıxır.  Bundan  başqa,  bu  səbəblər 
içərisində  parodont  toxumasında  baş  verən  ilkin  dəyişikliklərin 
lokalizasiyasının  müəyyən  edilməməsi,  habelə  müxtəlif  orqan 
və  sistem  xəstəliklərinin  parodonta  təsirinin  aşkar  edilməməsini 


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə