R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə9/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

37
Şəkil 21
Alət parodontal cibə daxil edilir və axıradək (yüngül ağrı his-
si yaranana qədər) itələnir. Müxtəlif diş qruplarından asılı olaraq, 
bir  neçə  ölçmə  aparılması  tövsiyə  olunur:  molyarlarda  iki  dəfə 
yanaq  və  damaq-dil  səthində,  bir  dəfə  distal  və  medial  səthdə. 
Premolyar, köpək və kəsici dişlərdə isə dörd ölçmə (hər səthdə bir 
dəfə) aparılır. Alınmış nəticələr ya ərəb rəqəmləri, ya da xüsusi 
şərti  işarələrlə  diş  formulasına  və  odontoparodontoqrama  qeyd 
edilir.
Parodontal cibin dərinliyi yaş xüsusiyyətlərinə və dişlərin çıx-
ma dərəcəsinin səviyyəsinə görə qiymətləndirilir.
Parodontal  cibin  tərkibini  öyrənmək  üçün  klinik  şəraitdə 
pambıq  tamponu  ehtiyatla,  diş  köklərinin  proyeksiya  olduğu 
nahiyədən  diş  ətinin  kənar  hissəsinə  doğru  hərəkət  etdirməklə 
aparmaq olar. Bu zaman ya benzidin, ya da Parma sınağından 
istifadə  edilir.  Bu  sınaqlar  həmin  reaktivlərin  irinli  ekssudatla 
təması zamanı rəng dəyişilməsi amilinə əsaslanır. Benzidin sına-
ğı – 0,5 ml benzidin, 10 ml polietilenqlikol, 15 ml asetat turşusu 
1:1000 qarışdırılır və üzərinə bir damcı 3%-li hidrogen peroksid 
əlavə olunur. Alınmış qarışıq pambıq tamponda isladılır və paro-
dontal cibə daxil edilir. Cibdəki irinin miqdarından asılı olaraq, 
pambıq  tampon  yaşıl,  göyümtül-yaşıl  və  mavi  rənglərə  çevrilə 
bilər. Trundadakı rəng intensivliyinin artması irinin çox olmasını 
təsdiq edir.


38
Ağızdan  pis  iyin  gəlməsi.  Ağızdan  pis  qoxunun  gəlməsinə 
səbəb olan dörd faktorun adını çəkmək olar: mədə, ağ ciyər, lor 
orqanları və ağız boşluğu xəstəlikləri.
Pis qoxu parodontal ciblərdə və diş ətində, habelə dişlərdə ka-
rioz boşluqları olduğu halda irinli ekssudatın olması səbəbindən 
yaranır. Qida qalıqlarının retension sahələrdə ilişib qalması, epi-
teli hüceyrələrinin və leykositlərin ayrılması, eyni zamanda ağız 
boşluğunda  gigiyenik  statusun  qənaətbəxş  vəziyyətdə  olmama-
sına  görə  mikroorqanizmlərin  aktivləşməsi,  protezlərin  olması, 
plombların düzgün qoyulmaması, xroniki infeksiya mənbəyi və 
fistulaların mövcudluğu və s. prosesi bir qədər də kəskinləşdirir.
Dişləmin təyini. Parodont xəstəlikləri zamanı travmatik okk-
lüziya yaradan faktorların aradan qaldırılması vacibdir.
Yuxarı  çənədəki  dişlər  bir  qədər  qabağa  doğru  meyilli  olur. 
Bu cür vəziyyət həmin dişlərin taclarının yelpikşəkilli ayrılması-
na və köklərin bir-birinə yaxınlaşmasına səbəb olur.
Frontal  dişlərin  kəsici  kənarları,  premolyar  və  molyarların 
çeynəmə səthləri və köpək dişinin kəsici qabarı birlikdə, bir əyri 
qövs formasında okklüziya səthi əmələ gətirir.
Aşağı çənənin dişləri isə bir qədər ağız boşluğu tərəfə meyil-
li olur. Bundan əlavə, molyarların tacları qabağa, kökləri isə ar-
xaya doğru əyilmişdir. Bunun nəticəsində çeynəmə aktı zamanı 
dişlərin  arxaya  doğru  hərəkətləri  məhdudlaşır  və  onlar  kifayət 
qədər dayanıqlı vəziyyətdə olurlar.
Yuxarı  çənədəki  dişlər  aşağı  çənə  dişlərini  bir  qədər  ört-
müş  olur  ki,  bununla  əlaqədar  olaraq  daxili  və  xarici  alveol 
qövsü xətləri meydana çıxır. Daxili alveol qövsü xətti köklərin 
zirvəsindən,  xarici  xətt  isə  dişlərin  kəsici  kənarı  və  çeynəmə 
səthindən  keçir.  Fizioloji  dişləmin  növlərinə  aiddir:  ortoqnatik, 
progenik, düz və biprogenik dişləmlər.
Fizioloji dişləmin əsas əlaməti, ağız bağlı olarkən hər bir di-
şin  eyniadlı  antaqonist  dişlə  təmasda  olmasıdır.  Bu  nöqteyi-
nəzərdən, aşağı mərkəzi kəsici və yuxarı üçüncü böyük azı dişləri 
müstəsnalıq təşkil edir. Sagital xətt mərkəzi kəsici dişlərin orta-


39
sından  keçir.  Birinci  böyük  azı  dişlərinin  qarşılıqlı  münasibəti 
dişləmin açarı hesab olunur.
Dişlərin  yerdəyişməsi.  Parodont  xəstəliklərinin  ilkin  və 
xətasız əlamətlərindən biri hesab olunur.
Bu patologiya zamanı dişlərin arasında məsafə yaranır, qida 
qəbulu zamanı həmin nahiyəyə qida qalıqları düşür və çeynəmə 
aktında parodont zədələnmiş olur. Dişlərin yerdəyişməsi, əsasən 
vestibulyar  istiqamətdə  nəzərə  çarpır.  Bu  zaman  dişlərin  kəsici 
kənarı və çeynəmə səthləri əhəmiyyətli dərəcədə diş qövsündən 
qabağa  çıxmış  olur.  Antaqonist  və  qonşu  dişlər  olmadıqda 
dişlərin yerdəyişməsi daha intensiv surətdə gedir. Bəzi hallarda 
dişlərin  sadəcə  yerdəyişməsindən  əlavə,  eyni  zamanda  öz  oxu 
ətrafında fırlanma hallarına da rast gəlmək olar (şəkil 22). Bu za-
man diksiyanın pozulması da mümkündür.
Parodont  xəstəlikləri  zamanı  dişlərin  yerdəyişmə  mexa-
nizmi.  Dayaq  strukturlarının  qismən  itirilməsi  zamanı  dişləri 
alveolda  saxlayan  qüvvələrlə,  dayaq-hərəki  aparatının  digər 
qüvvələri (okklüziya və əzələ) arasındakı tarazlıq pozulmuş olur. 
Həddən artıq yüklənməyə məruz qalmış diş, proksimal kontakt 
istiqamətdə  yerdəyişməyə  məruz  qalır.  Bu  cür  mürəkkəb  okk-
lüziya  pozğunluqlarından  əlavə,  vestibulyar  istiqamətdə  dilin 
mütəmadi hərəkətləri də dişlərin yerdəyişməsinə səbəb ola bilər. 
Qeyd  etmək  lazımdır  ki,  dilin  təsiri  ilə  yaranmış  miqrasiya, 
digər faktorlarla müqayisədə daha aydın şəkildə təzahür olunur. 
Dişlərin yerdəyişməsi zamanı, antaqonist dişlərlə, yerini dəyişən 
dişin  kontaktı  pozulur,  okklüzion  əlaqənin  istiqaməti  dəyişir  – 
onlar travmatik xarakter alırlar.
Hətta  diş  antaqonistlə  kontaktdan  çıxdıqda  belə,  onun 
yerdəyişməsi davam edir. Bu halda həmin prosesə dilin, qida lox-
masının, parodontal cibdəki qranulyasiyanın da təsiri qoşulmuş 
olur.
Beləliklə,  yuxarıda  nəzərdən  keçirdiyimiz  amillər  diş lə rin 
yer dəyişməsinə səbəb olaraq, eyni zamanda xroniki parodontit-
lərin yaranmasında həlledici hesab olunurlar.


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə